Nizaminin söz yaradıcılığı Nizami şerinin səbkisi Xorasan və İraq şeir formaları arasındadır. Əgər fars şeir
dilini Xorasan, İraq, Hind məktəbi ilə müqayisə etsək onda belə qənaətə gələrik ki,
Nizami poeziyası İraq şeir nümunələrinin bariz oxşarıdır. Onun məsnəvi, ürəyəyatan,
düzülüş qaydası, xeyli ərəb kəlmələrinin işlədilməsi buna dəlalət edir. Bununla belə
şeirdəki fars üslubu, Nizaminin öz dəsti-xətti olması, hətta Qərb təmayülü və Yunan
forması da özünü göstərir. Sokratdan əvvəlki fəlsəfə və islam dəyərləri Nizami
yaradıcılığında özünü biruzə verir. Digər tərəfdən elmi istilahlar, xüsusiylə
astronomiyaya bələdlik onun əsərlərində özünü tam göstərir. Nizaminin saraydan uzaq
olmasına gətirib çıxardır ki, bu da şairin yaradıcılığına müsbət təsirsiz ötüşməmişdir. Bu
da onun şahlara mədh yazmaqdansa, əxlaq, hikmət və cəmiyyətin real həyatından
yazmağa imkan vermişdir. Nizami şeriyyatının gücü ondadır ki, o, acı, mənfi işləri
göstərsə də, əsas etibariylə işıqlığa can atan sənətkar kimi özünü göstərmişdir. Əksər
vaxt da xeyrin şər üzərindəki qələbəsi, haqqın nahaqqa qalibiyyətini deməklə öz
ideyalarını tərənnüm etmişdir. Bunları söyləməyə hünər tapmışdır. Onun ilk əsəri «Sİrlər
xəzinəsi», sonuncu dastan «İskəndərnamə»dən fərqlənsə də, öz aralarında bir
həmahənglik təşkil edir. Nizami cavanlıqdan bir əxlaqı götürüb sona qədər də onunla
gedir. Bədii şeir təsvirinə gəlincə Nizami qədər onu ilahi bir qüvvəyə çevirə biləcək bir
adam, və yaxud ikinci bir şairə rast gəlmək müşkül məsələdir.