Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


“Mələklər dedilər: Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

“Mələklər dedilər: Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir
kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, 
dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.” 
(Ali-İmran surəsi, 45)
Yenə mələklər Həzrət Məryəmə dedilər ki:
“O,  (həm) beşikdə ikən,  (həm də) yaşa dolduqdan sonra insan-
larla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır.” 
(Ali-İmran surəsi, 46)
Buna görə:
(Məryəm:) Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda 
necə uşağım ola bilər? – dedikdə, (Allah) buyurdu: (Bəli) elədir, (lakin) 
Allah istədiyini yaradır. O, bir işin  əmələ  gəlməsini qərara aldıqda, 
ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.” 
(Ali-İmran surəsi, 47)
Mələklər, Məryəmə müraciətlə  İsa haqqında sözlərinə belə da-
vam etdilər:  “(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı  və  İncili 
öyrədəcək.”
(Ali-İmran surəsi, 48)
(Ya Rəsulum!) Kitabda (Quranda)  Məryəmi də yad et. O zaman 
o, ailəsindən ayrılıb (evinin, yaxud Beytül-Müqəddəsin) şərq tərəfində
(ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.”
 (Məryəm surəsi, 16)
“Və ailə üzvlərindən gizlənmək  (paltarını  dəyişmək, yaxud yuy-
unub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu 
(Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan 
qiyafəsində göründü.”
 (Məryəm surəsi, 17)
Ancaq Həzrət Məryəm, yenə  də qarşısında yad bir insan görüncə 
ədəb və iffətinə görə  çəkindi. Onun Həzrət Cəbrail olduğunu bilmədiyi 
üçün qorxuya düşdü:
(Məryəm) dedi: Mən səndən Rəhmana (Allaha) pənah aparıram. 
Əgər müttəqisənsə (mənə toxunma)(Cəbrail:) Mən sənə ancaq təmiz 
(məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm! 
– dedi. (Məryəm) dedi: Mənim necə oğlum ola bilər ki, mənə indiyədək 
bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm! (Cəbrail) 
dedi: Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz 
onu insanlar üçün (qüdrətimizə  dəlalət edən) bir möcüzə,  (sənə  və 
möminlərə isə)  dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, 
əzəldən təqdir olunmuş bir hökmdür!” 
(Məryəm surəsi, 18-21)

320
MN
 
Haqq Təalanın arzu etdiyi şəkildə:
(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla 
(bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.”
 (Məryəm surəsi, 
22)
Həzrət Məryəmin doğum sancıları artmağa başladı. Qurumuş bir xu-
rma ağacının yanına gəldi və ona söykəndi. Ayədə buyrulur:
“Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə 
məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün 
cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: 
Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub 
getmiş olaydım!” 
(Məryəm surəsi, 23)
Nəhayət quru bir xurma ağacının altında İsa (əleyhissəlam) dünyaya 
gəldi. Allah Təala onu atasız yaratmışdı.
Sonsuz qüdrət sahibi olan Haqq Təala,  əzəmətinin gərəyi olaraq 
Həzrət Adəmi (əleyhissəlam) anasız və atasız olaraq torpaqdan; Həvva 
anamızı anasız olaraq Həzrət Adəmdən; Həzrət İsanı (əleyhissəlam) da 
atasız olaraq Məryəm anamızdan yaratmışdır.
Həzrət  İsanın doğumu ilə  Həzrət Adəmin yaradılması arasında 
bir bənzərlik vardır ki, bu, hər ikisində yaradılışın “Ol!” əmri ilə gerçək-
ləşməsidir:
ﹸنﻮ ﹸﻜﹶﹶﻓﻦ ﹸﻛ ﹸﹶﻟ ﹶلﺎﹶﻗﻢﹺﺛ ﹴباﹶﺮﹸﺗﻦﹺﻣ ﹸ ﹶﻘﹶﻠﹶﺧ ﹶمﹶدآ ﹺﻞﹶﺜﹶﻤﹶﻛﹺﷲا ﹶﺪﻨﹺﻋ ﹶﺴ ﹺﻋ ﹶﻞﹶﺜﹶﻣنﹺإ
“Allah yanında  İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm ki-
midir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” 
– dedi, o da oldu.”
 (Ali-İmran surəsi, 59)
Bu ayəti-kərimə, həm Allahın qüdrətinin sonsuzluğunun, həm də 
yəhudilərin əvvəl təəccüb edib, sonradan da atacaqları iftiralar qarşısında 
Həzrət Məryəmin iffətli olduğunun bir dəlilidir.
 
Həzrət İsanın (əleyhissəlam) doğum tarixi haqqında, qaynaqlarda heç 
bir qeyd yoxdur. Heç bir İncildə bu barədə bir məlumata rast gəlinmir. Yalnız 
bir İncil, Həzrət İsanın, yəhudi kralı zamanında doğulduğunu yazmaqda 
isə də 
(Matta 2/1)
 Roma mənbələri, bu kralın miladdan əvvəl öldüyünü bildi-

321
MN
rir. Buna görə verilən bütün məlumatlar, bir-biri ilə düz gəlmir. Belə olunca, 
“noel”in qeyd etmə tarixi də təxminlərdən uzağa gedə bilmir.
Bu səbəbdən, katoliklər Noel şənliyini 24-25 Dekabr günü qeyd etdiyi 
halda, bunu Erməni kilsələri 6 Yanvarda qeyd edirlər. Bir qisim Protes-
tanlar isə bu tarixin müqəddəs mətnlərdə  dəqiq olaraq keçmədiyini irəli 
sürərək Noeli qeyd etmirlər.
 
Həzrət İsa doğulduqdan sonra:
“Dərhal  (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona
(Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: 
Kədərlənmə, 
Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı.” (Məryəm surəsi, 24)
Həzrət Məryəmə xitab edən səs belə davam etdi:
(Qurumuş) xurma ağacını özünə  tərəf silkələ, üstünə  təzə 
yetişmiş (xurma) tökülsün!”
 (Məryəm surəsi, 25)
Həzrət Məryəm, xurma ağacını özünə  tərəf çəkib silkələdi. Qış 
mövsümü olma sına baxmayaraq quru ağac, birdən-birə xurma tökməyə 
başladı. Məryəm, önündəki arxdan su içib təzə xurmalardan yedi. Ağacın 
qış mövsümündə bu şəkildə xurma verməsi, Həzrət Məryəmə təsəlli üçün 
idi. Ona deyildi ki:
(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün 
aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək 
olsan, belə de: Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir 
eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”
 (Məryəm 
surəsi, 26)
Anlaşıldığı kimi, Həzrət Məryəmin yaşadığı dövr də yeyib-içmədən 
oruc tutulduğu kimi, danışmamaq surəti ilə də oruc tutulurdu. Yaxud oruclu 
ikən yemək və içməkdən qaçıldığı kimi, danışmaqdan da qorunulurdu.
Həzrət  İsanın (əleyhissəlam) doğulması ilə  bərabər, qövmünün 
arasında böyük bir iftira və dedi-qodu şayiəsi yayılmağa başladı:
(Məryəm)  uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar 
dedilər: Ey Məryəm! Sən çox əcaib bir şeylə  (atasız uşaqla)  gəldin! 
(Və ya çox çirkin bir iş gördün!) Ey Harunun bacısı! Atan pis kişi, anan 
da zinakar deyildi!”  
(Məryəm surəsi, 27-28)

322
MN
Ayədə  bəhs edilən Harun, Həzrət Musanın (əleyhissəlam) qardaşı 
olan Harun (əleyhissəlam) deyildir. Bu məsələdə doğruya  ən yaxın 
görünən, Harunun, Həzrət Məryəmin həqiqi qardaşı olduğudur. Çünki on-
lar övladlarına saleh insanların adlarını verirdilər
 (Bax. Müslim, Ədəb 9)
 O da 
ata-anası kimi iffətli və saleh bir adam idi. Bunun üçün qövmü, belə birinin 
bacısı olan Məryəmə, öz düşüncələrinə görə, zina etməyi əsla yaraşdıra 
bilmədiklərini bəyan etmişdir.
Məryəmə  İsrail oğulları  tərəfindən aramsız həqarətlər edilirdi. O da
bunları  səbirlə dinləyir, özünə  əmir edildiyi kimi heç danışmırdı. Ancaq 
qövmünün saymazlıq tövrləri tamamilə artdıqda ona Allahın köməyi gəldi.
(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: 
“Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər.” 
(Məryəm surəsi, 29)
Gələcəkdə Allahın elçisi olacaq olan Həzrət İsa, Haqq Təalanın ona 
verdiyi danışma qabiliyyətilə dilə gəldi və hələ beşikdə ikən belə dedi:
(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: Mən, həqiqətən, 
Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər 
etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir 
verən, dini hökmləri öyrədən) etdi və  mənə diri olduqca namaz qılıb 
zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı old-
uqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) 
eləmədi! Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən 
diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam 
olsun!” 
(Məryəm surəsi, 30-33)
Həzrət İsanın hələ beşikdə ikən belə danışması, hamını heyrətləndirdi. 
Həzrət Məryəm insanların gözündə, eyib və günahlardan təmizləndi və 
onlar tərəfindən təbrik edildi.
Bax, bu şəkildə  Həzrət Məryəm, inkarçı xalqın özünə; “Bu uşağı 
haradan aldın?” sualına cavab olaraq, hər zaman uşağına göstərir və 
“uşaq söyləsin” deyirdi. İsa (əleyhissəlam) da daha körpə ikən:
“–Mənim anam namuslu və iffətli bir qadındır! Ey cahillər! İffət və həya 
abidəsi olan anamı ayıblamayın! Bilin ki, Allah Təala, məni dünyaya atasız 
olaraq gətirmişdir. Bu, Allahın bir möcüzəsidir!”-deyərdi.
Bunun üstündə bir çox adamlar:
“–Bu, Allahın bir möcüzəsidir. Yoxsa yeni doğulmuş heç bir uşaq 
hələ beşikdə ikən danışa bilməz. Həqiqətən bu, Allah tərəfindəndir; Haqq
Təalanın əzəmətini göstərən bir hadisədir” –dedilər.

323
MN
Buna baxmayaraq bəzilərinin xainlikləri yenə baş qaldırdı. Ayədə buy-
urulur:
“Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri 
Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür!” 
(Məryəm 
surəsi, 34)
Ayədə Həzrət İsanın (əleyhissəlam) haqq söz olaraq ifadə edilməsi, 
onun “Ol!” əmrinin əsəri olmasındadır. Bu həqiqət, başqa ayəti-kətimədə 
də anladılır:
(Ya Rəsulum!)  İsmətini  (bəkarətini)  qoruyanı da (Məryəmi də 
yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail 
vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə 
(mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik.”
  (Ənbiya surəsi, 
91)
 
Həzrət İsanın uşaq ikən danışması, bir çox iftiraların qarşısını almışdı. 
Ancaq qısa bir müddət sonra təkrar fitnə və iftiralar başladı. Qafil qövm:
“–Atasız da olar?!”  dedilər.
Sonra da:
“–Etsə-etsə bu zinanı  Zəkəriyyə etmişdir!” –dedilər. Zəkəriyyə 
(əleyhissəlam) Beytül-müqəddəsdə yalnız qaldığı bir əsnada yanına 
gələrək:
“–Sən Məryəmlə zina etdin!” –deyə iftira atdılar və üstünə hücum 
etdilər.
Zəkəriyyə (əleyhissəlam), onların şərindən qorunmaq üçün bir ağacın 
oyuğunda gizləndi. Şeytan, insan cildində oraya gəlib Həzrət Zəkəriyyəni 
(əleyhissəlam) axtaran bu bədbəxt insanlara, onun gizləndiyi ağacı 
göstərərək:
“–Bu ağacı mişarla ikiyə bölün! Bir şey itirməzsiniz! Zəkəriyyə onun 
içindədir!” –dedi.
Bədbəxtlər, həmin ağacı kəsməyə başladılar. Mişar Həzrət Zəkəriyyənin 
(əleyhissəlam) başını yarmağa başladığı zaman məzlum peyğəmbər “ah!” 
deyəcək oldu, lakin:
“–Ey Zəkəriyyə! Şikayət etmə!” deyə bir nida gəldi.

324
MN
Zəkəriyyə (əleyhissəlam) da böyük bir təvəkkül və səbir içində mişarla 
ikiyə bölünərkən belə, bir “ah” demədən  şəhid oldu. Haqq qatında uca 
mərtəbəyə çatdı.
 
Həzrət Zəkəriyyəni öldürən bədbəxt yəhudilərin, Həzrət Məryəmə 
və  oğlu Həzrət  İsaya bir zərər verməmələri üçün Haqq Təala, onları öz 
mühafizəsi altına aldı:
“Məryəm oğlunu  (İsanı)  və  (bakirə) anasını  (qüdrətimizdən ya-
ranmış) bir möcüzə etdik. Onları abad (rahat)  və axar sulu uca bir 
yerdə yerləşdirdik.” 
(Muminun surəsi, 50)
Bu yerin Misir olduğu rəvayət edilir. Həzrət Məryəm və  Həzrət  İsa, 
orada on iki il qalmışdır. Bu zaman müddətində fövqəladə hadisələr baş 
verdi:
Həzrət Məryəm və Həzrət İsa, düşkün və fağırların olduğu bir evdə 
yaşayırdı. Bir gün, qaldıqları evin sahibinin bir miqdar pulu itmişdi. Ev sahibi 
bu pulu kimin aldığını anlaya bilmədi. Hər kəs töhmət altında qalmışdı. Bu 
vəziyyət, Həzrət Məryəmə çox ağır gəldi. Orada iqamət edənlər arasında 
bir kor və bir də götürüm var idi. Həzrət  İsa, anasının çox  üzüldüyünü 
görüncə bu iki nəfərə:
“–Pulu gizlətdiyiniz yerdən çıxarın!” –dedi.
Onlar da bu açıq möcüzə qarşısında aldıqları pulu gətirmək 
məcburiyyətində qaldılar. Bu hadisədən sonra Həzrət İsanın xalq arasında 
etibarı artdı.
Həzrət İsanın peyğəmbərliyi
Həzrət  İsa, Misirdə on iki il qaldıqdan sonra Qüdsə qayıdıb Nəsirə 
qəsəbəsində yerləşdi. Bunun üçün xristianlara, Nəsirə qəsəbəsindən olan 
mənasında “Nəsrani”  adı verilmişdir.
Həzrət İsaya otuz yaşında peyğəmbərlik verildi. O da həmin insanları 
Tövhid inancına çağırmaq vəzifəsini yerinə yetirməyə başladı.
Allah Təala buyurur:
“And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, pey-
ğəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Quranı) onların nəslinə 

325
MN
verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən 
çıxmış) fasiqlərdir!”
 (Hədid surəsi, 26)
Qurani-Kərimdə adı  çəkilən dörd böyük kitabın, bunların nəslindən 
gələn peyğəmbərlərə endirildiyi başa düşülür:
“Sonra onların ardınca  (Musa,  İlyas, Davud, Süleyman, Yunis və 
başqa) peyğəmbərlərimizi yolladıq.  (Onlardan sonra)  Məryəm oğlu 
İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində 
bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-
dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. 
Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə 
əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd 
əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin 
mükafatlarını verdik. Onların çoxu isə  (Allaha asi olan) fasiqlərdir.” 
(Hədid surəsi, 27)
Ruhbanlıq, Xiristianlıqda sonradan ortaya çıxmış bir anlayış və yaşayış 
tərzidir. Rəvayətə görə  Həzrət  İsadan (əleyhissəlam) sonra möminlər, 
inkarçı zorbalarca yox edilməyə çalışılmışdır.  İnkarçılarla möminlər 
arasında üç döyüş olmuş bu döyüşlərdə möminlər ağır itkilər vermişdir. 
Bu döyüşlərin sonunda sağ qalan mömin kimsələr,  özlərinin də ölməsi 
halında haqq dinə dəvət edəcək kimsənin qalmayacağı qorxusu ilə döyüş 
etməmək qərarına gəlmiş, yalnız ibadətlə məşğul olmağa başlamışdılar. 
Bu səbəbdən fitnədən qaçıb, dinlərində ixlas və səmimiyyət göstərən bu
insanlar, çox yeyib içməkdən, evlənməkdən və bütün dünyəvi zövqlərdən 
əl çəkmiş; dağlarda, mağaralarda və hücrələrdə ibadətlə məşğul olmuşlar. 
Bunların xaricində qalanlar, zamanla kimliklərini itirərək Həzrət  İsanın 
dinini inkar etdilər və hökmdarlarının dininə girdilər. Çoxallahlılıq inancına 
sahib olan xalq içində, zamanla təslis (Ata = oğul = müqəddəs Ruh) inancı 
ortaya çıxdı. Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (səllallahu 
əleyhi və səlləm) yer üzünü şərəfləndirdiyində Onun peyğəmbərliyini də
qəbul etməyib inkar etdilər və eyni sapıqlığa düşdülər.
 
İsa (əleyhissəlam), dininin təbliğinə davam edirdi. Lakin insanların bir 
çoxu küfründə inad edirdi.
İsa (əleyhissəlam), bir çox möcüzələr göstərdi. Həzrət Musaya 
(əleyhissəlam) verilən Tövratı  təsdiq etdiyini, ancaq uca Allahın bəzi 
hökmləri dəyişdirdiyini xalqına təbliğ etdi:

326
MN
“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda 
orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi 
yemək,  şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə 
Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir 
möcüzə  gətirdim.  İndi Allahdan qorxun və  mənə itaət edin! Şübhə 
yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona 
ibadət edin! Budur doğru yol!” 
(Ali-İmran surəsi, 50-51)
“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu  İsa belə demişdi: Ey 
İsrail oğulları! Həqiqətən, mən özümdən  əvvəl nazil olmuş Tövratı 
təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə 
(sizə) müjdə verən Allahın elçisiyəm! Sonra (İsa, yaxud Mühəmməd 
əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: Bu, açıq-
aydın sehrdir! – dedilər.” 
(Saff surəsi, 6)
Yuhanna İncilinin 14-cü bölməsində Həzrət İsanın (əleyhissəlam) belə 
dediyi rəvayət edilir:
“Mən Pədərə ibadət edəcəyəm və O sizə başqa bir Fəraklit 
göndərəcək ki, o sizinlə əbədi qala bilər.” 
(Yuhanna, 14/16-17)
16-cı bölməsində  də: “Sizə  həqiqəti söyləyirəm, mənim gedişim 
sizin xeyrinizədir. Getməsəm, yardımçı (Fəraklit) sizə  gəlməz. Amma 
gedərəmsə, onu sizə göndərərəm. Sizə daha çox deyəcəklərim var, amma 
indi bunlara dözə bilməzsiniz. Nə var ki, O, yəni həqiqətin Ruhu gəlincə, 
sizi bütün həqiqətə yönəldəcək. Çünki O, özündən danışmayacaq, yalnız 
duyduqlarını söyləyəcək və gələcəkdə olacaqları sizə bildirəcək.” demişdir. 
(Yuhanna 16/7-9, 12-13)
“Fəraklit” kəlməsi, “həmd”i ifadə edən bir kəlmədir və bəzi xiristianlar 
bu kəlməni “müxəllis” (xilaskar) olaraq açıqlamışlar; bəziləri də çox şükür 
edən və tərifləyən mənasında “həmmad” və “həmid” deyə təfsir etmişlər.
Bu da göstərir ki, “Fəraklit”  kəlməsi, Əhməd və Mühəmməd kəlmələrinin 
kök mənasına uyğun gəlir.
Barnabas İncili, 39-cu Babda da belə bir bəhs var: “Söylədiyin Məsihin 
adı nədir və onun gəldiyini necə biləcəyik?” deyən həvarilərə Həzrət İsa 
belə dedi:
“Məsihin (Rəsulun) adı, heyran olmağa dəyən gözəllikdədir. Haqq 
Təala, onun nurunu yaratdığı zaman, ona bu adı verdi və onu səmavi 
ehtişamı içinə qoydu, sonra:

Haqq Təala ona, “Sənin xətrin üçün Mən, cənnəti, dünyanı  və bir 
çox məxluqu yaratdım. Bunların hamısını  sənə  hədiyyə edirəm. Səni 
təqdir edən, məndən nemət tapacaq; səni inkar edən, tərəfimdən lənətə
uğrayacaq. Mən səni dünyaya mənim Rəsulum olaraq göndərəcəyəm. 
Sənin sözün sırf həqiqət olacaqdır. Yer və göy ortadan qalxa bilər, lakin 
sənin imanın daim əbədi olacaqdır.” buyurmuşdur və Onun adı Əhməddir, 
dedi.
Buna görə  Həzrət  İsanın  ətrafında toplanmış olan möminlər, dərhal 
səslərini ucaldaraq: Ey Əhməd! Dünyanı qurtarmaq üçün tez gəl! –deyə 
niyaz etdilər
22 
 
İnkarçıların Həzrət  İsaya (əleyhissəlam) qəzəb və kinləri getdikcə 
artmışdı. Bunu hiss edən İsa (əleyhissəlam), özünə insanların arasından 
seçdiyi on iki möminə, yəni həvarilərinə:
“–Allah Təalanın dininə xidmətdə  və onu mühafizədə kim mənim
köməkçim olacaq?” –deyə müraciət etdi.
Həvarilərin hamısı bir ağızdan:
“–Biz sənə köməkçi olacağıq. Hər şeyimiz ilə Allahın yoluna köməkçi 
olacağıq. Çünki biz, Onun dininə könül verdik. Sən şahid ol ki, biz sənin 
dininə bağlı həqiqi müsəlmanlarıq,” dedilər.
Ayəti-kərimədə buyurulur:
“İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: 
Allah yolunda kim mənim köməkçim olacaqdır? – deyə soruşdu. (O 
zaman) həvarilər dedilər: Bizik Allahın (Onun dininin) köməkçil
əri! Biz 
Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!” 
 (Ali-İmran 
surəsi, 52)
“Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri 
olun! Necə ki, Məryəm oğlu  İsa həvarilərə: Allah yolunda mənim 
köməkçilərim kimdir? – demiş, həvarilər də: Allahın köməkçiləri bizik! 
– deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman 
gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə
qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.” 
(Saff surəsi, 14)
“Həvari” kəlməsi,  Ərəbcəyə  Həbəşcədən gəlib,  əsli “havarya”dır və 
“köməkçi” mənası daşıyır. Ayrıca seçilmiş adam mənasına da gəlir.
22. Buna bənzər ifadələr üçün Barnabas İncilinin 41 və 97-ci bölmələrinə də baxıla bilər.
327
MN

328
MN
Həvari, Həzrət İsaya (əleyhissəlam) hamıdan əvvəl iman edən və ona 
köməkçi olan on iki ixlaslı, təmiz möminə verilən xususi bir addır. Bunlara 
Qurani-Kərimdə “ənsarullah” –Allahın köməkçiləri də deyilmişdir. Həvarilər, 
Xristianlığın yayılması üçün İsa (əleyhissəlam) tərəfindən seçilmiş
şəxslərdir. Məşhur Barnabas İncilini yazan Barnabas da bunlardandır.
Səmadan süfrə endirilməsi
Həvarilər, Həzrət İsadan səmadan süfrə enməsi üçün dua istədilər.
“Onu da xatırla ki, o zaman həvarilər demişdilər: Ya Məryəm oğlu 
İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O 
(İsa):  Əgər möminsinizsə, Allahdan qorxun! – demişdi.”
 (Maidə surəsi, 
112)
İsa (əleyhissəlam) onlara:
“–Allahın qüdrətinə  şübhəmi edirsiniz? Belə bir şey istəməyə necə 
cəsarət edirsiniz?” –deyə soruşdu.
Həvarilər:
“–Başqa bir məqsədimiz yoxdur. Bunu, Allah Təalanın lütfünə nail ol-
maq və könlümüzün daha da əmin olması üçün istəyirik!” –dedilər:
(Həvarilər) demişdilər: Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz 
sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən 
enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik 
edənlərdən olaq.”
 (Maidə surəsi, 113)
Buna görə  İsa (əleyhissəlam), qüsl dəstəmazı alıb iki rükət namaz 
qıldı. Rəbbinin hüzurunda böyük bir acizlik içində Allaha üz tutdu. Ona bu 
süfrənin ehsan edildiyi günün bir bayram günü olmasını Haqq Təaladan 
niyaz etdi:
“Məryəm oğlu İsa dedi: Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən 
bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm 
bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin 
qüdrətindən)
 bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən 
yaxşısısan!” 
(Maidə surəsi, 114)
Bu dua qəbul olundu və göydən süfrə (maidə) endi. Rəvayət edildiyinə 
görə süfrədə  qızardılmış balıqla  birlikdə duz və sirkə var idi. Çörəyin 

329
MN
üstündə isə zeytun, bal, pendir və s. var idi. Eyni zamanda süfrə göy-gö-
yərti ilə bəzədilmişdi.
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin