Bölüşdürməsistemi məhsulların istehsalçılardan istehlakçılara çatdırılmasını, satışını və fiziki yerdəyişməsini təmin edir. O, marketinqin tamamlayıcı elementidir və onun düzgün təşkili marketinq fəaliyyətinin yüksək effektlə həyata keçirilməsinə şərait yaradır. Buna görə də, marketinq bölməsinin işçiləri bölüşdürmə kanallarının seçilməsi, ticarət-bölüşdürmə şəbəkəsinin təşkili, satış öncəsi və satış sonrası xidmətin göstərilməsini təşkil etməli, zəruri ehtiyatların yaradılması və onun səviyyəsinə nəzarət edilməsi məsələlərini həll etməli və bu kimi digər funksiyaları yerinə yetirməlidir.
Satışınhəvəsləndirilməsi tələbatın formalaşdırılması və artırılması və bunların sayəsində satışın həcminin artırılması üzrə tədbirlər kompleksidir. Satışın həvəsləndirilməsi siyasəti çərçivəsində satışın həvəsləndirilməsi metodları və üsullarının seçilməsi, reklam fəaliyyətin planlaşdırılması və reklam kompaniyalarının həyata keçirilməsi, reklamın yayımı vasitələrinin seçilməsi, bu sahədə digər təşkilat və müəssisələrlə əməkdaşlıq məsələləri və s. problemlər həll edilir.
Marketinqin yuxarıda qeyd edilən müəssisədaxili amillərinin işlənib hazırlanmasında ən vacib problem onların tamlığının və kompleksliliyinin təmin edilməsidir. Çünki, bu elementlərin inteqrasiya olunmuş formada həyata keçirilməsi sinerqizm effekti yaradır və marketinq fəaliyyətinin daha yüksək effektlə həyata keçirilməsini təmin edir.
Müəssisənin marketinq fəaliyyətinə təsir edən ən mühüm amillərdən biri də onun idarəetmə strukturudur.
Müəssisəninidarəetməstrukturuna müəssisənin rəhbərliyi, ayrı-ayrı funksional və məhsul əlaməti üzrə təşkil edilmiş bölmə və şöbələr daxildir. Müəssisənin ayrı-ayrı bölmə və şöbələri marketinq fəaliyyətinə müxtəlif cür təsir edir.
Müəssisəninrəhbərliyionun fəaliyyət sahəsini, korporativ məqsədini, müəssisədə marketinqin yeri və rolunu, digər bölmə və şöbələrin funksiya və vəzifələrini, həmçinin korporativ mədəniyyəti müəyyənləşdirir. Bütün bu məsələlər bu və ya digər dərəcədə marketinq fəaliyyətinə təsir edir.
Məsələn, müəssisənin ümumi məqsədlərinə uyğun olaraq marketinqin məqsədi müəyyənləşdirilir, fəaliyyət sahələri əsasında müəssisənin məqsəd bazarları seçilir, digər bölmə və şöbələrin funksiya və vəzifələrinin düzgün müəyyən edilməsi marketinq bölməsilə əlaqənin düzgün təşkilinə və onlar arasında konfliktlərin yaranmasının aradan qaldırılmasına və ya onların operativ həll edilməsinə şərait yaradır və s.
Müəssisənin maliyyəxidməti marketinq tədbirlərinin maliyyələşdirilməsini həyata keçirir, vəsaitlərin təyinatı üzrə və effektli istifadə edilməsinə nəzarət edir və marketinq fəaliyyətinin mənfəətlə həyata keçirilməsində maraqlıdır. Maliyyə xidməti marketinq fəaliyyətinin daha az xərclərlə həyata keçirilməsində maraqlı olması bəzi hallarda bu bölmə ilə marketinq bölməsi arasında konfliktin yaranmasına səbəb olur.