Nizami Gəncəvi haqqında məqalə



Yüklə 36,2 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü36,2 Kb.
#40492
1   2   3   4   5   6   7   8   9   ...   12
Nizami Gəncəvi haqqında məqalə

Nizami əsri 
VI əsrin ikinci yarısında Azərbaycanda (Arran və Azərbaycan) çox rövnəq şairlər 
mövcud idi. Ancaq bu şairlərin öz mətləbləri yox idi. Onlar ancaq saray şairləri olaraq 
hökmdarları vəsf edir, ya da bir-birləri ilə yarışa girirdilər. 
Zindanlara yol tanımayan bu şairlər müəllim-şagird kimi bir-birini tərənnüm 
edirlər. Lakin bəzən biri digərinin yazdığı şeirlə ölümünə səbəb olurdu. 
Bu dövrdə  Səlcuq qələmindən çıxmış Nizami meydana gəlmişdi ki, o, 
başqalarından fərqlənirdi. Bu, elə bir dövr idi ki, səlcuqların hakimiyyəti sona çatmış və 
onların hökumətləri kiçik məhəlli bölgələrə parçalanmışdı. Bu səlcuqlar türkmənlərin 
gəz (əgəz) tayfalarından olub Seyhun və Ceyhun çaylarının arasında Xəzər və Aral 
sahillərində çadırlarda həyat sürürdülər. Onların məşğuliyyəti heyvandarlıq idi ki, bu da 
onların yaylaqdan qışlağa getməsinə  səbəb olurdu. Mahmud Qəznəvi dövründə onları 
xərac verməyə cəlb etmişdilər. Mahmudun ölümündən sonra onun oğlanları Məhəmməd 
və  məsud bir-biriylə  çəkişməyə başladılar, nəticədə  Məsud məğlub oldu. Abbasi 
xəlifəsinin Xorasandakı  təxtini  ələ keçirib, Toğrul Mikayıl oğlunun rəhbərliyi ilə ta 
Bağdada qədər irəlilədilər, onun canişini Alp Arslan Səlcuqların inkişafında böyük rol 
oynayır. 
Bu dövrdə Azərbaycan Atabəyləri hicri-qəməri 531-ci ildə  Səmsəddin  Eldəgizin 
rəhbərliyi ilə qüdrətli bir dövlət yaratmışlar. Onun oğlu Cahan Pəhləvan  İraqdan 
Azərbaycana qədər hicri-qəməri 568-581 hökumət yaratdıqdan sonra qardaşı  Qızıl 
Arslan onun yerini tutub hicri-qəməri 581-587-yə qədər bu səltənətə rəhbərlik etmişdir. 
Bundan sonra hakimiyyət Cahan Pəhləvanın oğlu Nüsrəddin  Əbubəkr, nəhayət o biri 
oğlu Müzəffərəddin Özbək tərəfinə keçib davam edir. 

113 
 


 
Azərbaycan Atabəyləri  şairlərə xüsusi maraq göstərirdilər və o zaman tanınmış 
şairləri Zəhir Farabi, Mücirəddin Beyləqani, Xaqani Şirvani onların məclislərində iştirak 
etmişlər. Nizami Gəncəvi də «Xosrov və  Şirin», «İskəndərnamə»  əsərlərini Atabəylər 
sarayında onlara hədiyyə etmişdir. Nizami dövründə  Şirvanşah Səlcuqilərinin 
hakimiyyəti zamanı  Xaqan Əkbər, Mənuçehr və onun oğlu Asitan şeir, sənət vurğunu 
idilər. Onlar Əbu Üla Gəncəvi, Xaqani, Fələki kimi şairlərə qiymət verirdilər. Lakin 
Nizami bunların fövqündə dayandığı üçün məhz Asitan İbn Mənuçehr «Leyli və 
Məcnun»u yazmağı ondan xahiş etmiş, Nizami də bu xahişə  əməl etmişdir. Onu qeyd 
etmək yerinə düşər ki, əsərin kim tərəfindən və necə sifariş edilməsindən asılı 
olmayaraq, misilsiz şairlik istedadına malik olan Nizami ədəbiyyat aləminə gözəl bir 
əsər bəxş etmişdir. Bu rəvayət hekayə  şəklində  Ərəbistandan bütün şərqə keçsə  də, 
Nizami  şeriyyatı bunu daha da rövnəqləndirmişdir. 
Nizaminin  əsərləri qonşuları Gürcüstan və Ermənistandan daha çox İranı 
maraqlandırmışdır. Çünki, bu ölkə  şeirə daha çox meyilli idi və  şeirin mərkəzi hesab 
olunurdu. Digər tərəfdən Nizaminin farsca yazması bunu daha real edirdi. 
Səlcuqilərin dövründə ordu, elm, məktəb,  əkinçilik,  şeir, sənət dövlət nəzarətində 
idi. 
Azərbaycanda bu dövrdə islamı  qəbul etmiş olsalar da sufilik çox yayılmışdır. 
Nizamini tam sufii saymaq olmasa da, onu sufilikdən kənar da tutmaq olmaz. Gəncə o 
zaman böyük şəhər olaraq inkişafda idi. Nizami belə bir mühitdə dünyaya göz açmış, 
əsərlərində bu mühitin siyasi, ictimai və iqtisadi mənzərəsini  əks etdirmişdir. Lakin 
Nizami nə  qədər dəvət alsa da, o, saraya gedib «saray şairi» olmaqdan imtina edib 
sərbəst olmağa üstünlük vermişdir. O, saraya getməyərək qeylü-qaldan azad olmuş  və 
istədikldərini daha dəqiq təsvir etmək imkanı olmuşdur. Bunu Ripka «İran  ədəbiyyatı 
tarixi»  əsərində  və Bertels «Böyük Azərbaycan  şairi» məqaləsində açıq-aydın 
göstərmişdir. Nəticə etibariylə belə fikrə gəlmək olar ki, Nizami ideyalarını heç bir təsir 
almadan həyata keçirməyin üstün olduğunu nəzərdə tutmuşdur. 
 

114 
 


 

Yüklə 36,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin