Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


« عن عروة بن الزبير خولة بنت حكيم دخلت علي عمر بن الخطاب فقالت



Yüklə 1,13 Mb.
səhifə3/14
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#7104
1   2   3   4   5   6   7   8   9   ...   14

« عن عروة بن الزبير خولة بنت حكيم دخلت علي عمر بن الخطاب فقالت : ان الربيعة بن امية استمتع بامرة مولدة فحملت منه فخرج عمر... يجر ردائه فزعاً فقال هذه المتعة و لو كنت تقدمت فيه لرجمته»

Ürvə ibn Zübeyrdən belə nəql olunub ki, dedi: Həkimin qızı Xulə Ömər ibn Xəttabın hüzuruna gəlib:

- Rəbi ibn Üməyyə uşaq doğan bir qadından bəhrələndi və o qadın hamilə oldu,- dedi. Ömər bu sözü eşitcək əsəbi halda əbasını çəkə-çəkə evdən çıxdı və:

- Bu mütədir. Əgər bundan öncə bu barədə rəyimi desəydim mütləq onu daşqalaq edərdim,- dedi.110



«عن ابن جريح قال: اخبرني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال فذلك حين نهي عنها عمر»

Nəql olunmuşdur ki, İbn Cüreyc dedi: Əbu Zübeyr Cabirin dilindən belə deyirdi:

- Ömər və İbn Hüreys Kufəyə daxil oldular. O, bir kənizi mütə edib. Ömərin yanına gətirdi. Kəniz hamilə idi. Ömər soruşdu və o da etiraf etdi. Bu hadisə Ömər ona qadağa qoyandan sonra baş verdi.111

«عن سليمان بن يسار عن امّ عبدالله ابنة ابي خيثمه : ان رجلا قدم من الشام فنزل عليها فقال : ان العزبة قد اشتدت عليّ فابغيني امرأة اتمتع معها قالت : فدلته علي امراه فشارطها و اشهدوا علي ذلك عدولا فمكث معها ماشاءالله ان يمكث ثم انه خرج فاخبر عن ذلك عمر بن الخطاب فارسل الي فسألني احق ما حدثت؟ قلت : نعم قال فاذا قدم فاذنيني فلما قدم اخبرته فارسل اليه فقال: ما حملك علي الذي فعلته ؟ قال فعلته مع رسول الله ثم لم ينهانا عنه حتي قبضه الله ثم مع ابي بكر فلم ينهنا عنه حتي قبضه الله ثم معك فلم تحدث لنا فيه نهيا فقال عمر: اما و الذي نفسي بيده لو كنت تقدمت في نهي لرجتمك بينوا حتي يعرف النكاح من السفاح

Süleyman ibn Yəsardan (o da Umm Abdullah Əbi Xeysəmənin qızından) nəql olunmuşdur ki, Şamdan gələn bir kişi onun yanına gəldi və:

- Subaylıq mənə çox təsir edir. Bir qadın gətir, ondan (mütə etməklə) bəhrələnim, - deyə söylədi.

Mən ona bir qadın göstərdim. O, bir neçə adil şəxsi şahid tutaraq həmin qadınla evləndi. Allahın müqəddər etdiyi qədər orada qaldı. Sonra evdən çıxdı. Ömər ibn Xəttab bu işdən xəbər tutanda yanıma adam göndərib bu hadisənin nə qədər doğru olduğunu soruşdu. Mən, deyilənləri təsdiqlədim.

O, dedi:

- Hər zaman gəlsə, məni xəbərdar et.

Mən də həmin kişi yanıma gələndə Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb soruşdu:

- Bu işi görməyinə səbəb nədir?

- Mən Allahın rəsulunun zamanında bu işi gördüm və o həzrət dünyasını dəyişənədək məni bu işdən çəkindirmədi. Ondan sonra Əbubəkrlə idim. O da dünyadan gedənə qədər bu işə qadağa qoymadı. Indi səninləyik. Bizə bu haqda əmr və ya qadağa çatmamışdır.

Ömər dedi:

- Canım əlində olana and olsun əgər bundan öncə mənim qoyduğum qadağadan xəbər tutmuş olsaydın səni daşqalaq edərdim. Elan edin ki, mütə nikahı zina sayılsın.112

«ان سلمة بن امية بن خلف الجحمي استمتع من سلمي مولاة حكيم بن امية بن الاوقص الأسلمي، فولدت له فجحد ولدها فبلغ لذلك عمر فنهي عن المتعة»
Sələmə ibn Uməyyə ibn Xələf Cuhəmi, Həkim ibn Uməyyə ibn Əvqəs Əsləminin kənizindən bəhrələndi (yəni onu mütə etdi) və kəniz ondan bir uşaq dünyaya gətirdi. Sələmə uşağı inkar etdi. Hadisə Ömərin qulağına çatanda mütəni qadağan etdi.113

Bu hədislər mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə Ömərin zamanında haram edilməsinə aydın bir sübutdur. Hədislərdə qeyd olunduğu kimi Əli(əleyhis-salam), Cabir ibn Abdullah Ənsari, Ömərin özü, İbn Abbas və başqa böyük səhabələr mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə tərəfindən haram olunduğunu söyləmiş və məhz onun bu peyğəmbər sünnəsinin müqəddəs İslam dinindən silmək istədiyini bəyan etmişlər. O, hədəfinə çatmaq üçün ağır cazalar da təyin etmişdir. Hər bir oxucu bu hədisləri mütaliə etməklə eyni qənaətə gələ bilər.



Mütə nikahı Əhli-beyt görüşlərində

Əhli-beyt müqəddəs İslam dininin hamisi və İslam ümmətinin hidayətçisi olduquna görə İslam dinində bidət qoymaq istəyən hər kəslə mübarizə aparıb şəriət gəmisini bu fırtınalı fitnə və bidət dənizindən əmin-amanlıq sahilinə çatdırmağa çalışmışdır. Ona görə də onlar böyük problemlərlə üzləşmiş, sonda şəhadət şərbəti içərək yaradanın görüşünə tələsmişlər.

Əhli-beytin (əlehyimus-səlam) mütə haqqında baxışları olduqca şəffaf və aydındır. Peyğəmbərin vəfatından sonra onun həzrət Əlidən (əleyhis-səlam) tutmuş imam Həsən Əsgəriyə (əleyhis-səlam) kimi Əhli-beyti (əlehyimus-səlam) həmişə mütə nikahının halal olduğunu təkid etmiş və mütə nikahını peyğəmbərin həsənə sünnəsindən saymışlar. Bu indi də belədir və qiyamət gününədək də sünnə olaraq qalaçaqdır.

Bu haqda Əhli-beytdən (əlehyimus-səlam) bizə gəlib çatmış hədisləri üç hissəyə bölmək olar:

Birinci qrup hədislər: Mütə nikahının halallığından və bu hökmün nəsx (ləğv) olmadığınından söz açan hədislər.

Ikinci qrup hədislər: Mütə nikahına əməl etməyin savablığını, onun ilahi rəhmətə və günahların bağışlanmasına səbəb olduğunu çatdıran hədislər.

Üçüncü dəstə hədislər: Mütə qadağasının ikinci xəlifə Ömər tərəfindən həyata keçdiyini açıqlayan hədislər.

Bu mövzuda daha ətraflı məlumat vermək üçün Əhli-beyt (əleyhis-səlam) hədislərinin nəqli və şərhinə başlayırıq.



1. Mütə nikahının halallığından və nəsx olmadığınından söz açan hədislər

«عن ابي بصير قال سالت ابا جعفرعن المتعة فقال نزلت في القرآن: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة»

Əbu Bəsirdən nəql olunur ki, dedi: imam Baqirdən (əleyhis-səlam) mütə nikahı haqqında soruşdum. İmam (əleyhis-səlam) buyurdu: “Quranda "fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh"114 ayəsi mütə barəsində nazil olmuşdur.”115



«عن ابي بصير عن ابي جعفر: قال كان يقرأ (فما استمتعتم به منهن الي اجل مسمي

Əbu Bəsir İmam Baqirdən (əleyhis-səlam) nəql edir ki, o həzrət həmişə "fəməstəmtətum" ayəsini "ila əcəlin musəmma" cümləsi ilə birlikdə oxuyardı.116



«عن بكربن محمد قال: سالت ابا عبداللهعن المتعة فقال: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة»

Nəql olunmuşdur ki, Bukeyr ibn Məhəmməd dedi: İmam Sadiqdən (əleyhis-səlam) mütə haqqında soruşdum. O,:

- "Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh" ayəsi mütə barəsində nazil olmuşdur,”- deyə cavab verdi.117

«قال الصادق: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة فهذه الآية دليل علي المتعة»

İmam Sadiq(əleyhis-səlam) demişdir: “Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh ayəsi mütə nikahına dəlil və şahiddir.”118



«عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفرفقال ما تقول في متعة النساء؟ قال احلها في كتابه و علي لسان نبيهفهي حلال الي يوم القيامة فقال يا ابا جعفرمثلك يقول هذا و قد حرمها عمر و نهي عنها؟ فقال و ان كان فعل ! فقال اني اعيذك بالله من ذلك ان تحلّ شيئا حرمه عمر! فقال له انت علي قول صاحبك و انا علي قول رسول الله»

Zurarədən rəvayət olunur ki, dedi: Abdullah ibn Umeyr imam Baqirin(əleyhis-səlam) yanına gəlib:

- Mütə barəsində nəzəriniz nədir?- deyə soruşdu.

İmam(əleyhis-səlam):

- Allah-taala öz kitabında və rəsulunun vasitəsilə mütəni halal etmişdir. Mütə nikahı qiyamət gününədək halaldır, - deyə cavab verdi.

- Ey Əbu Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?

- Hərçənd haram etmişsə də! - dedi imam.

Abdullah ibn Umeyr üzünü imama çevirib dedi:

- Mən sizdən Allaha pənah aparıram. Ömər bir şeyi haram edir və siz isə onu halal!

- Siz öz sahibinizin sözündə qalın, mən də Allahın rəsulunun sözündə,- deyə imam cavab verdi. 119



«عن ابي مريم عن ابي عبداللهقال المتعة نزل بها القرآن و جرت بها السنة من رسول الله»

Əbi Məryəmdən nəql olunan rəvayətə görə imam Sadiq (əleyhis-səlam) dedi: “Mütə nikahına dair Quranda ayə nazil olmuşdur və rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi ona müvafiqdir.”120



«عن الامام الرضااحل رسول اللهالمتعة ولم يحرمها حتي قبض»

Nəql olunur ki, İmam Rza (əleyhis-səlam) buyurdu: “Allahın rəsulu mütə nikahını halal etmiş və öz vəfat gününə qədər ona qadağa qoymamışdır.”121

Gördüyünüz kimi, məsum imamlardan bizə çatmış bu hədislər "Nisa" surəsinin 24-cü ayəsinin mütə nikahı barəsində nazil olduğunu göstərir. Bu ayənin Əhli-beyt (əleyhimus-səlam) tərəfindən “ila əcəlin musəmma”cümləsi ilə birgə qiraəti də bu həqiqəti dəstəkləyir.

Sözü gedən Əhli-beyt (əleyhis-səlam) hədislərində açıq-aydın bəyan olunmuşdur ki, mütə nikahı Allah-taalanın şəriət kimi qəbul etdiyi bir nikah olmuş və peyğəmbərin də sünnəsi o həzrətin vəfatınadək ona müvafiq olmuşdur. Mütə haqqında gəzən söz-söhbətlər peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ortaya atılmışdır.

Yuxarıda deyilənlərə nəzər salsaq görərik ki, biz ilk növbədə Əhli-beytin (əlehyimus-səlam) mütə nikahının caiz olub, nəsx olmadığını təsdiqlədiyini açıqladıq. Inşaallah, mövzunun daha aydın olması üçün mütənin savaba malik olduğunu göstərən hədisləri nəzərinizə çatdıracağıq.
2. Müvəqqəti evlilik savabdır və ilahi rəhmətə səbəb olur

Bu növ hədislərdə mütə nikahının caizliyi (ona qadağa qoyulmaması) ilə yanaşı onun savab bir iş olduğu qeyd edilir. Bu rəvayətlərə əsasən, müvəqqəti evlənmə də daimi evlənmə kimi savabdır. Belə bir evlənmə növü insanın günahdan çəkinməsinə səbəb olduğu üçün mütədən bəhrələnən şəxs Allahın lütf və rəhmətinə nail olur. Bu haqda daha ətraflı danışmaq üçün Əhli-beyt (əleyhimus-səlam) dən bizə çatmış hədisləri araşdırmağa başlayırıq.



«عن صالح بن عقبة عن ابيه عن الباقر: قال قلت: للمتمتع ثواب؟ قال ان كان يريد بذلك عزوجل و خلافا لفلان لم يكلمها كلمة الا كتب الله له حسنة و اذا دنا منها غفر الله له بذلك ذنبا فاذا اغتسل غفر الله له بعدد ما مر الماء علي شعره قال قلت بعدد الشعر قال نعم بعدد الشعر»

Saleh ibn Əqəbə öz atasından və o da imam Baqirdən (əleyhis-səlam) nəql edərək deyir ki, İmam Baqirdən (əleyhis-səlam) soruşdum:

- Mütə etməyin savabı və ya əcri varmı?

- Əgər nikah Allaha xatir və rəsulullahın sünnəsini icra etmək naminə (filan adama etiraz əlaməti kimi) olarsa, onunla danışdığı hər söz müqabilində həsənə və savab əta olunar, evləndiyi üçün günahları bağışlanar. Qüsl edən zaman üzərinə su tökülən bədən tüklərinin sayı qədər günahları bağışlanar, - deyə imam cavab verdi.

- Tüklərinin sayı qədər?- mən soruşdum.

- Bəli, tüklərinin sayı qədər, - deyə imam təsdiq etdi.122



«عن هشام بن سالم عن ابي عبداللهقال: يستحب للرجل ان يتزوج المتعة وما احب للرجل منكم ان يخرج من الدنيا حتي يتزوج المتعة ولومرة

Hişam ibn Salim İmam Sadiqdən (əleyhis-səlam) nəql edir ki, imam (əleyhis-səlam) dedi: “Mütə nikahı və müvəqqəti evlilik hər bir şəxs üçün müstəhəbdir. Xoşlamıram ki, sizlərdən biriniz ömründə heç olmasa bir dəfə müvəqqəti evlənməmiş bu dünyadan getsin.”123



«عن ابي عبداللهقال: ما من رجل تمتع ثم اغتسل الا خلف الله من كل قطرة تقطر منه سبعين ملكا يستغفرون له الي يوم القيامة ويلعنون متجنبها الي ان تقوم الساعة»

Nəql edirlər ki, imam Sadiq (əleyhis-səlam) buyurdu: “Mütə edən kəsin qüsl edən vaxt bədənindən axan hər damla suya Allah-taala yetmiş mələk məmur edər ki, qiyamət gününə qədən onun üçün bağışlanma siləsinlər. Mütədən imtina edən və uzaq duran kəslərə isə qiyamət gününədək lənət göndərmək tapşırılar.”

Gördüyünüz kimi, bu növ hədislərdə mütə nikahının caiz olmasından əlavə onun savabı haqda danışılır.

Bu hədislərlə öncəki hədislər arasında nəzərəçarpacaq fərq budur ki, bundan öncəki hədislərdə mütənin halallığı və nəsx olunmaması haqqında danışılırdı. Axırda sadalanmış hədislərdə isə hikmət sahibi Allah tərəfindən mütə edən şəxsə əta olunan rəhmət və savabdan söz açılır. Belə hədislər ilk öncə müvəqqəti nikahın da daimi nikah kimi ilahi razılıq və əfvə səbəb olduğunu nümayiş etdirir. Ikinci mətləb budur ki, Əhli-beytin (əleyhimus-salam) mütə barəsində fikirləri mütənin halallığı mövzusu ilə xülasə olunmur. Belə ki, Əhli-beyt (əleyhimus-salam) bu nikah növünün ilahi rəhmət və bərəkət nazil edən müstəhəb bir iş olduğuna etiqad bəsləmişlər. Aydındır ki, kişi və qadını zina, livat və digər böyük günahlara batmağa qoymayan onlara Allah yolunda sabit qədəm olmaqda kömək edən bu nikah Allahın razı olduğu, onun rəhmət və lütfünə səbəb olan bir nikahdır.

Buraya qədər deyilənlərlə kifayətlənirik. Mövzunun tamamlanması üçün Əhli-beytin (əleyhimus-salam) mütənin Ömər tərəfindən təhrim olunması barədə baxışlarını açıqlayırıq.
3. Ömər müvəqqəti nikahı haram etmişdir

Keçən bölmədə iki məzhəbin kitablarından seçdiyimiz hədislərdən məlum oldu ki, mütə nikahının haram edilməsi peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ikinci xəlifə Ömərin zamanında baş vermişdir. Bu arada əhli-sünnə kitablarındakı hədislərə nəzər salaraq onları izah etdik. Əhli-beytdən (əleyhimus-salam) bizə çatmış hədislər də bu rəvayətləri təsdiq edir. Məlum olur ki, Əhli-beytin (əleyhimus-salam) mütə nikahına qadağaya baxışları əhli-sünnə hədislərində deyilənlərlə üst-üstə düşür. Daha artıq məlumat almaq üçün iki hədis qeyd edirik.



«عن محمد بن مسلم عن ابي جعفر قال: قال جابر بن عبدالله عن رسول اللهانهم غزوا معه فاحل لهم المتعة ولم يحرمها وكان علي يقول: لولا ما سبقني ابن الخطاب ما زني الا شقي

Məhəmməd ibn Müslim rəvayət edir ki, imam Baqir (əleyhis-səlam) dedi: Cabir ibn Abdullah rəsulullahdan nəql edir ki, onlar Allahın rəsulu ilə birlikdə müharibədə idilər. Rəsulullah mütəni halal etdi və sonradan da haram buyurmadı. Əli (əleyhis-səlam) həmişə deyərdi: “Əgər Ömər ibn Xəttab mütəni haram etməkdə irəli düşməsəydi bədbəxt və amansız insandan savayı heç kəs zinaya yol verməzdi.”124



«ابي عبدالرحمن بن ابي ليلي قال: سألتُ ابا عبداللههل نسخ آية المتعة شئ؟ قال: ولولا نهي عمر عنها ما زني الا شقي

Əbi Əbdurrəhman ibn Leyli nəql edir ki, imam Sadiqdən (əleyhis-səlam) soruşdum:

- Mütə nikahı haqqında olan ayəni nəsə (digər bir ayə və ya hədis) ləğv etmişdirmi?

- Əgər Ömər mütə nikahını haram etməsəydi, amansız və bədbəxt adamlardan savayı kimsə zina etməzdi,- deyə imam cavab verdi.125

Əhli-beytdən nəql olunan bu hədislərdən dəyərli və mühüm nöqtələr aydın olur:

Hədislərin bir qismində bəyan olunur ki, Əhli-beyt (əleyhimus-salam) mütə nikahını halal və caiz bilir. Hərçənd bəziləri bu həqiqəti danmağa çalışırlar.

Ikinci qisim hədislər mütənin halal olması ilə yanaşı Əhli-beytin (əleyhimus-salam) nəzərincə, onun savab olduğunu təsdiqləyirlər.

Üçüncü qisim hədislər yuxarıda sözü gedən hədislər kimi aydın şəkildə göstərir ki, mütə nikahını ikinci xəlifə Ömər haram etmişdir. Bu hədislər Əhli-beytin (əleyhimus-salam) mütə haqqında baxışlarının Qurana uyğun və müsbət bir baxış olduğunu aydınlaşdıraraq, onların mütəni haram bildiyini deyən şəxslərin iddiasını rədd edir.


Nəticə

Bu fəslin ilk bölməsində Quranın müvəqqəti nikah haqqında olan ayələrindən danışdıq. Məlum oldu ki, Qurani-kərim müvəqqəti nikaha münasibətini aydın şəkildə qeyd etmişdir. Bu məsələni sübut etmək üçün böyük səhabələrin, tabeinin126 və təfsirçilərin sözlərinə də istinad etdik. Ikinci bölmədə mütənin peyğəmbər sünnəsindəki yerindən söhbət açdıq. Məlum oldu ki, həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) öz həyatında mütə nikahının halal olmasını, həm də onun nəsx olunmamasını bəyan etmişdir.

Habelə mütənin xəlifə Ömərin hakimiyyəti zamanı haram olunması da hədislərdə qeyd olunmuşdur. Sonuncu bölmədə isə Əhli-beytin (əleyhimus-səlam) bu barədə fikirlərini araşdırdıq. Belə ki, Əhli-beyt (əleyhimus-səlam) müvəqqəti nikahı halal saymış, onun nəsx olunmadığını söyləmiş və bu əməlin müstəhəb və savab olduğunu təsdiqləmişlər.

Burada “Əhli-beytin mütə haqqında görüşləri” başlığı altında araşdırmaları sona çatdırırıq. Mövzunun hərtərəfli aydınlaşması üçün səhabə və tabeinin mütə nikahı barədə dediklərini nəzərdən keçiririk.


Üçüncü fəsil

Mütə nikahı səhabənin nəzərində

Keçən söhbətlərimizdə mütə nikahını Quran, sünnə və Əhli-beyt baxımından araşdırdıq. Aydın oldu ki, mütə nikahına bu üç əsas mənbədə təkid olunmuşdur.

Peyğəmbər əshabının mütə nikahı barədə nəzərlərini öyrənmək də mühüm məsələlərdən biridir ki, keçmişdə və bu gün alimlərin nəzər-diqqətini özünə cəlb etmişdir. Hərçənd bəzi alimlər peyğəmbər əshabının mütə nikahını haram bildiklərini söyləyir və mütənin Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram buyrulduğuna etiqad bəsləyirlər. Lakin səhih hədislər və tarixi faktlar bu mətləbin əksini subuta yetirir. Buna görə də bu məsələnin açıqlanması xüsusilədə peyğəmbər əshabının mütə nikahını haram bilməməsi və onun Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram edilməməsinə etiqad bəsləmələri və hətta özlərinin mütəyə əməl etmiş olduqlarını və həmçinin bəzi tabeinin mütə nikahından dünyaya gəldiklərini aydınlaşdırmaq üçün bu kitabın bir fəslini bu məsələrə ayırdıq.

Şiə və əhli-sünnə alimlərinin dedikləri:

İbn Həzm demişdir:



«و قد ثبت علي تحليها بعد رسول اللهجماعة من السلف رضي الله عنهم منهم من الصحابه رضي الله عنهم اسمآء بنت ابي‌ بكر الصديق و جابر بن عبدالله و ابن مسعود و ابن عباس و معاوية بن ابي‌سفيان و عمر بن حريث و ابوسعيد الخدري و سلمة و معبد ابناء امية بن خلف و رواه جابر بن عبدالله عن جميع الصحابة مدة رسول اللهو مدة ابي ‌بكر و عمر الي قرب آخر خلافة عمر و من التابعين طاوس و عطاء و سعيد بن جبير و سائر فقهاء مكه اعزها الله»

Sabit olunmuşdur ki, peyğəmbərdən sonra sələf insanların bir hissəsi mütə nikahının halal olduğuna etiqad bəsləmişlrər. Bunlardan Əbubəkrin qızı Əsma, Cabir ibn Abdullah, İbn Məsud, İbn Abbas, Müaviyə ibn Əbu Sufyan, Əmr ibn Hüreys, Əbu Səid Xudri, Üməyyə ibn Xələfin iki övladı Sələmə və Mebəd kimi tanınmış sahabələrin adlarını sadalamaq olar. Cabir bunu həzrət Məhəmmədin dövründə, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin sonlarına qədər bütün səhabələrdən habelə tabeindən Tavus, Səid ibn Cübeyr, Əta və sair Məkkə fəqihlərindən rəvayət etmişdir.127

İbn Həbib yazır:

«من كان يري المتعة من اصحاب النبيّ: خالد بن عبدالله الانصاري، زيد بن ثابت الانصاري، سلمة بن الاكوع الاسلمي، عمران بن حصين الخزاعي و عبدالله بن عباس بن عبدالمطلب رضي الله عنه...»

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabından olan Xalid ibn Abdullah Ənsari, Zeyd ibn Sabit Ənsari, Sələmə ibn Əkvə Əsləmi, İmran ibn Həsin Xüzai, Abdullah ibn Abbas ibn Əbdul-Muttəlib mütə nikahının halal olmasına etiqad bəsləmişlər.128

Abdullah ibn Quddamə “Əl-Muğni” kitabında yazır:

«حكي عن ابن عباس انها جائزة و عليه اكثر اصحابه عطاء و طاوس و به قال ابن جريج و حكي ذلك عن ابي سعيد الخدري و جابر و اليه ذهب الشيعه لانه قد ثبت ان النبي اذن فيها»

İbn Abbasdan mütə nikahının caiz olduğu nəql olunmuşdur. Onun şagirdləri olan Əta, Tavus da bu əqidədə idilər. İbn Cureyc də bunu təsdiqləmiş və Əbu Səid Xudridən və Cabir ibn Abdullahdan bunu nəql etmişdir. Şiə məzhəbinin də məsləki budur. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahına izn verdiyi sabit olunmuşdur.129

Qurtubi öz təfsirində yazır:

«قال ابوبكر الطرطوسي: و لم يرخص في نكاح المتعه الا عمران بن حصين و ابن عباس و بعض الصحابة و طائفة من اهل بيت»

Əbubəkr Tərtusi yazır ki, mütə nikahını İmran ibn Həsin, İbn Abbas, sahabələrdən bəziləri və Əhli-beytdən (əlehyimus-səlam) olan bir qrup insanlardan başqa bir kəs rüxsətli bilməmişdir.130

Əbu Həyyan öz təfsirində yazır:

«قال عمران بن حصين امرنا رسول الله بالمتعه و مات بعد ما امرنا بها و لم ينهنا عنه قال رجل بعده برأيه ماشاء علي هذا جماعة من اهل بيت و التابعين»

İmran ibn Həsin demişdir: “Peyğəmbər bizə mütə etməyə əmr etmişdi və bu əmrdən sonra dünyasını dəyişdi. O, bunu qadağan etməmişdi. Ondan sonra bir kişi öz istəklərinə tabe olaraq istədiyini dedi. Əhli-beytdən və tabeindən ibarət olan bir qrup da bu əqidədədirlər.”131

Gördüyünüz kimi alim və dinşünasların sözləri bu təsəvvürü yaradır ki, əshabdan, tabeindən və Əhli-beytdən (əlehyimus-səlam) olan görkəmli şəxsiyyətlər mütə nikahını halal bilmişlər və hətta ona əməl etmişlər. Bu məsələyə daha çox aydınlıq gətirmək üçün mütəni halal bilən səhabə və tabeininin adlarını sadalayırıq.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin