Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar


I FӘSİL   ŞӘXS, FӘRD VӘ RӘNG BİLDİRӘN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

I FӘSİL  
ŞӘXS, FӘRD VӘ RӘNG BİLDİRӘN  
SÖZLӘRİN SEMANTİK SİSTEMİ 
       
Şəxs və fərd bildirən sözlər adı ilə şəxs əvəzlikləri, qohumluq 
terminl
əri və yaş-cins bildirən sözlər nəzərdən keçiriləcəkdir. Rəng 
bildir
ən sözlər dedikdə isə rəng məzmununu ifadə edən sifətlər və 
onlardan vasit
əsiz, vasitəli  şəkildə  törəmə  olan feil və  isimlər 
n
əzərdə tutulur. 
Qeyd etm
əliyik ki, hər bir ayrıca halda bu və ya başqa tematik 
qrupa  daxil  olan  ayrı-ayrı  sözlər  deyil,  onların  əmələ  gətirdiyi 
semantik sistem n
əzərdə tutulur.  
 
Şəxs əvəzliklərinin semantik sistemi 
 
Az
ərbaycan dilində  şəxs  əvəzliklərinin semantik və 
sözdüz
əltmə  baxımından  bir-biri ilə  bağlı  olan  üç  növü  var. 
Bunlardan birincisi 
ənənəvi  olaraq  şəxs  əvəzliyi  adı  ilə  tanınan 
sözl
ərdir. Şəxs əvəzliklərinin başqa bir növü qayıdış əvəzliyi adı ilə 
m
əlum olan sözlərdir. Şəxs əvəzliklərinin üçüncü növü qeyd edilən 
iki növd
ən törəmədir.  
Şəxs əvəzliklərinin bu üç növü bir çox semantik və qrammatik 
xüsusiyy
ətlərinə görə bir-birinə oxşayır. Bu üç kateqoriyadan olan 
əvəzliklər mənsub  olduqları  tematik  qruplar,  təşkil  etdikləri 
mikrosisteml
ər içərisində üç şəxs və iki kəmiyyət üzrə paylaşmışlar. 
Əsl şəxs əvəzlikləri ilə qayıdış əvəzlikləri arasında əsas fərq bundan 
ibar
ətdir  ki,  şəxs  əvəzliklərinə  xas olan təcridilik və  dışqarılıq 
müqabilind
ə  qayıdış  əvəzliklərinə  refleksivlik  xasdır.  Qovuşuq 
yaxud analitik şəxs əvəzliklərində bu xüsusiyyətlər birləşir.  
Әsl şəxs əvəzlikləri. Azərbaycan dilində əsl şəxs əvəzlikləri 
bunlardır:  mən, sən, o; biz, siz, onlar. Həmin sözlər  arasında  iki 
cür semantik münasib
ət özünü göstərir: a) semantik  ardıcıllıq 
münasib
əti (mən-sən-o; biz-siz-onlar); b) semantik tutum 
münasib
əti (mən-biz, sən-siz, o-onlar). Buradan belə  bir nəticəyə 
g
əlmək  olar  ki,  semantik  ardıcıllıq  münasibəti semantik tutum 
etibarı  ilə  bir-birinə  bərabər olan sözlər  arasında  olur.  Şəxs 
194 

əvəzliklərinin  semantik ardıcıllıq  münasibətləri müvafiq mətnlərdə 
bol-bol özünü göst
ərir. Məsələn: Mən deyirəm: “Fədəm demə” Sən 
deyirs
ən “Damdan-dama” (Məsəl).  Əti  mənim, sümüyü sənin 
(İdiom). Mən gedirəm, o qalır (Tapmaca). Mən baxdım, o baxmadı 
(Bayatı).  Sən  bilərsən,  o  bilər  (Danışıq).  Siz  savaşa,  biz  tamaşa 
(Ovsun).  Açın  sizin  qıllını,  gəldi  bizim  qudurmuş!  (Tapmaca). 
Onlara v
ə  bizlərə həmişə eyni gözlə baxmayıblar (H.Zərdabi). 
Şəxs  əvəzliklərinin semantik tutum fərqinə  əsaslanan 
münasib
əti sözdüzəltmə  münasibətindən törəmədir. Məlumdur ki, 
tarix
ən cəmlik bildirən  şəxs  əvəzlikləri təklik bildirənlərdən 
tör
əmədir. Deməli, vaxtı ilə dilin sözdüzəltmə ehtiyatına daxil olan 
faktlar sonralar onun leksik-
semantik  sisteminin  faktına 
çevrilmişdir.  
Qayıdış  əvəzlikləri.  Qayıdış  əvvəzliklərinin leksik 
paradiqması  aşağıdakı  sözlərlə  təmsil olunur: özüm, özün, özü; 
özümüz, özünüz, özl
əri. Şəxs əvəzliklərində olduğu kimi, qayıdış 
əvəliklərinin də  semantik  əlaqəsi  semantik  ardıcıllıq  (özüm-özün-
özü; özümüz-özünüz-özl
əri) fərqinə əsaslanır. Hər iki növdən olan 
semantik münasib
ətlər, eləcə  də  sözdüzəltmə  münasibəti müvafiq 
şəxslər və  kəmiyyətlər üzrə  diferensiallaşmış  mənsubiyyət 
şəkilçiləri ilə ifadə olunur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 
göst
ərilən semantik münasibətlər mənsubiyyət  şəkilçilərini deyil, 
bütöv sözl
əri səciyyələndirir. Məsələn:  Özüm  özünə  qurban, 
Gözl
ərim gözlərinə  (Xalq  mahnısı).  Atam  atandan  pis  kişidir,  
yoxsa özüm özünd
ən pis oğlanam?! (Danışıq). Qardaş, nə işin var 
ataynan, anaynan?! [...] özünn
ən, özümnən  danışıq 
(C.M
əmmədquluzadə).  
 
Qovuşuq  şəxs  əvəzlikləri.  Qovuşuq  şəxs  əvəzlikləri 
aşağıdakılardır: mən(im) özüm, sən(in) özün, o(nun) özü; biz(im) 
özümüz,  siz  (in),  özünüz    onların  özləri.  Əvəzliklərin göstərilən 
növü iki c
əhətdən diqqəti cəlb  edir.  Birincisi,  qovuşuq  şəxs 
əvəzlikləri  əsl  şəxs  əvəzlikləri ilə  qayıdış  əvəzliklərinin semantik 
nisb
ətini  nümayiş  etdirir.  Məsələn:  mən+özüm=mənim özüm
İkincisi,  həmin  əvəzliklər söz birləşməsi  olmalarına  baxmayaraq, 
semantik  ardıcıllıq  və  semantik tutum kimi sabit əlaqələrə 
əsaslanaraq,  ayrıca  bir  leksik  paradiqma,  mikrosistem  əmələ 
195 

g
ətirirlər. həmin  əvəzliklərin paradiqmatik münasibətləri ilkin 
terminl
ərin leksik-semantik göstəricilərini təkrar edir. Məsələn: 
M
ənim özüm bilərəm. Sənin özün bilərsən. Onun özü bilər. Bizim 
özümüz  bil
ərik. Sizin özünüz bilərsiniz.  Onların  özləri  bilərlər 
(Axundov/Əhmədov. Azərbaycan dili). 
 
Qohumluq terminl
ərinin semantik sistemi 
 
Qohumluq terminl
əri  lüğətin  ən  çox  işlənmiş  sahələrindən 
olsa  da,  onların  təsnifi indiyə  qədər  lazımınca  yerinə 
yetirilm
əmişdir. Qohumluq terminlərinin aşağıdakı növləri vardır.  
1. Bioloji-sosioloji qohumluq bildir
ən sözlər. Bunlar bioloji-
sosioloji qan v
ə  nikah  qohumluğu  münasibətində  olan  şəxsləri 
(qohumları)  bildirir.  Məsələn:  ata,  ana,  qardaş,  bacı,  ər, arvad. 
T
ədqiqatçılar qohumluq terminlərindən danışarkən bir qayda olaraq 
bel
ə sözləri nəzərdə tuturlar.  
2. Bioloji yox, sosioloji m
ənada qohumluq bildirən sözlər. 
Bunlar  aralarında  qan  qohumluğu  olmayan  şəxslərin hüquqi 
qohuml
uğunu  ifadə  edirlər.  Başqa  cür  desək, belə  sözlər ögey 
qohumları bildirirlər.  
3. Qohumluq bildir
ən sözlər. Bunlar Azərbaycan dilində 
birinci bölgüd
əki terminlərdən  –lıq

şəkilçisi ilə  düzəlir:  atalıq, 
analıq,  oğulluq,  qızlıq  və  s.  Bunlar semantik və  qrammatik 
c
əhətdən qohumluq sözünün analoqudurlaq.  
4. Qohumluğa yaxın münasibətlər bildirən sözlər (ərgən, evli, 
dul, sonsuz v
ə s.).  
Qohumluq terminl
ərinin qeyd olunan növləri müvafiq 
mikrosisteml
ər əmələ gətirir. Bunları bir-bir nəzərdən keçirək. 
 
Bioloji-sosioloji qohumluq bildir
ən terminlər 
 
Bioloji-sosioloji qohumluq terminl
ərinin iki kateqoriyası var: 
1.  Qan  qohumluğu  terminləri.  2.  Nikah  qohumluğu  terminləri. 
Bunlar müst
əqil mikrosistemlər  əmələ  gətirir. Həmin 
mikrosisteml
ərdən birinə mənsub olan termin müvafiq mikrosistem 

ərisində başqa terminlərlə semantik əlaqəyə girə bilir. 
196 

Faktiki qohumluq terminl
ərini göstərilən tematik qruplar üzrə 
n
əzərdən keçirək.  
Qan  qohumluğu  terminləri.  Qan  qohumluğu  terminləri 
qohumluğun  bir  dikinə  və  iki köndələn xətti üzrə  qohumluq 
münasib
ətləri bildirir. Qan qohumluğu terminləri arasında semantik 
münasib
ətlər  iki  şəkildə  özümü göstərir: birincisi, eyni kiçik 
mikrosistem
ə  mənsub olan sözlər  arasında:  ikincisi,  müxtəlif 
mikrosisteml
ərə mənsub olan sözlər arasında. 
Qan qoh
umluğu  terminlərinin mənsub  olduqları  tematik 
qruplar iç
ərisində  məxsusi  semantik  başlanğıcları  var.  Qan 
qohumluğunun  dikinə  xətti terminləri silsiləsində  yüksələn 
istiqam
ətdə  semantik  başlanğıc  ata/ana, alçalan istiqamətdə  isə 
oğul/qız terminləridir. Birinci və ikinci köndələn xətlərdən qardaş, 
bacı,  əmi,  bibi,  dayı  və  xala  terminləri müvafiq sözdüzəltmə 
sıralarının  semantik  başlanğıclarıdır.  Beləliklə,  qan  qohumluğu 
terminl
əri  aşağıdakı  terminlərlə  təmsil  olunmuş  mikrosistemləri 
əmələ gətirir.  
Qan qohuml
uğunun dikinə xətti üzrə; a) yüksələn istiqamətdə: 
(ata/ana, baba/n
ənə, ulu baba/ulu nənə); b) alçalan istiqamətdə 
(
oğul/qız, nəvə, nəticə, kötücə, yadıca, ötücə, yeddiarxadönən). Qan 
qohumluğunun  birinci  köndələn xətti üzrə: a) qardaş, 
qardaşoğlu\qardaşqızı, qardaşnəvəsi; b) bacı, bacıoğlu/bacıqızı, 
bacınəvəsi. Qan qohumluğunun ikinci köndələn xətti üzrə; a) əmi, 
əmioğlu/əmiqızı, əminəvəsi, əmizada; b) bibi, bibioğlu, bibiqızı, 
bibin
əvəsi;  v)  dayı,  dayıoğlu/dayıqızı,  dayınəvəsi,  dayızada;  q) 
xala, xalaoğlu/xalaqızı, xalanəvəsi.  
Qeyd etm
ək  lazımdır  ki,  həmin mikrosistemlər bir-birindən 
keçilm
əz arakəsmələrlə ayrılmamışdır. 
Ayrı-ayrı mikrosistemlər içərisində sözdüzəltmə və semantik 
ardıcıllıq  münasibətləri hökm sürürsə, mikrosistemlər  arasında 
qarşılıqlı-şərikli semantik əkslik münasibəti özünü göstərir. Bu isə 
konkret sözl
ərin münasibətlərində təzahür edir.  
Qan qohumluğunun dikinə xətti terminləri arasında aşağıdakı 
semantik 
əlaqə növlərinə təsadüf olunur.  
Birincisi, cins f
ərqinə  əsaslanan semantik əkslik  münasibəti. 
H
əmin münasibət aşağıdakı terminlər arasında özünü göstərir. 
197 

BABA-
NӘNӘ: Babam sünnü, nənəm şiə, dürək mən (Sabir). 
Onun 
babası və nənəsi vaxtilə Qarabağdan İrana keçmişlər (Həmidə 
xanım).  Vaqif  əfsanəyə  dönmüş,  babaların  hikmətinə,  nənələrin 
n
ağıllarına [...] qarışmış bir şairdir (Fikrət Əmirov).  
H
əmin semantik əlaqə  baba  və  nənə  sözlərinin semantik-
sözdüz
əltmə  törəmələri olan ulu baba və  ulu nənə  sözlərinə  də 
xasdır. 
ATA-ANA: 
Atanın  duası,  ananın  ahı  (Məsəl).  Anada  var, 
atada  yox (Tapmaca). Atana  n
əhlət, Xudayar bəy!  Anana  nəhlət 
Xudayar b
əy! (C.Məmmədquluzadə).  
DӘDӘ-NӘNӘ (dan.): Dədə gətir, nənə hop! (Məsəl). Dədəsi 
Donqar 
əli, Nənənsi Yastı Pəri (Tapmaca). 
OĞUL-QIZ:  Əgər mənim  oğlum, sənin  qızın  olarsa, sən 
qızını  mənim  oğluma  verərsən: yox, mənim  qızım, sənin  oğlun 
olarsa, m
ən  qızımı  sənin  oğluna  verərəm (“Tahir-Zöhrə”).  Oğul 
arxadır, qız yaraşıqdır (Məsəl). 
İkincisi, semantik ardıcıllıq münasibəti. Qeyd etmək lazımdır 
ki, h
əmin semantik əlaqə  aralarında  cins  fərqi  olmayan  qohumları 
ifad
ə  edən terminlər  arasında  özünü  göstərir.  Semantik  ardıcıllıq 
münasib
əti istər iki söz, istərsə  də  terminlər silsiləsini  əhatə  edə 
bilir. M
ətnlərdə  müvafiq terminlərin  sadalanması  avandına  (ata-
baba) v
ə  tərsinə  (baba-ata)  ardıcıllıq  şəkilində  müşahidə  olunur. 
Avandına sıralanma terminlərin semantik-sözdüzəltmə ardıcıllığına, 
t
ərsinə  sıralanma  isə  nəsillərin  sıralanmasına  (ardıcıllığına)  uyğun 
g
əlir. 
Avandına  semantik  ardıcıllıq:  Atadan-babadan  cinsim 
Koroğlu  (“Koroğlu”).  Onun  atası  da,  babası  da,  babasının  babası 
da bu malikan
ədə  bağban  olmuşdu  (Mirzə  İbrahimov).  Bizim 
oğullarımızdan  və  nəvələrimizdən  bir mərifət  sahibi  çıxar 
(M.F.Axundov). 
Hamısı 
n
əvə-nəticəm
kötüc
ələrimdir 
(“Az
ərbaycan qadını”, 1978, №1)  
T
ərsinə  semantik  ardıcıllıq:  Ulu babam  Şeyx  Məhəmməd 
Z
əndinin nəslindəndir.  Babam  Savalan  ətəyində  doğulub.  Özüm 
Lerikd
ə  doğulmuşam.  Uşaqlar  Bakıda  doğulub.  Nəvələr  isə  Orta 
Asiyada olasıdır (Məsud Məmmədov). Babasına uyan atasının oğlu 
198 

deyil (M
əsəl). Nənəm həmişə anama deyərdi ki, ev heyvanına yaxşı 
bax (Ay
dın). 
Bundan  başqa,  mətnlərdə  terminlər, cinslər üzrə 
diferensiallaşmış şəkildə və kişi-qadın əksliyi ilə birlikdə semantik 
ardıcıllıq münasibətində də çıxış edirlər. Məsələn: Atası Misli Qoca. 
Anası Yayma xatın. Qızı ellər gözəli. Oğlu ellər dəlisi (Tapmaca). 
Üçüncüsü,  semantik  (qarşılıqlı-şərikli)  əkslik münasibəti. 
H
əmin  əlaqə  növü  qan  qohumluğunun  dikinə  xətti üzrə 
terminl
ərdən aşağıdakılar arasında özünü göstərir: ata/ana-oğul/qız
baba/n
ənə-nəvə,  ulu baba/ulu nənə-nəticə.  Qan  qohumluğunun 
alçalan x
əttinin terminləri müqabilində  yüksələn xətdə  eyni sayda 
terminl
ər olmadığından, kötürcə, yadıca, ötücə və yeddiarxadönən 
terminl
əri  qarşılıqlı-şərikli  qarşılıqsız  qalır.  Qarşılıqlı-şərikli 
semantik münasib
ətdə  olan terminlər bir-biri ilə  ya təkbətək 
(m
əsələn:  ata-oğul),  ya  da  özünün  başqa  cinsi  bildirən  “şərik”i 
(m
əsələn: ata/ana-oğul/qız) ilə birlikdə əlaqələnir.  
BABA-
NӘVӘ: Bu dəfə də nəvə babasının işini davam etdirir 
(“Az
ərbaycan”,  1978,  №  2).  Gəl oturaq baba, nəvə  (Rəsul Rza). 
Babanın əlindən nəvə tutar (Məsəl).  
NӘNӘ-NӘVӘ:  Sən mənim  nəvəmsən,  mən də  sənin 
n
ənənəm (Danışıq). 
ATA-
OĞUL: Vuran oğul atasına gənəşməz. Ata yumaqlanar, 
Oğul budaqlanar. (Məsəl). Atanın pambıqatan olmağı oğula nə eyib 
ed
ər?! (N.B.Vəzirov). 
ANA-
OĞUL:  Mərd  anadan  mərd  oğul  (Məsəl).  Anası 
budaqda yatır. Oğul bazara gedir (Tapmaca). 
ATA-QIZ: 
Qızın  isməti,  atanın  dövləti (Məsəl). Böyünnən 
bel
ə mən sənin atanam, sən mənim qızımsan (“Aşıq Ələsgər”).  
ANA-QIZ
Anasına  bax,  qızını  al.  Anası  çıxan  ağacı  qızı 
budaq-budaq g
əzər (Məsəl): 
Ata  v
ə  ana  terminləri eyni mətndə  həm bir-biri ilə, həm də 
oğul  və  qız  terminləri ilə  semantik  əkslik münasibətində  işlənir. 
M
əsələn: Qorxağa oğul deməz Qoçaq ata, mərd ana (Bayatı). Anası 
Yayma xatın, Atası Həprin qoca, Qızı ellər gözəli, Oğlu ellər dəlisi. 
Ana
 qaraca, qızı qırmızıca, oğlu qıvrımca (Tapmaca). Ana qızına 
taxt ver
ər, ata qızına baxt (Məsəl). 
199 

Eyni münasib
ət  danışıq  dilinə  məxsus olan dədə  və  nənə 
sözl
əri ilə oğul və qız sözləri arasında da özünü göstərir:  - Qızım
s
ənə corab alım? ... Yox, dədə, qurbanın olum (Xalq mahnısı).  
Ata, ana, d
ədə, nənə terminləri oğul və qız terminlərinin cins 
göst
əricisiz  əvəzi  olan bala  sözü ilə  də  semantik  əkslik 
münasib
ətində  olurlar. Məsələn:  Analar  qurban olsun Öz körpə 
balasınaAna baladan ayrı Dincəlib yatmaz gecə (Bayatı). Dədəli-
balalı yataq (Danışıq).  
Qan  qohumluğunun  birinci  köndələn xəttinə  mənsub olan 
terminl
ər arasında aşağıdakı semantik əlaqə  növləri özünü göstərir.  
Birincisi, cins f
ərqinə  əsaslanan semantik əkslik münasibəti: 
qardaş-bacı,  qardaşoğlu-qardaşqızı,  bacıoğlu-bacıqızı. Məsələn: 
Qardaşına  bax,  bacısını  al (Məsəl).  Qardaşım  yox, deyə  sözüm, 
Bacım  yoxdur, çəkə  nazım  (“Tahir-Zöhrə”). Sən mənim  qardaşım 
oğlu, o da qardaşım  qızı-  hansınızın  sözün  deyim?!  Bu  mənim 
bacım oğlu, bu da mənim bacım qızıdır. (Danışıq). 
İkincisi, semantik-sözdüzəltmə ardıcıllıq münasibəti: qardaş-
qardaşoğlu/qardaşqızı-qardaşnəvəsi
bacı-bacıoğlu 
bacıqızı-
bacınəvəsi. Məsələn:  Mömin  qadınlara  söylə  ki, öz bəzəklərini 
ərlərinə,  qaynatalarına,  oğlanlarına,  qardaşlarına,  qardaşı 
oğlanlarına [...] göstərə bilərlər (M.F.Axundov). 
Üçüncüsü, tör
ədici  əsasların  əksliyinə  əsaslanan semantik 
münasib
ət. 
Qardaşoğlu-bacıoğlu, 
qardaşqızı-bacıqızı, 
qardaşnəvəsi-bacınəvəsi. Məsələn: [Babilik əqidəsinə görə] kişi üç 
arvad ala bil
ər; qardaşı qızını, bacısı qızını arvadlığa qəbul eləmək 
m
əqbul hesab edilir (M.F.Axundov). 
Qan  qohumluğunun  ikinci  köndələn xəttinə  mənsub olan 
terminl
ər, yuxarıda qeyd edildiyi kimi, dörd  semantik-sözdüzəltmə 
sırası əmələ gətirirlər. Həmin söz qruplarının təşəkkülündə iki amil 
əsas  rol  oynayır:  birincisi,  qohumların  ata  və  ana xəttinə  mənsub 
olması; ikincisi, qohumların cins fərqinə görə ayırd edilməsi. Qeyd 
olunan sözdüz
əltmə  sıralarının  başlanğıcını  müvafiq  olaraq  əmi, 
bibi, dayı, xala sözləri təşkil edir. 
İkinci köndələn xətt üzrə qohumluq terminləri bir-biri ilə üç 
cür semantik 
əlaqəyə girə bilir: 1. Eyni semantik-sözdüzəltmə qrupu 

ərisində.  Buna  uyğun  gələn  əlaqə  semantik-sözdüzəltmə  və  cins 
200 

f
ərqinə  əsaslanan  əkslik münasibətləridir. 2. Ata və  ana xəttinə 
m
ənsub olmaqla fərqlənən terminlər  arasında  semantik  əlaqələr 
özünü göst
ərir. 3. Qan qohumluğunun birincisi və ikinci köndələn 
x
əttinə  mənsub olan terminlər  arasında  semantik  əlaqələr özünü 
göst
ərir. Bunları bir-bir nəzərdən keçirək. 
Ata x
əttinin əmi sözü ətrafında qruplaşan terminləri arasında 
əsas semantik əlaqə semantik-sözdüzəltmə ardıcıllığı münasibətidir. 
H
əmin  əlaqə  sözdüzəltmə  sırasının  birinci  üzvündən  başlayaraq, 
axırıncısına  qədər iki ən  yaxın  termin  (əmi-...  əmizada)  arasında 
özünü göst
ərir. Eyni xüsusiyyət bibi, dayı və xala sözləri ilə bağlı 
olan sözdüz
əltmə  qruplarına  da  xasdır.  Məsələn:  Dayım  Hacı 
Murtuza da burda idi, 
dayıoğlum  Məşədi Fətulla da burda idi. 
Dayımın oğlu bu cavabı gətirəndə dayım uzanmışdı döşəyin üstündə 
(C.M
əmmədquluzadə). 
Qeyd  edil
ən sözdüzəltmə qruplarına xas olan semantik əlaqə 
növl
ərindən biri də cins fərqinə əsaslanır. Bu, mürəkkəb qohumluq 
terminl
ərinin tərkibindəki  oğul  və  qız  sözlərinin  hesabınadır. 
Müvafiq sözdüz
əltmə qruplarının hər birində bir cüt belə termin var: 
əmioğlu-əmiqızı,  bibioğlu-bibiqızı,  dayıoğlu-dayıqızı,  xalaoğlu-
xalaqızı. 
Cins f
ərqinə əsaslanan semantik münasibət tez-tez mətnlərdə 
müşahidə  olunur. Məsələn:  Әmioğlu-əmiqızı  kəbini göydə  kəsilib 
(M
əsəl). Әmim oğlu Sabutay, əmim qızı Nilufər Müşfiqi görən kimi 
m
əni qucaqla[dılar] (Dilbər xanım).  
İkinci  köndələn xəttin terminləri həm bir-biri ilə, həm də 
birinci könd
ələn xəttin terminləri ilə semantik əlaqədə olurlar. Qeyd 
etm
ək  lazımdır  ki,  həmin semantik münasibətlərin  əsası  başqa-
başqadır. Birinci və ikinci köndələn  xətlərin terminlərinin əlaqəsini 
semantik b
ərəkslik,  qarşılıqlı-şərikli  əkslik münasibəti kimi təyin 
etm
ək olar. Həmin semantik əlaqə  əmi  və  bibi  terminləri ilə 
qardaşoğlu  və  qardaşqızı  terminləri,  dayı  və  xala  terminləri ilə 
bacıoğlu  və  bacıqızı  terminləri  arasında  özünü  göstərir. Məsələn: 
Qardaşoğluna  əmisinin  gözünə  torpaq tökməyi  xatırladan  belə 
tapılmadı  (İsa  Hüseynov).  Әmi  də  öz  qardaşı  qızın  alarmı?! 
(“Nüşaranın nağılı”). Bacıoğludur – haqq almaz, Dayıdır –dişi verər 
(M
əsəl). Ya sən pis bacıoğlusan, ya da dayın pis dayıdır (Danışıq). 
201 

O m
ənə  “bacıoğlu”, mən də  ona “dayı”  deyib  dolanırdıq  (Şükür 
H
əbibzadə). Bacıoğlunu dayısı tanıdar, bacıqızını xalası (Məsəl). 
Ata v
ə  ana xətlərinə  mənsub olan terminlər bir-biri ilə  də 
semantik 
əkslik münasibətində  ola bilirlər. Belə  bir  əlaqə  eyni 
s
əviyyəli terminlər (əmi-dayı,  əmioğlu-dayıoğlu  və  s.)  arasında 
özünü göst
ərir. Məsələn:  Dayınla  dağ  dolan,  əminlə  bağ  dolanma 
(M
əsəl). Lap sənin tək  əmilərdir  və  mənim tək  dayılar  (Sabir). 
M
əndən salam yetirəsiniz əmioğlum Kərbəlayi Qasıma, dayıoğlum 
C
əfərə  (C.Məmmədquluzadə).  Dağıstanda  üç  igid  var:  biri  dayım 
oğlu, biri əmim  oğlu, birini də  deməz (Məsəl).  Xalaya  dəyməz, 
bibiy
ə  dəyər  (Tapmaca).  Arvadın  nə  qədər qohum-qardaşı,  cici-
bacısı, xalası-bibisi var, hamısını daşıyıb tökəsən Danabaş kəndinə. 
Atam, anam, bibi  v
ə  xalam  [...]  oruc  tutmağa  başladılar 
(C.M
əmmədquluzadə). 
Bu q
əbildən olan terminlərin semantik əlaqəsi müvafiq 
qohumluq münasib
ətlərinin  eyni  şəxsə  aid  olması  ilə  bağlıdır. 
Onların  ifadə  etdiyi  qohumlar  arasında  vasitəsiz qohumluq 
münasib
əti olmur. Bu mənada ata və  ana xəttinə  mənsub olan 
terminl
ərdən dayıoğlu/dayıqızı –  bibioğlu/bibiqızı terminləri istisna 
t
əşkil  edir.  Həmin terminlərin  əlaqəsi  qarşılıqlı-şərikli semantik 
əkslik münasibəti kimi səciyyələndirilə  bilər. Məsələn:  Dayıoğlu-
bibioğlu  oynayın-görək  (Danışıq).  Bu  terminlər  müvafiq  şəkildə 
dayı  və  bibi  sözlərindən törəmə  olsalar  da,  onların  münasibəti 
h
əmin sözlərin əlaqəsindən törəmə deyil. Dayı və bibi sözlərindən 
f
ərqli olaraq, dayıoğlu  və  bibioğlu  sözlərinin münasibəti  başqa 
xarakter
ə malikdir.  
Nigah  qohumluğu  terminləri. Azərbaycan dilində  nigah 
qohumluğu terminləri aşağıdakılardır: ər, arvad, qaynata, qaynana, 
qayın, qayınoğlu, qayınqızı. baldız, baldızoğlu, baldızqızı, kürəkən, 
g
əlin, qardaşarvadı,  yeznə,  əmidostu,  dayıdostu,  bacanaq,  elti, 
quda, günü
H
əmin sözlərdə  ilk  baxışdan  nəzərə  çarpan  onların  çoxunun 
qan  qohumluğu  terminləri ilə  əlaqədar  olmasıdır.  Qan  qohumluğu 
terminl
əri nigah qohumluğu terminlərinin taleyində iki cür özlərini 
göst
ərirlər:  birincisi,  onların  motivləşməsində  (məsələn:  baldız-

ərin/  arvadın  bacısı”),  ikincisi,  onların  açıq-aşkar  sözdüzəltmə 
202 

münasib
ətində  (məsələn,  qardaşarvadı,  dayıdostu  və  s.).  olması 
bununla yanaşı, motivləşmə baxımından qan qohumluğu terminləri 
il
ə  bağlı  olmayan  nigah  qohumluğu  terminləri də  var:  ər, arvad, 
günü, elti, bacanaq, quda.  
Qan  qohumluğu  terminləri ilə  müxtəlif  əlaqə  və 
münasib
ətlərinə baxmayaraq, nigah qohumluğu terminləri ayrıca bir 
mikrosistem 
əmələ  gətirirlər.  Nigah  qohumluğu  terminləri üç cür 
semantik münasib
ətlə səciyyələnir: a) sistemiçərisi münasibətlər; b) 
qan qohumluğu terminləri ilə sözdüzəltmə və semantik motivləşmə 
münasib
əti;  v)  qan  qohumluğu  terminləri ilə  semantik nisbət 
münasib
əti. 
Sistemiç
ərisi münasibətlər cins fərqi  və  qarşılıqlı-şərikli 
nisb
ət  əlaqəsinə  əsaslanır.  Bəzi terminlərin (məsələn:  ər-arvad
əlaqəsində həmin semantik əlamətlərin hər ikisi özünü göstərir.  
Cins f
ərqinə  əsaslanan semantik münasibət  aşağıdakı  nigah 
qohumluğu terminləri arasında müşahidə olunur.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin