Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri



Yüklə 86 Kb.
səhifə14/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
İnfeksion xəstəlik.profilaktikası

Anatoksinlər
Mikrobların ekzotoksinlərinə (0,3-0,4 %) və temperaturla (38-400 C) təsir etdikdə onlar anatoksinlərə çevrilir. Anatoksinlər öz toksiki xassələrini itirərək immunogen xüsusiyyətlərini saxlayan toksinlərdən ibarətdir. Anatoksin ilk dəfə fransız alimi Q.Ramon tərəfindən 1923-cü ildə difteriya xəstəliyinə qarşı hazırlanmışdır. Sonralar isə həmin üsullardan istifadə edərək bir sıra toksikoinfeksiyalara qarşı anatoksinlər hazırlanmışdır. Anatoksinlər toksiki immunitet törədir.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, orqanizmdə lazımi qədər immunitet yaratmaq üçün toksinin dozasından başqa uzun müddət davam edən qıcığın olması da vacib şərtdir.

Yoluxucu xəstəliklərə qarşı tətbiq edilən vaksinlərin miqdarının artması assosiasiya olunmuş vaksinlərin əldə edilməsinə səbəb olur. Ona görə də hazırda tibb və baytarlıq praktikasında yoluxucu xəstəliklərin profilaktikasında assosiasiya olunmuş və polivalent vaksinlər geniş istifadə edilir.

Assosiasiyaolunmuş polivalent vaksinlər üç, dörd, beş, hətta 19 antigendən hazırlanır və həmin antigenlərə qarşı eyni vaxtda immunitet yaranır. Vaksinlər müxtəlif üsullarla orqanizmə yeridilir. Bunlar praktikada ən çox dəri altına, əzələ daxilinə, tənəffüs yollarına, həzm sisteminə, bəzən isə dəri üstünə, vena daxilinə selikli qişa altına yeridilir. Sübut edilmişdir ki bir neçə vaksini bir yerdə (kombinasiya şəklində) işlədilməsi zamanı onların hər birinə qarşı anticisimlər əmələ gəlir. Ona görə də vaksinləri bəzən kompleks şəklində tətbiq edirlər. Çünki bu həm də iqtisadi cəhətdən sərfəlidir.




Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin