- 31 -
Karyera dövrü nədir?
İnsan həyatı müxtəlif dövrlərə ayrılır. Uşaqlıqdan gəncliyə yetkinlik yaşına
çatmaq insanların həyatında dönüş nöqtəsidir. Həyat dövrlərində çoxsaylı işlər
görülmüşdür. Fərdi həyatında səkkiz psixo-sosial mərhələ vardır. Bu mərhələrdən
dördü uşaqlıqdır digər dördü isə fərdin iş həyatı da daxil olmaqla yetkinliyə aid edilir.
Bunlara yeniyetməlik, gənc yetkinlik, yetkinlik və yaşlılıq deyilir. Daniel Levinsonun
modelində isə 6 mərhələ öz əksini tapmışdır. bunlar;
Ailədən ayrılma (16-22 yaş),
müvəqqəti qəbul (22-29 yaş),
keçid dövrü (29-32 il),
həll müddəti(32-39 yaş),
potensial "orta yaş böhranı" dövrü (39-43 yaş)
yenilənmə dövrü (43-50yaş).
Fərdi karyera mərhələlərinin inkişafı fərdi həyat mərhələsinə paraleldir. Bu
uşaqlıqdan yetkinlik yaşına qədər, hətta yaşlaşma yaşına qədər davam edir. Həyatın
hər bir addımında
motivasiya, vəzifə və zəruri ehtiyaclar vardır. Karyeranın
inkişafına və formalaşmasına kömək edən müxtəlif amillərin təsiri vardır. Fiziki və
əsas girişlər, ailə, məktəb, etnik qruplaşma, cins, maraq, yaş, iş təcrübəsi, təcrübə, və
s. kariyeraya təsir edə biləcək amillərin bir hissəsidir. Özünə hörmət ehtiyacından
asılı olaraq, karyera inkişaf edir. Bununla yanaşı, bir istiqamət seçilməli və arzuı və
məqsədlər ortaya qoyulmalıdır. Ancaq gözləntilər və ehtiyaclar hər kəsə görə
fərqlidir. Yetkinlik dövründə karyera ideyası insanın özündə başlayır.