Ikinci dəlil: "Talaq" ayəsi
Mütə nikahının müxaliflərinin mütə nikahı ayəsinin nəsx olunduğunu isbat etmək üçün irəli sürdükləri ikinci dəlil "Talaq" surəsinin birinci ayəsidir. Onların dediklərinə görə "Talaq" surəsinin bu ayəsində bir-birindən ayrılmaq istəyən hər zövc və zövcə (ər-arvad) üçün talaq nəzərdə tutulmuşdur. Mütə nikahında isə talaq yoxdur. Bununla da belə bir nəticəyə gəlmək olar ki, mütə nikahı ayəsi bu ayə vasitəsilə nəsx olunmuşdur.397
يا أَيُّهَا النَّبِيُّ إِذا طَلَّقْتُمُ النِّساءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَ أَحْصُوا الْعِدَّةَ وَ اتَّقُوا اللَّهَ رَبَّكُمْ لا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَ لا يَخْرُجْنَ إِلاَّ أَنْ يَأْتينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ تِلْكَ حُدُودُ اللَّهِ وَ مَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ لا تَدْري لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذلِكَ أَمْرا.
“Ya peyğəmbər! Arvadları boşamaq istəyəndə, onları(ay başı olub, paklanıb, cinsi bir təmas qurmadıqları vaxtda) iddələrinə görə boşayın və iddəni sayın! Rəbbiniz olan Allahdan qorxun! Onları, açıq-aşkarca pis iş görməyincə evlərindən çıxarmayın! Onların özləri də çıxmasınlar. Bu, Allahın hüdududur. Hər kəs Allahın hüdudundan aşsa doğrudan da özünə zülm etmiş olur. Nə bilirsən, bəlkə Allah bundan sonra yeni bir vəziyyət yaradacaq?”398
Mütə nikahının nəsxini isbat etmək üçün bu ayəyə də istinad etmək bir neçə cəhətdən qüsurludur.
1) Əgər bu şərif ayənin nəsxini mütədəki iddə dövrünün mütləq iddə dövründən az olmasına görə qəbul etsək, deməliyik ki, nə bu ayədə, nə də digər ayələrdə bütün qadınlara eyni miqdarda iddə vacib olduğu bildirilmir. Habelə "mütə" ayəsinin "talaq" ayəsi vasitəsilə nəsxinə müvəqqəti evliliyin talağa ehtiyaclı olmadığına görə etiqad bəsləyirlər. Cavab budur ki, həmin ayə talaq hallarını nəzərdə tutmamış, hansı nikahda talaq lazım olduğunu, hansı nikah növündə talağın lazım olmadığını açıqlamamışdır.399
2) Mütə ayəsinin məhz bu ayə vasitəsilə nəsx olunduğuna etiqad bəsləyən kəslər bu fikirdədirlər ki, talaq hər nikahın özülüdür. Talaqsız heç bir nikah səhih deyil. Bu fikrin də yanlışlığı aydındır. Çünki kənizlə evlənəndən sonra ondan ayrılmaq üçün talaqa ehtiyac yoxdur. Talaq hökmü kəniz barəsində təxsis olunmuşdur. Habelə kişidə və ya qadında eyb tapılan hallarda bu eyblər əqdin pozulması üçün kifayət sayılır. Bu hallarda da talaq hökmü təxsis edilmiş və boşanmaq üçün iki tərəfin razılığına ehtiyac olmadan əqd öz-özünə pozulur.
3) Sözü gedən ayəni İbn Abbasdan nəql etmişlər. Güya İbn Abbas bu ayəni mütə ayəsinin nasixi (nəsx edəni) bilmişdir. Məlum deyil ki, İbn Abbas neçə ayəni mütə nikahı ayəsinin nasixi hesab etmişdir. Öncə iddia edirlər ki, İbn Abbas "Muminun" və "Məaric" surələri ayələrini bu ayənin nasixi bilmişdir. Bu dəfə isə deyirlər ki, İbn Abbas bu qənaətə gəlmişdir ki, "Talaq" surəsinin ayəsi mütə nikahı ayəsini nəsx etmişdir. Əgər mütə nikahı ayəsi "Muminun" surəsinin ayəsi vasitəsilə nəsx olsaydı, "Talaq" surəsinin ayəsi vasitəsilə nəsx edilməsinə nə ehtiyac vardı? Bundan əlavə, bu məsələ İbn Abbasın mütə nikahı barəsindəki məşhur nəzəriyyəsi ilə də uyğun deyil. Çünki keçən söhbətlərdə də isbat etdik ki, İbn Abbas ömrünün axırınadək mütə nikahını halal olduğuna etiqad bəsləmiş nadir şəxsiyyətlərdən idi.
4) Nə üçün peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahının nəsxi üçün bu insanların "mütə nikahının nasixidir" deyə iddia etdikləri ayələrə istinad etməmişdir. Əgər Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu ayələrə istinad etsəydi şübhəsiz peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri və daim o həzrətlə olan kəslər də mütə nikahının təhrimi (qadağası) üçün bu ayələlərə istinad edərdilər. Xüsusilə də mütə nikahının ən barışmaz düşmənlərindən olan Ömər bu fürsətdən vaz keçməz və bu ayələrdən mütə nikahını caiz bilənləri məğlub etmək üçün istifadə edərdi. Halbuki bunun üçün heç bir səlahiyyəti olmayan hədislərə istinad etmişlər. (Bu barədə gələcək söhbətlərimizdə daha ətraflı danışacağıq.)
Bunu da demək lazımdır ki, "Talaq" ayəsi ilə mütə nikahı ayəsi arasında olan əlaqə "nasix və mənsux" əlaqəsi deyil. Onların arasındakı müqayisə ümumi və xüsusi, mütləq və müqəyyəd arasındakı müqayisə kimidir. Belə ki, İslam hökmlərinin əksəriyyətində ümumi ünvanlar (başlıqlar) var ki, sonradan xüsusi (dairəsi kiçik olan) ünvanlar vasitəsilə təxsis almışlar. Məsələn, "Talaq" ayəsi kəniz barəsində təxsis olunmuşdur. Deməli, kəniz boşanarkən talaqa ehtiyac yoxdur. Bir halda ki, "Talaq" ayəsi ümumidir (küllidir) və kəniz barəsində talağın mövcud olmadığını bəyan etmir. Bu, mütləq və ümumi ifadələrə təqyid (qeyd) və təxsis (istisna) gətirən digər dəlillərdəndir. Habelə qabaqca müsəlman olmuş, sonradan mürtəd olan bir qadın barəsində də "Talaq" ayəsi təxsis almışdır. Beləliklə mürtəd qadın "Talaq" ayəsinə uyğun gəlmir. (Ona talaqla boşanmaq lazım deyil.) Mütə nikahı da müxtəlif dəlillərə görə talaq hökmündən istisna olunmuşdur.
Deyilənlərdən məlum oldu ki, bu ayə də mütə nikahı ayəsini nəsx edə bilməz.
Üçüncü dəlil: (Miras ayəsi)
Mütə nikahının nəsx olunduğunu iddia edənlər "Miras" ayəsi adlanan digər bir ayəyə də isnad etmişlər.
«وَ لَكُمْ نِصْفُ ما تَرَكَ أَزْواجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ فَإِنْ كانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصينَ بِها أَوْ دَيْنٍ وَ لَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ فَإِنْ كانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِها أَوْ دَيْنٍ وَ إِنْ كانَ رَجُلٌ يُورَثُ كَلالَةً أَوِ امْرَأَةٌ وَ لَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ واحِدٍ مِنْهُمَا السُّدُسُ فَإِنْ كانُوا أَكْثَرَ مِنْ ذلِكَ فَهُمْ شُرَكاءُ فِي الثُّلُثِ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصى بِها أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ وَصِيَّةً مِنَ اللَّهِ وَ اللَّهُ عَليمٌ حَليمٌ»
“Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların etdikləri vəsiyyət (yerivə yetirilib) və ya borcu (ödəlinəndən) sonra, qoyub getdikləri malın yarısı və əgər onların uşağı vardırsa, mirasın dörddə biri sizə yetişir. Əgər sizin də uşağınız olmasa, etdiyiniz vəsiyyət (yerinə yetirildikdən) və ya borcunuz (ödəniləndən) sonra, qoyub getdiyiniz malın dörddə biri və əgər uşağınız olsa, mirasın səkkizdə biri onlara (arvadlarınıza) yetişər. Əgər irs qoyub gedən (vəfat etmiş) kişi ya qadının övladı və ata-anası olmasa, anadan doğma və atadan ögey bir qardaşı ya bacısı olsa, hər bir hissəsinə şərikdir. (Əlbəttə bi bölgü,) vərəsəyə zərər toxunmadığı halda edilən vəsiyyət (yerinə yetirilməsindən) və ya borcu (ödənilməsindən) sonradır. Bunlar Allah tərəfindəndir. Allah biləndir və həlimdir.”400
Onların fikrincə hər ər və arvad arasındakı irs hökmü təxsis və təqyidə (hər hansı bir qeydə) məruz qalmayan bir hökm kimi verilmişdir. Bu Quran hökmünün nəzərə alınmadığı hər hansı nikah növü səhih deyildir. Çünki ər-arvad arasında olan zövciyyət şəraiti kamil şəkildə mövcud deyildir.401 Biz bu şübhəyə cavab vermək və məsələni izah etmək üçün həmin şübhədə olan qüsurlara müxtəsər şəkildə işarə edirik.
1) Bu ki, “Mütə nikahında ər və arvad arasında irs mövcud deyil”, -hökmü şiə alimləri arasında icma ilə (yekdil rəylə) qəbul olunmuş bir məsələ deyildir. Bu məsələdə də dörd baxış vardır. Onların ən məşhuru irsin olmamasıdır. Qalan üç baxışa görə isə təsəvvür olunan şəraitdə ər və arvada mütə nikahında bir-birindən irs çatır.402
2) Yuxarıdakı ayələrdə də qeyd etdik ki, bu ayələrin mütə ayəsinə olan nisbəti "nəsx" nisbəti deyildir. Bu ayələrlə mütə nikahı ayəsi arasındakı nisbət ümumi və xüsusi, ya mütləq və müqəyyəddir.
3) Mütə nikahından başqa nikah növü də var ki, onda da ər və arvad arasında irs yoxdur. O cümlədən öz malikindən (sahibindən) digəri ilə evlənən kəniz barəsində bunu demək olar ki, (bütün fəqihlərin fikrincə) bu növ nikahda irs hökmü "təxsis" edilmişdir. Habelə ərini qətlə yetirən qadına da irs düşmür. Irs ayəsinin hökmü bu qadın kimiləri barəsində də "təxsis" olunmuşdur.403 Bütün bu hallarla yanaşı mütə nikahının da irs ayəsindən təxsis olunmasının nə eybi vardır? İbn Şəhr Aşub və digər alimlər404 də bu həqiqəti təsdiqləmişlər. O, demişdir:
«ان فقد المیراث لیس علامة لفقد الزوجیة لان الزوجة الذمیة و الامة و القاتلة لا یرثن و هن زوجات»
“Irsin olmaması zövciyyətin (ər-arvad olmağın) aradan qalxması demək deyil. Çünki zimmi405 həyat yoldaşı, kəniz və ərini qətlə yetirən qadına irs düşmür. Bir halda ki, bunlar hayat yoldaşı sayılırlar.”406
4) Mütə nikahının nəsxini bu nikah növündə kişi və qadın arasında irsin olmamasından istifadə edərək iddia edən şəxslər, özləri bir hədisə407 istinad etmişlər ki, bu hədisin məzmununa əsasən peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) arvadları və övladlarına o həzrətdən irs yetişmir. Bu minvalla peyqəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcələri də gərək o həzrətin həyat yoldaşları sayılmasınlar. Onların fikrincə, zövcə əgər zövcədirsə, ərindən ona irs yetişməlidir.
Bu sahədə müzakirələrdən sonra aydın oldu ki, həmin ayə də qətiyyən mütə nikahı ayəsini nəsx edə bilməz.
Dördüncü dəlil: "Nikah" ayəsi
«وَ أَنْكِحُوا الْأَيامى مِنْكُمْ وَ الصَّالِحينَ مِنْ عِبادِكُمْ وَ إِمائِكُمْ إِنْ يَكُونُوا فُقَراءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَ اللَّهُ واسِعٌ عَليمٌ»
“Aranızda olan subayları, saleh qullarınızı və kənizlərinizi evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah öz fəzl-kərəmi ilə onları varlı edər. Allah geniş rəhmət və elm sahibidir.” 408
Mütə nikahı ayəsinin nəsx olunduğunu iddia edənlər bu ayənin nəsxi üçün mütə ayəsinə də istinad etmişlər. Onların iddiasına əsasən, daimi nikah ayəsi müvəqqəti nikah ayəsini nəxs etmişdir. Çünki daimi nikahın özünəməxsus qayda-qanunları var. Müvəqqəti nikahda bu qayda-qanunlar yoxdur. Bundan belə nəticə almaq olar ki, mütə nikahı ayəsi bu ayə vasitəsilə nəxs olunmuşdur.409
Mütə ayəsinin nəsxini isbat etmək üçün bu ayənin istinadla bağlı bir neçə iradı vardır.
1) Keçən söhbətlərimizdə qeyd etdiyimiz kimi bu kimi təfsirlərin mənası budur ki, daimi nikah tarixi baxımdan müvəqqəti nikahdan daha sonra şəriət qanununa çevrilmişdir. Bununla da peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və əshabının qurduqları ailələr müvəqqəti nikah əsasında təşkil olunmuşdur. (Bu da heç kəsin qəbul etmədiyi bir məsələdir.)
2) Quranın Məkkə şəhərində nazil olmuş ayələrinə nəzər salsaq bu nəticəyə gələ bilərik ki, daimi nikah növü İslamdan öncə də mövcud idi və İslam dininin ilk çağlarında Qurani-Kərim tərəfindən təsdiq və imza olundu.410 Lakin müvəqqəti nikahı həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hicrətindən sonra Mədinə şəhərində "Nisa" surəsinin 24-cü ayəsi vasitəsilə təsdiq və qəbul olundu.411
Bütün bunları nəzərə alsaq necə iddia edə bilərik ki, daimi nikah müvəqqəti nikahı nəsx etmişdir? Əgər onlar daimi nikaha aid olan xüsusiyyətləri nəzərdə tutmuş və bu xüsusuyyətlərin müvəqqəti nikahda "təxsis" edildiyini əsas götürmüşlərsə, keçən söhbətimizdə bunun cavabını qeyd etmişdik.
Bu arada mütə nikahının bəzi müxalifləri bir necə qadınla evlənmək məsələsinə toxunan Quran ayəsinə də istinad etmişlər. Bu barədə bir neçə söz deməyi məqsədəuyğun bilirik.
Beşinci dəlil: "Ədəd" (bir neçə) ayəsi
Mütə nikahına etiraz edənlər bu nikah növünün nəsx olunduğunu isbat etmək üçün digər bir ayəyə də istinad etmişlər. Həmin ayə "Nisa" surəsinin üçüncü ayəsidir:
«وَ إِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُوا فِي الْيَتامى فَانْكِحُوا ما طابَ لَكُمْ مِنَ النِّساءِ مَثْنى وَ ثُلاثَ وَ رُباعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُوا فَواحِدَةً أَوْ ما مَلَكَتْ أَيْمانُكُمْ ذلِكَ أَدْنى أَلاَّ تَعُولُوا»
“Əgər yetimlərə (yetim qızlar və ya yetimi olan qadınlarla) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxsanız, onda sizin üçün pak (uyğun) olan iki, üç və ya dördə qədər ayrı qadınlarla nikah edin. Əgər (onlarla da) ədalətlə rəftar edəcəyinizə əmin deyilsinizsə, təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə (evlənməyə kifayət edin)! Bu haqsızlıq etməməyinizə daha yaxındır.”412
Bu şəxslərin dediklərinə görə, yuxarıdakı mübarək ayədə hər kişi üçün dörd qadınla evlənməyə icazə verilmişdir. Bu miqdardan artıq isə Quranın və sünnənin əleyhinədir. lakin mütə nikahında buna icazə verilmişdir. Bu, onu göstərir ki, "Nisa" surəsinin 3-cü ayəsi mütə nikahını nəsx və ləğv etmişdir. Hansı ki, Quranın ziddiyyətli sözlər danışması mümkün deyil.413
Mütə nikahı ayəsinin nəsxi üçün bu ayəyə istinad etmək bir neşə baxımdan qüsurludur:
1) Keçən söhbətlərdə toxunduğumuz kimi daimi nikah və bir neçə zövcə barəsində nazil olan ayə mütə nikahından öncə nazil olmuş. Gördüyümüz kimi, "Nisa" surəsində də həmin ayə bu ayədən öncə yerləşmişdir. Bu halda sonrakı ayə özündən qabaq gələn ayəni necə nəsx edə bilər?!
2) Bütün deyilənləri nəzərə alsaq, sözü gedən ayə “milki yəmini” də (Müharibə əsiri kimi müsəlmanların malik olduqları arvad, kəniz ) nəsx etmişdir. Ona görə ki, bu nikah növündə də dörd qadından artıq qadınla evlənmək caiz sayılmışdır.414
3) Öncə söylədiklərimizə əsasən, bu ayələr mütə nikahı ayəsinin nasixi (Nəsx edəni) deyildir. Belə ki, bu ayələr böyük alimlərin göstərdikləri kimi ümuminin istisnası və ya mütləqin təqyididir (qeydidir) .415
Deyilənlərdən məlum oldu ki, yuxarıdakı ayənin də mütə nikahını nəsx etməsi mümkün deyildir.
Altıncı dəlil: "Təhrim" (haram etmə) ayəsi
«حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهاتُكُمْ وَ بَناتُكُمْ وَ أَخَواتُكُمْ وَ عَمَّاتُكُمْ وَ خالاتُكُمْ وَ بَناتُ الْأَخِ وَ بَناتُ الْأُخْتِ وَ أُمَّهاتُكُمُ اللاَّتي أَرْضَعْنَكُمْ وَ أَخَواتُكُمْ مِنَ الرَّضاعَةِ وَ أُمَّهاتُ نِسائِكُمْ وَ رَبائِبُكُمُ اللاَّتي في حُجُورِكُمْ مِنْ نِسائِكُمُ اللاَّتي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلا جُناحَ عَلَيْكُمْ وَ حَلائِلُ أَبْنائِكُمُ الَّذينَ مِنْ أَصْلابِكُمْ وَ أَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلاَّ ما قَدْ سَلَفَ إِنَّ اللَّهَ كانَ غَفُوراً رَحيماً»
"Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan qızları(ögey qızlarınız ilə evlənmək) haram edilmişdir. Onlarla yaxınlıq etməyibsinizsə, onların ( boşanandan və ya öləndən sonra ) qızları ilə evlənmək günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haram edilib. Ancaq keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır."416
Mütə nikahının nəsxi barəsində söhbətlərdə mütə nikahının nəsxini iddia edənlərin əsas dəlillərindən biri də yuxarıdakı ayədir. Bunların fikrincə, Allah-taala "Nisa" surəsinin 23-cü ayəsinin əvvəllərində ana və bir çox digərləri ilə evlənməyi haram etmişdir. Bunun ardınca müvəqqəti evliliyi də haram buyurmuşdur. Ona görə ki, müvəqqəti evlilik də bu haram olunmuşlar sırasında yer tutmuşdur.417
Mütə nikahının nəsxini isbat etmək üçün bu ayəyə də istinad etmək bir neçə baxımdan nöqsanlıdır.
1) Mütə ayəsi təhrim ayəsinin ardınca özünə yer tutmuş və bununla da hər iki ayə bir tam olaraq cəmlənmişdir. Onların hissələri bir-birinə bağlı və əlaqədardırlar. Bu halda necə təsəvvür etmək olar ki, mütə ayəsi "Təhrim" ayəsindən qabaqdadır. Necə mümkündür ki, bir məzmunda söz danışan (nitq söyləyən) insanın sözünün əvvəli axırını nəsx etmiş olsun?418
2) Müvəqqəti nikahın ayədəki nəsxi qəti (aşkar) deyildir. Hətta bu barədə işarə də yoxdur. Bu şərif ayənin bəyan etmək istədiyi yeganə mətləb bəzi kişilərlə evlənə bilməyəcək (evlənmələri haram olan) qadın sinfidir. Axırda isə bəyan edilir ki, bu sinifdən olmayan qadınlarla evlənməyin eybi yoxdur. Əgər kənizdirlərsə onları almağa icazə verilmişdir. Müvəqqəti evlilik isə yuxarıda deyilənlərə görə bir nikah növüdür. Habelə təhrim və mütə ayələrinin məzmunlarında fərq və ziddiyyət mövcud deyil ki, onların birinin digərini nəsx etməsi mümkün olsun.419
Gördüyünüz kimi, sözü gedən ayə mütə ayəsinin nasixi (nəsx edəni) ola bilməz. Çünki deyildiyi kimi ayənin əvvəli istisna edilmiş (müstəsna minhu) hissədir. Bu hissənin ayənin axırı, yəni istisna olunmuş (müstəsna) hissə vasitəsilə nəsx olunması mümkün deyildir. Beləcə deyilən iddiaların əhəmiyyətsiz və zəif olması qarşıya çıxır. Indi isə mütə nikahının əleyhdarlarınin öz iddialarını isbat etmək üçün istinad etdikləri axırıncı ayəni açıqlayıb onu tədqiq və təhlil etmək istəyirik.
Yeddinci dəlil: "Ehsan" ayəsi
«وَ الْمُحْصَناتُ مِنَ النِّساءِ إِلاَّ ما مَلَكَتْ أَيْمانُكُمْ كِتابَ اللَّهِ عَلَيْكُمْ وَ أُحِلَّ لَكُمْ ما وَراءَ ذلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوالِكُمْ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَريضَةً وَ لا جُناحَ عَلَيْكُمْ فيما تَراضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَريضَةِ إِنَّ اللَّهَ كانَ عَليماً حَكيماً»
"Müharibə əsiri kimi malik olduğunuz arvadlardan suvay, ərli arvadlar sizə (haram edilib). (Bu) ilahi fərizədir (ki, Allah sizin üçün yazmışdır). Bunlardan (bu deyilmiş qadınlardan) ayrıları ilə, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Mehriyyə müəyyən ediləndən sonra bir-birinizin (mehriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir."
Mütə nikahının nəsxini iddia edənlərin bunu sübut etmək üçün istinad etdikləri axırıncı ayə (dəlil) mütə ayəsinin ardı, daha doğrusu "ehsan" adı ilə tanınmış ayədir.
Bu şəxslərin təfsirlərinə əsasən, Allah-taala qadınlardan bəhrələnməyi mehr və "sifah"sız (zinasız) "ihsan" şərtilə halal etmişdir və mütə buna daxil deyildir. Ona görə ki, mütə müvəqqəti evlilikdir və "ihsan" deyildir. "İhsan" isə rəsmi və daimi evliliyə (nikaha) deyilir. Bu səbəbdən də əgər mütə arvadı olan bir kişi zina edərsə daşqalaq olunmur. Çünki onun zinası arvadı olan kişinin zinası deyildir. Deməli, həmin dəlil mütənin "əhəllə ləkum ma vəraə zalikum" cümləsinə aid (daxil) olmasına mane olur. Və mütə də bu hilliyyətdən (halallıqdan) xaric olur.420
Yuxarıdakı ayəni bu şəkildə təfsir etmək və mütə nikahının nəsx olunduğunu onunla sübuta yetirmək də bir neçə baxımdan qüsurludur.
1) Bu cümlə "milki yəminə" də (Müharibə əsiri kimi müsəlmanların malik olduqları arvad, kəniz ) aid olduğundan "ihsan"ın iffət "ihsan"ı olduğunu üzə çıxarır. Yəni buradakı "ihsan" evlilik və nikah "ihsanı" deyil, iffət (ismət) "ihsanı"dır421. Belə ki, hər iki təriqət alimləri, o cümlədən Alusi422, Qurtubi423, Həqqi Brusvi424, Müqəddəs Ərdəbili425 və başqaları426 bu həqiqəti vurğulamışlar.
2) Fərz etsək ki, "ihsan" deyəndə evlənmək nəzərdə tutulmuşdur, bu halda sözü gedən ayə mütə nikahına da aid olur. Belə ki, mütə arvadı olan kişinin zina etdiyi halda daşqalaq olunmaması bu kişinin zövcəsi (həyat yoldaşı) olmadığına görə deyil. Buna görədir ki, sünnə nahiyəsindən olan dəlil daşqalaq hökmünü bəyan etmiş və ya "təxsis" etmişdir. Zövciyyətin (evlilik) digər hökmləri kimi məsələn, irs, talaq, nəfəqə (xərclik) və başqaları.427
3) "İhsan" həmişə zövciyyətlə birgə işlənmir. Yəni əgər kişi və qadın arasında əqd kəbini oxunarsa amma yaxınlıq (duxul) baş verməzsə və ya onlardan biri səfərdə olarsa bu halda onlara "mohsin" (ihsana əməl edən) deyilmir. Əlaməti də budur ki, onlardan hər biri bu şəraitdə zina etsə, daşqalaq olunmur.428
Ikinci hissə: hədislər və onların təhlili
Mütə nikahının hədislər vasitəsilə təhrimi
Mütə nikahının əleyhdarlarının bu nikahın haram olduğunu sübuta yetirmək üçün ön plana çəkdikləri digər dəlil də həzrət peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunmuş hədislərdir. Həmin hədislərdə (keçən bölmələrdə onların bir hissəsini araşdırmışdıq) bu mətləbi sübut etməyə çalışmışlar ki, güya mütə nikahı şəriət hökmü olandan sonra Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu haram elan etmişdir. Maraqlıdır ki, bu hədislərin əksəriyyəti Əli (əleyhis-səlam), İbn Məsud, İbn Abbas və digərlərinə nisbət verilmişdir. Belə ki, bu şəxslərin hamısının mütə nikahının halallığına etiqad bəslədikləri məşhur məsələdir və onların heç biri mütə nikahında bir problem görməmişlər. Təəssüflər olsun ki, Ömərin təhriminə bəraət qazandırmaq üçün bu tanınmış insanların da adları hallanmışdır.
Biz bu sahədə olub-keçənləri daha dəqiqləşdirmək, ortaya çıxan ixtilaf mənbələrinin daha ətraflı araşdırmaq və bu hədislər tərəfindən üzə çıxan şübhələrə tutarlı cavab vermək üçün aşağıdakı mətləbləri nəzərinizə çatdırmağı lazım bilirik.
Hədislər Quran ayələrini nəsx etmək qabiliyyətinə malikdirlərmi?
Bu müzakirə müxtəlif təriqətlərin "Üsul" alimləri arasında qədim zamanlardan indiyə qədər mövcuddur. Doğrudan da, həzrət peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) bizə gəlib çatmış hədislərin Quran ayələrini nəsx etmək səlahiyyəti var ya yox? Bu sualın cavabında təriqət alimləri arasında fikir ayrılığı vardır.
Alimlərdən bir hissəsi bu fikirdədirlər ki, əgər hədis mütəvatir429 hədis olarsa, Quran ayəsini nəsx edə bilər. Lakin ikinci qrup alimlər bu nəzəriyyəni qəbul etməmiş və bu mətləbi təkzib etmişlər.
Bu barədə Əhli-sünnə alimlərindən olan Amidi yazır:
«قطع الشافعی و اکثر اصحابه و اکثر اهل الظاهر بامتناع نسخ الکتاب بالسنة المتواترة و الیه ذهب احمدبن حنبل فی احدی الروایتین عنه، بل ان الجماعة ممن قال بامکان نسخ الکتاب بالسنة المتواترة منع وقوعه.»
"Şafii və onun tərəfdarlarının əksəriyyəti, habelə zahir əhlinin əksəriyyəti qəti şəkildə Quran ayələrinin mütəvatir hədislər vasitəsilə nəsx olmasını qeyri-mümkün bilmişlər. Deyilənlərə görə, Əhməd ibn Hənbəl də bu qənaətə gəlmişdir. Bunu da demək lazımdır ki, Quran ayələrinin mütəvatir hədis vasitəsilə nəsx olunduğunu nəzəri baxımdan qəbul edənlər də bu həqiqətin (xaricdə) baş verdiyini qəbul etməmişlər."430
Digər əhli-sünnə alimi Məhəmməd Amiri belə yazır:
« اما نسخ القرآن او المتواتر من السنه بالآحاد فقد وقع الخلاف فی ذلک فی الجواز و الوقوع .... اما الوقوع فذهب الجمهور کما حکاه ابن برهان و ابن الحاجب و غیرهما الی انه غیر واقع ذهب الشافعی فی عامه کتبه کما قال ابن السمعانی الی انه لا یجوز نسخ القرآن بالسنه و ان کانت متواتره و به جزم الصیر فی و الخفاف».
"Quran ayələri və mütəvatir hədislərin ahad (vahid) hədislər vasitəsilə nəsxi nəzəriyyəsi alimlər arasında həm sübut (nəzəri) və həm də isbat (təcrübi ) baxımından fikir ayrılığı ilə qarşılanmışdır. Isbat baxımından alimlərin əksətiyyəti (cumhur), o cümlədən İbn Burhan, İbn Hacib və digərlərinin nəql etdikləri kimi bunun baş vermədiyinə etiqad bəsləmişlər. Şafeinin də əksər kitablarından, habelə Səmaninin qeydlərindən məlum olduğu kimi onlar Quran ayələrinin sünnə vasitəsilə (sünnə mütəvatir olsa belə) nəsx olunmasının qeyri-mümkünlüyünə etiqad bəsləmişlər. Seyrəfi və Xəffaf da bu nəzəriyyəni bəyənmişlər. Lakin "vahid rəvayətlərin Quran ayələrini nəsx etməyə səlahiyyəti çatmır"- fikri ilə bir neçə nəfərdən başqa ixtilaf edən olmamışdır. 431
Fəxr Razi vahid xəbərin432 (hədisin) nasix (nəsx edən) olması nəzəriyyəsini rədd edərək belə demişdir:
Dostları ilə paylaş: |