Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri


Peyinin yığılıb zərərsizləşdirilməsi üsulları



Yüklə 86 Kb.
səhifə9/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
İnfeksion xəstəlik.profilaktikası

Peyinin yığılıb zərərsizləşdirilməsi üsulları

Peyinin vaxtında yığılıb heyvan binalarından kənara çıxarılmaması nəticəsində binanın peyinlə və mikroblarla çirklənməsi baş verir. Xüsusilə belə şəraitdə heyvandarlıq obyektlərinin sanitariya cəhətdən səviyyəsi pisləşir, bu isə bir çox infeksion xəstəliklərin baş verməsinə səbəb olur. Ona görə də peyinin vaxtında yığılıb zərərsizləşdirilməsi və üzvi kübrə kimi formalaşması üçün xüsusi qəbul edilmiş qaydalar üzrə müəyyən müddət saxlanmalıdır.

Son zamanlar heyvandarlığın intensiv əsaslarla inkişafı ilə əlaqədar olaraq peyin hidravlik üsulla təmizlənir. Belə peyin bir çox infeksion xəstəlik törədicilərinin, habelə helmentlərin yumurta və sürfələrin uzun müddət orada sağ qalmasına səbəb olur, çünki burada biotermiki proses getmir. Hidravlik üsulla yığılmış peyində brusellyozun, qızıl yelin, salmonellyozun və dabağın törədiciləri ilin isti fəsillərində 2-4 ay, soyuq fəsillərində isə 6-8 ay sağ qalır, vərəmin törədicisi isə 2 ilə qədər öz patogenliyini itirmir. Belə peyini zərərsizləşdirmədən sahələrə gübrə kimi verilməsi zamanı müəyyən edilmişdir ki, həmin sahələrdəki bitkilərdə bağırsaq çöpləri və salmonellaların patogen serotipləri aşkar edilir. Məlum olmuşdur ki, həmin mikroorqanizmlər bitkilərin bütün vegetasiya dövründə sağ qalır. Buradan aydındır ki, peyinin zərərsizləşdirilmədən sahələrə verilməsi epizootoloji və epidemioloji cəhətdən təhlükəlidir.

Peyinin zərərsizləşdirilməsi üçün ən çox bioloji üsuldan istifadə edilir ki, bu məqsədlə də maye peyini peyin anbarlarında uzun müddət saxlayırlar. Qaramal fermasından toplanmış maye peyin 7 ay, donuz təsərrüfatlarından toplanmış peyin isə 1 ilə qədər orada saxlanılır. Məlum olmuşdur ki, belə şəraitdə bir çox mikroblar uzun müddərt sağ qalır, hətta həşəratlar, gəmiricilər və quşlar vasitəsilə böyük əraziyə yayılır.

Heyvandarlıq binalarında yığılmış peyinin zərərsizləşdirilməsi üçün ən çox biotermiki üsuldan istifadə edilir.Bu üsul peyin topasında termofil bakteriyaların fəaliyyəti nəticəsində istiliyin yüksəlməsinə əsaslanmışdır.

Peyin qalağının bütün hissəsində eyni dərəcədə istilik əldə etmək üçün peyin konus şəklində yığılmalıdır. Peyin topasında yaranan istiliyin torpağa verilməsi üçün əvvəlcədən torpağın üst qatına 10 sm qalınlığında küləş tökülür. Peyin qalığında əmələ gəlmiş istiliyin saxlanması üçün qalaq hər tərəfdən 10 sm qalınlığında küləş və torf, yaxud torpaqla örtülür.

At və qoyun peyinindən əmələ gələn temperatur, qaramal peyininə nisbətən daha çox olur.Peyinin biotermiki üsulla zərərsizləşdirilməsinin müddəti peyinin tərkibində olan mikroorqanizmlərin davamlılığından asılıdır. Bu müddət 3 həftədən 3 aya qədərdir.

Peyinin yandırılması yolu ilə zərərsizləşdirilməsi yalnız bir çox qorxulu xəstəliklərin, xüsusilə qarayara, manqo, emfizematoz karbunkul, infeksion anemiya, ensefalomielit, epizootik limfangit, quduzluq, qaramalın taunu və s. baş verməsi zamanı aparılır.

Peyinin yandırılması zamanı o kübrə keyfiyyətini itirir və çoxlu miqdarda yandırıcı vasitələr sərf olunur. Peyinin yandırılması üçün xüsusi sobalar mövcuddur. Əgər təsərrüfatda həmin sobalar yoxdursa, peyin xüsusi xəndəklərdə yandırılır. Peyin maye halındadırsa ona yem qalıqları və s. Qatılır ki, yanması asanlaşsın.

Peyini kimyəvi vasitələrlə zərərsizləşdirmək üçün formaldehid, sönməmiş əhəng, tiazon, xlorlu əhəng və s. işlədilir. Peyinin kübrə xassəsi tamamilə azaldığı üçün və çoxlu miqdarda qiymətli kimyəvi vasitələr işləndiyinə görə bu üsuldan çox az hallarda istifadə edilir.



Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin