“İskəndərnamə” Iki böyük hissədən ibarət olan Nizaminin bu sonuncu əsəri “Şərəfnamə” və
“İqbalnamə” adlanır.
“Şərəfnamə” Nizami ömrünün axırıncı illərini “İskəndərnamə”yə sərf etmişdir. Bu fateh
haqqındakı dastan uzun zaman Şərq və Qərbdə müxtəlif xalqların dilində şifahi və yazılı
şəkildə mövcud olmuşdur. Lakin Nizami yaradıcılığında bu əfsanə bir əbədilik
simvoluna çevrilmişdir. Nizamidən öncə tarix, təvsir, İskəndərnaməyə aid yazılarda və
Firdovsi “Şahnamə”sində xeyli deyilmişdir. “Şərəfnamə” də təxminən 6800 beyt vardır.
120
“İqbalnamə” ikinci hissə olaraq 3500 beyirdən ibarətdir. Burada İskəndərin şəxsi
yaşayışı, himmət və peyğəmbərliyindən bəhs edilir. Belə aydın olur ki, Nizami
“Şərəfnamə”ni Nüsrəddin Əbubəkr Məhəmməd Cahan Pəhləvanın oğlu və Qızıl
Arslanın əmisi oğluna Atabəylər nəslinə ithaf etmişdir. Azərbaycanda Atabəylərin
hörməti çox olduğundan Nizami onların xahişini rədd etməmişdir. Şair bu əsər
vasitəsiylə bəyan edəcəyi sözləri demiş və özü də etiraf etmişdir ki, onun ən dəyərli əsəri
məhz “İskəndərnamə»dir. Nizami iskəndər barədə mövcud olan yəhudi və pəhləvi
dilində yalnız məlumatları nəzərdən keçirmiş, öz şairlik istedadı nəticəsində onlara yeni
həyat vermişdir.