وَ لا تَقُولُوا لِما تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هذا حَلالٌ وَ هذا حَرامٌ لِتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ إِنَّ الَّذينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لا يُفْلِحُون
Dillərinizi yalana alışdıraraq yalan uydurub deməyin ki, bu, halaldır, bu da haram. Yoxsa Allaha iftira yaxmış olarsınız. Həqiqətən, Allaha iftira yaxan kimsələr nicat tapmazlar. 358
Əl-misyar
Müasir dövrdə Əhli-sünnə içində "əl-misyar" adlı nikah növü yaradılmışdır. Bu nikah cavanların cinsi problemlərini həll etmək məqsədi daşıyır. "Əl-misyar" “Qadın yanına getmək və bir müddət onun yanında qalmaq” - mənasında işlənir.359 Bu nikah növünün daimi nikahla mühüm fərqləri var. Belə ki, fəqih alimlər daimi nikahda lazım bildikləri hökmlərin bəziləri bu nikahda gözə dəymir.
Əhli-sünnə alimləri İrfan ibn Səlim və Yusif Qərzavi bu barədə yazırlar:
«الزواج المسیار یتم بعقد شرعی و مهر متفق علیه بین الزوجین لکنه يعفي من شیئین اساسیين لا تقوم دعائم البیت الا بهما و هما اعفاء الرجل من حق النفقة علی الزوجه و اعطاؤه من حقها من البیت عندها ایضا».
“Əl-misyar nikahı şəri əqd və müəyyən olunmuş mehriyə ilə kişi və qadın arasında bağlanır. Lakin ailəni möhkəmləndirən (daimi nikahda mövcud olan) iki əsas rükn bu nikahda yoxdur. Onlardan biri kişinin qadına nəfəqə(xərclik) ödəməsidir, digəri kişinin həmişə qadının yanına getməsinin zəruriliyidir.”360
Mərakeş alimlərindən olan Şeyx Bənari Zəmzəmi demişdir:
«زواج المسیار مصطلح حدیث و اسلوب جدید فی العلاقة بین الزوجین .... ویراد به ان تزوج رجل امرأه دون ان یکون حق علیه فلا تطالبه بالنفقة و لا بالاقامة عندها و لا بالسکنی و انما یأتیها متی شاء و یعطیها اذا شاء ...
“Əl-misyar nikahı yeni bir termin və zövcələr arasında əlaqə yaratmaq üçün yeni üslubdur... və bu nikahda nəzərdə tutulan budur ki, kişi bir qadınla evlənəndə şərt qoyur ki, qadının ondan ev, xərclik və ev tələb etmək haqqı yoxdur. Yalnız kişi özü istəyəndə qadının yanına gedər və hər zaman istəsə, qadına nə isə verər.”361
Mütə nikahına daimi nikahla onun arasında olan fərqlərinə görə irad tutan insanlar necə olur belə bir nikahdan çəkinmir və belə bir nikah növündə problem görmürlər? Bir halda ki, mütə nikahı İslamın ilk çağlarında mövcud idi və bu nikah isə onların öz əlləri ilə yaradılmışdır.
Gördüyünüz kimi bu fəsildə tabein və bəzi alimlərin mütə nikahı barəsindəki nəzəriyyələri haqqında araşdırmalar apardıq. Aydın oldu ki, mütə nikahı tabeinin və bu alimlərin fikrincə problemsiz bir nikahdır. Səid ibn Cübeyr, Mücahid, Sudey və sair tanınmış şəxsiyyətlərin bu barədə səhabələrdən eşitdikləri və öyrəndikləri bundan ibarətdir ki, mütə nikahı halal və caiz bir nikah növüdür. Belə ki, onlar hər hansı təsir altına düşmədən ayəni mütə nikahı kimi təfsir edir362 və onun caizliyinə fitva verirdilər.
Yekun
Bu fəslin birinci hissəsində peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin müvəqqəti evlilik haqqındakı fikirlərini açıqladıq. Aydın oldu ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabı da mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda ona əməl də etmişlər. İkinci hissədə isə tabeinin, onların şagirdlərinin və bir çox alimlərin bu barədəki mövqelərinə nəzər saldıq. Aydın oldu ki, bu görkəmli şəxsiyyətlərin mütə nikahı barəsindəki fikirləri müsbət olmuş və onların adından söylənilən “qadağa”lar digər şəxslərin əli ilə yaradılmışdır.
Beləliklə bu fəsli bitirir və mütə nikahı barəsindəki söhbətlərimizi bu nikahın müvafiqləri və müxalifləri tərəfindən söylənilən dəlillərlə davam edirik.
Dördüncü fəsil
Müvəqqəti evliliyin müvafiqləri və müxalifləri tərəfindən söylənilən dəlillər
Keçən fəsillərdə aydın oldu ki, mütə nikahı Əhli-beytin (əleyhimus-səlam), peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən əksəriyyətinin, habelə görkəmli din xadimlərinin fikrincə halal və caizdir. Bu arada həmin nikahın düzgünlüyünü isbat etmək üçün müxtəlif dəlillərə də işarə etdik.
Hazırkı fəsildə bu nikahın əhli-sünnədən olan müxalif və müvafiqlərinin dəlillərini bəyan etməyi, sonra isə sünni müxaliflərin bu nikahı rədd etmək üçün söylədikləri şübhələrə cavab verməyi münasib bilirik.
Müxaliflərin dəlillərini bəyan etməzdən öncə bu nikahın müvafiqlərinin dəlillərini müxtəsər şəkildə qeyd edirik. Nəzərinizə çatdırmalıyıq ki, mütə nikahının halallığını söyləyənlər adətən “Nisa” surəsinin 24-cü ayəsinə, məsumlardan bizə çatmış hədislərə və əqli dəlillərə istinad etmişlər.
Müvafiqlərin dəlilləri
1. “Nisa” surəsinin 24-cü ayəsi
Mütə nikahının caiz olduğunu dəstəkləyənlərin bu nikahın isbatı üçün istinad etdikləri ilk dəlil “Nisa” surəsinin 24-cü ayəsidir. Bu alimlərin dediklərinə əsasən, mütə nikahı bu ayə vasitəsilə şəriətə daxil olmuş və başqa heç bir ayə onu nəsx etməmişdir. Xatırladırıq ki, biz keçən müzakirələrimizdə Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin və tabeinin mütə nikahı barəsindəki nəzəriyyələrini araşdırdığımıza görə bu hissədə həmin söhbətləri təkrarın etmirik, sonrakı əsrlərdə yaşamış alim və din xadimlərinin nəzərlərini öyrənirik.
Şeyx Müfid demişdir:
«الله تعالی بعد ذکر المحرمات فی النکاح(قال) « احل لکم ماوراء ذلکم ... فمااستمتعتم به منهن فاتوهن اجورهن فریضه»- فنطق الذکر الحکیم باباحة نکاح الاستمتاع علی الیقین»
“Allah-taala daimi nikahda haram olanları bəyan etdikdən sonra buyurmuşdur: “Bunlardan ayrıları... sizə halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! ” - Beləliklə, Qurani-kərim mütə nikahının halallığı barəsində açıq-aydın söz açmışdır.”363
Bundan əlavə, görkəmli din xadimləri, o cümlədən Seyid Mürtəza364, Şeyx Tusi365 və Müqəddəs Ərdəbili366 bu ayəyə istinad etmişlər.
Təfsirçi alimlərdən Əminül-islam Təbərsi demişdir:
«المراد به نکاح المتعة و هو النکاح المنعقد بمهر معین الی اجل معلوم و عن ابن عباس و السدی و سعید بن جبیر و جماعة من التابعین و هو مذهب اصحابنا الامامیة و هو الواضح لان لفظ الاستمتاع و التمتع و ان کان فی الاصل واقع علی الانتقاع والا لتذاذ فقد صار بعرف الشرع مخصوصا بهذا العقد المعین المسمی متعة فاتوهن اجورهن....».
“ İbn Abbas, Südey, Səid ibn Cübeyr, tabeindən bir qrupunun, həmçinin imamiyyə alimlərinin məsləkləri budur ki, ayədə mütə nikahı nəzərdə tutulmuşdur.(Bu aydın bir məsələdir.) Bu nikah növü müəyyən olunmuş mehriyyə əsasında və məlum müddətə bağlanır. Ayədəki “istimta” və “təməttö” əslində ləzzət almaq və bəhrə götürmək mənasınadır. Lakin şəriət baxımından belə bir əqd növünə məxsusdur. Xüsusilə də (qadınlara) aid olunanda...”367
Habelə Molla Fətullah Kaşani368, Seyid Haşim Bəhrani369, Əllamə Bəlaği370, Əllamə Təbatəbayi371 və başqa görkəmli din xadimləri372 öz əsərlərində oxşar məzmunlu sözlər söyləmişlər.
Mütə nikahının halallığına etiqad bəsləyən din alimlərinin hamısı bu nikahın isbatı üçün “Nisa” surəsinin 24-cü ayəsinə istinad etmişlər. Bu nöqtə tam aydındır. Hamı bilir ki, mütə nikahının caiz olduğunu dəstəkləyənlərin bu nikahın isbatı üçün istinad etdikləri ilk dəlil “Nisa” surəsinin 24-cü ayəsidir. Biz bu miqdarla kifayətlənir və bu alimlərin istinad etdikləri digər dəlilləri araşdırmağa başlayırıq.
2. Məsumların hədisləri
Mütə nikahını halallığına etiqad bəsləyənlərin ikinci dəlili bu mövzuda məsumlardan nəql olunan hədislərdir. Bəllidir ki, mütə nikahının halallığını subut edən hədislər az deyil. Şeyx Müfid bu barədə yazır:
«اماالسنة: فالاجماع ثابت ان رسول الله (صلی الله علیه و آله و سلم) اطلق نکاح المتعةالمشروط بالاجل و اذن فیه، عمل به المسلمون فی حیاته ولد منه اولاد فی عصره».
“Sünnə: Ümmətin icması (yekdil rəyi) budur ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) müəyyən olmuş müddəti mütə nikahının şərti elan etmiş və bu işi görməyə icazə vermişdir. Müsəlmanlar da onun həyatı dövründə bu nikah növünə əməl etmişlər. Belə ki, onun əsrində bu nikahdan uşaq da dünyaya gəlmişdir.”373
Ayətullah Xoyi də bu barədə yazır:
«فان استفاضةالروایات فی ثبوت هذا النکاح و تشریعه تغنینا عن تکلف اثباته و عن اطالة الکلام فیه».
“Bu nikah növünü isbat etmək və onun şəriət baxımından halal olduğunu subuta yetirmək üçün nəql olunmüş hədislərin çoxluğu (və Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında səhabələrin buna əməl etməsi) bizim bu nikahın halallığını isbat etmək üçün zəhmətə düşüb sözü uzatmağımızı lazımsız edir.”374
Şeyx Mürtəza, Şeyx Tusi, Müqəddəs Ərdəbili, Əllamə Təbatəbai, Əyətullah Subhani, Ayətullah Milanı və başqa görkəmli din alimləri mütə nikahının halallığını isbat etmək üçün yuxarıda dediyimiz ayədən savayı məsumlardan nəql olunmuş hədis və rəvayətlərə də istinad etmişlər. Biz “Müvəqqəti nikah sünnədə” başlığı altında bu növ hədisləri qeyd etdiyimizə görə burada onları yenidən nəql etmirik və söhbətimizi mütə nikahının dəlilləri silsiləsində davam edirik.
3. İcma 375
Mütə nikahının halal olduğunu sübuta yetirmək üçün istifadə olunmuş dəlillərdən biri də “icma”dır. Keçən söhbərlərimizdə məlum olduğu kimi Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra Ömər və bir qrup səhabə istisna olmaqla, səhabələrin əksəriyyəti, habelə tabeinlər mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda ona əməl etmişlər. Şiə məzhəbinin böyük alimləri ilə yanaşı əhli-sünnənin tanınmış alimləri də bu həqiqəti öz əsərlərində qeyd etmişlər. Onların arasında İbn Həzm, Abdullah ibn Qudamə, Zərqani və başqalarının adlarını çəkmək olar. Təəssüflər olsun ki, səhabə və tabeinin qabaqçıl nümayəndələri dünyadan gedəndən sonra xəlifə Ömərin davamçıları müxtəlif səbəblərə görə, xüsusilə də Ömərə bəraət qazandırmaq üçün mütə nikahının şəriət hökmü kimi tanınandan sonra haram olunmasını yayaraq, əsl mətləbi məxfi saxladılar. Biz keçən söhbətlərmizdə də bu barədə danışmışdıq. Əhli-sünnənin tanınmış nümayəndələri, o cümlədən Əhməd ibn Hənbəl, Malik ibn Ənəs, İbn Cüreyc və başqaları mütə nikahını haram bilməmişlər. Gördüyünüz kimi, İbn Cüreycin dəfələrlə mütə nikahı bağlaması tarixdə bir fakt kimi qalmaqdadır.
İcma barəsində İbn Hilli yazır:
«النکاح الموجل مباح فی شریعةالاسلام مأذون فیه، مشروع بالکتاب و السنة المتواترة و باجماع المسلمین».
“Müvəqqəti nikah İslam şəriətində halaldır və şəriətdə bu işə icazə verilmişdir. Onun şəriət baxımından qanuniliyi kitab (Quran), mütəvatir sünnə (çoxsaylı hədislər) və müsəlmanların yekdil rəyi (icması) əsasında sübut olunmuşdur.”376
Kaşiful-ğita isə bu barədə belə demişdir:
«فالاجماع بل الضرورة علی ثبوت مشروعیتها و تحقق العمل بها، غایة ما هناک ان المانعین یدّعون انها نسخت و حرّمت بعد ما ما ابیحت و حصل هنا الاضطراب فی النقل و الاختلاف الذی لا یفید ظنا فضلا عن القطع و معلوم حسب قواعد الفن ان الحکم القطعی لا ینسخه الا دلیل قطعی»
“Icma və yaxud məsələnin zəruriliyi bunu sabit edir ki, mütə nikahı şəri və qanunidir. Ona əməl olunması bir həqiqətdir. Onun müxaliflərinin iddia etdikləri son soz mütə nikahının halallığından sonra onun nəsx və qadağan olunmasıdır. Burada nəqllərdə ixtilaf və qeyri dəqiqlik yaranmışdır. Deyilənlər insanı tənha yəqinə deyil, hətta gümana çatdırmır. Elmi qanunlara əsasən qəti bir dəlili digər qəti dəlildən başqa heç bir şey nəsx edə bilməz.”377
Bu, mütə nikahını halallığını sübut etmək üçün irəli sürülmüş üçüncü dəlildir. Bundan sonra müvəqqəti evliliyin hallığını isbat edən dördüncü dəlildən söhbət edəcəyik.
4.Əql
Əql Allah-taalanın insanlara bəxş etdiyi misilsiz nemətdir. Insan övladı məhz əql vasitəsilə kamilliyə və inkişafa doğru hərəkət edə, əqlin kölgəsi altında kamala yetişə bilər.
Bu səbəbdən Allah-taala Qurani-kərimin çox ayələrində insanları ağıl və düçüncəyə tərəf səsləyir, onlardan xaliqin bəxş etdiyi ağıldan düzgün istifadə etməsini istəyir. Belə ki, dünya və heyvani şəhvətin arxasınca düşməsinlər. Ağılla dünya və axirəti əldə etmək mümkündür. Allah-taala buyurur:
افلا یتدبرون القرآن. انّ فی خلق السموات و الارض .... لآیات لقوم یعقلون. لقوم یتفکرون. لقوم یعقلون.
“Onlar Quranı düşünmürlərmi?”378; “Səmaların və yerin yaradılşında düçünən ağıllar üçün nişanələr vardır”379; “Təfəkkür edən qövm üçün.”380; “Ağıllı qövm üçün.”381
Cəhənnəm əhli deyir:
و قالوا لو كنا نسمع او نعقل ما کنا فی اصحاب السعیر
“Əgər bizim qulaqlarımız eşitsəydi və ya ağlımızı işə salsaydıq, cəhənnəm əhlinin içində olmazdıq.”382
Bunların hamısından belə məlum olur ki, dini əqldən kənar tanıtdırmaq dinin düzgün qavranmamasına və onun təhrifinə səbəb olur.
Buna görə də İslamda ilk öncə mövcud olan və hamının etiraf etdiyi mütə nikahının hikmətini - baxmayaraq ki, bəzi alimlər bu nukah növünü məntiqsiz sayaraq onun nəsx olunduğunu iddia edirlər - əqli təhlillə də əldə etmək mümkündür. Bu təhlillə mövcud şübhələrə də tutarlı cavab vermək olar.
Aydındır ki, zərər gətirməyən bir şeydən istifadə əqli baxımdan iradsızdır. Müasir zamanda dini təriqətlərin, fəqihlərin (ilahiyatçı hüquqşünaslar) əksəriyyəti bu əqidədədirlər ki, əgər zamanəmızdə yeni bir mövzü irəli çıxarsa və onun insanlara heç bir ziyanı olmazsa, həmin mövzunun əqli baxımdan hökmü mübah və halaldır.
İbn İdris Hilli bu barədə yazır:
«فقد ثبت بالادلة الصحیحة ان کل منفعه لا ضرر فیها فی عاجل او آجل مباحة بضرورة العقل، و هذه نکاح المتعة، فیجب اباحته باصل العقل.»
“Səhih dəlillərlə sübut olunmuşdur ki, indiki və ya gələcək zamanda zərəri olmayacaq bir mənfəət əqli baxımdan mübahdır (halaldır). Mütə nikahında da belədir. (onun ziyanı yoxdur) Buna görə də mütə nikahı əqli baxımdan halaldır.”383
Bunun ardınca davam edir:
«فاماالمتعة فمباحة، و لانه لو کان فیها شی من المفاسد لکان اما عقليا فهو منتف اتفاقا و اما شرعیا و لیس ذلک و الا لکان احد مستمسک الخصم»
“Amma mütə nikahı halaldır. Əgər mütə nikahında fitnə-fəsad, hərc-mərclik varsa ya bu fəsad əqlidir (bu da alimlər tərəfindən qeyri-məqbuldur), ya da şəriət baxımındandır. Şəriətdə də belə bir fəsad qeyd olunmamışdır. Əgər olsaydı, təbii ki, düşmən bundan sui-istifadə edərdi.”
Bu əsasla mütə nikahı halaldır və caizdir. Dediyimiz kimi onun ziyan və zərəri yoxdur.
Bundan əlavə, mütə nikahında bir çox faydalar mövcuddur. Hərçənd bəzi insanlar mütə nikahının mahiyyətini təhrif etməklə və bu nikahdan sui-istifadə etmək imkanlarını böyütməklə çalışmışlar ki, onun ictimai mühitdə yaratdığı hərc-mərcliyi ön plana çəksinlər. Lakin bu qrup insanlar bu məsələyə açıq bəsirətlə və ya təriqət təəssübkeşliyindən kənar nəzər salsalar başa düşərlər ki, mütə nikahı hansı cəmiyyətdə öz yerini taparsa hərc-mərcliyə səbəb olmaz, ictimai mühitdə qarşıya çıxan əxlaqsızlıq və pozğunluğun qarşısını ala bilir. Habelə cəmiyyəti Allah və onun rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) sevdiyi bir mühiyə doğru sövq edir.
Başqa sözlə, hər bir cəmiyyət əksəriyyəti qızlar, oğlanlar, kişilər və qadınların təşkil etdiyi cavan bir nəslə malikdir ki, maddi imkansızlıq ucbatından daimi şəkildə evlənə bilmədiklərinə görə əxlaq pozğunluğuna doğru çəkilirlər. Bu problemin həlli üçün üçdən artıq yol yoxdur. Birinci yol budur ki, onlar üçün fəsad və əxlaqsızlıq yuvaları düzəldilsin ki, şəhvətlərinin qarşısını alsınlar. Ikinci yol budur ki, onları həbs etsinlər və ehtiraslarına mane olsunlar. Üçüncü yol bundan ibarətdir ki, onların şəhvətlərini sondürəcək qanuni və məntiqi bir yol nəzərə alınsın: onlar öz ismət və paklıqlarını qorumaqla cinsi istəklərini təmin etsinlər. Heç bir aqil və inanaclı insan birinci həll yolunu qəbul edə bilməz. Çünki bu yol insanları hərc-mərcliyə və bədbəxtliyə sövq edir. Ikinci yol isə insanın fitrətinə uyğun deyil. Çünki münəzzəh və pak Allah özü bu istəkləri insanın vücudunda xəlq etmiş, onu bu xüsusiyyətlə yanaşı yaratmışdır. Bu istəklərin öz həddində təmin olunması gərəklidir.
Bütün bunları nəzərə alaraq üçüncü yolun tənha çıxış yolu olduğunu qəbul etmək çətin deyil. Bu səbəbdən müqəddəs İslam dini belə bir hökmü qanuni elan edərək on dörd əsr öncə dünənki və bugünkü problemi ən yaxşı, ən məntiqli üsulla həll etmişdir. Bu nöqtə müqəddəs İslam dininin hərtərəfli bir din olduğunu göstərməkdədir. Hərçənd bəzi insanlar hələ də bu həqiqəti qəbul etməkdən boyun qaçırırlar.
«فما لهولاء القوم لا یكادون یفقهون حدیثاً»
“Bu camaata nə olub ki, heç bir söz (düzgün söz) anlamaq istəmirlər.”384
Deyilənlərdən belə nəticə almaq olar ki, mütə nikahını öncə sadaladığımız üç dəlildən əlavə sağlam ağıla əsaslanaraq sabit etmək mümkündür. Biz hazırki hissədə bu miqdarla kifafayətlənir və mövzumuzu “Mütə nikahının müxaliflərinin dəlilləri” başlığı altında davam etdiririk. Bu yolla istəyirik ki, həmin fərdlərin dəlillərinin dəyər və qüvvəsini daha yaxşı və daha məntiqli yolla bəyan edək.
Müxaliflərin dəlilləri
Birinci hissə: Quran ayələri və onların təhlili
Mütə nikahı ilə müxalif olanlar bu nikahı rədd edərək dəlil kimi Quran ayələrindən və hədislərdən mütə nikahının nəsx olunduğu barədə faktlar üzə çıxartmışlar. Bu dəlillər əslində "Nisa" surəsinin 24-cü ayəsini aradan qaldıracaq bir dəlil deyil. Bunlar mütə nikahı barəsində nəql olunmuş çoxsaylı səhih hədislər qarşısında müqavimət göstərməkdə acizdirlər. Lakin mövzumuzun daha kamil olması üçün, habelə müxaliflərin dəlillərinə və mütə nikahı barəsindəki şübhələrə cavab vermək üçün münasib gördük ki, bu müxaliflərin dəlillərini ətraflı şəkildə bəyan edərək bir-bir onların təhlilini verək.
Deməliyik ki, müxtəlif səhih hədislər aydın şəlikdə göstərir ki, mütə nikahı ayəsini nəsx edəcək heç bir ayə nazil olmamışdır. Mütə nikahı ayəsi "möhkəm" (“mənanı aydın çatdıran, anlaşılmazlığı və qaranlığı olmayan”) ayələrdəndir. Müsal üçün bir hədisi qeyd edirik:
«عن عمران بن حصین قال: نزلت آیه المتعة فی کتاب الله تعالی لم تنزل آیة بعدها تنسخها فأمرنا بها رسول الله (صلی الله علیه و آله و سلم) و تمتعنا مع رسول الله (صلی الله علیه و آله و سلم) و مات لم ینهنا عنها قال رجل بعد رأیه ماشاء»
Nəql olunur ki, İmran ibn Həsin belə dedi: “Mütə ayəsi Allah-taalanın kitabında nazil oldu və ondan sonra onu nəsx edən heç bir ayə gəlməmişdir. Belə ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bizə mütə etməyi halal bildi və biz peyğəmbər zamanında siğə edirdik. O, dünyadan getdi və mütəni bizə qadağan etmədi. Onun vəfatından sonra bir kişi öz istəyi ilə bildiyini dedi.”385
Mütə ayəsinin nəsx olmadığını çatdıran bu kimi hədislər mövcud olduğu halda yenə də nəsxi iddia edənlərin dəlillərini qeyd etməyi və onları təhlil etməyi özümüzə lazım bilirik.
Bu nikahın müxaliflərinin dəlilləri bir neçə Quran ayəsindən və Həzrət peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunmuş bir neçə hədisdən təşkil olunmuşdur. Biz hədisləri nəql etmədən öncə ayələr barəsində danışacaq və bu ayələrin mənalarının onların iddiaları ilə nə qədər üst-üstə düşdüyünü araşdıracağıq. Bu ayələrin "Nisa" surəsinin 24-cü ayəsinə olan nisbəti (əlaqədarlığı) ya nəsx nisbətidir, ya ümuminin təkə olan (ümum-xüsus) nisbətidir, ya da digər nisbətdir ki, dini elmlərdə Üsul elmi bu barədə söhbət açmışdır.
Birinci dəlil: “Furuc” ayəsi
"Nisa" surəsinin 24-cü ayəsi mütə nikahı barəsində nazil olmuşdur. Lakin “vəlləzinə hum lifurucihim hafizun” ayəsi vasitəsi ilə nəsx olunmuşdur.
«والذین هم لفروجهم خافظون الا علی ازواجهم او ما ملکت ایمانهم فانهم غیرملومين ...»
Çünki bu ayədə buyurmuşdur ki, hər kəs zövcəsindən (həyat yoldaşından) və ya kənizindən başqası ilə yaxınlıq edərsə təcavüzkardır. Siğə olunmuş qadın nə zövcədir, nə də kəniz. Ona görə də bu iki nikahdan savayı hər hansı bir nikah haramdır.386
Mütə nikahının nəsxini isbat etmək üçün yuxarıdakı ayəyə istinad etməyin bir neçə qüsuru vardır.
1) Quran təfsirçilərinin yekdil rəylərinə əsasən "Muminun"387 və "Məaric"388 surələrinin bütün ayələri389 Məkkədə nazil olmuşdur. Amma "Nisa" surəsi Mədinədə390 nazil olmuşdur. Burada belə bir sual meydana çıxır ki, Məkkədə nazil olmuş və “mədəni” (Mədinədə nazil olmuş) ayələrdən öncə nazil olmuş ayələr özündən sonra nazil olmuş “mədəni” ayələri necə nəsx edə bilər? Doğrudan da, bu ayəyə mütə nikahı ayəsinin nəsx olunduğunu isbatlamaq üçün istinad edənlər ya təfsir elmindən xəbərsizdirlər, ya da bilərəkdən həqiqətləri gizlətmək istəyirlər.
2) Mütə nikahının əleyhdarları siğə olunmuş qadını zövcə sinfindən xaric bilmiş və onu həyat yoldaşı hesab etməmişlər. Bu mətləb də qeyri-məqbuldur. Çünki siğə olunmuş qadın da kişinin zövcələrindən biridir. Əshab və tabeilərin peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etdikləri hədislərdə siğə olunmuş qadın dəfələrlə kişinin zövcəsi adı ilə yad edilmişdir.391 Bundan əlavə, Əhli sünnədən olan görkəmli alimlər öz kitablarında mütədən söhbət açanda bu nikahı “mütə nikahı” adlandırmışlar.392 Onlardan bəziləri hətta açıq-aydın etiraf etmişlər ki, siğə olunmuş qadın da həmçinin arvadıdır.
Zeməxşəri bu barədə yazır:
«فان قلت: هل فیه دلیل علی تحریم المتعة؟ قلت لا لانّ المنکوحة نکاح المتعة من جملة الازواج اذا صح النکاح»
“Əgər soruşsanız ki, bu ayədə mütə nikahına qadağanı isbatlayan bir dəlil var ya yox, deyərik ki, yox. Çünki mütə nikahı bağlamış qadında bu nikah növünün şərtləri ödənərsə o, həyat yoldaşlarından biri kimi hesab olur.”393
Əbu Həyyan da bu haqda yazır:
«و الظاهر ان نکاح المتعة لا يندرج تحت قوله (فمن ابتغی وراء ذلک) لانها ینطلق علیها اسم زوجة»
“Zahir budur ki, müvəqqəti nikah “fəmən ibtəğa vəraə zalik” başlığına daxil olmur. Çünki siğə edən bir qadın da həyat yoldaşı adlanır.”394
Bütün bunlardan sonra necə iddia etmək mümkündür ki, müvəqqəti nikah bağlamış qadın kişinin arvadı hesab edilmir?
Mümkündür, etiraz etsinlər ki, müvəqqəti nikah bağlamış qadın kişinin arvadı sayılsaydı, “talaq”, “irs” və “nəfəqə” ayələrinə də daxil olardı. Indi ki, bu ayələrə aid edilməmişdir, deməli zövcə sayılmır. Bu etirazın cavabında demək lazımdır ki, bu ayələr, yəni talaq, irs və nəfəqə ayələri sair ehkam ayələri tək "təxsis" (müəyyən məqsəd üçün ayırmaq və istisna etmək) və "təqyid"siz (qeydə almaq, qeyd etmək) deyildir. Irs və talaq ayələri mürtəd qadın haqqında "təxsis" (istisna) edilmişdir. Belə ki, bu qadın nə irs götürür nə də ərindən ayrılanda talaqa ehtiyac olur. Habelə talaq ayəsi kişi və ya qadında eyb aşkar edilən, əqdi pozmaq mümkün olan haldan da "təxsis" edilmişdir. Yəni talaq üçün hər iki tərəfin razılığına ehtiyac yoxdur və bu eyblər əqdin pozulması üçün kifayətdir. Həmçinin qadının nəfəqəsini (xərcliyini) vacib edən ayə qadın öz ərinin sözünə baxmayanda , inadkarlıq və dikbaşlıq edən hallarda istisna edilmişdir. Bu halda kişi qadının nəfəqəsini verməyə bilər. Bütün bu təxsislərlə nə üçün müvəqqəti əqd təxsisə alınmasın.395
3) "Muminun" və "Məaric" surələrinin ayələrində buyurulmuş “vəlləzinə hum lifurucihim hafizun illa əla əzvacihim...” cümləsi mütə nikahını isbat etmək üçün ən möhkəm dəlillərdəndir. Bu ayələrin mütə nikahının halallığına aid ifadəsi digər ayələrdəkindən daha güclüdür. Çünki İslam alimləri hamılıqla bu ayələrin “möhkəm” olub nəsx edilmədiyini və Məkkə şəhərində nazil olduğunu vurğulamışlar. Nəqllərə əsasən həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütəni caiz (halal) bilməsini qəbul etmək zəruridir. Əgər mütə bağlamış qadın zövcə sayılmasaydı peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bu işə icazə verməsi qəti və aydın surətdə bu ayələrin nəsxi kimi qələmə verilə bilərdi. Bu ayələrin nəsx olunmaması barədə alimlərin yekdil rəylərindən belə nəticə cıxarmaq olar ki, mütə əqdində də zövciyyət ( ər- arvadlıq) qanunidir. Habelə "Muminun" və "Məaric" surələrinin ayələri mütə nikahın isbatı üçün kamildirsə bu halda peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını nəsx etdiyi iddia olunan bütün hədislər etibarsız sayılmalıdır.396
Bu bəyanla məlum olur ki, alimlərin nəzərində mütə ayəsinin göstərilmiş ayə vasitəsilə nəsx olunduğunu iddia edən bu etiraz və iradlar qaneedici deyil. Bu kimi dəlillərlə sadəcə adi camaatı aldatmaq olar.
Dostları ilə paylaş: |