Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri



Yüklə 86 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
İnfeksion xəstəlik.profilaktikası

İstifadə olunan ədəbiyyatlar
1.R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov “Epizootologiya”. Bakı, “Maarif”, 1998

2.R.Ə.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev “Xüsusi epizootologiya”, Bakı, BDU, 1990

3.İ.B.Məmmədov və baş. “Epizootologiya və quşların infeksion xəstəlikləri”, Bakı, 2003

4.Под редакцией А.А.Конопаткина «Эпизоотология и инфекционные болезни с\х животных». Москва «Агропромиздат», 1984

5.R.Ə.Qədimov, M.Ə.Tağızadə “Baytarlıq mikrobiologiyası”, Bakı, “Maarif”, 1984

Respublikamızda epizootiya əleyhinə tədbirlər sistemi bir-birilə əlaqəli olan 3 istiqamətdə aparılır:

1.Xəstəliyə görə sağlam təsərrüfatlarda, yaşayış məntəqələrində, rayonlarda, vilayətlərdə infeksiya törədicilərinin kənardan həmin ərazilərə düşməməsi və yayılmaması üçün profilaktik tədbirlərin aparılması.

2.Xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlarda, yaşayış məntəqələrində və rayonlarda konkret olaraq hər hansı bir infeksion xəstəliyin ləğvi üçün sağlamlaşdırma tədbirlərinin aparılması.

3.İnsan və heyvanlar üçün ümumi olan xəstəliklərdən insanların qorunması tədbirlərinin aparılması.

Epizootiya əleyhinə tədbirlərin əsasını infeksion xəstəliklərin profilaktikası təşkil edir. Epizootik əleyhinə plan ya bir il, yaxud da 5 il üçün tutulur. Plan direktiv xarakterə malik olduğu üşün baytar işçiləri epizootiya əleyhinə tədbirləri planlaşdırdıqda heyvandarlığın inkişaf planını, konkret epizootik vəziyyəti yaxşı bilməlidirlər.

İnfeksion xəstəliklərin profilaktikası kompleks tədbirlər sistemindən ibarət olub, sağlam təsərrüfatlarda və ümumiyyətlə, respublikada infeksion xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq məqsədi güdür.


Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin