Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri


Util zavodlarında zərərsizləşdirmə



Yüklə 86 Kb.
səhifə5/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
İnfeksion xəstəlik.profilaktikası

Util zavodlarında zərərsizləşdirmə daha böyük əhəmiyyətə malikdir.Burada hər cür infeksion xəstəliklərdən ölmüş heyvan cəsədləri tam zərərsizləşdirilməklə yanaşı, həm də onlardan bir çox qiymətli məhsullar əldə edilir. Util zavodlarında çalışmaq lazımdır ki, hazır məhsullar sterilizasiya edilmiş olsun, işçilər xəstəlik törədiciləri ilə yoluxmasınlar, util zavodları infeksiya törədicisinin mənbəyinə çevrilməsin, heyvan xammalından daha çox yem və texniki məhsullar əldə edilmiş olsun.

Util zavodunun şöbələrində döşəmə və divarlar elə materialdan tikilməlidir ki, asan təmizlənə bilsin və keyfiyyətli dezinfeksiya aparılması mümkün olsun. Util zavodları yaşayış məntəqələrindən və maqistral yollardan 1-2 km aralı zonada tikilməklə, 2 m hündürlüyündə hasarla əhatə olunmalıdır. Zavoda giriş yolunda dərinliyi 25 sm və uzunluğu 9 m olan dezbaryer düzəldilməlidir. Zavodun ərazisi bir-birindən tam izolə edilmiş iki şöbədən ibarətdir.

Birinci şöbə sanitariya cəhətdən qeyri-sağlam olmaqla, burada cəsədlərin qəbulu, yarılması və işlənməsi aparılır. İkinci şöbə isə sanitariya cəhətdən sağlam olur. Qarayara, emfizematoz karbunkul,quduzluq, yaman şiş, epizootik limfangit, qaramalın taunu və bir çox təhlükəli infeksion xəstəliklərdən ölmüş heyvan cəsədlər yarılmır, dərisi soyulmur və xüsusi iri qazanlarda termiki üsulla zərərsizləşdirildikdən sonra zavodun ikinci şöbəsinə keçirilir. Zavodun sanitariya cəhətdən sağlam şöbəsində ən azı ayda bir dəfə, qeyri-sağlam zonasında isə 5 gündən bir 3%-li xlorlu əhəng və ya 4 %-li isti natrium qələvisi məhlulları ilə dezinfeksiya aparılmalıdır.


Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin