Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


Həvarilərin və Həzrət İsanın (əleyhissəlam) Nusaybinə getmələri



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

Həvarilərin və Həzrət İsanın (əleyhissəlam) Nusaybinə getmələri
Salman Farisidən (radiyallahu ənh) belə rəvayət edilir:
İsa (əleyhissəlam), Nusaybinə qürur və zülmü ilə tanınan bir hökmdarı 
imana dəvət etməklə  vəzifələndirildi. Özündən  əvvəl oraya bir neçə 
həvarisini göndərməyi fikirləşdi:
“–Kim gedəcək?” –deyə soruşdu.
Yaqub:
“–Mən gedəcəyəm”-dedi.
Ona Təvman və Şəmun da qoşuldu. Şəmun Həzrət İsaya:
“–Ey Ruhullah! İzninizlə  mən də gedirəm, ancaq dara düşüb sizi 
çağırsam, köməyinizi bizdən əsirgəməyin!”-deyə xahiş etdi.
Üçü birlikdə yola çıxdı. Şəmun şəhərdən kənarda qaldı:
“–Kömək lazım olsa mən gələrəm” –dedi.
Yaqub və  Təvman  şəhərə  gəldilər. Xalqı toplayıb Tövhid inancına 
dəvət etdilər. Xalq, Həzrət Məryəm və İsa (əleyhissəlam) haqqındakı ifti-
ra və pis düşüncələrə inanmış olduğundan dəvəti rədd etdi. Hətta onları 
lənətlədi. Daha sonra Təvmanı hökmdara apardılar. Hökmdar, onun əllərini 
və ayaqlarını kəsdirdi. Gözlərinə də mil çəkib zindana saldırdı.
Bu arada Şəmun, halını gizlədərək şəhərə girdi. Hökmdara yaxınlaşdı. 
Gözəl bir dostluq qurdu və onun söhbət dostlarından oldu. Bir gün Şəmun, 
Tevmana bir şey soruşmaq istədiyini söyləyərək hökmdardan icazə istədi. 
İkisi də bir-birini tanımır kimi etdilər.
Şəmun:
–Ay kişi, sözün nədir? –deyə soruşdu 
Təvman:
–İsa (əleyhissəlam) Allahın qulu və Rəsuludur, dedi.
Sonra söhbətləri belə davam etdi:
–Sözünün düzgünlüyünə dəlilin nədir?

330
MN
–Hər xəstəliyi sağaltmasıdır.
–Bunu təbiblər də edir. Başqa dəlilin varmı?
–Xalqın, evlərində nə yeyib nə saxladıqlarını bilir.
–Bunu da kahinlər bilir. Başqa?
–Palçıqdan quş düzəldib uçurur.
–Bunu sehrbazlar da edir.
–Ölüləri dirildir.
–Bax bu, insanın  əli çatmayan bir şeydir, o halda İsanı çağıraq. 
Həqiqətən ölüləri dirildir isə ona iman edək.
Hökmdar Şəmunun bu sözlərini xoş qarşıladı. Dərhal xəbər çatdırdılar 
və bu dəvət ilə İsa (əleyhissəlam) Nusaybinə gəldi. Şəmunu heç tanımır.
Şəmun hökmdara:
–İstərsəniz onun bu xüsusiyyətlərini Təvmanla yoxlayaq, dedi.
Təvmanı gətirdilər, İsa (əleyhissəlam) Təvmanın ayaqlarını və qollarını 
sığamağa başlayınca vücudu əvvəlki halına gəldi. Daha sonra gözlərini əli 
ilə sildi; onlar da bərpa olundu.
Şəmun hökmdara baxıb:
–Bax bu həqiqətən peyğəmbərliyə bir dəlildir, dedi.
Daha sonra Şəmun:
–Ey  İsa! Məclisimizdə olanlar bu gecə evlərində  nə yedilər, nə 
saxladılar? –deyə soruşdu.
İsa (əleyhissəlam), hamısını bir-bir söylədi.
Daha sonra ona palçıqdan yarasa düzəltməsini təklif etdilər. Onu da 
düzəldib uçurtdu. Xəstələr üçün şəfa tələb etdilər. Bütün xəstələr sağlığına 
qovuşdu. Bir ölü diriltməsini istədilər. Dirildiləcək  şəxs olaraq Sam ibn 
Nuhu müəyyən etdilər. İsa (əleyhissəlam), Allahın izni ilə Sam ibn Nuhu 
da diriltdi. Sama:
–Öldüyün zaman belə yaşlı idin? –dedilər.
O da:
–Xeyr! Qiyamət qopduğunu zənn etdim. Qorxumdan belə yaşlı hala 
gəldim, dedi.

331
MN
Arxasınca Sam ibn Nuh, Həzrət İsanın (əleyhissəlam) peyğəmbərliyini 
təsdiq edərək, təkrar vəfat etdi.
Bu qədər açıq və çox möcüzə qarşısında hökmdar və əsgərləri birlikdə 
iman etdilər. Buradan anlaşılır ki, bir müsəlmanın ağıl və dərrakə sahibi 
olması  və  fərasətli hərəkət etməsi lazımdır. Çünki hər doğru hər yerdə 
söylənməz, vaxtını və yerini bilmək lazımdır.
Həbib Nəccar
İsa (əleyhissəlam), Antakiya tərəflərinə iki həvari göndərmişdi. On-
lar, insanları bütpərəstlikdən əl çəkib imana gəlməyə dəvət etdilər. Ancaq 
orada bütpərəst bir kral var idi və bu iki həvarini tutub həbs etdi.
Buna görə  İsa (əleyhissəlam), həvarilərin rəisi olan Şəmunu oraya 
göndərdi.
Şəmun,  əvvəl kralla yaxınlıq etdi. Kral və  ətrafı üstündə meydana 
gətirdiyi müsbət təsiri tamamilə artırdıqdan sonra da onları gözəl bir yolla 
Tövhid inancına dəvət etdi. Kral və ətrafı bu dəvəti könül rızası ilə qəbul 
edib iman etdilər. Lakin xalq iman etmədi.
Xalqın bu etirazlarını eşidən Həbib Nəccar adında bir şəxs, şəhərin 
uzaq bir yerində olan evindən qaçaraq xalqın arasına girdi. Bu elçilərin 
bildirdiklərinə özünün inandığını söyləyərək hər kəsi imana dəvət etdi. An-
caq qafil xalq, onu dinləmədikləri kimi tamamilə daşan kinlərinə uyaraq
Həbib Nəccarı oradaca şəhid etdilər.
Bu hadisə Qurani-Kərimdə belə anladılır:
(Ya Peyğəmbər!)  Sən onlara o şəhər  əhlini  (antakiyalıları) mis-
al çək! O zaman ki, onlara elçilər gəlmişdi. O zaman onlara iki elçi 
göndərmişdik, amma onlar ikisini də  təkzib etmişdilər. Biz də  (o iki 
elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, 
biz sizə göndərilmiş elçilərik!”
 (Yasin surəsi, 13-14)
(Antakiyalılar:) Siz də bizim kimi ancaq adi bir insansınız.  (Heç 
bir  şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk 
qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil 
etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” - dedilər. (Elçilər) 
dedilər: Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər 
olduğumuzu bilir.” 
(Yasin surəsi, 15-16)

332
MN
“Bizim vəzifəmiz yalnız  (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-
aşkar təbliğ etməkdir!  (Antakiyalılar) dedilər: Biz sizdə bir nəhslik 
gördük.  (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə  uğursuzluq üz 
verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi
yağışımız kəsildi). Həqiqətən,  əgər  (Allahın elçiləri olmaq iddianızdan)
 
əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq 
bir  şiddətli  əzab toxunacaqdır.  (Elçilər) dedilər: Sizin nəhsliyiniz 
(uğursuzluğunuz) öz ucbatınızdandır  (öz küfrünüz üzündəndir). Məgər 
sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)
Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!” 
(Yasin surəsi, 17-
19)
“Şəhərin  (Antakiyanın)  ən ucqar tərəfindən (abid) bir kişi  (Həbib 
Həccar) çaparaq gəlib dedi: Ey qövmüm! Elçilərə tabe olun!  Sizdən 
(haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri 
də doğru yolda olan kəslərin ardınca gedin!”
 (Yasin surəsi, 20-21)
Bu tövsiyələrə görə, onlar həmin adama dönərək: “Vay, sən də onların 
dinindənsən?” dedilər. Buna cavab olaraq o adam belə dedi:
(Antakiyalılar Həbib Nəccardan: – Sən bu elçilərə tabe olmuşsanmı? 
– deyə soruşduqda o dedi:) Axı  mən niyə  məni yaradana ibadət 
etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız! 
Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə 
bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz 
və onlar məni  (Allahın  əzabından) xilas edə bilməzlər. Belə olacağı 
təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram. (Ey Antakiya əhli, 
yaxud siz ey elçilər!)  Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. 
Məni eşidin! (İman gətirməyimə şahid olun!)
 (Yasin surəsi, 22-25)
Ancaq azğınlaşmış  və  bədbəxt insanlar, bu sözləri dinləməyib onu 
daşqalaq etdilər. Həbib Nəccarın ölümü əsnasında ona:
ﺑﹶر ﹺﻟ ﹶﺮﹶﻔﹶﻏﺎﹶﻤﹺﺑ
v
ﹶنﻮ ﹸﻤﹶﻠﹾﻌﹶ ﹺﻣﹾﻮﹶﻗ ﹶﺖﹾﹶﻟ ﺎﹶ ﹶلﺎﹶﻗ ﹶ ﻨﹶﺠﹾﻟا ﹺﻞ ﹸﺧﹾدا ﹶﻞ ﹺﻗ
ﹶﻦ ﹺﻣﹶﺮ ﹾﻜ ﹸﻤﹾﻟا ﹶﻦﹺﻣ ﹺﻨﹶﻠﹶﻌﹶﺟﹶو
(Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib 
öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): Cənnətə dax-
il ol! – deyildi. (Həbib Nəccar Cənnətə daxil olub oradakı ne’mətləri, 

333
MN
hörmət-izzəti gördükdən sonra) dedi: Kaş qövmüm biləydi ki, Rəbbim 
məni niyə bağışladı  və  nəyə görə hörmət sahiblərindən etdi!” 
(Yasin 
surəsi, 26-27)
Həzrət İsanın (əleyhissəlam) səmaya qaldırılması
Həzrət Musaya (əleyhissəlam) göndərilən dində, İsrail oğulları zəiflik
göstərmiş, peyğəmbərlərinə daha çox etiraz etmiş və doğru yoldan tam-
am ayrılmışdılar. Bundan sonra gələn nəbilər, onlara daim xəbərdarlıq 
etmişlərsə də, bu azğın millət, yenə də nəinki düz yola qayıtmamış, hətta 
daha da betərləşmişdilər. Hətta peyğəmbərlərini qətl edəcək qədər həddi 
aşmış və peyğəmbər qatili olmuşdular.
Beləcə  İsrail oğulları qövmü, Həzrət  İsanın (əleyhissəlam) onlara 
göndərildiyi dövrdə belə  pərişan və  həqiqətdən ayrılmış bir vəziyyətdə 
idi. Bir xilaskar gözləyirdilər. Gözlədikləri peyğəmbərin, mücadiləsi, 
tutduğunu qoparan, çox cəsur və güclü bir şəxs olmasını istəyirdilər. 
Çünki o peyğəmbərlər, özlərini  əsarətdən qurtarıb, böyük mənfəətlərə 
qovuşdurmalı idi.
Bunun üçündür ki, İsa (əleyhissəlam), ondan hidayətə  dəvət etmək 
üçün göndərildiyindən yəhudilər, çox yumşaq və mülayim görüb ona inan-
maq istəmədilər.
Ancaq  İsa (əleyhissəlam), heç nəyə baxmayıb səbir göstərərək yer 
üzündə sülh və salamat anlayışı  bərqərar etməyə, insanların arasını 
düzəldib onları barışdırmağa səy göstərdi. Yəhudiləri, içində olduqları sapıq 
yoldan qurtarmağa çalışdı. Lakin əllərini peyğəmbər qanına bulamış azğın 
yəhudilər, bu dəvətdən narahat oldular. Nəticədə Həzrət İsanı öldürməyə 
qərar verdilər. Həm Həzrət İsaya (əleyhissəlam), həm də ətrafındakılara 
zülm etməyə başladılar.
Hətta, edilən bu zülümlər qarşısında həvarilərdən Yudas, İshar və 
Yəhuda dinlərindən döndü. Üstəlik içlərindən Yəhuda, Həzrət Zəkəriyyə 
və Həzrət Yəhyanı öldürən cani yəhudilərə, Həzrət İsanın (əleyhissəlam) 
olduğu yeri xəbər verdi. Beləcə o, Haqq Təalanın qəzəbinə uğrayanlardan 
oldu və etdiyinin cəzası olaraq, gözünü qan tutmuş  yəhudilərə  İsa 
(əleyhissəlam)  şəklində göstərildi və çarmıxa çəkildi.  İsa (əleyhissəlam) 
isə, səmaya qaldırıldı.

334
MN
Həzrət İsanın (əleyhissəlam) səmaya qaldırılması haqqında digər bir 
baxış da belədir:
Yəhudilər, Həzrət İsanın qaldığı evə girəndə Haqq Təala, Yəhudanı, 
onların gözünə İsa (əleyhissəlam) şəklində göstərdi. Onlar da Ruhullahın 
yerinə Yəhudanı öldürdülər. Allah Təala buyurur:
“Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı 
böyük bir böhtan dedikləri üçün (lənətə düçar oldular)(Onların lənətə 
düçar olmalarının bir səbəbi də: ) “Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-
Məsihi öldürdük”, – demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə 
də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı 
ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində,  əlbəttə,  şəkk-
şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. 
Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. 
Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz 
qüvvət sahibi, hikmət sahibidir!”
 (Nisa surəsi, 156-158)
Allah, Həzrət İsanı (əleyhissəlam) yəhudilərdən mühafizə etmiş, onu
öldürmələrinə mane olmuşdur. Onu öz qatına qaldırdığı da dəqiqdir. Ancaq 
bunun şəkli və zamanı məsələsində müxtəlif rəvayətlər vardır. Əksəriyyətə 
görə Allah Təala, Həzrət İsanı (əleyhissəlam) qüdrəti ilə mənəvi səmalarda 
ona məxsus bir yerə qaldırmışdır. Onu qiyamətdən  əvvəl təkrar dün-
yaya göndərəcək. O zaman bütün xristianlar, Tövhid inancını qəbul edib 
müsəlman olacaqlar.
Ayəti-kərimədə buyurulur:
“Onlar  (İsaya inanmayanlar) hiyləyə  əl atdılar. Allah da onların 
hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətdində on-
lara öldürtməklə)  əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir 
(hiyləgərlərə ən yaxşı cəza verəndir).”
 (Ali-İmran surəsi, 54)
“O vaxt Allah buyurdu: Ya İsa, həqiqətən, Mən sənin ömrünü 
tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm
(tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə  qədər 
kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız.
O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm 
verəcəyəm!”
 (Ali-İmran surəsi, 55)
Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab
verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!  İman gətirib 

335
MN
yaxşı  işlər görənlərə  gəldikdə isə, (Allah) onların mükafatlarını 
tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!”  
(Ali İmran surəsi, 56-
57)
İsa (əleyhissəlam) Səmaya qaldırdıqdan sonra
İsa (əleyhissəlam) səmaya qaldırıldıqdan sonra xristianlar bir çox 
firqəyə ayrıldılar. Bundan sonra təslis (Allahın üç ayrı-ayrı şəxslərdən
ibarət olması) əqidəsi ortaya çıxdı. Xristianların Yaqubiyyə firqəsi, “Allah
İsaya hülul etdi. İsanın bədənində  şəkilləndi və onun şəklində göründü. 
Yəni Allah, İsadır,” dedilər.
Hülul etmək, girmək, yer etmək, bir cismin başqa bir cismə girməsi, 
iki şeyin birləşməsi mənasına gəlir. Bu, Allah Təalanın qula girməsi surəti 
ilə onun ilahiləşdiyini qəbul edən yararsız və yanlış bir inancdır. Bu baxış, 
Hind fəlsəfəsindən gəlir. Qüds, Hind və Roma mədəniyyətinin təsiri altında 
idi. Hind fəlsəfəsində tanrı, dünyaya enmiş; bir ata və anadan doğulmuş 
“Krişna”ya hulul etmiş və bu şəkildə Krişna “yaradıcı tanrı” olmuşdur.
İlahın, ixtiyari cismə hülul etməsi, mümkünsüzdür. Əgər ilah cisim 
olsaydı, başqa bir cismə də hülul edərdi. Cismə hülul edən şeyin özü də 
cisim olur və hülul etdikdə iki cismin maddələri bir-birinə qarışır. Bu, ilahın 
parçalanmasına gətirir. Bu vəziyyət isə Haqq Təala üçün mümkünsüzdür. 
Deməli, Allah Təala heç bir şeyə hülul etməmişdir.
Qurani-Kərimdə buyurulur:
“Şübhəsiz ki: Allah Məryəm oğlu Məsihdir! – deyənlər kafir oldu-
lar. Halbuki Məsih  (İsa) belə demişdi: Ey İsrail oğulları! Mənim də, 
sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, 
şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. 
Zalımların heç bir köməkçisi yoxdur!”
 (Maidə surəsi, 72)
“Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl 
də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın 
hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi 
(adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa 
salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.”
 (Maidə surəsi, 75)
Görünür ki, bu ayəti-kərimələrdə Haqq Təala, tamamən şirkdən ibarət 
olan təslis inancının batilliyini ifadə edir.

336
MN
 
Yəhudilər, Həzrət İsanın arxasınca da həvarilərə əziyyət etməyə dav-
am etdilər. İmanında səmimi həvarilər, bütün işgəncə və əziyyətlərə böyük 
bir səbir və  təhəmmül göstərirdi. Bunlardan biri olan Barnabas, Həzrət 
İsanın (əleyhissəlam) son günləri haqqında İncilin 221 və 222-ci babında 
bu məlumatları verir:
Roma  əsgərləri, Həzrət  İsanı tutmaq üçün evə girdikləri vaxt, Haqq 
Təalanın  əmri ilə dörd böyük mələk onu pəncərədən çıxararaq səmaya 
yüksəltdilər.
Romalı  əsgərlər, Yəhudanı “Sən  İsasan!” –deyə tutdular. Bütün 
yalvarmalarına baxmayaraq onu çarmıxa çəkib öldürdülər.
Daha sonra İsa (əleyhissəlam), anası  Məryəmə  və  həvarilərinə 
göründü. Həzrət Məryəmə: “Anacan, görürsən ki, mən asılmadım. Mənim 
yerimə  Yəhuda çarmıxa çəkilib asıldı.  Şeytanın vəsvəsəsindən çəkinin, 
çünki o, dünyanı bəzəkli göstərərək sizi aldatmağa çalışacaq” –dedi.
Sonra inananların mühafizə edilməsi üçün Haqq Təalaya dua etdi.
Sonra da həvarilərə üz tutub: “Allah Təalanın nemət və  rəhməti sizinlə 
olsun!” –dedi.
Bu sözlərinin dalınca dörd böyük mələk, onu təkrar səmaya qaldırdı.
 
İsa (əleyhissəlam), səmaya qaldırıldıqdan təqribən qırx il sonra Mi-
ladi 70-ci illərdə Romalılar, Komandir Titusun başçılığı altında Qüdsü 
zəbt etdilər. Yəhudilərin bir qismini öldürdülər, bir qismini də əsir aldılar. 
Tövratı və bütün kitabları yandırdılar. Qüdsü xarabalığa çevirib Süleyman 
məbədini yandırdılar. Məbəddən yalnız kiçik bir divar qaldı. Yəhudilər, bu 
gün “Ağlama Divarı” (Qərb Divarı) olaraq adlandırılan bu qalığın önündə, 
o günləri xatırlayaraq, ağlayıb göz yaşı tökürlər. Bu fəlakətdən son-
ra yəhudilər bir araya gələ bilmədilər və özlərini toplaya bilmədilər. Xor 
baxılan və həqir kimi yaşamağa başladılar.
Həvarilər isə, Yəhuda dindən dönüb çarmıxa çəkilincə onun yerinə 
Matthiası seçdilər. Bundan sonra həvarilər öz həndəvərlərindən başlayaraq 
təkrar İsəviliyi yaymağa davam etdilər.
Xristianlıq yayılmağa başlayınca yəhudilər, romalılar, yunanlılar və 
bütpərəstlərlə birləşib bu dinə qarşı  çıxdılar. Xristianlığı  qəbul edən ilk 
yəhudiləri, sirklərdə aslanlara parçalatdılar. Onlara çox zülmlər etdilər.

337
MN
Yəhudi Zunuvas və adamları, Yəhudiliyi qəbul etməyən Nəcran 
xristianlarını, xəndək içində yanan alova ataraq yandırır və yanan insanları 
seyr edirdilər. Buna baxmayaraq Həzrət  İsanın (əleyhissəlam) sadiq 
möminləri, inanclarından  əl çəkmədilər və mübarizələri yolunda qorxu 
bilmədən ölümə getdilər. Bunlara Qurani-Kərimdə “Əshabi-Uxdud” –deyi-
lir:
“And olsun bürclər sahibi olan göyə; And olsun vəd olunmuş 
günə  (qiyamət gününə); And olsun şəhadət verənə  və (haqqından) 
şəhadət verilənə  (peyğəmbərlərə  və onların ümmətlərinə, yaxud cümə 
və Ərəfə günlərinə) ki, (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb 
külə döndərən)  xəndək sahibləri  (lənətə düçar olub)  qətl edildilər. O 
xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar (xəndəklərin) 
kənarında oturub, (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə 
(müsibətlərə) tamaşa edirdilər.”
 (Buruc surəsi, 1-7)
Yəhudilər, bu zülmlərlə  də kifayətlənmədilər. Xristianlığı kökündən 
yox etməyin planlarını hazırladılar. Pavlos adlı bir yəhudi, öz yalanlarını 
da qataraq müxtəlif kitabçalar yazdı. Özünü xristian kimi göstərərək:
İsanın, Allahın oğlu olduğunu,  şərab içməyin və donuz əti yeməyin 
halal olduğunu söylədi. Sünnət olmağa,  şənbə gününün qadağanlarına 
uymağın da lazım olmadığını söylədi.
Pavlos, Xristianlığın tanrı (üluhiyyət) inancını bu şəkildə yüngülləşdirdi: 
1. Allah 2. Oğul İsa 3. Müqəddəs ruh.
Buna görə Allah birdir, amma sifəti üçdür deyirdi. Beləcə xristianlığa 
bu günkü təslis (üçləmə) inancı girmiş oldu.
O zamankı şərtlər xalqın təslis inancını qəbul etməsinə uyğun idi. Çün-
ki xalq, keçmişdən gətirdiyi ənənəvi çoxtanrılı inancları və təəssübkeşliyi 
səbəbli təktanrılı Yəhudilikdən xoşlanmırdı. Bu yeni inancı isə atalarından 
miras aldıqları çoxtanrılı inanca daha yaxın görürdülər.
Bundan sonra xristianlar iki yerə ayrıldılar:
1.  Pavlosçular: Pavlos, bu yeni dini, əsli inancından uzaqlaşdırdıqdan 
sonra təslisə dayanan bir inanc sisteminə çevirdi. Daha sonra bugünkü 
İncillərin  əhəmiyyətli bir qismini təşkil edən və ilk dörd İncilə  də qaynaq 
olacaq 14 müxtəlif kitabça yazdı. Bunlara, xristian müqəddəs mətnlərində 
dörd İncil qədər əhəmiyyət verilir. Bu inancı qəbul edən krallar oldu. Bu 
səbəblə həmin inanc, getdikcə qüvvətləndi.

