ORQANİZMDƏ KATİON MÜBADİLƏSİNİN POZULMASI . HİPERNATRİEMİYA
Orqanizmdə kalium ionlarının çatışmazlıgı sinir - əzələ həyəcanlanması və zülalların sintezini zəiflədir. Zülal parçalanmasını isə sürətləndirir. Kaliumun ifrat artıq miqdarı böyrək xəstəliklərinə, eritrositlərin intensiv parçalanmasına (hemoliz) səbəb olur.
Kalsium ionlarının mühüm fizioloji rolu qanın laxtalanma qabiliyyətinin artmasıdır. Qanda kalsiumun qatılığı azalanda əzələ gərginləşməsi və qicolma (tetaniya) baş verir. İçməli suda kalsiumun miqdarı normadan az olan adamlarda ürək - damar xəstəliklərinə daha çox təsadüf edilir.
Maqnezium orqanizmdə sümük və əzələ toxumalarında toplanır. Adam əsəbləşəndə maqneziumun qanda miqdarı aşağı düşür. Bəlkə də ona görə əsəbi insanlarda ürək damar xəstəliklərinə daha çox təsadüf edilir.
Orqanizmə təsirinə görə maqneziumla kalsium antoqonistdirlər. Maqnezium duzları ifrat artıq miqdarda olanda narkotik vəziyyətə və iflicə səbəb olur, bu haldan çıxmaq üçün kalsium birləşmələrindən istifadə edilir.
İnsan orqanizmində Na, K, Ca və Mg ionlarından başqa, az miqdarda 50-yə qədər müxtəlif ionlar olur ki, onların da əksəriyyəti mürəkkəb kompleks birləşmələrin tərkibində təsadüf edilir.
BUFER MƏHLULLAR
Canlı orqanizmin xarakterik cəhətlərindən biri - onun daxili mühitində hidrogen ionlarının qatılığının sabit qalmasıdır. Belə ki, insan qanının pH-ı 7.36 – ya bərabərdır. Bu göstəricinin sabit qalmasında mühüm pol oynayan amillərdən biri bufer sistemlərdir.
Bufer qarışıqlar elə məhlullara deyilir ki, onları durulaşdırdıqda və ya qatılaşdırdıqda, eləcə də, üzərinə turşu və ya qələvi əlavə etdikdə pH-ı dəyişməsin.
BUFER MƏHLULLARININ TƏSİR MEXANİZMİ.
Bufer – zəif əsas və onun duzu. (NH3+NH4Cl)
1. H+ ionu əlavə etməklə NH3+H+ ⇔ NH4
2. OH— ionu əlavə etməklə NH4+ + OH—⇔ NH3·H2O
Bufer təsirinin mexanizmi ondan ibarətdir ki, H+ və ya OH‾ ionları əlavə edəndə sistemin ümumi turşuluğu dəyişir, lakin aktiv turşuluğu sabit qalır.
Dostları ilə paylaş: |