İqbalnamə» Nizami «İskəndərnamə» poemasını iki yerə bölməklə onun I hissəsini «Şərəfnamə»
adlandırılıb daha çox İskəndərin qoçaqlığı, hərbi yürüşlərdəki şücaəti və ədalətindən
bəhs edir. II hissəni «İqbalnamə» adlandıraraq şair burada hikmət, əxlaq və elmə
üstünlük verir. Digər tərəfdən dünyada heç nəyin əbədi olmadığına işarə edir. Ancaq
yaxşılıq və pislik kimi iki qutbün olduğuna ehkam vurur.Şubhəsiz, Nizami heç də
tarixdəki hikmətdən danışmaq istəməmiş, amma bəşəri hisldərdən də geridə qalmaq
istəməmişdir. Çünki, onun seçdiyi qəhrəman da elə bu nəticəyə gəlir. Nizami göstərir
ki, dünyanı güc və zor hesabına deyil ağıl və ədalətin təntənəsi ilə idarə etmək olar.
Nizami qədim Yunan tarixini bilib, bütün islamı dəyərlərdən istifadə etmişdir. Nizami
bu qədim mədəniyyətləri tərənnüm etdirmiş, dünyanın yadından çıxanları bir daha
xatırlatmışdr. Şair xristian və müsəlmanların yaxşı nəyi varsa əxz etmişdir. O, Bizans
124
imperiyası, qədim yunan elmi, əxlaqını dəqiq verməklə bütün bunlar barəsində doğru
fikir yaratmışdır. Əlbəttə, yunan mədəniyyəti daha qədimdən mövcud idi, lakin Nizami
onu Şərqlə-Qərb vəhdətində birləşdirən yeganə adam olmuşdur.
İskəndərin ən böyük işi onun İskəndəriyyə şəhərini saldırıb adını tarixdə əbədi
olaraq yaşatmaq idi ki, o da ona müyəssər oldu. İskəndəriyyə bu gün də Misirin ən
böyük və gözəl liman şəhərlərindən biridir.
hər bir işin başlanğıcı olduğu kimi sonu da vardır. İskəndər də doğulur, məşhurlşır
və ölür, ancaq Nizami qələmiylə o, əbədi bir dirilik simvoluna çevrilir. Nizami qələmi
və elminin gücü bəşəriyyətin qibləgahı kimi daima səcdə yeri olaraq qalacaqdır.
Doktor Kamil Əhmədnejad Nizamini özünəməxsus meyarlarla açmışdır. Nizamini
şahlara tabe olmamaq, saraydan qaçmaq və sərbəst işləməsini özəl olaraq vurğulayır ki,
bu da doğrudur.