Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri


Sərbəst radikalların əmələ gəlməsi və membran keçiriciliyinin pozul­ması



Yüklə 73,29 Kb.
səhifə7/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   39
III mövzu (1)

Sərbəst radikalların əmələ gəlməsi və membran keçiriciliyinin pozul­masıhüceyrə zədələnməsinin universal mexanizmlərindəndir. Bu mexa­nizmin inkişafıçoxlu miqdarda sərbəst radikalın əmələ gəlməsi – oksidativ stressləbağlıdır.

Sərbəst radikallaşma prosesindəəvvəlcəoksigenin fəal formaları, sonra üzvi və qeyri-üzvi maddələrin sərbəst radikallı birləşmələri və nəha­yət, lipidlərin peroksidli (LPO) oksidləşməsi məhsullarıəmələ gəlir. Hüceyrə sitozolunda və mitoxondrilərin matriksində superoksid radikalları dismutasiya reaksiyasına məruz qalaraq, hidrogen peroksidəçevrilir.Bu reaksiyanı superoksiddismutaza (SOD) fermenti katalizə edir. Hid­ro­gen peroksid və superoksid radikalları ikivalentli dəmir (Fe2+) olan mü­hitdə katalaza fermentinin iştirakı ilə daha çox zədələyici effektə malik olan hidroksil radikalına çevrilir.

Membran fosfo­li­pid­ləri doymamış yağ turşularından təşkil olunmuşdur ki, bunlar da sərbəst ra­di­kalların təsirindən asanlıqla oksidləşir. Bu zaman yuxarıda qeyd etdiyimiz kimi, sərbəst radikallaşma nəticəsində LPO reaksiyaları baş verir. LPO məh­sulları membranı zədələyir, membran keçiriciliyinin artmasına səbəb olur. Mitoxondrial membranın zədələnməsi isə oksidləşmə ilə fosforlaşma arasındakı balansı pozur. Fosforlaşma ləngidiyi halda anaerob qlikoliz sürətlənir, hüceyrədə asidoz inkişaf edir və ATF defisiti yaranır. Asidoz isəöz növbəsində sərbəst radikallaşma proseslərini daha da gücləndirir. Hü­cey­rədə yaranan ATF defisiti ion nasoslarının (Na+/K+-ATF-azaların) və elek­trolit mübadiləsinin pozulmasına səbəb olur. Beləliklə, hüceyrə zədələn­mə­sinin getdikcə dərinləşməsinə səbəb olan qüsurlu dövran əmələ gəlir. ATF sintezinin tam kəsilməsi isə hüceyrəni nekroza uğradır.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin