Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə2/14
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#7104
1   2   3   4   5   6   7   8   9   ...   14

Ikici fəsil


Mütə nikahı Quranda

"Nisa" surəsinin 24-cü ayəsi və onun mənası:


وَ الْمُحْصَناتُ مِنَ النِّساءِ إِلاَّ ما مَلَكَتْ أَيْمانُكُمْ كِتابَ اللَّهِ عَلَيْكُمْ وَ أُحِلَّ لَكُمْ ما وَراءَ ذلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوالِكُمْ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَريضَةً وَ لا جُناحَ عَلَيْكُمْ فيما تَراضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَريضَةِ إِنَّ اللَّهَ كانَ عَليماً حَكيما
"Müharibə əsiri kimi malik olduğunuz arvadlardan suvay, ərli arvadlar da sizə (haram edilib). (Bu) ilahi fərizədir (ki, Allah sizin üçün yazmışdır). Bunlardan (bu deyilmiş qadınlardan) ayrılarını, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla onlarla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin (məhriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir."

Ayənin qısa şərhi
Həmin surənin 23-cü ayəsində Allah-taala ana, bacı, qız övlad və başqa bir qrup insanla evlənməyi haram etmişdir. Surənin 24-cü ayəsinin davamında növbəti bir tərəflə evlənmək haram sayılmışdır. Hazırda ayənin təfsirindən xülasə şəklində söz açmaq istəyirik. “Muhsinatu minən-nisa” - dedikdə əri olan qadınlar nəzərdə tutulur. Bu cümlə sözü gedən surənin 23-cü ayəsindəki “Ummuhatikum”75 sözünə bağlıdır.76

Sonra hikmət sahibi olan Allah bir halı istisna edir. Bunlar müsəlmanlarla müharibə zamanı onların əlinə keçən ərli qadınlardır. Ayənin hökmünə əsasən istibradan (paklanandan) sonra onlarla evlənmək caizdir.77



(الا ما ملكت ايمانكم).

“Kitabullah ələykum” o deməkdir ki, Allah-taala bu hökmləri sizə vacib etmişdir. “Kitabullah” feli verilməyən məfuli-mütləqdir (xüsusi növ tamamlıqdır). Bu cümlə əslində belədir:



كتب الله ذلك كتابا عليكم

"Kətəbəllahu zalikə kitabən ələykum."78 “Əhəllə ləkum ma vəraə zalikum” cümləsində “ma” hissəsinin işlənməsi və kişi cinsində olan əvəzlikdən istifadə olunması göstərir ki, “uhillə” sözü qadınların halal olması mənasında deyil. Çünki “ma” hissəsi insan üçün işlədilmir. Və “zalikə”sözü də kişi cinsi üçündür. Bütün bunlardan məlum olur ki, həmin on altı şeydən başqa halal olan əməl şəhvətə aid olan, cinsi əlaqə və ya bu kimi işlərdir. Bu həmin



حرمت علیمک امهاتکم - ayəsində nəzərdə tutulan əməldir.

“İn təbtəğu biəmvalikum muhsininə ğəyrə musafihin” cümləsi “Uhillə ləkum ma vəraə zalikum” cümləsinin ətf bəyanı (izahı) və ya onun bədəlidir (əvəzidir). “Muhsinin” sözündə burada “iffətli qadınlar” nəzərdə tutulmuşdur. “Səfəh” isə “zina” mənasındadır. “Ğəyrə musafihin”, yəni iffətli və pak qadınlar.

Ayənin mənası budur ki, öz mal-dövlətinizdən istifadə edin və iffətli qadınlarla evlənin. Mal-dövlət ona görə vurğulanır ki, hər iki evlənmə növündə mehriyəni ödəmək üçün maddi imkan lazımdır.

فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه

Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:

“Bih” sözündə zəmir “Uhillə ləkum ma vəraə zalikum” cümləsində nəzərdə tutulan əmələ qayıdır. Bu da “şəhvani kam alma” və yaxud bu mənanı çatdıran hər hansı sözdən ibarətdir. Nəticədə “ma” sözü saxlamaq üçün işlənərək “hər zaman” mənasında olacaqdır. Car və məcrur olan “minhunnə” də “istəmtətum” cümləsinə aiddir. Beləcə ayənin mənası budur ki, hər zaman qadınlardan kam alsanız onların haqlarını özlərinə ödəməyiniz vacibdir.

Habelə “Ma” sözünü mosul kimi və “İstəmtətum” cümləsini onun siləsi kimi də nəzərdə tutmaq olar. Bu halda “bih”-in zəmirini mosula aid etmək də mümkündür. “Minhunnə”-nin car və məcrurunu isə mosulu izah edən söz saysaq, ayənin mənası belə olacaqdır:

“Qadınların hər birindən cinsi əlaqə ilə kam alsanız haqlarını verməlisiniz”. Bu cümlənin başında “fa” şəkilçisi olduğu üçün keçən söhbətin təfrii(şaxələrə ayrılması) və nəticəsi sayılır.

Bəzilərinin külliyyata və ya deyə bilərsiniz cüziyyatın külli mətləbə təfrii və tətbiqi. Bu mənaya heç bir şübhə yoxdur. Çünki öncəki mətləb bu idi ki, öz sərvətinizdən istifadə edərək iffətə riayət etmək şərtilə zövcə axtarın, sifah və ya zinadan kənar olun. Yuxarıda dediyimiz kimi bu söz kənizdən hər iki növ kam almağı, yəni daimi və müvəqqəti nikahı özündə cəmləşdirir. Belə isə “fəməstəmtətum bihi minhunnə fəətihunnə ucurəhunnə” cümləsinin bu cümləyə tətbiqi, şübhəsiz, cüzinin külliyə tətbiqi babından və yaxud cüzi qisimlərin bəzilərinin külli məqsəminə (bölünəninə) tətbiqi kimi olacaqdır.

Bu cür tətbiq Allah kəlamında çox istifadə olunmuşdur. Məsələn:



ایاماَ معدودات فمن کان منکم مریصاَ او علی سفر - ayəsində qeyri-adi halda (xəstə və ya səfərdə) olan bəzi müsəlmanlar, külli (bütün) müsəlmanlara tətbiq olunmuşdur.

فاذا امنتم فمن تمتع بالعمره الی الحج - şərif ayəsi həccin üç qismindən birini məqsəmin (həccin) əslinə tətbiq etmişdir. Bu kimi digər ayələr də mövcuddur.79

ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة ان الله كان عليها حكيما

Ayənin sonuncu hissəsində buyurulur: “Əgər əqd tərəfləri (kişi və qadın) öz razılıqları ilə mehriyənin miqdarını sonradan azaldıb çoxaltsalar, eybi yoxdur.” Yuxarıdaki ayənin təfsirində digər bir ehtimal da vardır: “Müvəqqəti evlənmədən sonra iki tərəfin evlilik müddəti və ya mehriyə məbləğini artırmaq barəsində sövdələşmələrinin eybi yoxdur.”

Ayənin sonunda buyurulur: “Allah bəndələrin məsləhətindən agah və öz qanunvericiliyində həkimdir.”80

Yuxarıda dediklərimiz ayənin qısa təfsiri izahı idi. Lakin bu ayənin geniş və ətraflı təfsiri üçün əshab, tabein və təfsirçilərdən bəzilərinin fikirlərini açıqlayacağıq.


Şərif ayə əshab, tabein və təfsirçilərin dilində

Şiə və əhli-sünnənin mötəbər kitablarında İbn Abbas kimi böyük səhabə, Mücahid81, Suddi və başqa tabeinin sözü gedən ayəni müvəqqəti evlənmə kimi təfsir etmişlər. Onlar təkid etmişlər ki, bu ayə müvəqqəti nikah barəsində nazil olmuşdur. Hətta bu kitablarda İbn Abbas və digərlərinin ayədə nəzərdə tutulanları izah etmək üçün bir kömək kimi



الی اجل مسمی - cümləsini özlərinə məxsus qiraətlərinə artırmaları da qeyd olunmuşdur. Hakim "Müstədrək"də Əbu Sələmədən belə nəql edir:

«ابوسلمه قال: سمعت ابا نضرة يقول قرأت علي ابن عباس رضي الله عنهما «فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة» قال ابن عباس «فما استمتعتم به منهن الي اجل مسمي» قال ابونضرة فقلت ما نقرأها كذلك فقال ابن عباس والله لا نزل الله كذلك»82

Əbu Nəzrə dedi:

İbn Abbas üçün فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه ayəsini qiraət etdim. İbn Abbas dedi:

- Ayəni belə oxu:



فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه الی اجل مسمی

Ibn Abbasa dedim:

- Biz bu ayəni belə oxumuruq.

O, dedi:

- Allaha and olsun, Allah-taala ayəni belə nazil etmişdir.

Əhli sünnə alimlərindən Beyhəqi öz “Sünən” kitabında Məhəmməd ibn Kəbdən belə nəql edir:



«عن محمدبن كعب ان ابن عباس قال: كانت المتعة في اول الاسلام و كانو يقرؤون هذه الآية (فما استمتعتم به منهن الي اجل مسمي» 83

Məhəmməd ibn Kəb nəql edir: İbn Abbas deyərdi ki, müvəqqəti nikah İslamın əvvəllərində vardı. “Fəməstəmtətum” ayəsini hamı “ila əcəlin musəmma” ilə qiraət edərdi.

İbn Kəsir öz təfsir kitabında yazır:

« و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير و السدي يقرؤون «فما استمتعتم به منهن الي اجل مسمي فاتوهن اجورهن فريضة» و قال مجاهد نزلت في نكاح المتعة» 84

İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Suddi mütə ayəsini “ila əcəlin musəmma” ilə qiraət edirdilər. Mücahid demişdir: “Bu ayə mütə barəsində nazil olmuşdur.”

Qurtubi öz təfsirində yazır:

«قال الجمهور انّ المراد نكاح المتعة الذي كان في صدرالاسلام و قرأ ابن عباس و ابي ابن كعب و سعيد ابن جبير فما استمتعتم به منهنّ الي اجل مسمي فآتوهن اجورهن فريضة» 85

“Cumhur (alimlər) demişlər ki, bu ayədə müvəqqəti nikah nəzərdə tutulmuşdur. Bu nikah İslamın ilk çağlarında vardı və İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr bu ayəni “ila əcəlin musəmma” cümləsi ilə qiraət edərdilər.”

Yuxarıda deyilənlər mütə nikahına aid ayənin nazil olması haqqında idi. İnşaallah, bu ayə barədə “Müvəqqəti nikah sünnədə” başlığı altında daha geniş danışacağıq.
Müvəqqəti nikah sünnədə

Keçən söhbətlərimizdə mütə nikahı və onun təfsiri haqqında danışdıq. Indi isə mütəni peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və məsum imamların (əleyhimus-səlam) sünnəsində araşdırmağı lazım bilirik.

Hər iki məzhəbin kitablarındakı hədislərə əsasən, müvəqqəti nikah haqqında olan hədisləri bir neçə hissəyə bölmək olar:


  1. Mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər.

  2. Mütə nikahının Peyğəmbərin vəfatından sonra, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin bir hissəsində nəsx olunmadığını (silinmədiyini) və caizliyini təsdiqləyən hədislər.

  3. Mütənin Ömər tərəfindən qadağan (haram) olunduğunu açıq-aydın göstərən hədislər.


1. Mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər.

Bu hissədə mütə nikahının İslam dininin ilk illərində şəriət tərəfindən təsdiqləndiyini, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabının və müsəlmanların ona əməl etdiklərini göstərən hədislərdən danışacağıq.



عن عبدالله بن مسعود قال: كنا نغزوا مع رسول اللهليس لنا نساء، فقلنا الا نستخصي؟ فنهانا عن ذلك ثم رخص لنا ان ننكح المراة بالثوب الي اجل 86، ثم قرأ عبداللهيا ايها الذين آمنوا لا تحرموا طيبات ما احل الله لكم 87

Abdullah ibn Məsud dedi:

“Biz Allahın rəsulu ilə birlikdə cihadda idik. Yanımızda qadın yox idi. Biz:

-Ey Allahın rəsulu, biz özümüzü xacə (axta) etməyək? – dedikdə o, bizi bu işdən çəkindirdi və bizə qadınlarla bir libas müqabilində müəyyən müddətə qədər evlənməyə icazə verdi. Sonra buyurdu:



لاتحرموا طیبات ما احل الله لکم – "Allahın sizə halal etdiklərini özünüzə haram etməyin."

«عن مسلم القرشي: قال دخلنا علي اسماء بنت ابي بكر فسألناها عن متعة النساء فقالت : فعلناها علي عهد النبي »

Müslim Əl-Qürəşi deyir:

Biz Əbubəkrin qızı Əsmanın evinə getdik və ondan qadın mütəsi haqqında soruşduq. O,:

- Bu işi biz Allahın rəsulunun zamanında gördük- deyə cavab verdi.88



عن ابي سعيد الخدري قال: «كنا نتمتع علي عهد رسول اللهبالثوب

Əbu səid Xudri dedi: “Biz Allahın rəsulunun zamanında bir libas müqabilində mütə nikahı edirdik.89



«عن ابي بصير قال: سألت ابا جعفر عن المتعة فقال : نزلت في القرآن «فما استمتعتم به منهن ...»

Əbu Bəsir deyir: İmam Sadiqdən mürtə haqqında soruşdum. İmam:

- “Fəməstəmtətum” ayəsi mütə barəsində nazil olmuşdur – dedi.90

«عن ابي مريم عن ابي عبدالله قال: المتعة نزل بها القرآن و جرت بها السنه من رسول الله»

Əbi Məryəm imam Sadiqdən nəql edir ki, o həzrət buyurdu: “Mütə haqqında Quran ayəsi nazil oldu və bu Allah rəsulunun da sünnəsində icra olunmuşdur.”91

Bu hədislər mütə nikahınin İslamın ilk çağlarında şəriət tərəfindən qəbul olunduğunu aydın nümayiş etdirir və onlardan məlum olur ki, bu nikah İslam dininin ilk illərində səhabələr və müsəlmanlar arasında digər dini hökmlər kimi qəbul və icra olunmuşdur. Bu hissə təxminən bütün müsəlmanlar arasında hamılıqla məqbul hesab olunmuş və ixtilaflı məsələ mütənin nəsx olunub-olunmamasındadır. Biz hazırda bu miqdarla kifayətlənərək sonrakı hissədə araşdırmalarımıza davam etdirəcəyik.

2. Mütə nikahının Peyğəmbərin vəfatından sonra, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin bir hissəsində nəsx olunmadığını (silinmədiyini) və caizliyini təsdiqləyən hədislər

Bu hissədə İslam peyğəmbəri tərəfindən mütənin nəsx edilmədiyini (silinmədiyini və yaxud yasaq olunmadığını) və bu nikahın halallığının o həzrətin vəfatından sonra davam etdiyini göstərən hədislərdən danışmaq istəyirik. Bu hədislərdə mütənin hətta Əbubəkrin xilafəti dövründə və Ömərin xilafətinin bir hissəsində şəriətə uyğun sayıldığı qeyd olunmuşdur.



«عن جابربن عبدالله قال : كنا نستمتع بالقبضة من التمر و الدقيق الايام علي عهد رسول الله  و ابي بكر حتي نهي عنه عمر في شأن عمرو بن حريث»

Cabir ibn Abdullah dedi: “Biz bir ovuc xurma və ya un müqabilində Allahın rəsulu və Əbubəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi.”92



«قال عطاء: قدم جابر بن عبدالله معتمراً فجئناه في منزله فسأله القوم عن اشياء ثم ذكروا المتعة فقال: استمتعنا علي عهد رسول الله  ابي بكر و عمر»

Əta nəql edir ki, bir gün Cabir ibn Abdullah ümrədən qayıtmışdı. Biz mənzilinə onu görməyə getdik. Camaat istədiyi sualı verirdi. Sonra mütə barədə soruşdular. O, dedi: “Biz peyğəmbərin, Əbubəkrin və Ömərin dövründə mütə edirdik.”93



«عن عمران بن حصين قال: نزلت آية المتعة في كتاب الله تعالي لم تنزل آية بعدها تنسخها فامرنا بها رسول الله و تمتعنا مع رسول الله و مات و لم ينهنا عنها قال رجل بعد رأيه ماشآء»

İmran ibn Həsin dedi: “Allah kitabında mütə (siğə) ayəsi nazil oldu. Sonradan onu nəsx edən bir ayə nazil olmadı. Belə ki, Allahın peyğəmbəri bizə mütə etmək fərmanı verdi. Biz peyğəmbərlə idik və siğə edirdik. Sonra dünyadan getdi. Və bizi bu işdən çəkindirmədi. Ondan sonra bir kişi öz başına istədiyini etdi.”94



«عن ابي نضرة عن جابر قال: قلت أنّ الزبير ينهي عن المتعة و ابن عباس يأمر بها قال: علي يدي جري الحديث، تمتعنا مع رسول الله و مع ابي بكر...»

Əbi Nəzrə Cabirdən(rəziəllah ənhu) belə nəql edir: Cabirə dedim:

- İbn Zubeyr mütəni qadağan edir, amma İbn Abbas müvəqqəti evlənməyə çağırır.

Dedi:


- Hadisənin necə baş verdiyinə şahidəm. Biz Allahın peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) ilə mütəməttiy olub, (mütə həccini yerinə yetirərək) mütə edirdik. Habelə Əbubəkrlə...95

عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفر فقال: ما تقول في متعه النساء؟ قال احلها في كتابه و علي لسان نبيه  فهي حلال الي يوم القيامه فقال يا ابا جعفر  مثلك يقول هذا و قد حرمها عمر و نهي عنا؟ قفال عليه السلام و ان كان فعل؟

Zurarə nəql edir ki, Abdullah ibn Umeyr imam Sadiqin(əleyhis-salam) yanına gəlib dedi:

- Mütə haqqında fikriniz nədir?

- Allah-taala kitabı və rəsulu vasitəsi ilə mütəni halal etmişdir. Mütə nikahı qiyamətə qədər halaldır - deyə imam cavab verdi.

- Ey Əba Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?

- Haram etmişdirsə də! - dedi imam.96



«عن الامام الرضا عليه السلام : احل رسول الله  المتعة و لم يحرمها حتي قبض».

İmam Rza(əleyhis-salam) belə buyurdu: “Allahın rəsulu mütəni halal etmiş və ölüm çağınadək onu haram buyurmamışdır.”97


3.Mütənin Ömər tərəfindən haram (təhrim) edildiyini göstərən hədislər

Bəziləri mütənin haram buyrulduğunu peyğəmbərin adına yazmaq istəsələr də hər iki məzhəbin hədis kitablarında mövcud olan hədislər bu gerçəklikləri gizlətməyə və ikinci xəlifə Ömər tərəfindən olan təhrimi (qadağanı) peyğəmbərlə əlaqələndirməyə imkan vermir.

Dini mənbələrdə nəql olunan hədislər açıq-aydın mütə nikahını Ömərin haram etdiyini göstərir. Lakin bəzi insanlar bu qadağanı peyqəmbərlə bağlamaq istəmişlər. Biz bu mövzunu daha ətraflı izah etmək üçün mütənin Ömər tətəfindən qadağan olunduğunu, hətta mütə edənlərə cəza təyin edildiyini göstərən hədisləri qeyd edəcəyik.

Əhli sünnənin adlı-sanlı alimlərindən olan Siyuti və Qirmani “Tarixi xuləfa” və “Əxbarud-duvəl” kitablarında Ömərin “əvvəliyyatı” (kəşf etdiyi ilk işlər) haqqında yazmışlar:



«هو اول من سمّي اميرالمومنين و اول من كتب التاريخ من الهجرة .... اول من سَنَّ قيام شهر رمضان ... و اول من حرم المتعة...»

“O, ilk dəfə "Əmirül-möminin ləqəbi verilən və hicri tarixini qələmə alan şəxsdir. Təravih namazını ramazan ayında birinci dəfə sünnə (bidət) edən də odur. O, ilk adamdır ki, mütəni haram etdi.”98



و عن الحكم قال: قال علي  لو لا ان عمر نهي عن المتعة ما زني الا شقىّ»

Həkəm nəql edir ki, Əli (əleyhis-səlam) dedi: “Ömər mütəni qadağan etməsəydi bədbəxtlərdən başqa bir kəs zina etməzdi.”99



« عن عمر انّه قالثلاث كن علي عهد رسول الله  و انا محرمهنّ و معاقب عليهنّ: متعة الحج و متعة النسآء ...»

Nəql olunur ki, Ömər demişdir: “Allahın rəsulunun zamanında üç şey vardi ki, mən onları haram etdim və onlara əməl edənləri cəzalandırdım. O üç şey: Həcc mütəsi, nisa (qadın) mütəsi və azanda “həyyə əla xəyril əməl”cümləsidir.”100



عن عمر انّه قال: «متعتان كانتا علي عهد رسول الله و انا انهي عنها و اعاقب عليهما متعة الحج و متعة النسآء»

Ömərdən nəql olunur ki, dedi: “Allah rəsulunun vaxtında iki mütə vardı. Mən onları qadağan edirəm və onlara əməl edənlərin cəzası var. O iki mütənin biri həcc mütəsi, digəri qadın mütəsidir.”101



عن ابي نضرة قال كنت عند جابر بن عبدالله فاتاه آت فقال ابن عباس و ابن الزبير اختلفا في المتعتين فقال جابر فعلنا هما مع رسول اللهثم نهانا عنها عمر فلم نعدلها»

Əbu Nəzrə nəql edir:

Mən Cabir ibn Abdullahın yanında idim. Bir şəxs dedi:

- İbn Abbas və İbn Zübeyrin iki mütə məsələsində ixtilafları var.

- Biz Allahın rəsulunun vaxtında hər ikisini görərdik. Sonradan Ömər bu iki işi bizə qadağan etdi və biz bunları bir daha təkrarlamadıq- deyə Cabir cavab verdi.102

Başqa bir hədisdə nəql olunur:



عن ابي نضرة قال كان ابن عباس يأمر بالمتعة و كان ابن الزبير ينهي عنها فذكرت ذلك لجابر بن عبدالله فقال: لدي دار الحديث تمتعنا مع رسول اللهفلما كان عمر قال ان الله يحل لنبيهما شاء بما شاء و ان القرآن قد نزل منزله: فاتموا الحج العمرة كما امركم الله اتموا نكاح هذه النساء فلا اوتي يرجل تزوج امرأة الا رجمته بالحجارة

Əbu Nəzrə deyir ki, İbn Abbas mütə etmək göstərişi verirdi. İbn Zubeyr isə bu işdən çəkindirirdi. Mən bu işi Cabir ibn Ənsariyə xatırlatdım. O, dedi: Hadisədən xəbərdaram (İşin necə baş verdiyini bilirəm). Biz Allahın rəsulunun dövründə mütə edirdik. Ömər gələndə isə belə dedi: "Şübhəsiz, Allah öz peyğəmbərinə istədiyini (istədiyi üçün) halal etdi. Həcc və ümrəni Allah əmr etdiyi kimi tamamlayın və qurtarın. Qadınları siğə etməkdənsə çəkinin. Əgər bir qadın mənim onu (müəyyən müddətə) siğə etmiş kişini yanıma gətirsə həmin şəxsi daşqalaq edəcəyəm.103



«عن جابر بن عبد الله قال: تمتعنا متعتين علي عهد النبيالحج و النساء فنهانا عمر عنهما فانتهينا»

Nəql olunur ki, Cabir ibn Abdullah dedi: “Peyğəmbər sağ olanda biz iki mütəyə əməl edirdik. Onlardan biri həcc mütəsi, o biri qadın mütəsi idi. Belə ki, Ömər bizi bu işdən çəkindirdi və biz bu işi bir daha davam etdirmədik.”104



«عن ابي سعيد الخدري و جابر بن عبدالله قالا: تمتعنا الي نصف من خلافة عمر... حتي نهي عمر الناس عنها في شأن عمرو بن حريث»

Nəql olunur ki, Əbi Səid Xudri və Cabir ibn Ənsari demişlər:

“Biz Ömərin xilafətinin yarısına qədər mütə edirdik. Belə ki, Ömər Əmr ibn Hüreysin işinə görə bu işi bizə qadağan etdi.”105

«عن جابر قال: كانوا يتمتعون من النساء حتي نهاهم عمر بن الخطاب»

Cabir ibn Abdullah dedi: “Camaat qadın mütəsindən bəhrələnirdilər və Ömər onu yasaq etdi.”106



عن ابن جريح عن عطاء قال: سمعت ابن عباس يقول: رحم الله عمر ما كانت المتعة إلاّ رحمة من الله تعالي رحم بها امّت محمد ولو لا نهيه لما احناج الي الزنا إلاّ شفيّ

İbn Cureyc Ətadan nəql edir ki, o dedi: “İbn Abbasdan belə dediyini eşitdim:

- Allah Ömərə rəhm etsin. Mütə Allahın Məhəmməd ümmətinə bəxş etdiyi rəhmətdən başqa bir şey deyildi. Əgər Ömər onu qadağan etməsəydi, kiçik bir dəstədən savayı heç kəsin zinaya ehtiyacı olmazdı.”107

«عن سعيد بن مسيب قال : نهي عمر عن متعتين : متعة النساء و متعة الحج»

Səid ibn Müsəyyib deyir:



- Ömər iki mütəni yasaq etdi. Biri qadın mütəsi, digəri həcc mütəsi.108

«عن عمران بن سواد قال صليت الصبح مع عمرفقرا سبحان و سوره معها ثم انصرف و قمت معه فقال احاجة؟ قلته حاجة قال فلحق قال فلحقت فلما دخل اذن لي فاذا هو علي سرير ليس فوقه شي فقلت نصيحة فقال مرحبا بالناصح عدوّا و عشيّا قلت عابت امتك اربعاً قال فوضع راس درته في ذقنه و وضع اسفلها علي فخذه ثم قال : هات قلت : ذكروا انك حرمت العمرة في اشهر الحج و لم يفعل ذلك رسول اللهو لا ابوبكر و هي حلال قال هي حلال لو انهم اعتمروا في الشهر الحج رأو ها مجزية من حجهم فكانت قائبة قوب عامها فقرع حجهم و هو بهاء من بهاء الله و قد اصبت. قلت : و ذكروا انك حرمت متعة النساء و قد كانت رخصة من الله نستمتع بقبضه و نفارق عن ثلاث. قال ان رسول اللهاحلها في زمان ضرورة ثم رجع الناس الي السعة ثم لم اعلم احداً من المسلمين عمل بها و لا عاد اليها فالان من شاء نكح بقبضة و فارق عن ثلاث طالق و قد اصبت قال قلت و اعتقت الامة ان وضعت ذابطنها بغير عتاقه سيدها قال: الحقت حرمة بحرمة و ما اردت الا الخير و استغفر الله قلت و تشكو منك نهر الرعيه و عنف السياق قال: فشرع الدرّة ثم مسحها حتي اتي علي آخرها ثم قال: انا رميل محمد- و كان زامله في غزوة قرقرة الكدر- فوالله اني لارتع فاشبع و اسقي فأروي و انهز اللفوت و ازجر العروض و اذب قدري و اسوق خطوي و اضم العنود و الحق القطوف و اكثر الزجر و اقل الضرب و اشهر العصا و ادفع باليد لولا ذلك لاعذرت قال: بلغ ذلك معاوية فقال: كان و الله عالما برعيتهم...»

İmran ibn Səvad nəql edir:

- Sübh namazında Ömərə iqtida etdik. Sonra o, “Subhanə” və digər bir surəni qiraət edib namazı bitirdi. Birlikdə ayağa qalxdıq. O:

- Bir şey istəyirsən?- deyə soruşdu.

- Bəli,- deyə cavab verdim.

O:

- Bizimlə gəlsin,- dedi və mən onlara qatıldım. Mənzilə daxil olanda mənə içəri girməyə icazə verdi. Üstündə heç nə olmayan bir taxt üzərində əyləşmişdi. Mən:



- Nəsihətim var,-dedim.

- Sübh və şam nəsihət edənlərə mərhəba,- dedi.

- Ümmət sizdə dörd eyb tutmuşdur,- dedim. (Deyir: Şallağının bir ucunu çənəsinin altına, o biri ucunu budunun üzərinə qoyub ona dirsəkləndi) dedi:

- Davam et.

- Dedilər ki, sən həcc aylarında ümrəni haram etmisən. Lakin peyğəmbər və Əbubəkr bu işi görməmişdilər və bu iş halal idi,-dedim.

- Bu iş halaldır. Onlar ümrəni həcc aylarında yerinə yetirsələr bunu həccin yerinə biləcək və Məkkə il ərzində boş qalacaq (digər günlərdə heç kəs ümrə ziyarəti üçün gəlməyəcək) və cücəsiz qalan yumurtaya bənzəyəcəkdir. Həcc Allahın bəxş etdiyi bəha və nurdur (gözəllikdir). Mən yanılmamışam,- deyə Ömər cavab verdi. Mən:

- Sənin qadın mütəsini haram etdiyini də söyləyirlər. Bu Allahın bir rüxsəti (icazəsi) idi ki, biz bir ovuc buğda ya xurma müqabilində ondan bəhrələnirdik və üç gündən (və ya üç yaxınlıqdan) sonra ayrılırdıq,- deyə davam etdim.

Ömər:


- Allahın rəsulu onu zərurət və yoxsullulğun hökm sürdüyü bir zamanda halal etdi. Indi camaatın vəziyyəti yaxşılaşmış, rifaha və bolluğa üz tutmuşlar. Sonradan müsəlmanlardan kiminsə bu işi gördüyündən xəbərim yoxdur. Zəmanəmizdə kim istəsə bir ovuc buğda və ya xurma ilə evlənib, üç gündən sonra talaqla ayrıla bilər. Demək yanılmamışam,- dedi...109

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin