α = γc
γ – fəallıq əmsalı olub, verilən məhlulun ideal məhluldan nə qədər fərqlənməsini göstərir.Məhlulu duruldanda fəallıq əmsalı vahidə yaxınlaşır (γ = 1) və fəallıq qatılığa bərabər olur.
SUYUN İON HASİLİ
Su zəif elektrolit olsa da, az da olsa dissosiasiyaya məruz qalır.
Bu reaksiyada tarazlıq sol tərəfə yerini dəyişir. Suyun dissosiasiya sabitinin hesablanması.
250C temperaturda suyun dissosiasiya sabiti 1,8 · 10-16 mol/l -ə bərabərdir. Onda
1litrdə olan molların sayı
Onluq loqarifma ilə əks qiymətini götürsək tam rəqəmlər (1-14) alarıq.
Buna hidrogen göstəricisi deyilir.
pH=7 neytral mühit, pH> 7 əsasi, pH<7 turş mühit olur. Hidrogen göstəricisinin həyatı proseslərdə rolu böyükdür.
Suyun ion hasili və mühitin pH-ı temperaturdan asılıdır. İnsan orqanizmi üçün normal temperaturda (37°C) orqanizmdə normal mühitin pH-ı 7,6-ya (7-7,6) bərabərdir.
Məhlulun turşu xassəsi hidrogen ionları ilə əlaqədar olduğundan H⁺ ionlarının qatılığı məhlulun aktiv turşuluğuna uyğun gəlir. Dissosiasiya etməyən turşuya potensial turşu mənbəyi kimi baxmaq olar.
Aktiv və potensial turşuluğun cəmi ümumi turşuluğu verir ki, onun da qiyməti qələvi ilə titrləmə nəticəsində təyin edilir. Zəif dissosiasiya edən turşu məhlullarında hidrogen ionlarının qatılığı turşunun qatılığı ilə dissosiasiya dərəcəsinin hasilinə bərabərdir.
[H⁺] = Cturşu·α
Verilmiş şəraitdə məhlulda olan sərbəst kationların (Н+) qatılığına aktiv (aktual)turşuluq deyilir.
Məhlulda olan zəif turşu molekulları ilə bağlı sərbəst kationların (Н+) qatılığına potensial turşuluq deyilir.
Turşu və əsasların klassik nəzəriyyəsinə görə elektrolitik dissosiasiya nəticəsində hidrogen ionu verən birləşmələrə turşular, hidroksil ionu verənlərə isə əsaslar deyilir.
Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsinə əsaslanan bu tərif təcrübədə alınan bir çox nəticələrə uyğun gəlmir. Məsələn, NH₃, C₆H₅NH₂, (CH₃)₂NH birləşmələr tipik əsasi xassə göstərirlər. Brensted və Lauri 1923-cü ildə turşu və əsasların protolitik nəzəriyyəsini təklif etmişlər.
H₂O ⇆ H⁺ + OH⁻
7>
Dostları ilə paylaş: |