Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri



Yüklə 86 Kb.
səhifə11/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
İnfeksion xəstəlik.profilaktikası

Spesifik profilaktika – xüsusi mübarizə tədbiri olub, konkret hər hansı bir xəstəliyin baş verməsinin qarşısını almağa yönəldir. Spesifik profilaktika tədbirlərinin xarakteri infeksion xəstəliklərin xüsusiyyətlərindən, təsərrüfatların epizootik vəziyyətindən və s. asılıdır. Spesifik profilaktikaya xüsusi diaqnostik müayinələrin aparılması, xüsusi təyinatlı müalicə-profilaktik vasitələrin tətbiqi və immunoprofilaktika aiddir.

İmmunoprofilaktika müxtəlif spesifik vasitələr, yəni vaksinlər, spesifik serumlar, immunoqlobulinlər və s. tətbiq etməklə aparılır. Epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq sağlam təsərrüfatlarda heyvanların infeksion xəstəliklərdən qorunmasında aparılan immunoprofilaktika qoruyucu immunoprofilaktika, infeksion xəstəliklər zamanı qeyri-sağlam sürülərdə, hələlik sağlam heyvanlarda aparılan immunoprofilaktika isə məcburi immunoprofilaktika adlanır.

İmmunizasiya yolu ilə əksər infeksion xəstəliklərin baş verməsinin qarşısını almaq mümkündür. Hazırda infeksion xəstəliklərin profilaktikası və ləğv edilməsi üçün bioloji prepratlarla süni immunitet yaradırlar.Süni immunizasiya əksər xəstəliklərdə ciddi spesifikliyə malikdir, ona görə də epizootiya əleyhinə tədbirlərdə bunlar spesifik tədbirlər qrupuna aiddir.

İnfeksion xəstəliklərinin əksəriyyətlərinə qarşı bioloji preparatlar hazırlanmışdır və bunlar immunoprofilaktika məqsədilə tətbiq edilir. Bioloji preparatlara vaksinlər, spesifik serumlar, qlobulinlər və s. aiddir.

Vaksinlər tərkibinə görə bakterial, virus və göbələk qrupuna bölünür. Bakterial vaksinlər bakterial etiologiyalı, virus vaksinləri virus etiologiyalı, göbələk vaksinləri göbələk etiologiyalı xəstəliklərin spesifik profilaktikası məqsədilə işlədilir. Tərkibindəki antigen növlərinin sayına görə vaksinlər monovaksinlərə və polivaksinlərə bölünürlər.


Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin