Xarici mühit elementlərinin öyrənilməsinin əhəmiyyəti Xarici mühit amillərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Müəssisəyə birbaşa təsir edən iş mühiti;
Müəssisəyə dolayı yolla təsir edən milli mühit;
Müəssisəyə həm birbaşa, həm də dolayı yolla təsir edən beynəlxalq mühit.
İş mühiti öz növbəsində - müştərilər (istehlakçılar), satıcılar, rəqiblər, maliyyə qurumları və s. ayrılır.
Milli mühiti iqtisadi mühit, sosial –mədəni mühit, siyasi mühit, texnoloji mühit və hüquqi mühit olaraq müəyyənləşdirə bilərik.
Beynəlxalq mühiti isə beynəlxalq səviyyədə iqtisadi mühit, sosial mühit, siyasi mühit, texnoloji mühit və qanuni (hüquqi) mühit olaraq təhlil edilir.
İş mühiti faktorlarının öyrənilməsi zamanı aşağıdakıların nəzərə alınması vacibdir:
Sənaye quruluşu və bazar analizi
a. bazarın böyüklüyü və tələbin quruluşu;
b. bazarın həyat əyrisi mərhələləri – giriş, böyümə, yetkinlik və enmə;
c. bazarın cəlbediciliyi – bazarın mənfəətliliyi, bazarın keyfiyyəti.
Alıcılar bazarı və istehlakçıların təhlili
a. alıcı bazarının növü;
b.istehlakçıların özəllikləri və ehtiyaclardakı dəyişmələr (gəlir səviyyəsi, istehlak alışqanlıqları).
Müəssisənin bazarda rolu
a. bazar payı;
b. rəqiblər.
Rəqabət quruluşu və rəqiblərin analizi
a. bazar giriş-çıxış əngəlləri;
b. rəqiblərin təhlili;
c. satıcılar bazarının təhlili(xammal, yarımfabrikat,enerji və s.)
Milli mühit faktorlarının öyrənilməsi zamanı isə aşağıdakıların nəzərə alınması vacibdir:
İqtisadi amillərin təhlili
cəmiyyətin dəyərləri: əxlaq və demoqrafik özəllikləri;
Siyasi amillər:
- müxtəlif siyasi partiyaların qüvvələr nisbəti, onların proqramları;
- ideologiya;
- siyasi stabillik;
- beynəlxalq siyasəti;
- iqtisadiyyatın dövlət tənzimlənməsinin səviyyəsi;
- dövlət təşkilatları(institutları);
- mülkiyyət münasibətləri;
- lobbiçilik qrupları;
Hüquqi amillər:
- hüquqi inkişafın səviyyəsi;
- qarşılıqlı münasibətlərin xarakteri;
- prosessual məsələlər;
- hüquqi normaların təsirinin məcburi olması;
Elmi-texniki amillər:
- yeni texnologiyalar;
- yeni texnika;
- yeni materiallar;
- yeni layihələr;
- innovasiya siyasəti;
Ekoloji amillər:
- təbii-iqlim amilləri;
- istehsalın ekologiyası;
- matreialların ekologiyası;
- tikinti yerinin ekologiyası;
- ekoloji tənzimləmə;