Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı


DAMAR PATOLOGİYALARI İLƏ ƏLAQƏDAR OLAN QAN DÖVRANI ÇATIŞMAZLIQLARI



Yüklə 59,51 Kb.
səhifə12/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
rək-qan dam.patologiyaları (1)

DAMAR PATOLOGİYALARI İLƏ ƏLAQƏDAR OLAN QAN DÖVRANI ÇATIŞMAZLIQLARI
Qan dövranı çatışmazlıqlarının böyük bir qrupu damar patologiyaları ilə əlaqədardır. Damar çatışmazlıqlarının əsas etioloji amilləri aşağıdakılardır:

Dövr edən qanın həcminin azalması qanitirmə, qusma və ishal nəticəsində çoxlu su və elektrolit itkisi, böyrəküstü vəzinin fəaliyyətinin pozulması zamanı inkişaf edir.

Damar mənfəzinin ümumi həcminin artmasına aşagıdakı amillər səbəb ola bilər: a) vazomotor innervasiyanın pozulması (miokard infarktı, ağciyər arteriyasının emboliyası, psixogen reaksiyalar, travmalar, hiperventilyasiya və başqa proseslər zamanı vazomotor mərkəzlərin qıcıqlanması nəticəsində); b) damarların toksik zədələnmələri (zəhərlənmə, kəskin infeksiyalar və s.); c) sinir və humoral amillərin birgə təsiri (anafilaksiya, yanıq şoku, travmatik şok və s.).

Damar çatışmazlıqlarının patogenezində əsas amil damar mənfəzinin ümumi həcmi ilə dövr edən qanın həcmi arasındakı münasibətin pozulmasıdır. Bunun nəticəsində venoz təzyiq aşağı düşür və ürəyə gələn qanın miqdarı azalır, ürək periferik damarlara az qan qovur və toxumaların oksigenlə təchizatı zəifləyir.

Damar çatışmazlıqları kəskin və xronik formalarda olur. Şok, kollaps və bayılma kəskin damarçatışmazlıqlarıilə, arterial hipotenziyalar isə xronik damar çatışmazlıqları ilə müşayiət olunur.





Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin