«فالقول بانّ الآیه صادت منسوخه یقتضی نسخ القرآن بخبر الواحد فانّه غیر جائز بالاجماع».
"Göstərilən ayənin mənsux (nəsx olunmuış) olduğunu təsdiqləmək, Quran ayələrinin vahid xəbərlər vasitəsilə nəsx olunması məsələsini qəbul etməyi tələb edir. Bu məsələ isə alimlərin vahid rəyinə əsasən qeyri-mümkündür."433
Digər alimlər də bu məsələyə, yəni Quran ayələrinin sünnə tərəfindən nəsx olunmasının qeyri-mümkünlüyünə toxunmuşlar. Lakin biz tam təfsilata varmamaq üçün bununla kifayətlənir və bu sahədəki söhbətlərimizə davam edirik.
Hazırki mövzumuz budur ki, "təhrim" hədislərinin (mütə nikahını haram olduğunu söyləyən hədislərin) hətta mütəvatir belə olsalar, əksər alimlərin fikrincə nasix olma səlahiyyətləri olmadığı təqdirdə necə ola bilər ki, belə hədislər vahid olan halda nasix olma səlahiyyəti əldə etmiş olsun?
Bu halda nəsx iddiaçılarının iki işdən birini seçməkdən savayı yolu qalmır. Ya gərək bu hədislərin mütəvatir olduqlarını isbat etsinlər. Ya da vahid xəbərin nasix olmasının mümkünlüyünü qəbul edərək icmanın müqabilində dayansınsar. Alimlərin "təhrim" hədislərinin mütəvatir olmadığını sübuta yetirmək üçün söylədiklərinə nümunə olaraq aşağıdakıları göstərmək olar:
«لو کان الناسخ موجوداً لکان ذلک الناسخ اما ان یکون معلوماً بالتواتر او بالآحاد. فان کان معلوما بالتواتر کان علی بن ابی طالب (علیه السلام) و عبدالله بن عباس و عمران بن حصین منکرین لما عرف ثبوته من دین محمد (صلی الله علیه و آله و سلم)، و ذلک یوجب تکفیرهم و هو باطل قطعا، و ان کان ثابتا بالاحاد فهذا ایضا باطل لانه لما کان ثبوت اباحه المتعة معلوما بالاجماع و التواتر کان ثبوته معلوما قطعا، فلو نسخناه بخبر الواحد، لزم جعل المظنون رافعا للمقطوع و انه باطل»
"Əgər nasix varsa, bu nasix ya təvatürlə əldə edilmişdir, ya da vahid hədislərlə. Əgər təvatürlə ələ gəlmişsə, bu zaman Əli ibn əbu Talib(əleyhissəlam), Abdullah ibn Abbas və İmran ibn Həsin həzrət Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) dinində təvatür yolu ilə isbat olunmuş bir şeyi inkar etmişlər. Bu fikir qəti şəkildə yanlışdır. Hətta vahid hədislər yolu ilə sübut olunmuşsa da yanlışdır. Mütə nikahının halallığı icma və təvatür hədislərlə sübut olarsa, deməli onun vücudu qəti və məlum məsələyə çevrilir. Belə ki biz onu vahid xəbər (hədis) vasitəsilə nəsx etsək, bu zaman zənni xəbərlər vasitəsilə qəti xəbərləri aradan qaldırmaq lazım gəlir. Bu da yanlış bir məsələdir."434
Yuxarıdakı dəlillərə əsaslanmaqla aydın olur ki, "təhrim" (mütə nikahının haramlığını çatdıran) hədisləri mütəvatir hesab etmək olmaz. Ona görə ki, bu halda peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin əksəriyyətinin küfrləri üzə çıxır. Vahid hədis olan təqdirdə isə nasix olma səlahiyyəti qalmır. Çünki qəti xəbərlərin zənni xəbərlər vasitəsilə rədd olunması mümkün deyildir.
Bu müqəddimə ilə bəyan oldu ki, mütə nikahını nəsx etmək üçün "təhrim" hədislərinə arxalanmaq yersiz və elmi çərçivədən uzaqdır. Lakin biz bu hədislərin hətta vahid xəbər sırasında olmadığını isbat etmək və bu zəmində yaranan şübhələrə cavab vermək üçün "təhrim" hədislərini nəql etməyi lazım bilirik. Məqsədimiz onların hər birinə ayrı-ayrılıqda cavab verməkdir.
"Təhrim" hədisləri
Mütə nikahının təhrimi üçün istinad olunan və mütə nikahının nəsxi üçün möhkəm dəlil hesab olunan hədis Rəbi ibn Səbrənin öz atasından nəql etdiyi hədisdir. Hərçənd bu hədisdə müvəqqəti nikahın qadağan olunması barədə bir soz gözə dəymir. Lakin biz bu hədisi daha artıq tədqiq etmək üçün ilk növbədə hədisi nəql edirik. Nəqldən sonra, inşaallah, onun barəsində söhbət edəcəyik.
Birinci hədis
«عن قتيبه بن سعید حدثنا لیث عن الربیع بن سبره الجهنی عن ابیه عن سبره انه قال اذن لنا رسول الله (صلی الله علیه و آله و سلم) بالمتعة فانطلقت انا و رجل الی امرأة من بنی عامر کانها بکرة عیطاء فعرضنا علیه انفسنا فقالت ما تعطی فقلت ردائی و قال صاحبی ردائی و کان رداء صاحبی اجود من ردائی و کنت اشب منه فاذا نظرت الی رداء صاحبی اعجبها و اذا نظرت الی اعجبتها ثم قالت انت و رداءک یکفینی فمکثت معها ثلاثا ثم ان رسول الله (صلی الله علیه و آله و سلم) قال من کان عنده شی من هذه النساء التی یتمتع فلیخل سبیلها»
Quteybə ibn Səiddən o da Leysdən o da Rəbi ibn Səbrədən o da atasından belə nəql edir: "Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) Məkkə fəthində bizə mütə etməyə icazə verdi. Mən öz qəbiləmdən olan bir kişi ilə bu səfər əsnasında Mədinədən kənara çıxdıq. Qarşımıza bir kəniz çıxdı. O, bakirə və gözəl idi. Ona dedim:
- Bizin ikimizdən birinin səni mütə etməyini istəyirsənmi?
- Qarşılığında nə verəcəksiniz? – deyə o bizdən soruşdu.
Mən ona öz ridamı435 təklif etdim. Yoldaşım da öz ridasını vermək istədiyini bildirdi. Yoldaşımın ridası mənimkindən yaxşı idi. Lakin mən ondan daha cavan idim. Yoldaşımın ridasınını bəyənən qadının, digər tərəfdən də məndən xoşu gəlirdi. Sonra üzünü mənə tutub:
- Sən və ridan mənə bəsdir,- deyə cavab verdi.
Mən üç gün onun yanında qaldım. Sonra peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Hər kəsin yanında belə siğə olunmuş qadın varsa, onu azad etsin."436
Bu hədis bir neçə cəhətdən nöqsanlıdır.
1) Bu və bütün buna bənzər hədislər Rəbi ibn Səbrə ilə sona yetir. Belə ki, bu hədis səhih olan təqdirdə "vahid xəbər" sayılır. Ona görə ki, bu hədis yalnız bir fərd tərəfindən nəql olunmuşdur.
2) Burada meydana çıxan sual bundan ibarətdir ki, nə üçün Səbrədən başqa peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) digər səhabəsi bu hadisəni nəql etməmişdir. Görəsən yalnız Səbrə bu hadisədə Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə iştirak etmişdir? Bu mümkün deyildir. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri hər şəraitdə onun yanında idilər. Belə ki, onların bəzilərinin bəzi hallarda olmaması mümkündür. Amma bu o demək deyil ki, həmin hadisədə səhabələrdən heç kim Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə olmamışdır.
3) Bu hədisin ravilərindən olan Umarə ibn Qəziyyəni hətta əhli sünnə alimləri də "zəif" adlandırmışlar. İbn Həzm və digər alimlər demişlər: "Umarə "zəif" bir ravidir."437 İbn Həbban da bu qənaətə gəlmişdir ki, onun səhvi çox olmuşdur.438
4) İbn Qəyyim demişdir ki, əgər soruşsalar ki, Müslim öz "Səhih"ində ("Səhihi-Müslim") Cabir ibn Abdullahdan nəql etdiyi hədisə nə deyirsiniz? Belə ki, Cabir demişdir: " Biz bir ovuc xurma və ya un müqabilində Allahın rəsulu və Əbubəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi." Həmçinin Ömər demişdir: Rəsullallahın (səlləllahu əleyhi və alihi və səlləm) zamanında iki növ mütə var idi ki, (yayılmışdı ki,) mən onların ikisini də qadağan edirəm: Qadın mütəsi və həcc mütəsi. Cavab bu olacaq ki, insanların bu barədəki fikirləri iki cürdür. Onların bir qrupu demişdir: Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) əmr etmişdir ki, raşidin xəlifələrin dediklərinə və qoyduqları qanunlara tabe olmaq lazımdır. Bu qrup insanlar Səbrənin Məkkənin fəthi ilində mütə nikahının haram olunması barəsində nəql etdiyi hədisi səhih bilmirlər. Çünki Əbdül-məlik ibn Rəbi ibn Səbrənin hədisi öz atasından və babasındandır. İbn Müin isə onu "zəif" adlandırmışdır. Buxari öz "Səhih"ində ona boyük ehtiyacı ola-ola ondan hədis nəql etməyi doğru bilməmişdir. Bir halda ki, o, islami üsuldan olan əsllərdən biri idi. Əgər onun hədislərinin içində səhihi olsaydı, Buxari hədisin nəqlindən və ona istinad etməkdən çəkinməzdi. Habelə demişlər ki, Səbrənin hədisi səhih olsaydı bu hədis İbn Məsudun gözündən yayınmazdı. O, bunların mütə etdiklərini nəql edər və mütə ayəsinə istinad edərdi. Həmçinin hədis səhih olsaydı Ömər deməzdi ki, mütə peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında halal idi, mən onu qadağan edirəm və bunun əleyhinə çıxanlara cəza verəcəyəm. Əksinə deyərdi ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu haram etmişdir. Bundan əlavə demişlər ki, əgər bu hədis (Səbrənin hədisi) səhih olsaydı, Əbubəkrin zamanında mütə etməzdilər. Bir halda ki, o zamanda həqiqi və haqq xilafət var idi.439
Göstərdiyimiz nöqsanlar hədisin sənədində olan nöqsanlardır. Amma, bu hədisin mətnində də bir neçə nöqsan var.
1) Bu hədisin mətnində ziddiyyətlər var. Bir hədisdə nəql olunmuşdur ki, Səbrə belə dedi: "Bu hadisə və mütə nikahının qadağan olunması Məkkənin fəthində baş vermişdir"440. Digər bir rəvayətdə nəql edir: "Bu hadisə vida həccində441 baş vermişdir." Bundan əlavə Səbrə nəql etdiyi başqa hədisdə hadisənin baş verdiyi yerin adını qeyd etməmişdir.442 Eləcə də mütə təhriminin Xeybər, Övtas döyüşü, qəza ümrəsi və başqa məkanlarda baş verdiyini vurğulayan hədisləri də bunlara əlavə etsək, mütə nikahının yeddi və ya səkkiz dəfə nəsx olunduğunu qəbul etməliyik. Bu isə İslam şəriətində misli görünməmiş bir hadisə olacaqdır.
2) Müslim və digərlərinin nəql etdikləri hədisdə qadınla müvəqqəti evlənən Səbrə idi.443 Lakin Əhməd və başqalarının nəql etdikləri hədisdə həmin qadınla mütə bağlayan şəxs Səbrə deyil, onun yoldaşı idi.444
3) Tarixçilər Məkkənin fəthində baş verən bütün hadisələri təfərrüatı ilə qələmə almışlar. Xüsusilə də həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) xitabəsini və onun şəriət məsələlərini bəyan etməsini dəqiqliklə qeyd etmişlər. Amma bu yazıların heç birində mütə nikahının qadağan edilməsi barədə bir söz gözə dəymir.445
Müslim və digərlərinin nəql etdikləri hədisdə Allahın rəsulu buyurmuşdur: "Hər kəsin siğə qadını varsa, onu azad etsin." Lakin bu hədislərin bəzilərində həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) deyir: "Bu andan etibarən mütə haramdır". Hədisdə olan uyğunsuzluqan bu qənaətə gəlmək olar ki, (hədisin səhih olduğunu fərz etsək) Allahın rəsulu xüsusi dəlillərə əsasən, səhabələr bir neçə gün mütədən istifadə edəndən sonra onlara bu nikahı tərgitməyi məsləhət bilmişdir. Belə ki, onların Məkkənin fəthindən sonra meydana çıxan yeni iş və problemlərlə məşğul olmaları lazım idi. Təbii ki, onlar haram işlə məşqul deyildilər.
Habelə bəzi hədislərdə olan təhrim hissəsinin mütənin müxalifləri tərəfindən mətnə yerləşdirilməsi ehtimalını da istisna etmək olmaz. Çünki Səbrənin nəql etdiyi və Müslimin də etimad etdiyi versiyada mütənin haram olunması gözə dəymir. Əgər fərzən təhrim hədislərini də qəbul etsək, yenə də təhrim iddiaçıları öz istəklərinə çata bilməyəcəklər. Çünki hədis bundan əlavə səhih və mütəvatir olmalıdır. Məlumdur ki, bu hədis mütəvatir deyildir. Buna görə ki, bir nəfər vasitəsilə nəql olunmuşdur və onun səhihliyi barəsində isə təfsilatı ilə söhbət etdik.
Bu bəyanlarla aydın oldu ki, təhrim iddiçılarının istinad etdikləri hədislər Quran ayəsi ilə sübut olmuş şəriət hökmünü nəsx etməyə qadir deyildir.
Ikinci hədis
Mütə nikahının haram olunması barədə təhrim iddiaçılarının istinad etdikləri digər hədis Abdullah ibn Ömərin rəvayətidir. Bu hədisdə Abdullah ibn Ömərdən mütə barəsində soruşulur. O, deyir: Allahın elçisi (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram buyurmyşdur. Hədis belədir:
«عن میمون بن زید عن عمربن محمد عن منصوربن دینار عن الزهری عن سالم عن ابن عمر انه سئل عن المتعه فقال: حرام فقیل ابن عباس لا یری بها بأسا فقال: و الله لقد علم ابن عباس انّ رسول الله (صلی الله علیه و آله و سلم) نهی عنها یوم خیبر، و ما کنا مسافحین».
Meymun ibn Yəziddən ... o da Salimdən ki, dedi: Abdullah ibn Ömərdən mütə nikahı barəsində soruşdular. O, dedi:
- Haramdır.
- İbn Abbas mütə nikahında heç bir eyib görmür?, - deyə ondan soruşdular.
- And olsun Allaha, İbn Abbas bilir ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər günü mütə nikahını yasaq etmişdir və bizlər də zinakar deyilik, - deyə İbn Abbas cavab verdi.446
Yuxarıda kı hədisin sənəd baxımından bir neçə qüsuru vardır.
1) Bu hədisin ravilərindən biri olan Mənsur ibn Dinar rical alimlərinin dediklərinə görə etibarlı sayılmır. Abbas ibn Yəhya447, Heysəmi448, Yəhya ibn Muin449 kimi rical alimləri onu "zəif" adlandırmışlar. Nisai450 və Buxari451 də bu qənaətə gəlmişlər ki, o "qüvvətli" ravi deyil və nəql etdiyi hədislərə istinad etmək olmaz.
2) Bu hədisin digər ravisi Əmr ibn Abdullahdır. O da rical alimlərinin dediklərinə görə "zəif" şəxsdir. Yəhya ibn Muin, Nisai, Əbu Zəriə, Əbu Hatəm, Saci onu "zəif", Buxari və Əbu Hatəm "munkirul-hədis", Nisai, Əbu hatəm və Daru Qutni "mətrukul-hədis" bilmişlər452.
Hədisin mətni də nöqsansız deyildir:
1) Bu hədisdə Abdullah ibn Ömərin dilindən açıq-aydın bəyan olunmuşdur ki, o, mütə nikahının Xeybər günündə peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram edildiyindən xəbərdar imiş. Lakin həqiqət budur ki, hətta əhli-sünnənin təəssübkeş şəxsləri də bu məsələni qəbul edə bilməzlər. Çünki burada İbn Abbasın təkfiri meydana çıxır. Buna görə də onlar deyirlər ki, Həzrət Əli (əleyhis-səlam) İbn Abbasın mütə nikahının təhrimindən xəbəri olmadığı üçün bu hadisəni ona xatırlatdı və İbn Abbas öz fikrindən döndü.
2) Bu hədis İbn Ömərdən mütə nikahının halallığı barəsində nəql olunan iki hədisə ziddir.453
Bu halda hazırkı hədis hansı güclə Quran ayələri və təriqət mənbələrində mövcud olan, mütəvatir hədislərin halallığını isbat etdiyi bir nikahı nəsx və ya təhrim edə bilər?
Üçüncü hədis:
Mütə nikahının haram edildiyinə etiqad bəsləyənlərin istinad etdikləri və öz nəzəriyyələri üçün əsas götürdükləri digər hədis Kəb ibn Malikin nəql etdiyi hədisdir. Kəb onu peyğəmbərdən nəql etmişdir. Hədis belədir:
«یحیی بن زکریا بن ابی زائدة عن یحیی بن ابی انیسة عن الزهری عن عبدالله بن کعب بن مالک عن ابیه قال: نهی رسول الله (صلی الله علیه و آله و سلم) عن متعه النساء».
Zəkəriyya ibn əbi Zaidədən... Abdullah ibn Kəbdən və o da babasından nəql edir ki, dedi: "Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) mütəni qadağan etdi".454
Bu hədisin sənədi zəifdir:
1) Hədisin sənəsində Yəhya ibn Əbi Ənisə vardır ki, rical alimləri onu "zəif" adlandırmışlar. Daru Qutni455 və Heysəmi456 onun "zəif" və "mətrukül-hədis" olduğunu demişlər.
2) Bu hədis də "zəif" olan Zöhridən nəql olunmuşdur. Biz keçən söhbətlərimizdə bu şəxs barəsində ətraflı söhbət etmişik.
Qeyd etmək lazımdır ki, sözü gedən hədis vahid xəbər həddində deyildir. Belə ki, mütə nikahını haram etmək üçün buna istinad etmək elmi çərçivədən kənardır.
Dördüncü hədis
Mütə nikahının nəsx və təhriminə etiqad bəsləyənlər bu nikahın haram olunduğu barədə başqa bir hədisi Haris ibn Qəziyyənin vasitəsilə peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etmişlər. Hədisdə deyilənlərə görə həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) müqəddəs Məkkə şəhərində üç dəfə "haramdır" -deməklə mütə nikahını haram elan etmişdir. Rəvayət belədir:
«یحیی بن حمزه عن اسحاق بن عبدالله انّ عبدالله بن رافع اخبره عن الحارث بن غزیة قال: سمعت النبی ص یوم فتح مکه یقول متعة النساء حرام ثلاث مرات»
Yəhya ibn Həmzədən... Haris ibn Qəziyyədən, dedi: "Mən Məkkənin fəthində peyğəmbərdən eşitdim ki, dedi: "Mütə nikahı haramdır". Sonra bu sözləri üç dəfə təkrar etdi."457
Bu hədis də bir neçə cəhətdən nöqsanlıdır:
1) Hədisin sənədində İshaq ibn Abdullahın adı gözə dəyir. Rical alimlərinin yekdil rəyinə əsasən bu şəxs "zəif"dir.
Heysəmi, İbn Ammar, Bəzar, İbn Carud, Əqili, Saci, Əbu Hatəm demişlər: "O, zəifdir." Əmr ibn Əli, Əbu Zəriə, Əbu Hatəm, Nisai, Bərqani, Buxari və Daru Qutni bu fikirdə olmuşlar ki, onun hədislərini kənara qoymaq lazımdır. Çünki o "mətrukul-hədis"dir. Dövri demişdir ki, o "siqə" (düz danışan, etibarlı) deyil, yalançıdır. Əhməd ibn Hənbəl demişdir: "Ondan hədis nəql etmək mənim zənnimcə qətiyyən düzgün deyildir."458
2) Mütə nikahının haram olunduğu məkanı göstərən hədislər müxtəlifdir. Onların arasındakı fərq çox böyükdür. Belə ki, onlardan biri bu hədisin vida həcci, digəri Xeybər, başqa birisi Əvtas... və bu hədis isə Məkkənin fəthində deyildiyini göstərmişdir. Beləliklə, verilmiş hədislər arasında mövcud olan bu kimi fərqlərlə yanaşı, onların sənədlərinin zəifliklərini nəzərə alsaq, mütə nikahının nəsx və təhrimi üçün onlara istinad etmək ağlabatan və məntiqli olmaz.
Bu araşdırmalarla aydın oldu ki, verilmiş hədislər də təhrim və nəsx tərəfdarlarının iddia etdikləri gücə malik deyil.
Beşinci hədis
Mütə nikahının haramlığını iddia edənlər öz iddialarını isbat etmək üçün Zeyd ibn Xalid Cuhənidən nəql olunan bir hədisə də əsaslanmışlar. Bu hədisdə mütə nikahının, əhliləşmiş ulaqların ətinin, habelə caynaqlı yırtıcı heyvanların ətinin haram olunmasından söhbət açılmışdır. Hədis belədir:
«عن موسی بن عبیدة الربذی اخبرنی ایوب بن خالد عن زیدبن خالد الجهنی قال: کنت انا و صاحب لی نما کس امرأة فی الاجل و تماکسنا، فأتنا آت فاخبرنا انّ رسول الله (صلی الله علیه و آله و سلم) حرم نکاح المتعة، و حرم اکل کل ذی ناب من السباع،و الحمر الانسیة»
Musa ibn Ubeydə Rəbəzidən... Zeyd ibn Xalid Cuhənidən nəql olunur ki, belə dedi: “Mən dostumla birgə bir qadınla müvəqqəti evlilik barəsində sövdələşirdik. Belə ki, iki tərəfin razılığına da yetişmişdik. Bu an birisi gəlib bizə dedi ki, Allahın rəsulu mütə nikahını, caynağı olan yırticıların ətini və əhliləşmiş uzunqulaq ətini yeməyi haram buyurmuşdur.”459
Bu hədisin də bir neçə cəhətdən qüsurları vardır.
1) Hədisin sənədində Musa ibn Ubeydə Rəbəzinin adı çəkilir ki, rical alimləri hamılıqla onu “zəif” tanıtdırmışlar.460 Biz bu “zəif” ravi barəsində keçmişdə danışdığımız üçün yenidən bu barədə söhbət açmaqdan vaz keçirik.
2) Bir çox hədislərdə caynağı olan yırticıların ətini və əhliləşmiş uzunqulaq ətini yemək haram buyrulmuş, mütə nikahı barəsində isə heç bir söz deyilməmişdir. Əbu Səyləbənin nəql etdiyi hədis buna misal ola bilər. Bu hədislərdə yalnız bu iki işin haramlığı vurğulandığından461 bu nəticəyə gəlmək olar ki, mütə məsələsini başqaları sözügedən hədislərə artırmışlar. Görəsən mümkündürmü ki, ravilər dəfələrlə bu hədisi nəql etsinlər və mütə məsələsini yaddan çıxartsınlar, bu məsələyə kiçicik işarə belə etməsinlər. Bu göstərir ki, burada təhrif baş vermişdir. Belə ki, mütə nikahının haram olunması bu və ya digər hədislərdə xüsusi fərdlər tərəfindən artırılmışdır.
Bu araşdırmalarla nəticəyə gəlmək olar ki, bu hədislər də səhih deyil və Quran ayələrinə və hədislərə qarşı dəlil ola bilməz.
Icma
Təhrim müddəaçıları mütə nikahının haram olunduğunu isbat etmək üçün icmanı (alimlər arasında olan yekdil rəy) bir dəlil kimi əsas götürmüşlər. Onların fikrincə, həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu nikahı haram buyurduqdan sonra səhabələrin və tabeinlərin hamısı mütə nikahının haramlığına etiqad bəsləmişlər. Ona görə də Ömər mütə nikahını qadağan edəndə səhabələrdən heç biri ona etiraz etmədən bu qadağanı qəbul etdilər.462
Əhli-sünnə alimi Xəttabi bu barədə yazır:
«تحریم المتعة کالاجماع الا عن بعضی الشیعة»
Mütə nikahının haramlığı bəzi şiələrdən başqa hamı tərəfindən yekdil rəylə qəbul olunmuş məsələlərdən biridir.463
Əhli sünnənin digər alimi Əyaz yazır:
«ثم وقع الاجماع من جمیع العلماء علی تحریمها الا الروافض»
Sonra, alimlər yekdil rəylə mütə nikahının haramlığını qəbul etmişlər. Yalnız (rafiziləri) şiələri istisna etmək olar.464
Göründüyü kimi, bunlar mütə nikahının haramlığı barəsində öz müddəalarını sübut etmək üçün icmanı da dəlil saymışlar. Biz bu icmanın dəyər və gerçəkliyini aydınlaşdırmaq üçün bir neçə mətləbə toxunmaq istəyirik.
Bu icma (yekdil rəy) bir neçə cəhətdən qüsurludur:
1) Keçən söhbətlərimizdə qeyd etdiyimiz kimi, əhli-sünnənin tanınmış alimləri, o cümlədən Abdullah ibn Qudamə, Tərtusi, İbn Həzm, Əbu Həyyan və başqaları demişlər ki, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, İmran ibn Həsin, Əbubəkrin qızı Əsma kimi görkəmli səhabələr və Səid ibn Cübeyr, Mücahid, Tavus, Əta kimi tabeinlər, habelə alimlərdən İbn Cüreyc, İbn Aşur, Əhməd ibn Hənbəl və həmçinin Əhli-beytlə (əleyhimus-səlam) birgə onların şiələri mütə nikahının halallığına etiqad bəsləmişlər. Bu kimi insanların adları mütə nikahını halal bilənlərin sırasında çəkilərkən necə demək olar ki, ümmətin bu nikahın haramlığı barəsində yekdil rəyi vardır? Məgər Əhli-beyt (əleyhimus-səlam), onların şiələri, adı çəkilən peyğəmbər səhabələri və tabeinlər bu ümmətdən deyilmi?
2) Onlar iddia edirlər ki, Ömər mütə nikahını qadağan edən zaman heç kəs etiraz etmədi. Bu, açıq-aydın bir yalandır. Çünki bu məsələdə səhabələrdən Ömərə etiraz edən var idi. Lakin Ömərin səhabələrlə davranışı o qədər sərt idi ki, İmran ibn Səvad465 kimi səhabələr ona mütə nikahı barəsində nəyisə xatırlatmaq istəyəndə o, öz şallağını göstərib öz əsl sifətini nümayiş etdirirdi. Belə ki, onun oğlu Abdullahın nəql etdiyi rəvayətlər də bu həqiqəti aydın şəkildə meydana çıxarır. Bir hədisdə Abdullah ibn Ömərə deyirlər ki, İbn Abbas mütə nikahını halal, siz isə onu haram bilirsiniz. Abdullah ibn Ömər bu şəxsin cavabında deyir: "Nə üçün İbn Abbas Ömərin xilafəti zamanı dil açıb bunları söyləmir və belə fitva vermirdi?"466 (Çünki o, bilirdi ki, bu fitvasına görə Ömər onu cəzalandıracaq.) Lakin bu şəraitdə də peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) böyük səhabəlrindən Əli (əleyhis-səlam), Abdullah ibn Məsud, İmran ibn Həsin və başqaları hər iki mütə barəsində öz etirazlarını Ömərə bildirdilər. Hərçənd onların "əmr bil-məruflar"ı Ömər və tərəfdarlarına təsir etmədi.
3) İcma əgər məsum insanın (peyğəmbər və ya imam) sözündən irəli gəlməzsə heç bir etibara malik deyildir. Keçən söhbətlərdə aydın oldu ki, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında və ondan sonra Ömərin xilafətinin bir hissəsinə qədər mütə nikahının haramlığından söhbət belə getməmişdir. Biz Allah kitabı və həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəti sünnəsini bir qrup xətadan və səhvdən məsum olmayan insanın fitvasına əsasən nəsx edə bilərikmi? Əgər bu mümkün olarsa, Quranın bütün hökmlərinin və isbat olmuş sünnənin nəsx olunması da mümkün olmalıdır. Bunun mənası belədir ki, namazın, orucun və ya həccin vacibliyinin müctəhidlərin nəzərləri və rəylərinə əsasən nəsx edilməsinin mümkünlüyünü qəbul edirik. Şübhəsiz, heç bir müsəlman bunu qəbul edə bilməz.467
4) Əgər doğrudan da icma mövcud olmuşsa, səhabələr və tabeindən sonra əhli-sünnə alimləri arasında olmuşdur.( Şiə alimləri və əhli sünnədən olan bəziləri bu icma ilə yekdil deyillər. Bu sözü Əyazın və Xətabinin ifadələrindən başa düşmək olar.) Burada bir sual meydana çıxır ki, ixtilafdan sonra baş verən icma keçmiş ixfilafı aradan qaldırırmı? Bu suala əhli-sünnə alimlərinin əksəriyyəti, o cümlədən Qazi Əbubəkr Baqilani mənfi cavab vermişlər. Ona görə də bu icma səhabə və alimlər arasında olan keçmiş ixtilafı aradan aparmağa qadır deyildir.468
Deyilənlərdən aydın oldu ki, mütə nikahının "nəsx" və ya "təhrim" iddiaçılarının irəli atdıqları icma heç bir halda mütə nikahını haram etməyə qadir deyildir.
Nəticə
Bu fəslin birinci hissəsində müvəqqəti nikahın tərəfdarlarınin əsaslandıqları dəlillərlə tanış olduq. Belə ki, bu nikahla müvafiq olanlar onun isbatı üçün müxtəlif dəlillərə, o cümlədən "Nisa" surəsinin 24-cü ayəsinə, məsumların hədislərinə, icmaya və əqli dəlillərə əsaslanmışlar. Bu arada sözü gedən dəlillərin izahı da verildi. Ikinci hissədə isə mütə nikahının müxaliflərinin dəlilə, araşdırdıq. Dedik ki, bu nikahın müxalifləri onun nəsxini isbat etmək üçün bir neçə dəlillərə o cümlədən Quran ayələrinə, hədislərə və icmaya əsaslanmışlar. Biz onların dəlillərini tədqiq və təhlil etdik. Aydı oldu ki, mütə nikahının müxaliflərinin göstərdiyi dəlillər kamil deyil. Onlara istinad etmək elmi çərçivədən kənardır.
Dostları ilə paylaş: |