Mühazirəçi: Dos. Ələsgərov Z.Ə. G ə n c ə 2020 p L a n Epizootiya əleyhinə tədbirlərin əsas prinsip və vəzifələri


Vaksinasiyanın təşkili və aparılması



Yüklə 86 Kb.
səhifə16/16
tarix02.01.2022
ölçüsü86 Kb.
#43510
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
İnfeksion xəstəlik.profilaktikası

Vaksinasiyanın təşkili və aparılması
İnfeksion xəstəliklər əleyhinə vaksinasiya üsulunun seçilməsi zamanı epizootoloji vəziyyət, işlədilən biolojhi preparatların xarakteri, peyvənd ediləcək heyvanların ümumi vəziyyəti və aparılan tədbirlərə çəkilən xərc nəzərə alınmalıdır.

Vaksinasiyalar müvafiq təlimatlar əsasında aparılır. Vaksinasiyadan əvvəl bütün heyvanlar müayinədən keçirilməlidir, çünki bu tədbir yalnız sağlam heyvanlar üzərində aparılır. Xəstə,arıq və zəif heyvanların peyvəndi aparıldıqda, onlarda postvaksinal reaksiyalar və mürəkkəbləşmələr müşahidə edilir.

Vaksinasiyadan əvvəl vaksin flakonlarının bütövlüyünə, tıxacın kipliyinə fikir verilməli və onun etiketinə baxılmalıdır.Etiketi olmayan flakonlar işlədilmir, çıxdaş edilərək zərərsizləşdirilir. Serumlar kifayət dərəcədə şəffaflığa malik olmalı, onlarda çöküntü, pərdə və pis iy nəzərə çarpmamalıdır. Yarımçıq qalmış flakonlar səhərisi günə saxlanmamalı və zərərsizləşdirilməlidir.

Vaksinasiya zamanı onun aparılması düzgün təşkil olunmalıdır.Bu məqsədlə peyvənd aparılacaq sahədə iş yeri hazırlanmalı, heyvanların təsbit olunmağı üçün müvafiq şərait yaradılmalıdır.Peyvəndin aparılması üçün lazımi avadanlıqlar (şpris, iynə, qayçı, sterilizator) və dezinfeksiyaedici vasitələr ayrılmalıdır. Peyvənddən sonra xüsusi tədbir aktı yazılır. Aktda təsərrüfatın adl və ferma, heyvanın növü, vaksinin etiketi və mütləq dozası və s. qeyd edilməlidir.



Peyvənd olunmuş heyvanlar 15-20 gün nəzarət altında olmalı, postvaksinalar reaksiyalar və mürəkkəbləşmələr müşahidə edilmiş heyvanlar ayrılaraq spesifik serumlarla, antibiotiklərlə və simptomatik müalicə vasitələri ilə müalicə edilməlidir. Peyvənddən sonra heyvanların yemlənməsi və saxlanma şəraitinə xüsusi fikir verilməlidir.Əgər peyvənddən sonra mürəkkəbləşmələr kütləvi hal alırsa, bu haqda respublika Elmi-Tədqiqat Baytarlıq Preparatlarına Nəzarət İnstitutuna məlumat verilir və mürəkkəbləşmə verən seriyadan 2-3 flakon həmin instituta göndərilir.

İnfeksion xəstəliklərin profilaktikasının təşkili və aparılması dövlət əhəmiyyətli tədbir olub öz kompleksliyi ilə səciyyələnir.
Yüklə 86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin