Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri


Attenuasiya edilmiş diri vaksinlər



Yüklə 86 Kb.
səhifə13/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
İnfeksion xəstəlik.profilaktikası

Attenuasiya edilmiş diri vaksinlər
Diri vaksinləri ilk dəfə L.Paster hazırlamış və praktikada tətbiq etmişdir. L.Paster attenuasiya üsulu ilə qarayaraya ( 1881-ci ildə) və quduzluğa qarşı (1885-ci ildə), sonralar isə qızıl yelin törədicisini göyərçinlərin və ada dovşanların orqanizmindən keçirib həmin xəstəliyə qarşı diri vaksin hazırlamışdır. Beləliklə, L.Paster diri vaksinlərin hazırlanmasının əsasını qoymuşdur.

Attenuasiya üsulundan istifadə edərək alimlər bir sıra yüksək effektli diri vaksinlər hazırlamışlar. Qarayaraya (L.S.Tsenkovski, 1883; N.N.Ginzburq, 1943,S.Q.Kolesov və başqaları) vərəmə (Kalmet və Djerin, 1921), brusellyoza (Bek,Stribolt və baş.1923), tulyaremiyaya (N.A.Qaskiy və B.Q.Elbert, 1936), polimielitə (M.P.Şumakov, 1886, Sebin, 1959), listerioza (Ə.A.Ənnağıyev, M.Q.Qəniyev, 1969, A.V.Selivanov, İ.A.Bakulov və başqaları) qarşı hazırlanmış vaksinlər attenuasiya üsulu ilə əldə edilmişdir.

Qeyd etmək lazımdır ki, virulentliyi zəifləmiş vaksin ştamları aşağıdakı əsas tələblərə cavab verməlidirlər:

1.Antigenlik xüsusiyyətlərinə malik olmalı və orqanizmdə fəal immun reaksiyalar əmələ gətirməlidir – yəni immunogen xassəsinə malik olmalıdır;

2.Orqanizmdə “vaksin prosesi”ni əmələ gətirməlidir;

3.Orqanizmdə uzun müddət qalıb çoxalmamalı və xəstəlik törətməməlidir;

4.İrsi xassəsini heç bir şəraitdə dəyişməməlidir.

Həmin ştamlar bu xassələrdən başqa bir sıra digər xassələrə də malik olmalıdır.

Diri vaksinlər bir sıra üstünlüklərə malikdir, yəni onlar yüksək immunogendir, ona görə də bir dəfə tətbiq olunur və nəticədə uzun müddətli gərgin immunitet yaranır. Baytarlıqda bir sıra yüksək immunogen diri vaksinlər geniş istifadə edilir, Bunların vasitəsilə qarayara, brusellyoz, toyuq çiçəyi və s. xəstəliklərə qarşı mübarizə aparılır.

İnaktivləşdirilmiş vaksinlərdən korpuskulyar vaksinlər daha çox işlədilir. İnaktivləşdirilmiş vaksinlər ilk dəfə qarın yatalağı və vəba xəstəliklərinə qarşı hazırlanmışdır.

Korpuskulyar vaksinləri hazırlamaq üçün yüksək virulentli tipik patogen ştamlardan istifadə edilir. Bakteiyaları inaktivləşdirmək üçün yüksək temperaturdan, ultrabənövşəyi şüalardan, spirtdən, formalindən, fenoldan, efirdən, asetondan və bakteriosid maddələrdən istifadə edilir.

Korpuskulyar vaksinlərin saxlanma müddəti diri vaksinlərə nisbətən uzun olur. Bu vaksinləri dərialtı və ya əzələdaxili tətbiq edirlər. Bu vaksinlər vasitəsilə gərgin immunitet yaranır və o bir ilə qədər davam edir. Öldürülmüş vaksinlərlə gərgin immunitet yaratmaq üçün vaksin bir neçə dəfə müəyyən intervalla tətbiq olunur. Diri vaksinlərə nisbətən öldürülmüş mikroblardan hazırlanan vaksinlər zəif gərginlikli və qısa müddətli immunitet əmələ gətirir. İmmunitetin gərginliyini yüksəltmək üçün vaksinə qeyri-spesifik stimulyatorlar əlavə edirlər. Bunlara adyuvantlar ya adsorbentlər deyilir. Bunlara saponin, Filatovun biostimulyatoru, aqar-aqarı, alüminium-hidriksidi, müxtəlif yağları və s. maddələri göstərmək olar.

Mineral adyuvantlar vaksinlə birlikdə dərialtına vurulduqda orada antigen üçün depo yaranır. Buradan antigen tədricən orqanizmə sorularaq limfoid orqanların və mərkəzi sinir sisteminin uzunmüddətli spesifik qıcıqlanmasına səbəb olur.

Kimyəvi və molekulyar vaksinlər – mikrobların antigen kompleksindən hazırlayırlar.Antigen komplekslər mikrobun tərkibindən kimyəvi və ya fermentativ yolla alınır. Kimyəvi vaksinlərlə orqanizmdə gərgin immunitet əmələ gətirmək mümkündür.




Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin