MÜNDƏRİcat fond haqqinda əsas göSTƏRİCİLƏR İdarəetmə VƏ ŞƏffafliq



Yüklə 307,56 Kb.
səhifə2/5
tarix29.11.2016
ölçüsü307,56 Kb.
#435
1   2   3   4   5

4. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
4.1. Makroiqtisadi inkişaf
Dünya maliyyə böhranından sonrakı dövrdə maliyyə bazarlarında davam edən volatillik 2013-cü ilə nisbətən zəif olmuş və ilin ikinci yarısından etibarən qlobal iqtisadiyyatda aktivlik qeydə alınmışdır. İqtisadiyyatda bərpa proseslərinin başlamasına baxmayaraq, 2013-cü ildə iqtisadi artım 3,0% təşkil etməklə, ötən ildəki səviyyəyə yaxın olmuşdur.
Dünyada baş verən iqtisadi proseslər fonunda 2013-cü ildə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlamış və 2011-ci ildən sonra Ümumi Daxili Məhsulun (ÜDM) artımı real ifadədə ən yüksək həddinə, 5,8%-ə çatmışdır. 2012-ci il ilə müqayisədə adambaşına düşən ÜDM-in həcmi 4,4% artaraq 7 912,5 ABŞ dolları həcmində olmuş, əhalinin nominal pul gəlirləri 37 555,5 milyon manat, inflyasiya göstəricisi 2,4% təşkil etmişdir. Yoxsulluq səviyyəsi son illər ərzində 2004-cü ildəki 49% səviyyəsindən 5,3%-ə qədər aşağı düşmüş, işsizlik səviyyəsi 5% təşkil etmişdir. 2013-cü ildə də, 2012-ci ildə olduğu kimi ölkə ÜDM-in strukturunda qeyri-neft sektorunda dominantlıq müşahidə olunmuş, iqtisadi şaxələnmə siyasəti nəticəsində bu sektorun ÜDM-də payı artaraq 56,6%-ə çatmış və eyni zamanda 2013-cü ildə qeyri-neft sektorundakı iqtisadi artım ikirəqəmli səviyyəyə yaxın olmuşdur. Bununla yanaşı, 2011-ci ildən etibarən neft hasilatında başlayan azalma iki ildən sonra stabilləşmiş və neft sektorunda yaradılan əlavə dəyər 1% təşkil etmişdir. Bundan əlavə, 2012-ci ildən etibarən neft hasilatında baş verən azalma fonunda sənaye istehsalında müşahidə olunan 3,9% azalma, hesabat ilində 1,2% artımla əvəz olunmuşdur.

ÜDM-in strukturunda məhsul, xidmət və məhsula və idxala xalis vergilər arasındakı nisbət 2012-ci ildəkinə oxşar olmuşdur. Belə ki, malların istehsalı ÜDM-in 63,4%-ni, xidmətlərin istehsalı 30,2%-ni və nəhayət məhsula və idxala xalis vergilər 6,4%-ni təşkil etmişdir. Bundan başqa, malların istehsalında sənaye istehsalının payı ÜDM-ə nisbətən qismən azalmış, kənd təsərrüfatı və tikinti sektoru isə əvvəlki il ilə müqayisədə daha böyük paya malik olmuşdur. Xidmət sektorunda, bütün sahələrdə artım demək olar ki, 2012-ci ildəki səviyyədən daha yüksək olmuşdur. Qeyri-neft sektorunun sahəvi inkişafında tikinti sektoru xüsusilə fərqlənmişdir. Belə ki, tikinti sektorunda malların istehsalı 6 828,9 milyon manat həcmində olmaqla, 2012-ci il ilə müqayisədə bu sahədə 23% artım baş vermişdir. Bununla yanaşı, xidmət sektorunda real artım 7,3%, məhsul və idxala xalis vergilər üzrə 8,4%, kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində 4,9% olmuşdur. İstehsal sahələrinin ÜDM-dəki çəkisi və artım dinamikaları Qrafik 4.1.2 və 4.1.3.-də verilmişdir.

Növbəti ildə gözlənilən iqtisadi artım ilə bağlı beynəlxalq təşkilatların proqnozlarında müsbət dinamika müşahidə edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankının (DB) 2014-cü il üçün ölkə üzrə iqtisadi artım proqnozu 5% ətrafında verilir. Ümumiyyətlə, BVF–nin gözləntilərinə görə ötən ildə müşahidə edilən bərpa prosesi növbəti iki ildə inkişaf etmiş ölkələrin iqtisadiyyatında daha da genişlənə və bunun hesabına qlobal aktivlik daha da güclənə bilər və 2014-2015-ci illərdə qlobal artım müvafiq olaraq 3,6% və 3,9% təşkil edə bilər. Bundan əlavə, məhsul buraxılışında 2014 və 2015-ci illərdə inkişaf etmiş ölkələrdə müvafiq olaraq 2,2% və 2,3%, sənayeləşən ölkələrdə 4,9% və 5,3% artım gözlənilir. Bununla yanaşı, bəzi ölkələrdə iqtisadi artımın azalması riski hələ də öz həssaslığını saxlayır. Bir çox sənayeləşən və inkişaf etməkdə olan dövlətlərdə ölkədaxili iqtisadi zəifliyin mövcud olmasına baxmayaraq, inkişaf etmiş ölkələrin aktivliyi hesabına bu ölkələrdə xaricdən formalaşan tələbatın artacağı gözlənilir.


Qlobal artımla bağlı DB-nin proqnozlarına görə növbəti iki ildə qlobal artım real ifadədə müvafiq olaraq 3,2% və 3,4%, o cümlədən yüksək gəlirli ölkələrdə (İEÖ) təqribən 2,4%-ə qədər, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə tədricən yüksələrək növbəti iki ildə müvafiq olaraq böhrandan əvvəlki səviyyədən aşağı olmaqla, 5,3% və 5,5% təşkil edə bilər. BVF və DB-nin hesablamalarına əsasən 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5% və 5,3% səviyyəsində proqnozlaşdırılır.



Strateji valyuta ehtiyatları
2013-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatlarının həcmi il ərzində artaraq 50,2 milyard ABŞ dollarına çatmış və valyuta ehtiyatının 71,5%-i Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşmışdır. Belə ki, Dövlət Neft Fondunun vəsaitləri il ərzində 1,7 milyard ABŞ dolları və ya 5,1% artaraq 35,9 milyard ABŞ dolları təşkil etmişdir. Əvvəlki il ilə müqayisədə Neft Fondunun vəsaitlərinin artımında baş verən azalma 2013-cü ildə Fondun büdcə xərclərinin əvvəlki illərə nisbətən daha çox olması ilə izah edilir. Belə ki, 2012 və 2013-cü illərdə Fondun gəlirləri müvafiq olaraq təqribən 17,4 və 17,3 milyard ABŞ dollarına yaxın olmuşdur. 2013-cü ildə Fondun büdcə xərcləri 2012-ci il ilə müqayisədə 2,2 milyard ABŞ dolları artmaqla 15,7 milyard ABŞ dolları təşkil etmişdir.

Yaradılarkən açılış balansı 270,9 milyon ABŞ dolları təşkil edən Neft Fondunun vəsaitləri artaraq 2013-cü ilin sonuna 35 877,5 milyon ABŞ dollarına çatmışdır. Fondun vəsaitlərinin illər üzrə artım dinamikası Qrafik 4.1.6.-da verilmişdir.



Son illərdə Fondun vəsaitinin ÜDM-də payı da artaraq 2013-cü ildə 48,8 % təşkil etmişdir.

2013-cü ildə Fondun daxilolmalarının 9,5%-i yığıma yönəldilmişdir. 2001-2013-cü illər ərzində Neft Fondunun daxilolmaları 101 milyard ABŞ dolları səviyyəsində olmuş, bu vəsaitin təqribən 36%-i yığıma yönəldilmiş, 64%-i isə istifadə edilmişdir. Neft Fondunun yarandığı tarixdən etibarən 2013-cü ilin sonuna qədər yığım səviyyəsi Qrafik 4.1.8.-də verilmişdir.






Fiskal dayanıqlığın təmin edilməsi
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də dövlət büdcəsinin daxilolmalarının mühüm hissəsi Neft Fondundan dövlət büdcəsinə köçürülən transfertlər hesabına formalaşmışdır və fiskal sabitliyin təmin edilməsi istiqamətində Fondun çəkisi böyük olmuşdur. Belə ki, 2013-cü ildə Fond tərəfindən dövlət büdcəsinə transfertlər şəklində 11 350,0 milyon manat həcmində vəsait köçürülmüşdür ki, bu vəsaitlər dövlət büdcəsinin gəlirlərinin 58,2%-ni təşkil etmişdir. Ümumilikdə isə 2003-2013-cü illər ərzində Neft Fondu tərəfindən edilən transfertlərin həcmi 46 435 milyon manat təşkil etmişdir.


Xarici ticarət
Maliyyə böhranından sonra davam edən zəif qlobal iqtisadi artım fonunda mal və xidmətlərə olan qlobal tələbin dinamikasında 2013-cü ilin birinci yarımilliyində azalma davam edib, 2013-cü ilin ikinci yarımilliyində bu istiqamətdə bərpa prosesi müşahidə edilmişdir. Əvvəlki il ilə müqayisədə ölkələrin mövqeyində yaxşılaşma müşahidə edilmişdir. Belə ki, hesabat ilində BVF-nin məlumatlarına əsasən qabaqcıl və inkişaf etməkdə olan ölkələrdə ixracın həcmi əvəlki ilə nisbətən müvafiq olaraq 2,3% və 4,4% artmışdır.

Qeyd olunan proseslər fonunda Azərbaycanın xarici ticarət əməliyyatlarında da müsbət tendensiya müşahidə edilmişdir. Belə ki, 2012-ci ildə ixrac və idxal əməliyyatlarında qeydə alınan azalma 2013-cü ildə artım ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkənin ticarət əməliyyatları 34,7 milyard ABŞ dolları həcmində olmuş və bundan təqribən 24 milyard ABŞ dollarını ixrac əməliyyatları, 10,7 milyard dollarını isə idxal əməliyyatları təşkil etmişdir. Hesabat ilində ixracın həcmində ötən il ilə müqayisədə 0,28% artım qeydə alınmışdır. 2012-ci ildə neft hasilatında azalma müşahidə edilmiş və 2013-cü ildə neft hasilatı stabilləşərək 0,2% artmışdır.




4.2. Neft Fondunun gəlirləri
2013-cü ildə Neft Fondunun gəlirləri 13 600,4 milyon manat (17 329,2 milyon ABŞ dolları) olmuşdur. Fondun gəlirləri Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, tranzit haqları ilə bağlı ödənişlər, bonus ödənişləri, akrhesabı ödənişlər, Fondun vəsaitinin idarə edilməsindən əldə edilən gəlirlər və digər mənbələr hesabına formalaşmışdır.


Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2013-cü ildə Neft Fonduna Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından 13 108,0 milyon manat və ya 16 707,7 milyon ABŞ dolları həcmində vəsait daxil olmuşdur. Azərbaycan Respublikasında dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2013-cü ildə mənfəət neftinin və qazın satışından daxilolmaların böyük hissəsi Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilmiş mənfəət neftinin ixracı hesabına formalaşmışdır. Belə ki, AÇG yatağı üzrə 2013-cü ildə ixrac edilmiş mənfəət neftindən Azərbaycan Respublikasının payına (Dövlət Neft Fonduna) düşən vəsaitlərin həcmi 16 261,2 milyon ABŞ dolları (160,8 milyon barel) olmaqla, ümumilikdə Fondun mənfəət neftinin və qazın satışından daxilolmalarının təqribən 97%-ni təşkil etmişdir.


Mənfəət neftinin satışı ilə bağlı məbləğlər Neft Fonduna köçürülərkən neftin nəql edilməsi üzrə xərclər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən çıxılır.



Qlobal xam neft və maye yanacağı bazarında dəyişmələr
Enerji İnformasiya Administrasiyasının (EİA) gözləntilərinə görə Neft İxrac Edən Ölkələr Birliyinə daxil olan ölkələr istisna olmaqla digər ölkələrdə maye yanacağı ilə bağlı istehsalın əvvəlki ilə nəzərən artacağı, ümumilikdə isə ABŞ və Kanadanın xam neft istehsalının 2014-cü ildə Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələrin maye yanacağı üzrə ümumi təklif artımının təqribən 70%-ni təşkil edəcəyi proqnozlaşdırılır. ABŞ-ın xam neft istehsalının 2014-cü ildə gündəlik olaraq 8,5 milyon barel, 2015-ci ildə isə 9,3 milyon barelə qədər artacağı gözlənilir.

Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələrdə neft istehsalı təklifinin artması şəraitində bəzi Neft İxrac Edən Ölkələr Birliyinə daxil olan ölkələrdə gündəlik xam neft istehsalının həcminin 0,5 milyon barelə qədər azaldılması proqnozlaşdırılır. Neft İxrac Edən Ölkələr Birliyinə daxil olan bir sıra ölkələrdə xam neft istehsalında proqnozlaşdırılan azalma izafi istehsal həcmlərinin yaranması ilə nəticələnə bilər ki, bu da 2013-cü ildə 2,2 milyon barel olan gündəlik neft istehsalının 2014-cü ildə 2,7 milyon barelə çatmasına imkan yaradacaqdır. EİA-nın proqnozlarına görə 2015-ci ildə Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələrin təklif artımı gündəlik 1,5 milyon barelə yaxın olacaq, bu isə həmin il üçün proqnozlaşdırılan qlobal istehlak artımını (1,4 milyon barel) qismən üstələyəcəkdir. Növbəti illərdə Liviya, İraq və Anqolada neft istehsalının daha yüksək həcmlərinə uyğunlaşmaq üçün Neft İxrac Edən Ölkələr Birliyinə daxil olan bir sıra ölkələrdə istehsalın azaldılacağı gözlənilir.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına əsasən 2013-cü ildə dünyanın gündəlik neft istehlakı 91,3 milyon barel olub və bunun 59%-i on ölkənin payına düşmüşdür (Qrafik 2.). EİA gündəlik qlobal maye yanacağı istehlakının 2014 və 2015-ci illərdə müvafiq olaraq 1,2 və 1,4 milyon barel artaraq 2015-ci ilin ikinci yarısında 93 milyon bareli keçəcəyini proqnozlaşdırır. EİA-nın gözləntilərinə görə proqnozlaşdırılan istehlak artımının demək olar ki, böyük hissəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrin payına düşəcək. Belə ki, 2014 və 2015-ci illərdə qeyri-İƏİT ölkələrinin gündəlik neft istehlakı müvafiq olaraq 1,3 və 1,4 milyon barel artacaq. Çinin qlobal istehlakın artımına ən çox töhfə verən ölkə olacağı gözlənilir. Bununla yanaşı İƏİT ölkələrində gündəlik neft istehlakının 2014-cü ildə 0,1 milyon barel azalacağını və 2015-ci ildə stabil qalacağını proqnozlaşdırır. İƏİT ölkələrində gözlənilən azalma enerji sektorunda qazdan istifadənin artırılması və bəzi atom elektrik stansiyalarının (AES) yenidən işə salınması ilə izah olunur.
Mənbə: BEA qısamüddətli dövr üzrə enerji icmalı, EİA neft bazarları ilə bağlı hesabat, 2014


Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2013-cü ildə Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 480,6 milyon manat (606,4 milyon ABŞ dolları) təşkil etmişdir. 2013-cü ildə Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı investisiya portfelinin gəlirliliyi 1,8 % olmuşdur.
Tranzit haqları ilə bağlı daxilolmalar. 2013-cü ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 8,1 milyon manat və yaxud 10,3 milyon ABŞ dolları təşkil etmişdir. Tranzit haqları ilə bağlı Fonda daxilolmalar Cədvəl 4.2.1.-də verilmişdir.



Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər Neft Fondunun gəlirlərinin formalaşma mənbələrindən birini təşkil etmişdir. 2013-cü ildə akrhesabı ödənişlər 2,3 milyon ABŞ dolları (1,8 milyon manat) olmuşdur.

Akrhesabı ödənişlərin təqribən 90%-i Şəfəq-Asiman yatağı üzrə BP Eksploreyşn şirkəti tərəfindən daxil olmuşdur.


Bonus ödənişlərindən əldə edilən gəlirlər. 2013-cü ildə Neft Fonduna daxil olan bonus ödənişlərinin məbləği 1,9 milyon manat və yaxud 2,4 milyon ABŞ dolları təşkil etmişdir. Cədvəl 4.2.3.-də yataqlar üzrə bonus ödənişləri verilmişdir.

Neft Fondunun növbəti daxilolmalarını təşkil edən bonus ödənişlərinin təqribən 85%-i UQE-LANSER şirkəti tərəfindən Balaxanı yatağı üzrə ödənilmişdir.


Digər gəlirlər və daxilolmalar. 2013-cü ildə neft-qaz sazişləri çərçivəsində xarici neft şirkətləri (sərmayəçilər) tərəfindən verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) satışından Neft Fondunun daxilolmaları 78,4 min manat və yaxud 0,1 milyon ABŞ dolları təşkil etmişdir.
4.3. Neft Fondunun xərcləri
2013-cü ildə Neft Fondunun büdcə xərclərinin ümumi məbləği 12 302,7 milyon manat (15 681,6 milyon ABŞ dolları) olmuşdur. Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert, sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi, Fondun idarə edilməsi ilə bağlı xərclər təşkil etmişdir. Qrafik 4.3.1.-də 2013-cü ildə Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr və Fondun həmin il üçün xərcləri göstərilmişdir.



Dövlət büdcəsinə transfert. 2013-cü ildə Neft Fondunun büdcə xərclərinin mühüm hissəsini (92%) dövlət büdcəsinə transfert təşkil etmişdir. 2013-cü ildə Neft Fondundan dövlət büdcəsinə 11 350,0 milyon manat məbləğində vəsait köçürülmüşdür. 2003-2013-cü illər ərzində Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin ümumi məbləği 46 435 milyon manat olmuşdur.

Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi. Ölkədə neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə 2013-cü ildə də Neft Fondunun vəsaiti hesabına mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi davam etdirilmişdir.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi. Qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Neft Fondu tərəfindən vəsaitlərin ayrılması 2001-ci ildən etibarən başlamış və 2013-cü ildə də davam etdirilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması məqsədi ilə salınmış qəsəbələrdə fərdi evlərin, hündürmərtəbəli binaların, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi məqsədi ilə 2001-2013-cü illər ərzində 1 457,8 milyon manat vəsait ayrılmışdır. Bu dövrdə 25 403 məcburi köçkün ailəsi 62 qəsəbədə tikilmiş fərdi evlərdə yerləşdirilmişdir. 2013-cü ildə bu məqsədlə ayrılmış vəsaitin məbləği 300 milyon manat təşkil etmişdir. Ayrılmış vəsaitlərin illər üzrə bölgüsü Qrafik 4.3.2.-də verilmişdir. \\netstorage\backup\user_files\budget forecasting and projects department\layihe shekilleri\qacqin\sg202170.jpg


Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi.

j:\1.exit door... dsc_0053.jpgj:\20.jpg

Əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etmək olan "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin maliyyələşdirilməsi 2006-cı ildən başlamış və 2013-cü ildə də davam etdirilmişdir. Layihəyə 2006-2013-cü illər ərzində 1 069,4 milyon manat vəsait ayrılmışdır.



Layihənin sifarişçisi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (AMST ASC) Neft Fondu tərəfindən 2013-cü ildə “yanaşma yollarının tikintisi”nə 4,1 milyon manat, “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi”nə 113,9 milyon manat, “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi”nə 48 milyon manat, “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi”nə 4,8 milyon manat, “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi”nə 2,7 milyon manat, layihənin İşçi Qrupunun saxlanılmasına 0,4 milyon manat vəsait ayrılmışdır. 2013-cü ildə ayrılmış vəsaitin ümumi həcmi 173,9 milyon manat olmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Taxtakörpü su anbarı, Taxtakörpü su elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan kanalının rəsmi açılış mərasimi keçirilmişdir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi. j:\dscf3151.jpg
Layihə çərçivəsində Türkiyənin ərazisində 76 km və Gürcüstanın ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsinin əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə xidmət etməkdir. 2007-ci ildən etibarən həyata keçirilən bu layihənin maliyyələşdirilməsinə ümumilikdə 463,9 milyon ABŞ dolları (367,1 milyon manat), o cümlədən 2013-cü ildə 32,7 milyon ABŞ dolları (25,7 milyon manat) vəsait ayrılmışdır.

Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. 2013-cü ildə Neft Fondu əvvəlki illərdə olan layihələrin maliyyələşdirilməsi ilə yanaşı yeni layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə vəsaitlər ayırmışdır. “STAR” neft emalı kompleksinin tikintisi layihəsi də 2013-cü ildə başlamış yeni layihələr içərisindədir. Nizamnamə kapitalı 1,9 milyard ABŞ dolları təşkil edən bu layihənin səhmlərinin 40%-i (760 milyon ABŞ dolları) Neft Fondu tərəfindən maliyyələşdirilir. 2013-cü ildə Neft Fondu tərəfindən 372, 6 milyon manat və yaxud 475 milyon ABŞ dolları məbləğində vəsait “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.

Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Yeni müasir üzən qazma qurğusunun tikintisi də 2013-cü ildən başlamış layihələrdəndir. Layihə büdcəsinin vəsaitinin mənbəyi Layihə üzrə sifarişçi funksiyasını həyata keçirmək məqsədilə yaradılmış “Azerbaijan Rigs” MMC-nin 10%-i Dövlət Neft Şirkətinin və 90%-i Neft Fondunun vəsaiti hesabına formalaşan nizamnamə kapitalıdır. Nizamnamə kapitalı layihə üzrə bağlanmış podrat və subpodrat müqavilələrinə əsasən vaxtı çatan ödənişlərin edilməsi üçün lazım olan məbləğdə artırılmaqla mərhələli şəkildə formalaşdırılır. Layihə üzrə podratçı funksiyalarının yerinə yetirilməsi layihənin sifarişçisi ilə 24 iyun 2013-cü il tarixində bağlanmış Baş Podrat müqaviləsinə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılan və Xəzər dənizində mövcud üzən qazma qurğularına sahiblik edən Kaspian Drillinq Kompany Limited MMC-yə (“KDK” MMC) həvalə edilmişdir. Layihənin 42 aya başa çatdırılması nəzərdə tutulur. Ayrılmış vəsait çərçivəsində alınmış aktivlər Neft Fondunun investisiya portfelinə daxil edilmişdir. Maksimal büdcə həddi 1 116,7 milyon ABŞ dolları təşkil edən bu layihənin maliyyələşdirilməsinə 2013-cü ildə 215,6 milyon ABŞ dolları və yaxud 169,1 milyon manat vəsait yönəldilmişdir.
İnsan kapitalının inkişaf etdirilməsi

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi. Ölkəyə daxil olan neft gəlirləri strateji əhəmiyyəti olan və sosial-infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə yanaşı insan kapitalının inkişaf etdirilməsi istiqamətində də istifadə edilir. Yüksək ixtisaslı kadrlara olan təlabat xarici ölkə universitetlərində təhsil alan gənclər hesabına təmin edilir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin dünya reytinqlərində aparıcı yerləri tutan universitetlərdə təhsili maliyyələşdirilir. “Qara qızılın insan kapitalı”na çevrilməsini hədəf alan bu proqram çəçivəsində xaricdə təhsil alan gənclərin təhsil haqqı, yaşayış, qida, yol, sığorta və digər xərcləri maliyyələşdirilir. 2008-2013-cü illər ərzində Neft Fondunun vəsaiti hesabına 2321 tələbə xarici ölkə universitetlərdə təhsil almaq məqsədi ilə göndərilmişdir. 2013-cü il də daxil olmaqla proqramla göndərilən 561 tələbə məzun olmuşdur. Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə 2013-cü ilin sonuna kimi ümumilikdə 87,8 milyon manat vəsait ayrılmışdır ki, bunun da 33 milyon manatı 2013-cü ilin payına düşmüşdür. 2013-cü ildə təhsili maliyyələşdirilən tələbələrin ölkələr üzrə bölgüsü Qrafik 4.3.3.-də göstərilmişdir.



Proqram çərçivəsində bakalavr və magistr dərəcəsi üzrə təhsil alan tələbələr üstünlük təşkil edir. Dərəcələr üzrə təhsil alan tələbələrin sayı Qrafik 4.3.4.-də verilmişdir.






Yüklə 307,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin