I MÖVZU. AUDİTİN MAHİYYƏTİ, ƏHƏMİYYƏTİ VƏ TƏŞKİLİ
Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri
Azərbaycanda auditin yaranması və inkişafı
Auditin formaları
Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınması
ƏLAVƏ ƏDƏBİYYAT
V.Novruzov. «Azərbaycanda audit sisteminin islahatı konsepsiyası», «Maliyyə və uçot» jurnalı ,№ 3-4, 2000
İ.Abbasov «Auditin nəzəri məsələləri», Bakı Biznes Universiteti, 1997
Ə.Daşdəmirov «Bazar iqtisadiyyatı şəraitində müstəqil maliyyə nəzarəti kimi auditin rolu», «Maliyyə və uçot» jurnalı, № 5-6, 1999
1.1. Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri
Auditor ixtisasının bir neçə yüz illərdən artıq inkişaf tarixi vardır. Hələ bizım eradan əvvəl, təxminən 200-cü ildə Rim imperiyasi dövründə maliyyə və məhkəmə işlərini aparan vəzifəIi şəxslər dövlət mühasiblərinin fəaliyyəti üzərində nəzarət edirdilər.
Nəzarət xidmətini yerinə yetirən vəzifəli şəxsiərin hesabatları Rimə göndərilıir və dinlənilirdi. Belə təcrübə ilə əlaqədar olaraq «auditor» termini yaranmışdır ki, bu da latinca «dinləyici» mənasını ifadə edir.
Amerikada auditor yoxlaması formasında ilk əməliyyat 1631-ci lidə Hollandiyadan ABŞ-ın Plimuta, Massaqusets ştatına mühasib göndərilmiş və ödənilməmiş borcların vəziyyəti yoxlanılmışdır, Lakin auditin qanunvericilik vətəni Böyük Britaniya hesab olunur ki, 1844-cü ildə şirkətlər haqqında bir sira qanunlar qəbul olunmuşdur. Həmin qanunlara görə şirkətlər ildə bir dəfədən az olmayaraq xüsusi mütəxəssislər - dəvət etməklə mühasibat əməliyyatlari üzrə yoxlamalar təşkil etməlı və onun nəticələrini xüsusi hesabatla səhmdarların yığıncağında müzakirə etməli idilər.
Bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, təsərrüfatdaxili iqtisadi nəzarət yeni idaretmə sistemində mühüm vasitələrdən hesab olunur. Tarixi baxımdan iqtisadı əməliyyatların aparılmasında idarə etmədə nəzarətin böyük roluna həmişə diqqət verilmişdir. Tarixçilərin təsdiq etdiyinə görə insanlar hesabatın müxtəlif formaları ilə 6000 il bundan əvvəl tanış olmuşlar,
Bir sıra fundamental iqtisadi proseslərin həllində uçot və iqtisadi nəzarətin vacibliyi orta əsr alimləri tərəfindən qeyd olunmuşdur. Hətta belə fikirlərdə Platonun və Aristotelin adları çəkılır. O vaxtlar uçot və iqtisadi nəzarət haqqında müəyyən fikirlər olmasına baxmayaraq az yazılar dərc olunmuşdur.
Auditor haqqında ilk sənəd Avropanın digər məkanında müəyyən olunmuşdur. İngilisdilli ölkələr içərisində auditor fəaliyyətinə aid olan məlumatlar, alimlərin müəyyən etdiyinə görə 1130-cu ildə İngiltərə və Şotlandiyanin «Xəzinə» adlanan arxivində saxlanılan sənədlər içərisində aşkar edilmişdir.
Bununla əlaqədar olaraq qeyd olunmalıdır ki, 24 mart 1324-cü ildə İngiltərənin Kralı II Eduard özünün xüsusi fərmanı ilə üç şəxsi dövlət auditoru təyin etmişdir. Düzdür, o vaxtlar həmin şəxslər hazırda bizım düşündüyümüz auditor keyfiyyətinə malik olmamışlar. Lakin elan olunmuş Kral fərmanından müəyyən olunur ki, həmin şəxslər auditor vəzifələrini icra etmişlər.
Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan geniş istifadə edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı olmayaraq, istər müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid olsun, istərsə də dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, ondan istifadə olunması ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öyrənilə bilir, fəaliyyətin daha da inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir.
Müasir şəraitdə ölkə iqtisadiyyatının inkişafında audit nəzarətinin xüsusi əhəmiyyəti və rolu qeyd olunmalıdır. Hazırda bütün dünya öikələrində audit xidməti geniş şəkildə inkişaf etmiş və iqtisadiyyatın bütün sahələrində özünün nəzarətedici mövqeyini əsaslı şəkildə möhkəmləndirmişdir. Qərb ölkələrində auditin 150-ildən artıq inkişaf tarixi vardır.
Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üzrə transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə imkan vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymətləndirılır. Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 6,5 milyon ABŞ dolları həcmində olmuşdur.
Qeyd etmək lazımdır ki, mühasib-auditorlar Böyük Brilaniyada XIX əsrin ortalarında fəaliyyətə başlamışdır. 1862-ci ildə İngiltərədə, 1867-ci ildə Fransada və 1937-ci ildə ABŞ-da auditin labüdlüyü haqqında qanun qəbul edilmişdir.
Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəzarət sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların müəyyən etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şirkətin illik mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kənar şəxsləri tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxlamasından keçməyən mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.
Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli auditorun iqtisadi subyekt ilə bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müstəqilliyini tə'min etmə xarakterinə malik olan şəxs olmalıdır.
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili və onun həyata keçirilməsi respublikanın 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haqqında» Qanunun qəbul olunması ilə başlanmışdır. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası respublikada auditor xidmətinin dövlət tənzimlənınəsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin və təsərrüfat sistemlərinin, auditorların mənafelərini müdafiə edən, sərbəst auditorların və auditorlar təşkilatlarının fəaliyyətinə nəzarət edən müstəqil maliyyə orqanıdır.
Auditorlar Palatası haqqında qanunda deyildiyi kimi, «Audit əmtəə isıehsalı və satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə mühasibat uçotunun dəqiq və dürüst aparılmasının mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır». Audit xidməti sahibkarlıq fəəliyyəti olmaqla, sifarişçiyə xidmət göstərilməsi, sifarişçinin maliyyə vəziyyətinin yaxşılaşdırilması vəzifələrini yerinə yetirir.
Audit fəaliyyətinin həyata keçirilməsi və təkmilləşdirilməsi sahəsində keçən dövr ərzində müəyyən işlər görülmüşdür. 1999-cu ilin iyun ayında respublikamızda ABŞ-ın Daxili Auditorlar Institutunun «Audit-Azərbaycan» bölməsinin acılması da aparılan işlərin nəticəsidir. Nəzərə almaq lazımdır ki, ABŞ-da fəaliyyət göstərən Daxili Auditorlar İnstitutu dünyanın hər yerində fəaliyyət göstərən auditorları təşkilatlandırır və bu peşəni daha da inkişaf etdirmək üçün köməkliklər göstərir.
ABŞ-da yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanına malik olan daxili auditorlar təşkilatı 1941-ci ildə yaradılmış və Daxili Auditorlar İnstitutu adlanmışdır. İnstitut özünün beynəlxalq mərkəzini 1970-ci ilin əvvəllərindən Florida Ştatına köçürülmüşdür.
Hazırda İnstitut dünya ölkələrində fəaliyyətdə olan auditorlar təşkilatları içərisində özünün yüksək səviyyəli mütəxəssisliyi ilə fərqlənir. İnstitutun ABŞ-da bölmələrindən başqa həmin ixtisas profili üzrə Avstraliyada, KXR-da, Hindistanda, Izraildə, Yaponiyada, Malayziyada, Yeni Zellandiyada, Cənubi Amerikada, Böyük Britaniyada və Şımali İrlandiyada milli İnstitutlar vardır. İnstitut özünün fəal İşi ilə daxili auditorların fəaliyyətini əlaqələndirməklə, ümumi təhsilin genişləndirilməsi ilə yanaşı, auditor təcrübəsi ilə əlaqədar olan məsələlərə aid müəyyən normaların tərtib olunmasını həyata keçirir.
Bununla yanaşı, respublikamızda auditorlar fəaliyyətinin daha da genişlənməsinə ehtiyac vardır. Xüsusilə respublikamızda nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qruplarının ləğv olunması auditor xidmətinin hərtərəfli genişlənməsi üçün şərait yaratmışdır, Audit xidmətindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə yanaşı, bütün idarə, müəssisələrdə və şirkətlərdə istifadə olunmalıdır. Respublikada audit xidmətinin daha da genişləndirilməsi məqsədilə «Audit xidməti haqqında» qanunda müəyyən əlavələr edilməsinə ehtiyac vardır.
Dünya ölkələrinin audit təcrübəsindən istifadə edərək və qəbul olunmuş Beynəlxalq Audit Slandartlarına uyğun olaraq respublikadakı sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin, şirkətlərin, dövlət müəssisələrinin audit yoxlamalarından keçmələri və onların illik maliyyə hesablarına auditor rəyinin verilməsinin labüdlüyünün həll olunması məqsədəuyğun olar və həmin müəssisələrin qarşılarında qoyulmuş vəzifələrin yerinə yetirilməsində nəzarəti təmin etmiş olardı. Qeyd etmək lazımdır ki, hazırda bəzi dövlət müəssisələrində illik təsərrüfat-maliyyə fəaliyyətinin təftişinin təğv olunması, onların fəaliyyətində ciddi çatışmazlıqların əmələ gəlməsi ilə nəticələnməsi məlum məsələlərdəndir.
Beləliklə, göstərilənlər belə nəticəyə əsas verir ki, bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfatdaxili nəzarət, audit nəzarəti və təsərrüfatın idarə olunması ilə əlaqədar olan digər nəzarət formaları hərtərəfli genişlənməli və təkmilləşdirilməlidir.
Nəzarət - idarəetmədə ən vacib vasitələrdən biridir. Heç bir idarəetmənin onun fəaliyyətinə aid olan qaununçuluğun düzgün yerinə yetirilməsinə nəzarət olmadan faydalı hesab etmək olmaz. Nəzarətsizliyin hərc-mərcliklə nəticələnməsini sübut etməyə ehtiyac yoxdur.
Auditor fəaliyyətinin əsas məqsədi iqtisadi subyektlərin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının mövcud olan qanunvericiliyə və normativ aktlarda uyğunluğunu müəyyən etməkdir.
Beləliklə, audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır.
Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamənin 13-cü maddəsində sərbəst auditorlar və auditor təşkilatlarının vəzifələrİ aşağıdakı qaydada müəyyən olunmuşdur.
• auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyini tələblərinə hökmən rlayət etmək;
• auditor yoxlamalarını və digər xidmətlərini keyfiyyətli həyata keçirmək;
• yoxlanmalı müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı, şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdar olduqda, müəssisədə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditorlara həmin müəssisələrdə audit aparmaq qadağandır və bu barədə sifarişçiyə xəbər verilməlidir;
• sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətinin düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunü yoxlamaq;
• auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi llə bağlı pozuntular haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;
sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar olmaqla) məxvi saxlamaq;
yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxanmasını təmin etmək.
Dostları ilə paylaş: |