Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
nuriyeva-sevinc

Tamamlama mərhələsi 60 - 65 yaş arası dövrü əhatə edir. Bu mərhələdə işçi 
təqaüdə çıxmağa hazırlaşır ki, ona layiqli əvəzedicinin axtarılması və vakant olacaq 
vəzifəyə yeni namizədin hazırlanması başlanılır. Tamamlanma mərhələsi karyeranın 
böhranı kimi xarakterizə olunsa da bütün karyerası müddətində böyük hörmətə malik 
olur. İşçi öz əmək haqqı məbləğinin saxlanılmasına çalışır, hətta gəlirinin mənbələrini 
belə 
artırmağa 
çalışır. 
Sonuncu mərəhlə pensiya mərhələsidir ki, işçinin təşkilatda karyerasının başa 
çatdığı dövrdür. Amma işçiyə başqa fəaliyyət sahələrində özünümüdafiə üçün 
imkanlar yaranır. Məsələn, əlyazmalar, bağçılıq, özəl təşkilatlarda işləmək şansı 
göstərmək olar.
Karyeranın mərhələlərində baş verən problemlər: 
Karyera dövrünün müxtəlif mərhələlərində ortaya çıxan problemlərdən yan 
keçmək qeyri mümkündür. Bu baxımdan dövrlərə əsasən problemlər ilkin dövr 
problemləri, orta dövr karyera problemləri və son dövr karyera problemlərinə ayırılır. 
İlkin dövr karyera problemləri. İlkin dövrdə iş həyatına yenicə başlayan 
fərd çox həvəsli və qərarlı şəkildə karyera hədəfini müəyyən etməyə can atır. Bu 
dövrdə əsas hədəf daha çox uğur qazanmaqdır. Fərd malik olduğu nəzəri 
məlumatlardan istifadə edərək böyük ümidlərlə qarşısına hədəf qoyduğu karyera 
məqsədlərinə nail ola bilməyəcəyini hiss edir. Və beləliklə Həm fərdin , həm də 
müəssisənin qeyri-realist gözləntiləri nəticəsində “karyera şoku” sindromu baş verir.
Orta dövr karyera problemləri. Karyeranın dövrünün ortasında fərdin bir 
tərəfdən irəliləmə imkanlarının azalması, digər tərəfdən isə yeni və müasir 
informasiyaya malik gənc ixtisaslı işçillərin müəssisənin hədəflərinə çatmaqda 
köməkçi olacaq performansa malik olmaları karyeranın dövrünün ortasında fərd 
üçün təhlükələr yaradır. Ən böyük problem karyeranın düzləşməsi və ya karyera 


- 34 - 
platosudur. Bu dövrdə insanların bacarıq və qabiliyyətlərini azalması həm fərdlərin
həm də müəssisənin hədəflərinə öz təsirini göstəsirir. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin