Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix


Qədim Misir zəka sahibləri və həkimləri



Yüklə 255,11 Kb.
səhifə16/24
tarix26.12.2016
ölçüsü255,11 Kb.
#3512
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Qədim Misir zəka sahibləri və həkimləri

Bəzi Misir zəka sahiblərinin adı zamanımıza gəlib çatıb. Tot (Thoth, Thot, Thout) Misir mifologiyasına görə tanrılarla insanlar arasında vasitəçi, Xeyir və Şər arasında hakim (yəni Filosof!?), yazı və bilik sisteminin yaradıcısıdır. Adının necə tələffüz edildiyi məlum deyil, Tahuti, Tetu və digər çox variantlar var. Qədim yunanlar onu Tot adlandırmış, riyaziyyatın, astronomiyanın, tibb və botanikanın atası saymış, öz tanrılarından olan Hermes`lə onu qovuşdurmuş Hermes Trismegistus (Üçqat böyük Hermes) adı vermiş, əlkimyanın təməlini də onun adı ilə bağlamışlar. Əlbəttə ki, Tot`u gerçək tarixi məlum olmayan əfsanələşmiş tarixi şəxsiyyət saymaq olar. Lakin gerçək tarixi şəxslər olmuş yaradıcı insanlar da məlumdur. “-27”-ci əsrdə Merit-Ptah adlı qadın, yəqin ki, adı məlum olan ilk həkim qadındır. Amenhotep (Hapu oğlu) “-15”-ci əsrin sonlarında və əsasən “-14”-cü əsrin birinci yarısında yaşamış faraon 3-cü Amenhotep` sarayında memar, səlnaməçi/yazıçı, kahin və dövlət adamı olub. O dövrün ən məşhur zəka və praktik fəaliyyət dühası sayılan şəxs isə İmhotep (t. “-2650” – t. “-2600) adlı çoxbilgindir. Faraon Coser`in (Djoser, Zoser,...) vəziri və ya baş vəziri olmuş, memar, mühəndis, həkim, filosof və şair kimi fəaliyyət göstərmişdir. Əhəng daşından tikilmiş və qədim zamanlardan bu günə gəlib çatmış ən böyük memarlıq abidəsinin – Pilləvari Piramidanın (Saqqara, Memfis yanında) memarı və mühəndisi olmuşdur. (Şəkil) İmhotep sağlığında istisna dərəcədə nüfuz sahibi olmuş, ölümündən sonra adı get-gedə daha da məşhurlaşmış, müqəddəsdirilmiş, yunanlar onu həkim-tanrı Alklepius`la eyniləşdirmişlər. Tarixi şəxslərdən biri də Hesira (Hesy-Ra) adlı tanınmış həkimdir, faraon Coser`in sarayında fəaliyyət göstərmişdir.

Herodot`a görə Misirdə hər həkim bir xəstəliyi müalicə edir, yəni həkimlər ixtisaslaşmışlar və ölkə həkimlərlə doludur; bu həkimlər bütün xəstəliklərin yeməkdən əmələ gəldiyini iddia edirdilər.


Yüklə 255,11 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin