Bəzi turşuların dissosiasiyası aşağıda göstərilmişdir
HCl ⇄ H+ + Cl—
HNO3 ⇄ H+ + NO3—
I. H2SO4 ⇄ H+ + HSO4—
II. H2SO4— ⇄ H+ + SO42—
I. H3PO4 ⇄ H+ + H2PO4—
II. H2PO4— ⇄ H+ + HPO42—
III. HPO42— ⇄ H+ + PO43—
Elektrolitləri xarakterizə etmək üçün iki parametrdən istifadə olunur.
Dissosiasiya dərəcəsi (α)
Dissosiasiya sabiti (K)
DİSSOSİASİYA DƏRƏCƏSİ.
Dissosiasiya dərəcəsi (α) - dissosiasiya edən molekulların sayının (n) – həll olmuş molekulların ümumi sayına (N) olan nisbətinə deyilir. Dissosiasiya dərəcəsini həm də həll olan maddənin mol miqdarına görə hesablamaq olar
DISSOSİASİYA DƏRƏCƏSİNƏ TƏSİR EDƏN ÜMUMİ AMİLLƏR.
Elektrolitin təbiəti.
M əhlulun qatılığı.
Temperaturun təsiri
Elektrolitin təbiətini nəzərə alsaq görərik ki, qüvvətli elektrolitlər tam, zəif elektrolitlər isə qismən dissosiasiya edirlər.
Zəif elektrolitlər üçün dissosiasiya əyrisi
Qüvvətli elektrolitlər üçün dissosiasiya əyrisi
4. İonların qatılığı.
Elektrolitik dissosiasiya prosesi dönərdir. NH4OH məhlulunna NH4Cl məhlulu əlavə etsək, ammonium ionunun qatılığı artır, bu zaman tarazlıq geriyə doğru yerini dəyişir.
NH4OH ⇄ NH4+ + OH—
NH4Cl ⇄ NH4+ + Cl—
Dostları ilə paylaş: |