Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”


KARİYERANIN TƏŞKİLİNİN MÜASİR VƏZİYYƏTİ



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
nuriyeva-sevinc

KARİYERANIN TƏŞKİLİNİN MÜASİR VƏZİYYƏTİ 
 
2.1. İşgüzar karyera və xidməti peşə irəliləmələrinin planlaşdırılması 
Tarixi baxımdan nəzər salınsa karyera müasir sənaye təşkilatlarının nəticəsi kimi 
qəbul edilə bilər. Karyera termini Fransız və Latın sözlərindən meydana gəlmişdir ki
keçid mənasını daşıyır. Karyera II. Dünya Müharibəsindən sonrakı sərvət dövründə 
formalaşmışdır. Müharibədən sonra Amerika və digər sənaye ölkələri iqtisadi inkişaf 
başlamışdır. Bu inkişaf nəticəsində bir çox yeni şirkət açılmışdır. insan kapitalına olan 
tələbat xeyli artmışdır. İşçilərin tək bir təşkilatdakı karyeraları təşkilati karyera 
konsepsiyası ortaya çıxmasına səbəb olmuşdur.
Karyera - fərdin iş həyatında fəaliyyətinin, məsuliyyətinin, münasibətinin və 
davranışının inkişafı kimi müəyyən olunan bir konsepsiyadır. İnsan iş həyatına 
başladığı gündən etibarən müəyyən bəzi ehtiyaclarını qarşılamaq üçün işində 
irəliləmək və iyerarxik quruluşda yüksəlmək istəyir. Fizioloji ehtiyaclar, təhlükəsizlik 
ehtiyacı, ictimai baxımdan doyum, cəmiyyət içində hörmət qazanmaq ehtiyacı və son 
olaraq fərdin öz istəklərini reallaşdırmaq istəməsi kariyeranın ən təməl səbəbləridir. 
Karyera - fərdin iş həyatı boyunca əldə etdiyi işə bağlı təcrübə və fəaliyyəti ilə 
əlaqədar olaraq qəbul etdiyi tutum və davranışların toplusudur, bir insanın çalışdığı 
illər ərzində hər hansı bir iş sahəsində davamlı olaraq irəliləməsi, təcrübə və 
qabiliyyət qazanmasıdır. 
Günümüzdə müasir idarəetmə anlayışı müəssisələrin insan resurslarının 
fəaliyyətindən faydalanmaq üçün karyera inkişaf proqramlarına yer verilməsi, lazımi 
təşkilati fəaliyyət, istərsə də işçinin motivasiya edilməsi baxımından olduqca böyük 
əhəmiyyət daşıyır.  
Karyera işçilərin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi 
mülahizələrdir və əməklə özünü ifadəetmənin yollarıdır. Karyera dedikdə yalnız 
xidmət üzrə irəliləyiş başa düşülməməlidir. İşçinin işdənkənar həyatı da karyeranın 
tərkib hissəsi olmaqla, onun karyerasına əhəmiyyətli dərəcədə təsir göstərir. Amma 


- 30 - 
karyera heç də təşkilatın iyerarxiyası çərçivəsində mütləq və ya müntəzəm olaraq 
daim irəliyə doğru hərəkət deyildir.
Karyera dedikdə - şəxsin həyatında işgüzar təcrübə və fəaliyyətlə bağlı olan 
fərdi 
düşünülmüş 
mövqe 
və 
davranış 
başa 
düşülür. 
 
Karyeranın İki növünü fərqləndirmək mümkündür. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin