Nizaminin əsərləri Nizami əsərlərinə vaqif olduqda ilk növbədə onun istifadə etdiyi məxəzlərdən
qədim tarix, islam, İskəndər nəzəri çəkir. Digər tərəfdən mütailəsi və şəxsi çıxardığı
fikrilər köməklik edir.
“Sirlər xəzinəsi” Nizaminin ilk mühüm və çətin əsəri Sirlər xəzinəsidir. Bu çətinlik şairin yaşadığı
keşməkeşli dövrlə birbaşa əlaqəlidir. Digər tərəfdən onun gənclik illəri və özünə ad-san
116
qazanması ilə bağlıdır. Nizaminin bu kiçik və qısa məsnəvisi Allahın, peyğəmbərlərin,
Fəxrəddin Bəhram şahın, kitabın yazılma səbəbi, sözün fəziləti kimi mövzuları əhatə
etməklə 20 hissədən ibarətdir. Bəzi təzkirəçilərin fikrincə 21. Hətta 22 hekayədən ibarət
olduğu iddia edilir. Ancaq qədim nüsxələrdə 20 hissədən ibarətdir ki, Əmir Xosrov
Dəhləvi də ondan faydalanaraq 20 məqaləlik bir sirlər xəzinəsini nəzirə yazmışdır.
Görünür 21-ci məqalə sonradan artırılmışdır.
Nizami özü əsərin başlanğıcında belə söyləmişdir:
Qəbul etdiyimi ar bilməmişəm,
Ürəyim deyəni mən söyləmişəm.
Düşünməyə əsas verir ki, Nizami “Sirlər xəzinəsi”ni yazarkən Sənainin “Hədiqət
əlhəqiqi” əsərindən faydalanmışdır. Sənai o dövrdə çox şöhrət qazanmışdı və bu üzdən
Xaqani və Nizami kimi şairlər ondan bəhrələnmişlər. Ancaq qeyd etmək yerinə düşər ki,
Nizaminin elmi bilikləri özünün sələf və xələflərini geridə qoymuş yeni bir şeir aləmi
yaratmışdır. “Sirlər xəzinəsi” 2400 beytdən ibarətdir, səri bəhrində yazılmışdır. Böyük
alim Səid Nəfisi Nizami yaradıcılğından bəhs edərkən səri bəhrindən Rudəki və Nasir
Xosrov da istifadə etdiyini göstərmişdir.
Nizami “Sirlər xəzinəsi” dastanını Fəxrəddin Bəhram şaha Ərzincan sahibinə həsr
etmişdir. Əsərin başlanğıcında onun adını çəkmişdir. Şair ədalətin zəfər çaldığına,
zülmün dəf olmasına çalışıb ədalətli şah fikrini bəyan etmişdir. Nizami “Sirlər
xəzinəsi”ni yazmaqla böyük bir ədəbi məktəbin başlanğıcını qoydu, o, eyni zamanda
əxlaq, hikmət və elmin təcəssümünü əks etdirdi. “Sirlər xəzinəsi” didaktik baxımdan çox
dəyərli bir əsər olaraq öz təravətini itirməyəcək.