10.3. Brendlərə yüksək qiymətqoyma
Brend bir varlıq kimi istifadə edilirsə, bu mükafat olaraq qiymətdən, daha yüksək marjlardan(xərcləri ödəmək üçün əlavələr) istifadə edilir və bu dəyərin təmin etdiyi inanılmaz dərəcədə faydalar verir.
Bu faydalara daxildir:
- brend üçün rəqabətlə əlaqəli daha yüksək qiymətin tələb edilməsi;
- rəqabət qabiliyyətli yeni məhsulların daha ucuz istehsalı;
- işə başlamaq, inkişaf etmək və mənfəət əldə etməklə, xərcləri geri almaq imkanları;
- yeni müştəriqazanma xərclərinin azaldılması;
- sadiq müştərilərin daha çox ödəməyə davam etmələri nəticəsində brendin gəlirliliyini artıran qiymətlər;
- paylama kanallarilə premium qiymətlərlə daha yaxşı nəzarətin aparılması;
- birgə brend və lisenziyalaşdırmada axtarış aparma imkanları;
- brendnın başqa məqsədlər üçün istifadəsi;
- brend məlumatlılığı ilə istehlakçıların sayının ölçülməsi, və dəyərini anlamaq;
- istehlakçıların brend mövqeyini yüksək dərəcədə anlaması;
- brend imicinin tanınmasilə brendin qəbul edilməsi;
- brend müqaviləsinin icrasilə onun yaxşı olduğunun müəyyənləşdirməsi və məhsul vədinin yerinə yetirilməsi;
- yeni müştərilərin cəlb etməsinin artırılması;
- brend mərkəzli müştəri saxlama və sadiq müştərilərin fərqli brend hesab edib etmədiklərinin təyini;
- brendin nüfuzetmə tədbirləri işinin təkrarlanması;
- brend maliyyə dəyəri, brend üçün alına biləcək mükafat miqdarının ölçülməsi.
XI FƏSİL. DÜNYANIN APARICI BRENDLƏRİ
11.1 Dünyaca məşhur brendlərin adları necə yaranıb?
Brendlər üçün adın seçilməsi yeni brend yaratma prosesində ən vacib addımlardandır. Adın fonetik xüsusiyyətləri demək olar ki, brendin uğur qazanmasına kömək edir.
Şəkil 11.1 Dünyaca məşhur brendlərin adları və loqoları.
Belə bir sual meydana çıxır: dünyaca məşhur brendlər adlarını necə tapıblar? Bax elə təəccüblü də budur və diqqət yetirək:
1.Amazon. Jeff Bezos virtual alış-veriş edən şirkətin A hərfinin əlifba sırasında birinci yerdə olduğunu nəzərə alaraq və hər zaman birinci olmaq arzusu ilə şirkətini böyüdəcəyini düşünərək, lüğətdə ad axtararkən dünyanın ən böyük çayı sayılan Amazon-a qərar vermişdir. (Şəkil 11.2)
Şəkil 11.2. Amazon şirkətinin loqosu.
2. Adidas idman məhsulları istehsalçısı sayılan Adolf Dassler ləqəbi “Adi” və soyadının ilk 3 hərfinin birləşməsindən istifadə etməklə yaratmışdır. (Şəkil 11.3)
Şəkil 11.3. Adidas şirkətinin loqosu.
Adöbe zamanın daha çox tələbatına uyğun olan, Qrafika proqram təminatı ilə sektorun lider şirkətlərindəndir. O, adını John Warnock-un evinin arxasındakı Adobe adlı yerdən götürmüşdür. (Şəkil 11.4)
Şəkil 11.4. Adobe şirkətinin loqosu.
Audit Almaniyanın ən önəmli avtomobil şirkətlərindəndir və August Horch-un adı Latın dilində “dinlə” anlamını verir. Horch bu adı başqa bir avtomobil şirkətinə verməklə, simvoldakı 4 dairə avtomobil şirkətlərinin birləşməsinin təsviri kimi yaratmışdır: AUDI AND DKW, HORCH və Wanderer. (Şəkil 11.5)
Şəkil 11.5. Audi şirkətinin loqosu.
Canon öz adını şirkətin istehsal etdiyi ilk kameraya “The Kwanon” istinad etmişdir. 1735-ci ildən dünya səviyyəsində “Canon” adlandırılaraq tanındı. (Şəkil 11.6)
Şəkil 11.6. Canon şirkətinin loqosu.
Coco-Cola içki şirkəti, adını qarışığı şirinləşdirən “Coca” yarpaqları və “Kola” fıstığından alır. Qurucusu John S.Pemberton logonun daha yaxşı görünməsi üçün “Kola”dakı K hərfini C ilə əvəz etmişdir. (Şəkil 11.7)
Dostları ilə paylaş: |