338
MN
2. Barnabasçılar: “İsa (əleyhissəlam) insandır; bir peyğəmbərdir. Ona 
əsla ibadət edilməz.” –deyirdilər. Ayrıca həvari Yaqubun başçılığındakı 
Ebiyonitlər də bu qrupdan olub eyni inancı müdafiə etdilər. Bunlar krallar
tərəfindən dəstəklənmədiyi üçün getdikcə zəiflədilər.
Digər tərəfdən Pavlosçuların düşmənçi tövrləri hər keçən gün art-
maqda və Barnabasçıları  əritməkdə idi. Vəziyyət bu yerdə ikən 325-ci 
ildə Konstantin tərəfindən toplanan konsildən mütəşəkkil papazlar heyəti,
Barnabas İncilini yararsız saydılar. Bir çox İncildən bir-birinə ən yaxın dörd 
İncili məqbul qəbul etdilər. Bu İncillər: Matta, Markos, Luka və Yuhannadır. 
Bunlardan savayı bütün qalan İncillər, rəsmi kilsə tərəfindən saxta hesab
edildi və ləğv olundu.
Artıq yalnız bu dörd pozuq İncil rəsmən yazılıb oxunmağa başlandı. 
Beləcə digərləri ilə birlikdə Barnabas İncili də ən mötəbər İncil olmasına 
baxmayaraq ortadan qalxmış oldu. Həqiqətən Barnabas, həvarilərin  ən 
ilkinlərindən idi. Həzrət İsadan (əleyhissəlam) görüb-eşitdiklərini doğru ola-
raq yazmışdı. Ancaq bu vəziyyət, Yəhudi Pavlosun və onun davamçılarının 
işinə yaramamış, bu səbəbdən Barnabası kənarlaşdırmışlar. Belə ki, bu 
gün xristianlar, Həzrət  İsanın (əleyhissəlam) səmaya qaldırılmasından 
otuz il sonra, Kiprdə şəhid olan Barnabası, İznik Konsilindəki qərarı nəzərə 
alaraq həvarilərdən saymırlar. Onun yerinə Toması həvari qəbul edirlər.
Barnabasdan sonra Aryüs adlı bir papaz, Pavlosçularla mübarizəyə 
girdi. Lakin afaroz (Xristianlıqdan çıxarmaq) edildi. O da Misirə getdi. 
Tövhid inancını yayarkən öldürüldü.
Aryüsün xristianlığa yönəltdiyi tənqidlərdə  rəsmi kilsənin verdiyi 
cavablar, tarix boyu xristianları  tətmin etmə müvəffəqiyyətini göstərə 
bilməmişdir. Müxtəlif tənqidlər, xristian tarixində uyğun zəmin tapdığı hər 
dövrdə yenidən ortaya çıxmış və rəsmi kilsənin nüfuzunun və onun qəbul 
etdiyi inancın sarsılmasına səbəb olmuşdur. Məhz xristian din adamları 
bu tənqidlərə cavab vermək, xristian birliyini yenidən təmin etmək,  ən 
əhəmiyyətlisi də xristian əsaslarını  təsbit etmək üçün bir çox tövsiyələr 
hazırlanmış və bu toplantılarda müxtəlif qərarlar vermişlər.
Məsələn, ilk tövsiyə 325-ci ildə İznikdə edilmiş, bu tövsiyədə, İsanın 
tanrılığı elan edilmiş, 381-ci ildəki İstanbul tövsiyəsində isə müqəddəs Ru-
hun da tanrılığı  qəbul edilərək təslis (üçləmə) tamamlanmışdır. 431-ci il 
Efes tövsiyəsində Məryəmin Tanrının anası olduğu inancı mənimsənərkən 
451-ci ildə Kadıköy Konsilində İsanın təbiəti ilə əlaqəli görüşlər müzakirə 

339
MN
edilmiş  və kilsələr arasında bölünmələr yaranmışdır. Yenə 869-cu ildə 
İstanbulda edilən 8-ci tövsiyədə Müqəddəs Ruhun kimdən çıxdığı 
müzakirəsi ilə başladılmışdır. Bu uzun müzakirələr nəticəsi 1054-cü  ildə 
xristianlıq, Katolik (Roma) və Ortodoks (İstanbul) olmaq üzrə iki böyük 
məzhəbə bölünmüşdür. 16-cı  əsrdə isə  təzyiqçi və sxolastik Katolikliyə 
reaksiya olaraq Protestanlık məzhəbi çıxmışdır.
Bütün xristianları  əlaqələndirən, eyni zamanda dinin əsasını  təşkil 
edən  ən əsas prinsiplərin və əsl inancların, çox sonralar bizzat insanlar 
tərəfindən təsbit edilməyə çalışılması, o dinin nə qədər təhrif olduğunu
və  əslinin pozulduğunu göstərir. Üstəlik bu tövsiyələrdə verilən qərarlar, 
bəzən bir-birini təkzib edir. Dünyada, üstündə bu qədər dəyişiklik edilən 
və  hər dəfəsində yeni bir şey  əlavə edilib çıxardılan başqa bir din 
görünməmişdir.
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin