İskəndərin ruslarla müharibəsi Nizami İskəndər surəti vasitəsiylə ədalətli hökmdar prinsipinə sadiq qalaraq abxaz
və rusların Bərdəyə hücumunun qarşısını almaq və Nüşabəni onların zülmündən
qurtarmaq üçün ruslara qarşı müharibə edir. Nizami bunu göstərməklə öz kinini ruslara
bildirmiş və onların istilalarını pisləmişdir. 332-333-cü illər arasında hicri tarixində
rüslar Bərdəni işğal altında saxlamışlar. Nizami yazılarından başqa bir mənbə
olmadığından biz onunla razılaşmalı oluruq. Rusları qırmızı sifət və sarı tüklü kimi
təsvir edən Nizami Abxazların da qəsbkarlıqda əli olmalarını təsdiq edir.
Ruslar İskəndərin gəlməsini eşidib səfərbər olurlar. Hər iki tərəf müharibəyə
başlayır. 6 gün şiddətli döyüşlər gedir, hər iki tərəf xeyli itki verir. Nəhayət İskəndər
qələbəni bayram edir. İskəndər bu döyüşdən xeyli qənimətlər əldə edir. Bununla da
İskəndər camaatı o cümlədən Nüşabəni ruslardan azad edir. Rusların ordusu darmadağın
edilir. Çoxu öldürülür, bir hissəsi əsir düşür, sağ qalanları qaçıb canını qurtarır.
Nizaminin vətəni azad görmək arzuları çin olur.
İskəndərin bu qələbəsi ona ölməzlik rəmzi gətirir və buna görə də, dirilik suyu
axtarışına çıxır.
«