Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Marketinqin xarici mühit elementlərinin tədqiqinin həyata keçirilməsi



Yüklə 139,24 Kb.
səhifə17/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   ...   9   10   11   12   13   14   15   16   17
Məmmədzadə Xanım

Marketinqin xarici mühit elementlərinin tədqiqinin həyata keçirilməsi.
Marketinq tədqiqatlarının obyekti kimi təşkilata münasibətdə xarici mühit çıxış edə bilər. Marketinq mühiti geniş sosial planda xarici mühit amillərindən ibarətdir.Dolayı yolla təsir göstərən təşkilat səviyyəsində praktiki olaraq idarə olunmayan mühiti (makrosəviyyə) və birbaşa təsir göstərən, yəni təşkilat onun gündəlik istehsal fəaliyyətini bilavasitə əhatə edən mühiti (mikromühit) fərqləndirmək lazımdır.
Müəssisənin özü də iqtisadi sistemin bir alt sistemi olduğu üçün müəssisə ilə iqtisadi mühit arasında çox möhkəm münasibət, bağlılıq vardır. Müəssisənin fəaliyyət göstərdiyi satış, tədarük, pul və investisiya bazar-larında meydana gələn dəyişikliklər yenə müəssisənin içində olduğu sektor və milli iqtisadiyyatda, hətta bölgə və dünya iqtisadiyyatında baş verən dəyişikliklər, müəssisə üzərində az və ya çox şəkildə təsirli olur. Müəssisəyə təsir edən əsas iqtisadi mühit amilləri aşağıdakılardan ibarətdir:

  • müəssisənin fəaliyyət göstərdiyi bazarların tipləri: monopol, oligopol və rəqabət bazarları. Bu bazarların tələb və təklif strukturu.

  • içində fəaliyyət göstərilən ölkə və ya ölkələrin milli gəlir, adam başına düşən orta gəlir səviyyəsi, gəlirin istehlak və yığım şəklində dağılması ilə əlaqəli xüsusiyyətləri;

  • cəmiyyətin, cəmiyyəti əmələ gətirən qrupların və fərdlərin istehlak və yığım həcmləri ilə istehlak və yığım seçimləri, tələbin gəlir və qiymət dəyişkənliyi;

  • dövlətin iqtisadi siyasət, xərcləri və müxtəlif iqtisadi seçimləri.

Müəssisənin sosial mühitini, müəssisə ilə birbaşa və ya dolayı olaraq münasibətdə, əlaqədə olan, insan qruplarını, bu insanların demoqrafik və mədəniyyət xüsusiyyətləri ilə birlikdə bütün keyfiyyətlərini əhatə edəcək şəkildə anlamaq olar. Bu şəkildə başa düşülən sosial mühitdə meydana gələn dəyişikliklər, bu dəyişikliklərin keyfiyyət və kəmiyyətlərinə bağlı olaraq, müəssisələrə az və ya çox təsir edir. Bu səbəblə sosial mühitdə meydana gələn dəyişikliklərin müəssisə üzərində, əmələ gətirdiyi təsirlər təxmin edilərək lazımi tədbirlərin alınması vacibdir. İşçisi, məmuru, idarəedicisi, iş təklif edənləri və ya müəssisə sahibləri və müştəriləri ilə müəssisələrin özü də sosial bir sistem əmələ gətirməkdədir. Bu göz önünə alındığından, müəssisə ilə sosial mühit arasındakı əlaqənin vacibliyi daha yaxşı başa düşülür. Bu insanlar müəssisəni əmələ gətirən və onu əhatə edən sosial mühitin bir parçasıdır. Dolayı olaraq sosial mühitin xüsusiyyətlərindən təsirlənirlər. Bu insanlarda meydana gələn fiziki və sosial dəyişiklikləri ilə davranış dəyişiklikləri də müəssisələrin uğuru üzərində təsirli olur.
Müəssisənin uğuru böyük ölçüdə müəssisədə işləyən heyət üzvlərinin müxtəlif xüsusiyyətləri tərəfindən müəyyənləşdirilir. Müəssisədə çalışan işçilərin yaşı, cinsi, təhsil səviyyəsi və müxtəlif meyarları müəssisənin uğuru üzərində təsirli olur. Müəssisələrdəki insan resursları departamenti müəssisə-də çalışan işçiləri ən yaxşı şəkildə dəyərləndirməyə çalışır. Yenə müəssisənin müştəri kütləsini təşkil edən insanların təhsil vəziyyəti, cinsi, yaşı, yeniliklərə qarşı olub olmaması, kənd, rayon və ya şəhərdə yaşamaları və başqa xüsusiyyətləri müəssisənin quruluş yeri seçimindən,həcm böyüklüyünə, əmtəə proqramından istifadə edəcəyi texnologiyaya qədər bir çox mövzularda təsirli olur. İşçi və iş təklif edənlərin münasibətlərinin şəkli də böyük ölçüdə müəssisənin içində fəaliyyətdə olduğu sosial mühitin bir məhsuludur. Yenə sosial mühiti təşkil edən insanların dəyərləri, cəmiyyətdə mövcud olan əxlaqi və sosial qaydalar, ehtiyatların strukturu, din, adət və ənənələr sosial mühitin müəssisələr üzərində təsirli olan digər xüsusiyyət-lərdir.
Cəmiyyəti əmələ gətirən fərdlərin çalışma niyyəti və enerjiləri və bacarıqları ilə riski öz üzərinə götürə bilmə qabiliyyətləri, azadlıq və irəliləmə arzusu kimi xüsusiyyətlərinin elə və ya belə olması müəssisənin uğuru üzərində təsirli olur. Ayrıca bu cür sahibkarlıq xüsusiyyətlərinin olması və dərəcəsi, müəssisə siyasətindən müəssisənin dövlət dəstəyinə baxışa, işçi və iş verən münasibətlərindən müəssisənin kapital və mülkiyyət strukturuna qədər bir çox mövzularda müəyyənləşdirici ünsür ola bilər. Bundan başqa müəssisələr də cəmiyyətin sosial strukturunu və dolayısı ilə sosial mühitə təsir edər. Siyasi mühit müasir dövrdə dinamik bir struktura malikdir. Dövlətin həm beynəlxalq, həm ölkə səviyyəsində, həm də region səviyyəsindəki siyasi meylləri və hüquqi tənzimləmələri tez-tez dayişməkdədir. Ölkələr arasındakı siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi müəssisələrin fəaliyyətinə güclü təsir etmişdir. Xüsusilə, xarici ticarət, xarici investisiyalar, digər ölkələr ilə əlaqəli maliyyə dəstəyi və yardımlar, işçi qüvvəsi tələb və təklif istiqamətindəki əlaqələr siyasi meyllərə bağlı olaraq inkişaf etməkdədir. Siyasi iqtidarlar siyasi düşüncələri istiqamətində beynəlxalq müqavilələr bağlayaraq, təhlükəsizlik tədbirləri görərək və ya onsuz xaricə çıxış siyasəti yürüdərək və ya qapanaraq, iqtisadiyyatı və ya müəssisələri idarə etməkdədirlər. Digər tərəfdən dövlət və ya regionlar təşkilatlar müəssisənin mal və ya xidmətinin əsas müştərisi ola bilir. Minimum əmək haqqıları, qiymət nəzarətləri, quruluş yerlərinin müəyyən edilməsi, azad iqtisadi zonalar, stimullaşdırıcı siyasət, iş təhlükəsizliyi, məşğulluq şərtləri, ekologiya kimi bir çox mövzuda hüquqi tənzimləmələri həyata keçirməkdir. Dövlətin bu tənzimləmə fəaliyyəti müəssisənin strateji seçimlərinə təsir etməkdə, müəssisələr istiqamətindəki təhlükə və fürsətləri ortaya çıxarmaqdadır.
Dövlətin həyata keçirdiyi iqtisadi, sosial, səhiyyə, mühit, təhsil və s. siyasətləri də firmaları yaxından əlaqələndirir. Məsələn, dövlətin həyata keçirdiyi xarici ticarət, pul və kredit siyasəti, qisaca müxtəlif dövlət siyasətləri müəssisələrin fəaliyyətinə təsir edir. Bu təsir sektorlara və bölgələrə görə də fərqli ola bilər. Məsələn, dövlətin həyata keçirdiyi xarici ticarət, infrastruktur və bu kimi müxtəlif siyasətləri firma tərəfindən ya-xından izlənilir və bu siyasətlərə uyğunlaşmağa cəhd edilir. Dövlətin ətraf mühitin çirklənməsinə və qida maddələri ilə əlaqədar olaraq qoyduğu şərtlərə və standartlara firmalar riayət etməlidirlər. Müəyyən bir mal və ya xidmət istehsal edə bilmək üçün birdən çox texniki alternativ varsa, bu alternativlər arasından bir seçim edilməsi şərtdir. Bu məsələ müəssisələrdə ən uyğun texnologiya seçimi olaraq vacib bir qərar mövzusudur. Ən uyğun texnologiya termini, gəlirin maksimum edilməsini və ya fərd başına maya dəyərinin minimum edilməsi kimi müəyyən bir müəssisə məqsədini ən üst səviyyədə həyata keçirən texnologiyanı ifadə etməkdədir.
Müəssisələrin müxtəlif fəaliyyətlərində seçim mövzusu olan bu üsullar, müəssisənin texnologiyalı mühitini təşkil edir. Müəssisənin müxtəlif fəaliyyətləri ilə əlaqəli olaraq, texnologiyanın inkişafı və texnologiyanın yeni texnologiya tərəfindən əvəz olunması ilə davamlı yeni üsullar ortaya çıxmaqdadır. Bu səbəblə müəssisələrin texniki mühiti dinamik dəyişkən bir struktura sahibdir. Daha əvvəl istifadə edilən bir çox üsul texnikanın inkişaf nəticəsində iqtisadi bir alternativ olma xüsusiyyətini itirirkən, yeni kəşf edilən üsullar iqtisadi olma xüsusiyyəti qazanmaqdadır. Texniki inkişafı kifayət qədər izləyə bilməyən müəssisələr səhv bir seçim etməkdə, maya dəyəri və ya keyfiyyət tərəfindən rəqiblərindən geri qalmaqdadırlar. Bu cür xətalar nəticəsində qoyulan bu qədər investisiyadan sonra müəssisənin bağlanması ilə nəticələnməkdə və çoxlu miqdarda xərclərin meydana gəlməsinə gətirib çıxarmaqdadır. Müəssisənin fəaliyyət göstərdiyi təbii mühitin müxtəlif xüsusiyyətləri müəssisə uğuru üzərində təsirli olur. Təbii resurslar, enerji qaynaqları, infrastruktur vəziyyəti, iqlim şəraiti kimi bir çox təbii mühit faktoru, müəssisənin yerləşmə ərazisinin, miqyasının və fiziki inkişaf sisteminin müəyyənləşdirilməsində nəzərə alınmalıdır.
Yeni bir müəssisə qurularkən vacib qanun və qaydaların çoxluğu, sahibkarlığımızın ən çox şikayət etdiyi mövzulardan biridir. Həqiqətən, sahibkarlar ölkəmizdə bir müəssisə qurmaq istərkən, bir çox qurumlara müraciət etmək və sənədlər yığmaq məcburiyyətində idi. Müəssisələr sadəcə qurulma mərhələsində deyil, fəaliyyət mərhələsində də bir çox hüquq normaları və qanunlara riayət etmək məcburiyyətindədir. Bu qanunların olması müəssisələrin fəaliyyətinin inkişafına təsir edir və müəssisəyə qeyri-qanuni təsirlərin meydana gəlməsinin qarşısını alır.
Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin