MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


I Pyotrun Xəzərsahili vilayətlərə işğalçılıq yürüşü. Osmanlı dövlətini



Yüklə 418,25 Kb.
səhifə37/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   33   34   35   36   37   38   39   40   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

I Pyotrun Xəzərsahili vilayətlərə işğalçılıq yürüşü. Osmanlı dövlətini Cənubi Qafqazdakı xalqların əksəriyyəti ilə soykök və din birliyi yaxınlaşdırırdı və bu dövlət bölgədə ənənəvi nüfuz və təsir gücünə malik idi. Rusiyaya gəlincə, bu təcavüzkar imperialist dövlətin həm daxili, dəm də xarici siyasəti antitürk və antimüsəlman səciyyə daşıyırdı və Cənubi Qafqaz bölgəsində elə bir ciddi nüfuz sahibi deyildi. Yalnız öz məkrli siyasətinə gürcüləri və tarixi torpağımız İrəvanda yerləşən Eçmiədzin erməni kilsəsini alət etməyə çalışırdı. Erməni kilsəsi I Pyotrla gizli əlaqələr saxlayır, Rusiyanın bölgədə “xilaskar” obrazını yaradır, onun xristian xalqlarını müsəlmanların əsarətindən xilas edəcəyinə əhalini inandırmağa çalışırdı. Daima müsəlman imperatorluqlarının tərkibində öz varlığını, dilini və dinini saxlayan gürcülər və azlıqda olan ermənilər indi nankorcasına düşmən tərəfə keçərək Rusiyanın himayəsində üstün mövqe qazanmağa çalışırdılar. Məsələn, Səfəvidən "Azərbaycan bəylərbəyi" titulu almış VI Vaxtanq Rusiya ilə belə bir gizli plan qurmuşdu ki, Pyotrun bölgəyə basqını baş tutanda o, Azərbaycanın işğalını asanlaşdırmaq üçün qoşunla Şamaxıya hərəkət edib Rusiyanın quru hərbi qüvvələri ilə birləşməli idi. I Pyotr Səfəvi dövləti üzərinə hərbi yürüşü 1723-cü ilə planlaşdırmışdı və buna ciddi hazırlıq gedirdi. Ancaq əfqanlar tərəfindən 1722-ci ildə İsfahanın tutulması bu işi sürətləndirdi. Yürüşdə I Pyotrun əsas məqsədi Xəzər dənizinə çıxmaq, onun sahilboyu ərazilərini işğal etmək, öz sənayesi üçün bölgənin təbii sərvətlərini, xammal qaynaqlarını ələ keçirtməkdən və Volqa–Xəzər ticarətində üstünlük qazanmaqdan ibarət idi.

1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət donanma (gəmilərdə 5 min dənizçi və 22 min piyada var idi) və quru qoşunu ilə birlikdə 106 minlik hərbi qüvvə ilə Xəzərboyu bölgələrə yürüşə başladı. I Pyotr öz işğalçılıq məqsədini gizlətmək üçün Səfəvi sarayına bildirdi ki, ruslar Xəzərboyu bölgələrə və xüsusilə Şamaxıya Səfəvi ilə müharibə aparmaq üçün deyil, Şirvanda Hacı Davudun başçılıq etdiyi qiyamçıları cəzalandırmaq və bununla öldürülmüş rus tacirlərinin qisasını almaq üçün gəlir. Səfəvilər Xəzərboyu torpaqları Rusiyaya güzəştə gedərsə, rus hökuməti osmanlıların bu torpaqlara daxil olmasının qarşısını almaqda şaha köməklik göstərəcəkdir. I Pyotr 1722-ci ildə türk dilində tərtib etdiyi manifestdə öz yürüşü zamanı əhalinin təhlükəsizliyinin və onların əmlaklarının toxunulmazlığının qorunacağına söz verir, xüsusilə xristianlara onları müsəlmanların zülmündən qurtaracağını vəd edirdi. Dərbənd istiqamətində hərəkət edən rus qoşunları çox böyük amansızlıqla və qəddarlıqla 7 kəndi yandıraraq yer üzündən sildilər. Səfəvi ordusunun baş komandanı VI Vaxtanq ruslarla gizli əlaqədə olduğundan elə bir ciddi müqavimət göstərmədi və müqavimət yalnız ayrı-ayrı şəhər qarnizonlarının çıxışları ilə məhdudlaşırdı. Rusların "yandırmaqla əhali içərisində qorxu yaratmaq" taktikası öz bəhrəsini verdi. Dərbənd şəhərinin bir qrup varlısını təmsil edən İmamqulu bəy müqavimət göstərmək tərəfdarlarının əksinə olaraq 1722-ci ilin avqustun 23-də şəhərin açarlarını imperatora təqdim etdi və beləliklə, Dərbənd şəhəri dinc yolla ələ keçirildi.

I Pyotrun şəxsən Bakı şəhərini ələ keçirmək arzusu reallaşmadı. Çünki Dərbənddən I Pyotrun Bakı istiqamətində yürüşünün başladığını eşidən Hacı Davud 10 minlik qoşunla Samur çayı sahilində mövqe tutdu. Xoşbəxtlikdən dənizdə bərk tufan qopdu və I Pyotrun ordusunun bütün ərzaq və sursat aparan gəmiləri suda qərq oldu. Ərzaq və sursat ehtiyatı yalnız bir aya çatardı. Əlavə ehtiyatların gətirilməsi uzun çəkə bilərdi, eyni zamanda Peterburqda sarayda fikir ayrılıqları və Osmanlı dövlətinin Qafqaz məsələsində qəti etirazı I Pyotrun sentyabrın 5-də Dərbənddə qarnizon qoyaraq ordusunu Həştərxana geri çəkməyə məcbur etdi. I Pyotr öz yerinə təyin etdiyi general Matyuşkinə Bakını ələ keçirməyi tapşıraraq Peterburqa qayıtdı.

I Pyotrun yürüşü dayandırmasından xəbərsiz olan VI Vaxtanqın başçılığı altında 30 min nəfərlik gürcü-erməni birləşməsi Rusiya ilə qabaqcadan razılaşmaya uyğun olaraq sentyabrın 18-də yürüşə başlayıb, Gəncə ətrafında düşərgə saldı. VI Vaxtanq rusların geri çəkilməsi xəbərini alan kimi qorxuya düşərək Tiflisə döndü. 1722-ci ildə Səfəvi taxtına çıxan II Şah Təhmasib müsəlman adı Məhəmmədqulu xan olan II Konstantini qoşunla ona qarşı göndərdi, məğlub olan VI Vaxtanq qaçmaqla canını qurtardı.

1723-cü ilin iyul ayının 6-da Matyuşkinin başçılığı ilə rusların Bakıya hücumu, qalaya ağır artilleriyadan atılan topların törətdiyi dağıntılar nəticəsində şəhər ruslar tərəfindən ələ keçirildi. Bakı şəhərinin hakimi Məhəmmədhüseyn bəy Həştərxana sürgünə göndərildi. Düşmən sentyabrın 3-də Bakının alınmasını Peterburqda təntənə ilə bayram etdi.

Rus hökumətinin diktəsi ilə 1723-cü ilin sentyabrın 2-də Peterburqda İsmayıl bəylə 5 maddədən ibarət bir «müqavilə» imzalandı. «Müqavilə»də Bakı da daxil olmaqla, Dərbənddən Gilana qədər Xəzərsahili vilayətlərin əbədi olaraq Rusiyaya güzəştə gedilməsi və əvəzində Rusiyanın Səfəvi şahına əfqan qiyamçılarına qarşı mübarizədə köməklik göstərilməsi nəzərdə tutulmuşdu. Şah II Təhmasib təbii ki, saxta «Peterburq müqaviləsini» təsdiq etməkdən qəti şəkildə boyun qaçırdı. Müqavilənin mətnini gətirən rus elçisi Meşerskini təhqir edərək Ərdəbildə öz yanından qovdu, rus rezidenti Abramovu isə heç sarayına buraxmadı.

Fransanın İstanbul sarayındakı elçisi Bonakın vasitəçiliyi ilə Cənubi Qafqaz məsələsi üzrə Rusiya-Osmanlı danışıqları 1724-cü ilin iyun ayının 27-də İstanbul müqaviləsinin bağlanması ilə nəticələndi. Müqavilə ilə bu iki dövlətin Qafqazda nüfuz dairələri belə müəyyənləşdirilmişdi: İrəvan da daxil olmaqla bütün Azərbaycan və bütün Gürcüstan Osmanlı dövlətinin, Xəzərboyu vilayətlər isə Rusiyanın təsir dairəsi elan edilirdi. Tərəflər 1723-cü il 12 sentyabr Peterburq müqaviləsini təsdiq edirdilər. Ruslar Şirvan üzərində Osmanlının himayəçiliyini tanıyırdılar, ancaq osmanlılar burada hərbi qüvvə saxlaya bilməzdilər.

Müqavilədən sonra Osmanlı qoşunları 1724-cü ildə İrəvanı, 1725-ci ildə isə Təbriz, Gəncə və Ərdəbili ələ keçirdilər. Ruslar isə 1726-cı ildə Lənkəran, Cavad, Salyan və digər əraziləri işğal etdilər. Beləliklə, Azərbaycanın böyük hissəsində Osmanlı, qalan hissəsində isə rus idarəçiliyi quruldu. I Pyotrun 10 noyabr 1724-cü il fərmanında Osmanlı ərazisindən Xəzərboyu Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, yerli əhalinin öz doğma yurdlarından qovularaq ermənilərin məskunlaşdırılması, ən yaxşı münbit torpaqların və boşalmış evlərin xristian dayağı olacaq ermənilərə verilməsi və onların qorunması nəzərdə tutulmuşdu.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin