О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


IV.  NƏZARƏTĠN   BURULĞANLICƏRƏYAN



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
IV.  NƏZARƏTĠN   BURULĞANLICƏRƏYAN,  
ELEKTRĠK  VƏ  ĠSTĠLĠK  NÖVLƏRĠ 
 
4.1.  Nəzarətin  burulğanlıcərəyan  növü 
 
Dağıtmadan  nəzarətin  burulğanlıcərəyan  növü,  
nəzarət  edilən  obyektdə  yaradılan    xarici    elektromaqnit 
sahəsi  ilə  burulğanlı  cərəyanın  qarĢılıqlı    təsirinin 
analizinə  əsaslanır.    Yaradılan      sahənın      parametrləri  
nəzarət    olunan      obyektin      geometrik  və  elektromaqnit 
xarakteristikaları  ilə   təyin  olunur.  Bu  qarĢılıqlı təsirin 
nəticələri    xarici    sahə  ilə  yanaĢı  yaradılmıĢ  sahənin 
böyüklüyü və xarakterindən asılıdır. Xarici  elektromaqnit    
sahəsinin    yaradılması üçün hər Ģeydən    əvvəl   induktiv   
sarğıdan      istifadə        olunur    ki,      bunun  üçün      ondan  
müvafiq   tezlikli   dəyiĢmə  cərəyanı    buraxılır.  Bir və 
yaxud    bir  neçə      induktiv  sargıdan    təĢkil      edilmiĢ  
nəzarət edilən  obyektdə   burulğanlı    cərəyan    yaratmaq   
və obyektin   elektromaqnit    sahəsinin    parametrlərindən   
asılı    olaraq  onu   elektrik  siqnalına   çevirən   quruluĢa    
burulğanlı      cərəyan        çeviricisi        deyilir.    Burulğanlı     
cərəyanlar     elektriki    keçirən  cisimlərdə   xarici maqnit   
sahəsinin    dəyiĢməsi  təsirilə yaranır. Bu dəyiĢmə  həm   
maqnit    sahəsinin  zamana görə   dəyiĢməsi  və    həm də    
elektriki    keçirən   cismin    maqnit   sahəsinə   nəzərən  
dəyiĢməsinin nəticəsində   baĢ  verir.  
 Ġlk  dəfə  burulğanlı  cərəyan    fransız  fiziki  Y.Fuko  
(1819-1868)  tərəfindən    ətraflı  tədqiq   edilmiĢ  və çox 
zaman  onun    adı  ilə    adlandırılır    (Fuko  cərəyanları). 
Elektriki  keçirən  cisimlərdə  burulğanlı  cərəyanlar 
qapanaraq,   elektrik  konturu    yaradır  və  xarici  maqnit 
sahəsi ilə   iliĢən  qarĢılıqlı   maqnit   sahəsi  yaradır.  Bu  


 
91 
maqnit   sahələrinin   qarĢılıqlı  təsirləri nəticəsində çeviri-
cinin      induktiv      sarğısında    ehq-in    və  yaxud    sarğının   
tam   elektrik   müqavimətinin   dəyiĢməsinə   səbəb olur.  
Bu  kəmiyyətlərin   dəyiĢmə böyüklüyü   ilkin informativ 
parametr   olub,   nəzarət   edilən obyektin parametrlərinin 
xarici  elektromaqnit  sahəsinin    H
i
      gərginliyindən    və 
nəzarət    edilən    obyektə  qədər  olan  a  məsafəsindən 
asılıdır. Hazırda  çoxlu miqdarda müxtəlif    konstruksiyalı  
çeviricilər  hazırlanmıĢdır ki, onları aĢağıdakı əlamətlərinə    
görə  fərqlənirlər: 
-    nəzarət      edilən  obyektin      parametrlərinin   
burulğanlı cərəyan çeviricisinin çıxıĢında çevrilən siqnalın  
tipinə  görə;   
-  çeviricinin  sarğılarının  birləĢdirilmə  üsüluna    
görə; 
-  çeviricinin  nəzarət  obyektinə  nəzərən  yerləĢdi-
rilməsinə   görə. 
    Birinci  əlamətə  görə  çeviricilər      parametrik    və   
transformatorlu   olurlar.  Parametrik  çevirici   yalnız  bir   
təsirləndirici      induktiv      sarğıya    malik  olub,  aktiv  və 
induktiv    müqavimətləri  obyektin    parametrlərindən      və 
nəzarətin   Ģərtlərindən asılıdır. Tansformatorlu  buruğanlı  
çevirici    ən  azı  iki  induktiv  əlaqəli  sarğılardan    (təsirlən-
dirici    və    ölçü)  ibarətdir  və  nəzarət    edilən  parametri   
ölçü   sarğısının  ehq-nə   çevirir. 
Ġkinci əlamətə  görə, burulğanlı cərəyan   çeviriciləri   
mütləq  və differensial  yerə  ayrılırlar.  Mütləq burulğanlı   
çeviricidə siqnal nəzarət obyektinin parametrlərinin   müt-
ləq qiymətlərinə əsasən, differensial  çeviricidə isə siqnal 
obyektin parametr artımı ilə   təyin  edilir.    
Nəzarət   obyektinə   nəzərən    çevricilərin    yerləĢ-
dirilməsinə görə - keçid,   taxma    və   kombinəli   olurlar.  


 
92 
Öz   növbəsində   keçid çeviriciləri   xarici, daxili,   yük-
lənmiĢ  və  ekranlı   olurlar.   
Neftqaz avadanlıqlarının diaqnostikasında burulğanlı   
cərəyan   növü  ilə   nəzarət   adətən   qələm tipli   taxma  
transformatorlu   çeviricidən   istifadə olunur. 
Bu  cür  çeviricidən  istifadə  etməklə  nəzarətin  sxemi 
Ģəkil  4.1-də  verilmiĢdir.  Nəzarət  obyektində  burulğanlı 
cərəyanlar  induktiv  sarğıların  köməyi  ilə  təsirləndirilir. 
Ġnduktiv sarğının yaratdığı maqnit sahəsinin gərginliyi H
u

burulğanlı  cərəyanın  yaratdığı  qarĢıdurma  maqnit 
sahəsinin  gərginliyi  H
b
-dir.  Bu  sahələrin  bir-birinə 
təsirinin nəticələri ölçü sarğısı vasitəsilə qeydə alınır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin