Müqavilənin Predmeti və Tikinti Meydançası
Hazırki Müqavilə ilə SUBPODRATÇI; işlə bağlı kifayət qədər məlumat, təcrübə və referanslara malik mütəxəssis bir heyət olduğunu ifadə edərək, .................................. işlərin görülməsi üçün bu müqavilənin əlavələrində qeyd edilən şərtnamə və çertyojlara uyğun olan mal/materialların təminini və müvafiq işlərin görülməsini öhdəsinə götürür.
PODRATÇI, ALICININ adından bütün işləri yoxlamaq və iş prosesinə müdaxilə etmək hüququna malikdir. Hazırki Müqavilənin əlavələrində qeyd edilən işin detallı texniki xüsusiyyətlərinə, texniki şərtnamələrə, standartlara uyğun və PODRATÇININ/ NƏZARƏTÇİNİN/ SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİİN təsdiqi ilə yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq tələb olunan dizaynı, işlərin planlanmasını, sığortaların etdirilməsini, sertifikatların alınmasını, materialların istehsalını və işlərin icrası, müqavilənin başlanğıc tarixindən etibarən infrastruktur işlərinin icrasını, quraşdırma işlərinin, sınaqların, kalibirasiyanın aparılmasını, ölçmələrin və cihazların işə salınmasını, avadanlıqların işlədilməsini, sənədləşmənin aparılmasını və istifadəçinin təlimini SUBPODRATÇI aparmalıdır.
İşlərin yerinə yetirildiyi tikinti meydançası Azərbaycan Respublikasında, Bakı şeheri Heydər Əlıyev Adına Beynəlxalq Aeroport
ünvanda yerləşir.
Dostları ilə paylaş: |