Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə7/14
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#7104
1   2   3   4   5   6   7   8   9   10   ...   14

«عن مسلم القرى قالت: دخلنا علي اسماء ابنة ابي‌بكر فسألناها عن متعة النساء فقالت فعلناها علي عهد رسول الله 

Müslim Əl-Qura deyir:

Biz Əbubəkrin qızı Əsmanın evinə getdik və ondan qadın mütəsi haqqında soruşduq. O,:

- Bu işi biz Allahın rəsulunun zamanında gördük- deyə cavab verdi.261

Rağib “Mühaziratul-üdəba” kitabında yazır:

« عيّر عبدالله بن الزبير عبدالله بن عباس بتحليله المتعة فقال له: سل امك كيف سطعت المجاهر بينها و بين ابيك، فسألها فقالت: ما ولدتك الا في المتعة»

Abdullah ibn Zubeyr Abdullah ibn Abbasa mütə nikahını halal bildiyinə görə etiraz etdi. Abdullah ibn Abbas da ona dedi ki, get anandan soruş gör onunla atan Zübeyr arasında atəş manqalı necə alovlandı? O, anasından bu əhvalatı soruşdu və anası: “Mən səni yalnız siğə yolu ilə dünyaya gətirdim”- deyə ona cavab verdi.262



«قال ابن عباس: اول مجهر سطح في المتعه مجهر آل زبير»

İbn Abbas demişdir: “Mütə nikahından alovlanan ilk manqal Zübeyr ailəsinin manqalı idi.”263

Bu hədislərdən bir neçə dəyərli və mühüm mətləb əldə edə bilərik:

1) Əbubəkrin qızı Əsma Zübeyr ibn Əvamla müvəqqəti evləndilər və nəticədə Abdullah dünyaya gəldi.

2) Əgər peyğəmbər mütə nikahını haram etsəydi, şübhəsiz Ürvə mütənin qadağasını Əbubəkr və Ömərin yox, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hesabına yazardı. Habelə təhrim məsələsi ortada olsaydı İbn Abbas deməzdi ki, Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız. Bu onu göstərir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) mütə nikahını haram etməmişdir. Ibn Abbas özü də ən aydın şəkildə bu mətləbi qeyd etmişdir.

3) Abdullah ibn Zübeyrlə İbn Abbas arasındakı mübahisəli məsələ onun xilafət dövründə baş vermişdir. Yəni Həzrət Əlinin (əleyhis-salam) şəhadətindən sonra. Belə məlum olur ki, həzrət peyğəmbərdən(səlləllahu əleyhi və alihi və səlləm) sonra mütəyə heç bir qadağa qoyulmamışdır. Həzrət Əliyə (əleyhis-salam) mütəni haram bildiyi barədə isnad edilən hədis də əsl yalandır. Həzrət Əli (əleyhis-salam) mütənin peyğəmbər tərəfindən haram olunduğunu İbn Abbasa desəydi, o şübhəsiz öz fikrindən dönər və Allahın rəsulunun qoyduğu qadağanı qəbul edər və başqaları ilə mübahisə etməzdi.

Bu dediklərimiz hədisin geniş izahı idi.

8. Sələmə ibn Üməyyə

Böyük tarixçi və hədisşünasların yazdıqlarına görə Rəbiə ibn Üməyyə və Sələmə ibn Üməyyə Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindəndir. Onlar mütə nikahını halal bilir və hətta ona əməl edirdilər. Baxmayaraq ki, ikinci xəlifə Ömər mütə nikahı bağlayanlara qarşı sərt rəftar edirdi. Lakin Rəbiə, Sələmə və digərləri peyğəmbərin vəfatından sonra xəlifənin qadağasına etinasızlıq göstərir və mütə nikahına əməl edirdilər. Əhli sünnə alimlərinin264 içində də bu baş verənləri yazanlar az deyil. Bu məsələnin daha aydın olması üçün bir neçə hədisdən istifadə edirik.

«انّ سلمة بن امية استمتع من سلمي مولاة حكيم بن امية بن الارقص الأسلمي فولدت له و فجحد و لدها فبلغ ذلك عمر فنهي عن المتعة»

Sələmə ibn Üməyyə Həkim ibn Üməyyə ibn Ərqəsin kənizin Səlmadan bəhrələndi, yəni onunla siğə etdi. O kəniz bu nikahdan bir uşaq dünyaya gətirdi. Sələmə uşağı inkar etdi. Bu hadisə Ömərin qulağına çatdı. Ömər mütəni qadağan etdi.265



«عن ابن عباس قال لم يرع اميرالمونين الا ام اراكه فقد خرجت حبلي فسألها عمر عن حملها فقالت استمتع بي سلمة بن امية بن خلف فلما انكر ابن صفوان علي ابن عباس بعض ما يقول في ذلك قال فاسأل عمك هل استمتع عبدالله ابن صفوان الجمحي القرشي المكي»

Ömər Umm Ərikədən başqa bir kəsi qorumadı. O, hamilə halında gələndə Ömər onun hamiləliyindən soruşdu. O, dedi ki, mən Sələmə ibn Uməyyə ibn Xələf ilə müvəqqəti nikah bağlamışam.

Ibn Səffan Abdullah ibn Abbasın bu barədə dediklərini inkar edəndə isə ibn Abbas ona dedi: Get bibindən soruş ki, Abdullah ibn Səffanla (Cəmhi Əl-qurəşi Əl- Məkki) mütə nikahı bağlamışdır?266

İbn Həcər Əsqəlani yazır:



«فروي عبدالرزاق بسند صحيح عن عمروبن دينار عن طاووس عن ابن عباس ان سلمه استمتع بامرأة فبلغ عمر فتوعده »

“Əbdürrəzzaq səhih sənədlə Əmr ibn Dinardan, o da Tavusdan, o da İbn Abbasdan nəql edir ki, Sələmə bir qadınla mütə (siğə) etdi və Ömərə xəbər çatanda Ömər bu işinə görə onu hədələdi.267

Cəmhərə, ərəblərin nəsəb alimi belə demişdir:

«معبد ابن سلمة امّه ام راكه نكحها سلمة نكاح متعة في عهد عمر او في عهد ابي بكر فولد منها معبد»

“Məbəd ibn Sələmənin anasa ümmü Ərikədir. Sələmə Ömərin vaxtında və ya Əbubəkrin zamanında onunla müvəqqəti nikah bağladı. Beləliklə Məbəd dünyaya gəldi.”268



9. Rəbiə ibn Üməyyə

«عن عروة ان خولة بنت حكيم دخلت علي عمر بن خطاب فقالت ان ربيعة بن امية استمتع بامرأة مولدة فحملت منه فخرج عمر يجر ردائه فنرعا فقال: هذه المتعة و لو كنت تقدمت فيه لرجمته»

Ürvə ibn Zubeyr nəql edir:

“Həkimin qızı Xulə Ömər ibn Xəttabın hüzuruna daxil olub dedi ki, Rəbiə ibn Üməyyə övlad dünyaya gətirə bilən bir qadından bəhrələndi (mütə etdi) və o qadın hamilə oldu. Ömər bunu eşitcək evdən çıxdı. O, əsəbdən əbasını çəkib deyirdi: “Bu mütədir. Əgər mən bundan öncə bu barədə hökm vermiş olsaydım, şübhəsiz onu daşqalaq edərdim.”269

Bu hədisdən aşağıdakı mətləbləri əldə etmək olar:

1) Sələmə ibn Üməyyə əhli-sünnə kitablarında yazıldığına görə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) boyük səhabələrindən biridir. Hətta Hakim Nişapuri öz “Müstədrək” kitabında “Sələmənin fəzilətləri” adlı fəsil də açmışdır.270 Bu tanınmış səhabənin peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qadağasından sonra Ömər ibn Xəttabın xilafəti zamanı mütə nikahı bağladığını necə başa düşmək olar? Onun bu mütə nikahından uşağı da dünyaya gəlmişdir.

Görəsən Ömərdən başqa bir səhabə peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram etdiyini eşitməmişdimi? Ya qadağanın Ömər ibn Xəttab tərəfindən olduğundan qəbul etmirdilər?

2) Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram buyursaydı, mütə nikahının zina ilə heç bir fərqi qalmazdı. Maraqlıdır ki, nəyə görə Ömər ibn Xəttab zina edənlərə şallaq vurmur, daşqalaq etmirdi? Sadəcə onu qadağan etməklə kifayətlənir, ya da əvvəlcədən elan etmədiyini bəhanə gətirərək məsuliyyətdən qaçırdı? Görəsən bu ilahi hökmlərin dayandırılması deyilmi?

3) Ömər ibn Xəttab mütə nikahı edənlərə cavab verəndə bu işin peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən qadağan edildiyini dəlil göstərmir, yalnız hədələməklə kifayətlənirdi. Bu, mütə nikahının peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram buyurulmadığıni isbat etmirmi? Əks halda Ömər rəqiblərini məğlub etmək üçün peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədisinə istinad edərdi.



10. Xalid ibn Mühacir ibn Seyfullah

Xalid ibn Mühacir də mütə nikahını halal bilən şəxslərdən biridir. Bu haqda əhli-sünnə kitablarında yazılanlar dediklərimizə sübutdur. Mövzunun daha geniş şərhi üçün bir-iki mətləbi yazmağı lazım bilirik:



«قال ابن شهاب فاخبرني خالد ابن المهاجر بن سيف الله انّه بينا هو جالس عند رجل جاءه رجل فاستفتاه في المتعة فأمره بها فقال له ابن ابي عمرة الانصاري مهلا قال ما هي والله لقد فعلت في عهد امام المتقين»

Xalid ibn Mühacir ibn Seyfullah nəql edir ki, o, aralıqda əyləşmişdi və içəri girən bir nəfər ondan mütə nikahı barəsində soruşdu. Xalıd mütə etməyə icazə verdi. İbn Əbi Ümrə Ənsari ona dedi:

- Bir dayan.

Xalid:


- Nə olmuşdur ki? Allaha and olsun, mən özüm də mütə etmişəm, özü də İmamul-müttəqin271 zamanında.272

11. Sələmə ibn Əkvə.

Sələmə ibn Əkvə də peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən biridir. O, mütə nikahının halallığı barədə peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) hədis nəql edən şəxslərdən biridir. Bu ravidən dini mənbələrdə nəql olunan hədisləri burada nəql və tədqiq edirik:



« ابن ابي ذيب حدثني اياس بن سلمة بن الاكوع عن ابيه عن رسول الله ايما رجل و امرأة توافقا فعشرة ما بينهما ثلاث ليال فان احبا ان يتزايدا أو يتتاركا تتاركا»

İbn Əbi Zeyb Sələmədən, o da öz atasından nəql edir ki, peyğəmbər buyurdu: “Hər kişi və arvad bir - biri ilə (mütə nikahı ilə) razılaşsalar onların arasında üç gün sayılar.273 Əgər sonradan çoxaldıb azaltmaq istəsələr özləri bilərlər.”274



«عن الحسن بن محمد عن سلمة بن الاكوع و جابر بن عبدالله ان رسول الله اتانا فأذن لنا في المتعة»

Həsən ibn Məhəmməd Sələmə ibn Əkvədən və Cabir ibn Abdullah Ənsaridən nəql edir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bizim yanımıza gəlib mütə nikahı etməyimizə icazə verdi.275



«عن جابر ابن عبدالله انصاري و سلمة ابن الاكوع قالا كنا في جيش فأتانا رسول الله فقال انه قد اذن لكم ان تستمتعوا يعني متعة النسآء»

Cabir ibn Abdullah Ənsari və Sələmə ibn Əlvə nəql edirlər: Biz döyüşçülərin arasında idik. Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) yanımıza gəlib dedi: “Sizə mütə nikahı bağlamaqa icazə verilmişdir.”276

Bu hədislərdən məlum olur ki, bu səhabələr mütə nikahının halallığına etiqad bəsləmişlər. Əks halda bu hədisləri nəql etməzdilər. Ya da ən azı peyğəmbərin mütəni haram buyurması haqqındakı hədisləri bu hədislərin kənarında zikr edərdilər.

12. Ubey ibn Kəb

Ubey ibn Kəb peyğəmbərin məşhur səhabələrindəndir. O, mütəni halal bilmişdir. Bu görkəmli səhabədən mütə ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə birgə oxuduğu nəql olunmuşdur. Bu hədislər bizim dediklərimizi də isbat etməkdədir. Onları şiə və sünni hədis mənbələrində tapmaq mümkündür. Söhbətimizə aydınlıq gətirmək üçün həmin hədislərdən bir neçəsini burada söyləmək məqsədə uyğundur.



«و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير والسدي يقروون فما استمتعتم به منهن الي اجل مسمي»

İbn Kəsir yazır:

İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Sudey mütə nikahının ayəsini həmişə “ila əcəlin müsəmma” cümləsi ilə qiraət edərdilər.277

«قال الجمهور: المراد نكاح المتعة الذي كان في صدر الاسلام و قرأ ابن عباس و ابي و ابن جبير فما استمتعتم به منهن الي اجل مسمي»

Qurtubi yazır: “Cumhur alimlər demişlər ki, ayədə nəzərdə tutulan mütə nikahıdır. Bu nikah İslamın ilk çağlarında mövcud olmuşdur. İbn Abbas, Ubey ibn Kəb və Səid ibn Cubeyr “fəməstəmtətum bihi minhunnə” ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə qiraət edirmişlər.”278

Cəssas yazır:

«وقد كان ابن عباس يتأوّل قوله تعالي: (فما استمتعتم به ...) علي متعة النساء و روي عنه فيها اقاويل، روي انه كان يتأوّل الآية علي اباحة المتعة و يروي انّ في قرا‍ءة ابي بن كعب «فما استمتعتم به منهن الي اجل مسمي»

“İbn Abbas həmişə “fəməstəmtətum bihi ...” ayəsini “mütə nikahıdır”- deyə təfsir edirdi. Ondan bu barədə müxtəlif sözlər nəql olunmuşdur. Deyilir ki, o, həmişə ayənin təfsirində mütə nikahının halal olmasını deyərdi. Habelə nəql olunmuşdur ki, Ubey ibn Kəbin qiraətində “ila əcəlin müsəmma” cümləsi gözə dəyir.”279



«عن قتادة قال في قراءة ابي بن كعب فما استمتعتم به منهن الي اجل مسمي»

Qutadə demişdir:

“Ubey ibn Kəbin qiraətində “fəməstəmtətum bihi minhunnə” ayəsi “ila əcəlin müsəmma” cümləsi ilə birlikdə qeyd olunmuşdur.”280

Yuxarıdakı rəvayətlər Ubey ibn Kəbin mütə nikahı barəsindəki fikirlərini aydınlaşdırır.



13.Əmr ibn Hüreys

Mütə nikahını caiz bilən və ona dəfələrlə əməl edən kəslərdən biri də peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabəsi Əmr ibn Hüreysdir. Bu şəxs mütə nikahına etiqad bəsləməklə yanaşı çox da siğə edərdi. Ona görə də Ömər ibn Xəttab mütəni qadağan etdi. Ömər İbn Hüreysə görə mütənin qarşısını alır və onu yayılmağa qoymurdu. Bu barədə bir neçə hədisə nəzər salaq:



«عن جابر بن عبدالله انه قال كنا نستمتع بالقبضة من التمر والدفيق الايام علي عهد رسول الله  و ابي بكر حتي نهي عنه عمر في شأن عمرو بن حريث»

Nəql olunur ki, Cabir ibn Abdullah dedi: “Biz bir ovuc xurma və ya unla Allahın rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) və Əbu-bəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi.”281



«عن ابن جريج قال: اخبر ني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال: فذلك حين نهي عنها عمر»

Nəql olunur ki, İbn Cüreyc dedi: “Əbu Zubeyr mənə Cabirdən xəbər verdi ki, o dedi: Əmr ibn Hüreys Kufəyə daxil oldu və orada bir kənizlə mütə nikahı bağladı. Bir müddət sonra o kənizlə Ömərin yanına gəldi. Kəniz mütədən hamilə idi. Ondan soruşuldu və o etiraf etdi.

Dedi: Bu hadisə Ömərin mütə nikahını qadağan etdiyi zamanda baş vermişdir.”282

«عن ابي سعيد الخدري و جابر بن عبدالله قالا: تمتعنا الي نصف من خلافة عمر حتي نهي عمر الناس عنها في شأن عمرو بن حريث»

Əbi Səid Xudri və Cabir ibn Abdullah Ənsari nəql edirlər ki, biz Ömərin xilafətinin yarısına kimi mütə nikahı edirdik. Belə ki, Ömər Əmr ibn Hüreysin işinə görə bu işi bizə qadağan etdi.”283



«هشام عن ابيه قال: استمتع عمرو بن حريث من بني سعد ابنة بكر فجحدها»

Hüşam öz atasından belə: Əmr ibn Hüreys Səd qəbiləsinin qızlarından biri ilə müvəqqəti evləndi. Sonra uşağı inkar etdi.284

Bu gördüyünüz hədisləri Əmr ibn Hüreysin əqidəsini izah etmək üçün qeyd etdik. Deməliyik ki, əhli-sünnə alimləri də bu həqiqəti etiraf etmişlər. Əmr ibn Hüreys mütə nikahını halal bilən şəxsiyyətlərdən biri idi və özü də dəfələrlə bu növ nikah bağlamışdı. Belə ki, Ömər mütə nikahını onun üzündən qadağan etdi.

14. Müaviyə ibn Əbu Sufyan

Keçən söhbətlərimizdə aydın oldu ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən bir qrupu o həzrətin vəfatından sonra mütə nikahını halal bilmişlər. Onlardan biri də Müaviyə ibn Əbu Sufyandır. O, peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra mütə nikahını halal bilməklə yanaşı ona əməl də edirdi. Əhli-sünnə kitablarının yazdığına görə Müaviyə Müanə adlı qızla mütə nikahı bağlamışdı. O, hər il bu qıza hədiyyə göndərərdi. Mövzunun geniş izahı üçün əhli-sünnə alimlərinin öz mötəbər kitablarında yazdıqları hədisləri burada nəql etməyi lazım bilirik.



«عن صفوان بن يعلي بن امية اخبر ني يعلي أنّ معاوية استمتع بإمرأة بالطائف»

Nəql olunur ki, Səfvan ibn Yəla ibn Üməyyə dedi: Yəla mənə rəvayət etdi ki, Müaviyə Taifdə bir qadınla mütə nikahı bağladı.285

Ibn Həcər bu hədisi nəql edəndən sonra yazır: “Bu hədisin sənədi səhihdir.”286

«قال ابو الزبير : سمعت جابر بن عبدالله يقول :استمتع معاوية بن ابي سفيان مقدمه من الطائف علي ثقيف بمولاة ابن الحضرمي يقال لها «معانه» قال جابر ثم ادركت معانة خلافة معاوية حية فكان معاوية يرسل اليها بجائزة في كل عام حتي ماتت»

Əbu Zubeyr dedi: “Cabir ibn Ənsaridən eşitdim ki, belə deyirdi:

- Müaviyə ibn Əbi Sufyan Taifə səfər edərkən Səqif məntəqəsində ibn Həzrəminin Müanə adlı kənizi ilə müvəqqəti olaraq evləndi.

Cabir davamında dedi:

- Müanəni Müaviyənin xilafəti dövründə gördüm. O, yaşayırdı və Müaviyə onun vəfatına qədər hər il ona hədiyyə göndərirdi.”287

Hüşam ibn Kəlbi yazır:

«و استمتع معاويه من ابنة زيتون بنت عبد ثقيف، فولدت عبدالرحمان»

“Müaviyə Zeytunun qızı ilə müvəqəti nikah bağladı. Zeytun Əbd Səqifin qızı idi. Bu nikahdan Əbdürrəman dünyaya gəldi.”288

Verilmiş hədislər açıq-aydın göstərir ki, Müaviyə mütə nikahını haram bilmirmiş. Ona görə də aşkarda mütə edir və müvəqqəti həyat yoldaşına hədiyyə və bəxşişlər göndərirdi. Bu baş verənləri əhli-sünnə alimlərinin əsərlərində də görmək olar.

Biz keçən söhbətlərimizdə demişdik ki, peyğmbər səhabələrinin əksəriyyəti mütə nikahının halallığına etiqad bəsləmişlər. Onların bir qrupu haqqında nisbətən ətraflı damışdıq. Indi söhbəti həddindən artıq uzatmamaq üçün mütə nikahını halal bilən digər şəxslər barəsində müxtəsər araşdırmalar aparmaq və bununla da mövzunu yekunlaşdırmaq niyyətindəyik.



15. Səd ibn Səd ibn Əbi Təlhə

O, Kənde adlı qəbilədən olan bir qadınla müvəqqəti evləndi. Bu nikahdan Abdullah ibn Səd dünyaya gəldi.289



16. Əsvəd ibn Hüşam ibn Hərs

Əsvəd siğə etmiş və bu nikahdan Həbibə adlı bir qız dünyaya gəlmişdir.



17. Fəzalə ibn Cəfər ibn Dəfiə

Fəzaləınin müvəqqəti evliliyi nəticəsində Üməyyə ibn Fəzalə dünyaya gəlmişdir.290



18. Əbu Müslim ibn Hərs ibn Amir

19. Hilal ibn Rafi Əz-zubeydi

Hilal bu nikah vasitəsi ilə oğlan övladı dünyaya gətirdi.



20. Əbu Ubeydə ibn Həfs ibn Muğeyrə

Bu nikahla Ömər adlı bir oğlan dünyaya gətirdi.



21. Əbu Abdullah ibn Əvf ibn Səbrə

Bu nukah vasitəsi ilə Yusif adlı bir övlad atası oldu.291



22. İbn Saib ibn Seyni ibn Aiz

Mütə nikahı etməklə Ömər adlı bir oğlan dünyaya gətirdi.



23. Huveyris ibn Əmr ibn Osman

24. Əbu Vaqid sahibi rəsulullah

25. Abdullah ibn Cəfər ibn Əbu Talib

O, Məkkədə bir qadınla siğə etdi və ondan Müsavir adlı bir oğlan dünyaya gəldi.292

Bunlar Allah rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən olan şəxslərdir ki, peyğəmbərin(səlləllahu əleyhi və alihi və səlləm) həyatı zamanında və onun vəfatından sonra müvəqqəti nikahın halallığına etiqad bəsləmiş və gördüyünüz kimi bir çox hallarda bu növ nikahla evlənmişlər. Elmi tədqiqat əsərimizin bu hissəsində dediklərimizlə kifayətlənirik. Tabeinin mütə barəsində görüşlərini aydınlaşdırmaq üçün tədqiqatımızı davam etdiririk.
Tabein

İslamın görkəmli şəxsiyyətlərinin dedikləri:

Yadınızdadırsa ötən söhbətlərimizdə qeyd etdik ki, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram buyurmamışdır. Habelə bu nikaha qadağanın Allah rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) hesabına yazılmasının uydurma olmasını isbat etmək üçün bəzi səhabələrin sozlərini və onların hayatında baş verən hadisələri araşdırdıq. Indi isə tabeinin bu barədəki fikirlərini bəyan etmək, onların mütə ayəsi haqqındakı təfsirlərini, həmçinin bu nikah barəsindəki görüşlərini şərh etməyi lazım bilirik. Bu haqda müzakirələrə başlamazdan öncə tabeinin mütə nikahının halallığı barəsindəki fikirlərini din alimlərinin dilindən nəzərinizə çatdırırıq.

İbn Həzm yazır:

«و قد ثبت علی تحلیلها بعد رسول الله صلی الله علیه و آله و سلم جماعة من السلف رضی الله عنهم منهم من الصحابه .... و من التابعین طاوس و عطاء و سعیدبن جبیر و سائر فقهاء مکة اعزها الله»

“Sübut olunmuşdur ki, peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra sələfdən olan bir qrup o cümlədən səhabə və tabein mütə nikahının halallığına və caizliyinə fitva vermişlər. Tabeindən Tavusun tərəfdarlarının , Ətanın, Səid ibn Cubeyrin, və sair Məkkə fəqihlərinin adlarını çəkmək olar.”293

Zərqani yazır:

«بانه ثبت الجواز عن جمع من الصحابه کجابر و ابن مسعود و ابی سعید و معاوية .... و عن جماعة من التابعین»

“Sübut olmuşdur ki, səhabələrdən bir qrupu, o cümlədən Cabir, İbn Məsud, Əbi Səid Xudri, Müaviyə və başqaları mütə nikahını halal bilmişlər... habelə bir qrup tabeinin də bu nikahı halal bildiyi şübhə doğurmur.”294

Şəvkani yazır:

«و من حکی القول بجواز المتعة عن ابن جریج الامام المهدی فی البحر و حکاه عن الباقر و الصادق (علیه السلام) و الامامیة»

“Imam Mehdi, mütə nikahının caizliyini "Bəhr" kitabında ibn Cüreycdən, İmam Baqirdən, İmam Sadiqdən (əleyhima əs-səlam) və imamiyyədən nəql edən kəslərdəndir.”295

İbn Ruşd "Bidayətül-müctəhid" kitabında yazır:

«و اشتهر عن ابن عباس تحلیلها و تبع ابن عباس علی القول بها اصحابه من اهل مکه و اهل اليمن و رووا انّ ابن عباس کان یحتج لذلک لقوله تعالی «فمااستمتعتم به منهن الی اجل مسمی». وروی عنه انه قال: ما کانت المتعة الا رحمة من الله عزوجل رحم بها امّه محمد (صلی الله علیه و آله و سلم) و لولا نهی عمر عنها ما اضطر الی الزنا الاشفی، و هذا الذی روی عن ابن عباس رواه عنه ابن جریج و عمروبن دینار و عن عطاء قال سمعت جابربن عبدالله یقول: تمتعنا علی عهد رسول الله (صلی الله علیه و آله و سلم) و ابی بکر و نصفا من خلافة عمر ثم نهی عنها عمر الناس».

“Ibn Abbasın mütə nikahını caiz bilməsi məşhurdur. Məkkədən və Yəməndən olan əshabı bu fikirdə ona tabe olmuşlar. Nəql olunmuşdur ki, İbn Abbas mütə nikahının caizliyi sübuta yetirmək üçün həmişə “fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma” ayəsinə istinad edərmiş. Habelə nəql olunmuşdur ki, o dedi: Allah Ömərə rəhmət etsin, mütə Allahın Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ümmətinə göndərdiyi rəhmətdən başqa bir şey deyildi. əgər Ömər onu qadağan etməsəydi insanların kiçik bir hissəsindən savayı kimsə zina etməzdi. Bunlar ibn Abbasdan nəql olunmuş sözlərdir. Onları İbn Cüreyc, Əmr ibn Sinar nəql etmişlər. Əta nəql edir: Cabir ibn Abdullahdan eşitdim ki, biz peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm), Əbubəkrin zamanında və Ömərin xilafətinin yarısına kimi siğə edirdik. Sonra Ömər bu işi camaata qadağan etdi.”296

Abdullah ibn Qudamə yazır:

«حکی عن ابن عباس انها جائزة و علیه اکثر اصحابه عطاء و طاووس و به قال ابن جریج»

“İbn Abbasdan mütə nikahının halallığı nəql olunmuşdur. Onun şagirdlərinin əksəriyyəti, o cümlədən Əta, Tavus və İbn Cüreyc onun əqidəsinə şərikdirlər.”297

Şeyx Müfid yazır:

«فذکر ابو علی الحسین بن علی بن یزید و هو من جملة فقهاء العامة فی کتابه المعروف بکتاب (الاقضیة) انه قال بنکاح المتعة من اصحاب رسول الله علی الله علیه و آله عبدالله بن مسعود .... و جماعة من التابعین منهم عطاء و طاووس و سعید جبیر و جابربن یزید و عمروبن دینار و ابن جریج و جماعة من اهل مکة و المدینة و اهل الیمن و اکثر اهل الکوفه»

“Əbu Əli Əl-Hüseyn ibn Əli ibn Yəzid adlı əhli-sünnə alimi öz məşhur “Əl-Əqziyə” kitabında qeyd etmişdir ki, peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən mütə nikahına etiqadı olan şəxslər bunlardır: Abdullah ibn Məsud... və tabeindən bunlardır: Əta, Tavus, Səid ibn Cübeyr, Cabir ibn Yəzid, Əmr ibn Dinar və İbn Cüreyc, Məkkə Mədinə və Yəmən sakinlərindən bir qrup və Kufə əhlinin əksəriyyəti.”298

O, “Xülasətul-icaz” kitabında yazır:


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin