- 13 -
Bu yanaşma, insanın öz iş yerinin dəyərləndirməsi, motivasiya olunmuş bir
həyat sürməsinin işində məhsuldarlığa da təsir edəcəyini göstərir.
İnsan resurslarının idarə edilməsi tələbatın ödənilməsi ilə əldə edilən elmi
nəticənin tətbiqini təmin edən nəzəri və praktik əsaslara malik münasibətlərin
toplusunu təşkil edir. Yaranmış olan tələbatın ödənilməsi və sonda əldə edilmiş elmi
nəticə və nailiyyəti real həyat münasibətlərinə tətbiq edən insan resurslarının idarə
edilməsi tələbatın ödənilməsi üçbucağının müstəqil mərhələsidir və bilik, bacarıq və
vərdişdən ibarət vahid sistemə malikdir.
Bilik
- insan resurslarının idarə edilməsi sisteminin ilkin tərkib hissəsi hesab
edilir. İnsan resurslarının idarə edilməsində biliyin əhəmiyyəti şəxsin məqsədinə nail
olması üçün onun zəruri həddə biliklərə malik olmasını nəzərdə tutur. İlkin olaraq
bilik anlayışı ümumi qəbul edilə bilər. Ancaq, şəxsin hər hansı ümumi və ya qeyri-
müəyyən çərçivədə biliklərə malik olması deyil, onun iştirakçısı olduğu ictimai
münasibətlər üzrə zəruri miqdarda biliklərə malik olması xüsusi önəm kəsb edir.
Bilik səviyyəsinin müəyyən edilməsi üçün şəxsin qarşısında dayanan
vəzifələrin mahiyyəti və təyinatı xüsusi önəm kəsb edir. Bu səbəbdən şəxsin icra
etdiyi vəzifələr baxımından tələb olunan bilik səviyyəsi üç istiqamətdə
qruplaşdırılmışdır:
elmi-nəzəri biliklər;
qanunvericilik bilikləri;
xüsusi biliklər (xarici dil, kompüter və s. biliklər).
Dostları ilə paylaş: