Naxçivan döVLƏt universiteti 1967


nəticələri  yaşlılara  nisbətən  daha  az  əhəmiyyət  kəsb  edir



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə163/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   159   160   161   162   163   164   165   166   ...   190
nəticələri  yaşlılara  nisbətən  daha  az  əhəmiyyət  kəsb  edir.  bununla  yanaşı,  əlbətdə  ki,  yaşla 
əlaqədar olaraq həm statik səy, eləcə də dinamik iş zamanı dözümlülük artır. Belə ki, barmaqların 
bükücü  əzələlərinin  statik  səy  (şiddət)  zamanı  saxlama  müddəti  10  yaşdan  18  yaşa  kimi  2-3  dəfə 
artmış  olur.  Müxtəlif  əzələ  qruplarında  bu  şiddətin  artımının  yüksəlməsi  fərqli  olur  və  yaşla 
əlaqədar olaraq qeyri – bərabər şəkildə inkişaf edir. 8 yaşdan 11 yaşa kimi olan zamanda gövdənin 
açıcı  əzələləri  daha  az  dözümlülüyü  ilə,  lakin  dirsəyin  açıcı  və  bükücü  əzələləri  isə  daha  yüksək 
dözümlülüyü  ilə  xarakterizə  olunur.  Topuq  nahiyyəsindəki  əzələlərin  dözümlülüyü  11-14  yaş 
arasında  əhəmiyyətli  dərəcədə artır. Artıq  13-14  yaşlarında dirsəyin  açıcı və bükücü  əzələlərində, 
eləcə  də  gövdənin  açıcı  əzələlərinin  statik  dözümlülüyünün  artım  tempində  bəzi  enmələr  müşhidə 
edilir. 
   Dözümlülüyün  yaşla  bilavasitə  əlaqədar  olan  daha  çox  dəyişiklikləri  bir  qrup  -  əlin, 
dirsəyin,  budun  və  baldırın  bükücü  əzələlərində  statik  səy  zamanı  təzahür  olunur.  Məsələn,  yaşla 
əlaqədar  olaraq  əlin  bükücü  əzələlərinin  dinamometrə  göstərdiyi  şiddətin  saxlama  müddətinin 
artması müəyyən olunmuşdur ki, bu şiddət də maksimal iradi qüvvənin təxminən 50 % - ni təşkil 
edir.  10-12  yaşda  bu  şiddətin  saxlanma  müddəti  90  san,  13-15  yaşda  108  san,  dirsəyin  bükücü 
əzələlərində isə müvafiq olaraq 80 san və 102 san təşkil edir (M.H.Qarayev-2001). 
   Yaşla əlaqədar olaraq gərgin dinamik iş (sürət-qüvvə xarakterli) zamanı olan iş qabiliyyəti 
də  yüksəlir.  14-15  yaşlı  oğlanlarda  veloerqometrdə  pedalların  hərlədilməsi  zamanı  göstərdikləri  iş 
qabiliyyəti  8-9  yaşlı  uşaqlarla  müqayisədə  2-3  dəfə  çox  olur.  Dinamik  dözümlülüyün  daha  çox 
artımı  12-15  yaş  civarında  müşahidə  olunur.  Veloerqometrdə  hərəkətlərin  icrası  zamanı  işin  orta 
şiddəti 11-12 yaşlılar üçün 835 kqm/dəq, 13-14 yaşlılar üçün 1045 kqm/dəq və 15-16 yaşlılar üçün 
isə 1219 kqm/dəq-ə kimi yüksəlir. 
   Boksçularda dözümlülüyün təzahür olunması  ilə əlaqədar olan  istənilən növ hərəkətlər tək 
aerob yolla deyil, eləcə də anaerob enerji təminatı yolu ilə də təzahür olunur. Hər iki bu proses bir-
birilə  qarşılıqlı  əlaqədə  olmaqla,  eləcə  də  olduqca  bir-birindən  asılı  şəkildə  fəaliyyət  göstərir. 
Xatırladaq  ki,  aerob  imkanlar  oksigenin  daxil  olması  və  onun  toxumalarda  sərfini  təmin  edən 
orqanizmin  ümumi  xüsusiyyətləri  ilə  müəyyən  olunur.  Bu  xüsusiyyətlərə  xarici  tənəffüs  sistemi, 
qan  dövranı,  qan,  toxumalarda  gedən  oksigen  sərfiyyatı,  eləcə  də  bu  sistemlərin  fəaliyyəti  ilə 
birbaşa əlaqəli olan orqan və toxumalarda aiddir. Anaerob imkanlar oksigensiz şəraitdə orqanizmin 
enerji  yaratması  və istifadəsi  xüsusiyyətlərindən,  orqanizmin daxili  mühitində olan dəyişikliklərin 
bərpa  əlamətlərindən  və  hipoksiya  (oksigen  çatışmazlığı)  şəraitində  toxumaların  adaptasiya 
səviyyəsindən  bilavasitə  asılıdır.  Boksçunun  dözümlülüyünün  artırılmasının  effektiv  vasitəsi 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin