10.2. Brend əsaslı müştəri modelinin yaradılması
Müştəri modeli müştərilərin inanclarının hərtərəfli başa düşülməsidir. Burada davranış, məhsul, xidmət, kateqoriya və rəqiblər təmsil edilirlər. Müştərilər, onların bütün inancları, davranışları, keçmişi, bu günü və potensialını düşünürlər. Müştəri modeli üç suala cavab verir və cavablar şirkətin daha yaxşı mövqe tutmasilə, genişlənməsinə imkan yaradır. Brendə sahib olmaq və alışa daha çox təsir göstərən qərarlar olmalıdır. Suallar aşağıdakı kimidir:
- Müştərilər bir brendi digərindən necə seçirlər?
- Brendlər digərlərindən nə ilə fərqlənir?
- Brendin inkişaf etməsi üçün imkanlar nələrdir və necə olmalıdır?
Müştərilərin məhsul və xidmətdən istifadəsində ən çox doqquz meyar nəzərə alınmalıdır:
Bunlara daxildir:
1) yüksək keyfiyyət və etibarlılıq;
2) sabit performans;
3) tanışlıq;
4) mövcudluq və rahatlıq;
-5) qiymət vəxərc;
6) müştərinin fərdiliyinə uyğunluq;
7) müştərinin problemini həll etmək bacarığı;
8) müştəri xidməti;
7) reklam.
Bu siyahı yüksək səviyyədə brend etibarını nəzərdə tutur.
Yaxşı brendnın adının mahiyyəti - etibardır.
Bu meyarlardan hansının vacib olduğunu bildikdən sonra müştərilərə brendin necə olduğunu öyrətmək lazımdır. Müştərilər başqalarilə müqayisə edirlər və hansı brendi seçəcəklərinə qərar veririlər.
Müştərilərdən məhsulu və mövcud alternativləri 5 ballıq sistemlə qiymətləndirməsi metodu məhsulun performansını rəqabətlə müqayisə etməyə imkan verir.
Ağıllı brend menecerləri bu işlə bağlı hər bir şəxs haqqında düşünür və necə satacaqları barədə qərara gəlirlər.
Brend aktiv idarəçiliyinin üç mərhələsi beş addımdan ibarətdir:
brendi uğura doğru yönəltmək;
inkişaf edən brend;
brendin mövqeyi barədə məlumat vermək;
kanal təsirini artırmaq məqsədilə brenddən istifadə etmək;
brendi daha yüksək qiymətləndirmək.
Bəyanat hər üç mərhələdə və beş addımda da yenilənməlidir. Şirkət məlumatlarını yeniləmək üçün ümumi strategiyasından istifadə edir. Brendin yerləşdirilməsilə gəlirləri və mənfəətini artırmaq mümkündür.
Brendin genişləndirilməsilə artımın stimullaşdırmağın ən sərfəli yolundan istifadə edilməlidir. Bunun üçün brendi genişləndirməkdənsə, onun kapitalını inkişaf etdirmək daha əlverişlidir.
Brendin genişləndirilməsi müştəri sadiqliyi nəticəsində böyük faydalar gətirər və hər bir müştərinin qazana biləcəyi gəliri artırar. Ən uğurlu genişlənmə mövcud müştəriləri məmnun etmək, ailəyə yeni müştərilər cəlb etmək və brendi təzə tutmaqdır.
Dostları ilə paylaş: |