Mükəmməlrəqabət bazarında həm eyni növ məhsul satıcılarının, həm də alıcılarının sayı həddən çoxdur. Bu bazarda tələbin həcmi elastikdir, ayrı-ayrı müəssisələrin bazar payı kiçikdir. Yeni rəqiblərin bu bazara daxil olması imkanları genişdir.
Oliqopolikrəqabət bazarında satıcıların sayı məhduddur və onların bazar payı həddən artıq böyükdür. Məsələn, ABŞ-da avtomobil bazarında satılan avomobillərin 90%-i «General Motors», «Ford» və «Chrusler» firmalarının payına düşür.
Bu tip bazarlarda fəaliyyət göstərən satıcılar bir-birinin marketinq strategiyalarına qarşı çox həssasdırlar və onun dəyişməsinə tez reaksiya verirlər. Yeni müəssisələrin bu tip bazarlara daxil olması imkanları nisbətən aşağıdır.
İnhisarçırəqabət bazarında müxtəlif marketinq kompleksindən istifadə edən nisbətən çoxlu sayda satıcı və alıcılar fəaliyyət göstərir. Bazarda fəaliyyət göstərən satıcılar marketinq kompleksinin müxtəlif kombinasiyalarını tətbiq etməklə rəqabət üstünlüyü əldə etməyə və bunun sayəsində satışın həcmini artırmağa çalışırlar. Alıcılar isə məhsulun fərqləndirici xüsusiyyətlərini nəzərə alaraq müxtəlif qiymət diapazonlarında məhsul almağa hazır olurlar. İlkin xərclərin səviyyəsi aşağı olduğundan yeni müəssisələrin bu bazarlara daxil olması nisbətən asandır.
Xalis inhisar bazarında yalnız bir müəssisə fəaliyyət göstərir. Tələbin elastikliyi məhsula tələbatdan asılıdır. İstehlakçıların alıjılıq qabiliyyətini və digər amilləri nəzərə almaqla dövlət bu bazarlarda qiyməti tənzimləyir.
Kontakt auditoriyası. Kontakt auditoriyası dedikdə müəssisəyə və ya onun məhsullarına maraq göstərən, həmçinin müəssisənin öz məqsədlərinə nail olmasına yardım göstərən (təsir edən) müxtəlif qruplar, fiziki və ya hüquqi şəxslər başa düşülür. Bura maliyyə-kredit təşkilatları, kütləvi informasiya vasitələri, dövlət orqanları, vətəndaş hərəkatı qrupları və təşkilatları, ictimaiyyət, yerli və müəssisədaxili kontakt auditoriyası aiddir.