Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Marketinqin müəssisədaxili mikromühiti



Yüklə 139,24 Kb.
səhifə13/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   ...   9   10   11   12   13   14   15   16   17
Məmmədzadə Xanım

Marketinqin müəssisədaxili mikromühiti
Marketinqin müəssisədaxili amilləri, qanunverijilikdə nəzərdə tutulan hallar istis­na olmaqla, müəssisənin öz tərəfindən müəyyənləşdirilir və idarə edilir. Bu amillər iki qrupa: müəssisənin rəhbərliyi tərəfindən nəzarət edilən amillərə və müəssisənin marketinq bölməsi tərəfindən nəzarət edilən amillərə bölünürlər.
Müəssisə rəhbərliyi tərəfindən nəzarət edilən müəssisədaxili amillərə müəssisənin fəaliyyət sahəsi (fəaliyyət növü), müəssisənin məqsədi (məqsədləri), müəssi­sə­nin marketinq və digər struktur bölmələrinin vəzifələri və onların qarşılıqlı əla­qəsi və dəyərlər sistemi aiddir.
Müəssisənin fəaliyyət sahəsi və ya fəaliyyət növü özündə müəssisənin hansı sahibkarlıq fəaliyyətilə məşğul olajağının, hansı məhsullar istehsal edəcəyinin və ya xidmət göstərəcəyinin, həmçinin onun fəaliyyət ərazisinin və s. müəyyənləşdirilməsini nəzərdə tutur. Qeyd edilən bu işlər məhz müəssisənin ali rəhbərliyi tərəfindən həyata keçirilir.
Müəssisə rəhbərliyi müəssisənin bazar mövqeyini, imkanlarını, bazar situasiyasını və bu kimi digər amilləri nəzərə almaqla müəssisənin korporativ məqsədini və ya məqsədlərini müəyyənləşdirir və onların yerinə yetirilməsinə nəzarət edir. Müəssisənin bütün bölmələrinin və struktur vahidlərinin məqsədi müəssisənin ümumi məqsədi əsasında müəyyənləşdirilir və ona tabe olur.

Müəssisənin rəhbərliyi bütünlükdə istehsal-maliyyə fəaliyyətinin həyata keçirilməsində hər bir struktur vahidinin, o jümlədən marketinq şöbəsinin rolunu və bunun əsasında onların vəzifələrini, funksiyalarını və səlahiyyətlərini, həmçinin onların qarışılıqlı əlaqələrini müəyyənləşdirir, onların fəaliyyətinə nəzarət edir.


Müəssisənin marketinq struktur bölməsi tərəfindən nəzarət edilən amillərə məqsəd bazarları, marketinqin məqsədi, məhsul, qiymət, bölüşdürmə, satışın həvəsləndirilməsi və marketinq bölməsinin ida­rə­etmə strukturu aiddir.
Məqsəd bazarı müəssisənin fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməyi planlaşdırdığı seqment və ya seqmentlərdir. Müəssisənin marketinq şöbəsi qarşıya qoyulan məqsədə, imkanlarına, istehsal edilən məhsulun xüsusiyyətlərinə və digər amillərə əsaslanaraq məqsəd bazarlarını seçir və bu bazarlara uyğun marketinq strategiyası və marketinq proqramları tərtib edir, onların yerinə yetirilməsinə nəzarət edir və zəruri hallarda onlara dəyişikliklər edir.
Marketinqin məqsədi müəssisənin ümumi məqsədinə nail olunmasına xidmət edir və onun əsasında müəyyənləşdirilir. Bu məqsədlər əsasən marketinqə aid olan göstəricilərlə ifadə olunur və istehlakçı yönümlü xarakter daşıyır.
Məhsul müəssisənin marketinq fəaliyyətini müəyyən edən, ona ən çox təsir edən amildir. Müəssisənin marketinq kompleksinin digər elementləri məhsulun xüsusiyyətlərinə, onun bazar mövqeyinə uyğun olaraq müəyyən edilir. Buna görə də müəssisə məhsulun bazarın hansı seqmentinin tələbatını ödəyəcəyini müəyyənləşdirməli, buna uyğun olaraq həmin məhsulun texniki-istismar, keyfiyyət və dəyər parametrlərini müəyyənləşdirməlidir.
Qiymət istehlakçıların alıjılıq qabiliyyətinə və məhsulun alınmasına dair qərarların qəbuluna, məhsulun satışının həcminə və onun bazar payına ciddi təsir göstərir. Hətta bəzi hallarda qiymət rəqabət mübarizəsində müəssisənin rəqiblərə qalib gəlməsini təmin edən həllediji amilə çevrilir. Buna görə də müəssisə marketinqin ətraf mühit amillərini öyrənərkən öz məhsullarının qiymətini düzgün müəy­yən etməklə yanaşı onun səviyyəsini rəqiblərin məhsullarının qiymətinin səviyyəsilə müqayisə etməli, qiymətin səviyyəsini məhsulun keyfiyyətinə və bazara uyğun­laş­dırmalı, rəqiblərin və alıjıların qiymətin səviyyəsinə reaksiyasını öyrənməli, qiymətin səviyyəsinin dəyişmə diapazonunu müəyyənləşdirməlidir və s.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin