Dözümlülük Dözümlülük dedikdə, uzunmüddətli işlərin icrası zamanı yorulma əlamətləri meydana
çıxmadan idmançı orqanizminin imkanları nəzərdə tutulur. Dözümlülüyün təzahür olunması ilə
uzunmüddətli fiziki yüklərin icrası zamanı üç əsas dəyişkən xüsusiyyətin mühüm əhəmiyyət kəsb
etməsi qeyd olunur: 1) icra olunan yükün intensivliyi (sürəti, şiddəti, qüvvəsi); 2) görülən işin
həcmi (qət edilən məsafə, icra edilən iş); 3) icra olunan işin müddəti (saniyələrlə). Bütün bu
sadalanan üç göstərici erqometrik göstərici hesab olunur. Bunlardan biri hər zaman hərəki tapşırığın
parametri kimi verilir, digər ikisi isə ölçülür. Dözümlülüyün əsas göstəricisi insanın hərəki
tapşırığının verilmiş intensivliyinin (şiddətin) hansı zaman müddətində saxlama imkanları hesab
edilir. Dözümlülüyün inkişaf etdirilməsinin əsas şərti yorulma anınadək işin davam etdirilməsi və
tam bərpa olunmadan, yəni mənfi iz effekti fonunda təkrar yükün həyata keçirilməsi sayılır
(Y.M.Kots-1986).
Yeniyetməlik yaşındakı uşaqların hərəkətlərinin fasiləsiz dəyişkənliyi nəticəsində yüksək hərəkətliliklərinə baxmayaraq, dözümlülüyün artırılmasına yönəldilmiş məşqin