düz teorem; tərs teorem; əks teorem; əks-tərs teorem.
Verilmiş teoremin (düz teoremin) şərtini nəticəyə və nəticəni şərtə çevirsək, aldığımız teoremə verilmiş teoremə nəzərən tərs teorem və buna görə də verilmiş teoremə düz
teorem deyilir. Məsələn: “Bərabər ikiüzlü bucaqların xətti bucaqları bərabərdir” teoreminin tərsi belə olar: “Xətti bucaqları bərabər olan ikiüzlü bucaqlar bərabərdir”.
Bir teoremin həm şərti, həm də nəticəsi inkar edildikdə alınan teoremə verilmiş teoremə nəzərən əks teorem deyilir. Məsələn: “Bərabər olmayan ikiüzlü bucaqların xətti bucaqları da bərabər deyil”.
Əks teoremdə şərtlə nəticənin yerini dəyişdikdə, alınan teoremə verilmiş teoremə nəzərən əks-tərs teorem deyilir. Məsələn: “Xətti bucaqları bərabər olmayan ikiüzlü bucaqlar bərabər deyil”.
Əks teoremdə şərtlə nəticənin yerini dəyişdikdə, alınan teoremə verilmiş teoremə nəzərən əks-tərs teorem deyilir. Məsələn: “Xətti bucaqları bərabər olmayan ikiüzlü bucaqlar bərabər deyil”.
P(x) və Q(x) A çoxluğunda verilmiş predikatlardırsa, onda teoremin quruluşu və növlərinə aid cədvəl tərtib edə bilərik:
Düz
teorem
|
x N Px Qx
|
Tərs
teorem
|
x N Qx Px
|
Əks
teorem
|
x N Px Qx
|
Əks-tərs
teorem
|
x N Qx Px
|
|