Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri


Çirkab suların zərərsizləşdirilməsi



Yüklə 86 Kb.
səhifə10/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
İnfeksion xəstəlik.profilaktikası

Çirkab suların zərərsizləşdirilməsi

Zərərsizləşdirilməmiş çirkab sular çox vaxt infeksiya törədicisinin mənbəyinə çevrilə bilər. Hazırda çirkab sularının təmizlənməsi üçün mexaniki, fiziki-kimyəvi, kimyəvi-termiki və biokimyəvi üsullardan istifadə edilir.



Mexaniki təmizlik zamanı çirkab sular həll olmayan iri dispersli və kolloid vəziyyətdə olan qatışıqlardan azad edilir. Bu məqsədlə torlu arakəsmələr, durulducu hovuzlar, hidrosiklonlar, qum süzgəcləri, piy, yaq və neft təsbit edən vasitələrdən istifadə edilir.

Fiziki-kimyəvi təmizliyə koaqulyasiya, flotasiya, elektroliz, ekstraksiya və s. aiddir.

Kimyəvi təmizlik – kimyəvi reaksiyalara əsaslanmışdır. Mahiyyəti ondan ibarətdir ki, kimyəvi reaksiya nəticəsində alınmış yeni maddə sudan asanlıqla ayrılır və su təmizlənir.

Termiki təmizlik zamanı çirkab sulara yüksək temperaturla təsir edilir.

Biokimyəvi təmizlik mikrobların üzvi və bəzi qeyri-üzvi birləşmələri minerallaşdırmaq xüsusiyyətinə əsaslanmışdır. Çirkab suların zərərsizləşdirilməsi üçün onların xlorlaşdırılması, ozonlaşdırılması və termik işlənməsindən istifadə edilir.

Çirkab sularının bir çox infeksion və invazion xəstəlik törədicilərindən azad etmək üçün onun xlorlaşdırılması aparılır. Hər m3 çirkab suya 15 mq xlor işlədilir.

Çirkab suların zərərsizləşdirilməsi üçün daha çox onun ozonlaşdırılması aparılır. Orta hesabla hər litr suya 0,6-4 mq ozonla 5-20 dəqiqə təsir edilir.


Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin