MüNDƏrcat mühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu



Yüklə 233,89 Kb.
səhifə5/30
tarix21.05.2022
ölçüsü233,89 Kb.
#58892
1   2   3   4   5   6   7   8   9   ...   30
Ver st və al müh

Dinamik strukturun elementi iki sahədən ibarətdir:
• informasiya sahəsi və ya verilənlər sahəsi. Burada o verilənlər saxlanır ki, məhz onların xatirinə struktur yaradılır. Ümumi halda informasiya sahəsi inteqrallaşdırılmış strukturdur, yəni o vektor, massiv, hər hansı digər dinamik struktur və s. ola bilər;
• əlaqə sahəsi. Bu sahə cari elementi strukturun digər elementləri ilə əlaqələndirən bir və ya bir neçə göstəricidən ibarət olur. Verilənlərin əlaqəli təsvirinin üstünlükləri strukturların əhəmiyyətli dərəcədə dəyişkənliyini təmin etmək imkanının mümkün olmasıdir, yəni:
• strukturun ölçüsü yalnız kompüterin yaddaşının mümkün həcmi ilə məhdudlaşır;
• strukturun elementlərinin məntiqi ardıcıllığını dəyişdikdə yaddaşda verilənlərin yerdəyişməsi tələb olunmur, yalnız göstəricilərə düzəlişlər etmək kifayətdir;
• yadda saxlanılacaq informasiyanın həcmi praktiki olaraq məhdud deyil;
• strukturun çevikliyi (yaddaş gah ayrılır, gah boşaldılır). Bununla yanaşı, əlaqəli təsvirlər çatışmazlıqlardan xali deyil və onlar aşağıdakılardır:
• əlaqə sahələrinin yadda saxlanması üçün əlavə yaddaş tələb olunur;
• əlaqəli strukturlarla işləmək üsulu nisbətən çətindir;
• əlaqəli strukturun elementlərinə müraciət vaxta görə daha az səmərəli ola bilər.
Sonuncu çatışmazlıq daha ciddidir və verilənlərin əlaqəli təsvirinin tətbiq edilməsini məhz o məhdudlaşdırır. Verilənlərin statik təsvirində istənilən elementin ünvanını hesablamaq üçün elementin nömrəsi və strukturun deskriptorunda olan informasiya kifayət etdiyi halda, əlaqəli təsvirdə elementin ünvanı ilkin verilənlərdən hesablana bilmir. Əlaqəli strukturun deskriptoru struktura daxil olmağa imkan verən bir və ya bir neçə göstəricini özündə saxlayır, sonra tələb edilən elementin axtarışı göstəricilər zənciri üzrə elementdən elementə keçməklə yerinə yetirilir. Buna görə də verilənlərin məntiqi strukturu elementin nömrəsi ilə girişə imkan verən vektorun və ya massivin olduğu məsələlərdə praktik olaraq heç vaxt tətbiq edilmir, amma məntiqi strukturun giriş üçün digər ilkin informasiya (cədvəllər, siyahılar, ağaclar və s.) tələb etdiyi başqa məsələlərdə tez-tez tətbiq edilir.

Yüklə 233,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin