Osman Nuri Topbaş 5 mn ön söz nəbilər silsiləsi dərs


“(Musa)  Mədyən kənarındakı bir quyuya çatanda onun başında



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix31.01.2017
ölçüsü2,91 Mb.
#6965
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

(Musa)  Mədyən kənarındakı bir quyuya çatanda onun başında 
(heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını 
özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın  (qız)  görüb 
dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) 
sulayıb getməmiş biz (qoyunlarımıza)  su vermirik. Atamız da ixtiyar 
bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab 
verdilər.” 
(Qəsəs surəsi, 23) 
Bunlar, Həzrət Şüeybin (əleyhissəlam) qızları Səfurə ilə Süfeyra idi. 
Musa (əleyhissəlam) səkkiz gündür ac olmasına baxmayaraq çox çətin 
 Rəvayətə görə şəkildəki yer Hz. Musanın, Şuayb-əleyhissalam-ın
.qızlarının heyvanlarını suladığı yerdir

20
MN
də olsa quyudan su çəkdi və Səfurə ilə Süfeyranın  heyvanlarını suladı. 
Qızlar da ona təşəkkür edib oradan ayrıldılar.
(Musa)  onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib 
qoyunlarını)  suladı, sonra da kölgəyə  çəkilib dedi: Ey Rəbbim! Mən 
Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!”  
(Qəsəs surəsi, 24)
Həzrət Musanın (əleyhissəlam)  Ey Rəbbim! Mən Sənin mənə na-
zil edəcəyin xeyrə möhtacam!” sözü, bir mənaya görə, dünyada fağır 
düşdüyünə  işarə edirdi. Çünki o, Fironun yanında ikən bolluq içində idi. 
Lakin Həzrət Musanın (əleyhissəlam) bu sözləri, əsla şikayət deyil, Haqq 
Təalanın onu salamata çatdırmasına şükür və aclığını aparması üçün də 
niyaz mahiyyətindəydi.
Şüeyb (əleyhissəlam), qızlarının heyvanları sulamaqdan erkən 
döndüklərini gördükdə məəttəl qaldı və onlardan bunun səbəbini soruşdu. 
Qızları da saleh bir insanın onlara kömək etdiyini, ancaq bu ölkədə belə 
birinin olmadığını söylədilər.
Həzrət Şüeybin (əleyhissəlam)
Həzrət Musanı yanına çağırması
Şüeyb (əleyhissəlam), Musanı yanına çağırdı və ondan kim olduğunu 
soruşdu. Musa (əleyhissəlam):
“–Mən Həzrət Yaqubun nəslindən  İmran oğlu Musayam” dedi və 
başından keçənləri ona anlatdı.
Şüeyb (əleyhissəlam):
“–Qorxma! Burada Fironun hökmü keçməz!”-dedi.
Ayəti-kərimədə buyrulur:
“Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına 
gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü 
səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat al-
mamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına 
gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) 
dedi: Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!” 
(Qəsəs surəsi, 
25)

21
MN
Şüeyb (əleyhissəlam), Həzrət Musaya yemək təklif etdi. Ancaq o, çox 
ac olmasına baxmayaraq yeməkdə tərəddüd edirdi. Şüeyb (əleyhissəlam) 
bunun səbəbini soruşduqda, Musa (əleyhissəlam):
“–Biz elə bir ailəyik ki, bütün dünyanı önümüzə sərsələr onu, heç bir 
axirət neməti ilə dəyişmərik! Mən bu köməyi, yemək üçün deyil, Allah rizası 
üçün etmişdim.” –dedi.
Şüeyb (əleyhissəlam) bu cavaba məmnun oldu və:
“–Bu ikramımız, etdiyin kömək üçün deyil, qonağımız olduğun üçündür; 
buyur ye!” –dedi.
Bu səbəbdən çox yorğun və ac olan Həzrət Musa, yeməyi yedi və 
istirahətə çəkildi.
Səfurə, atasına bu şəxsi ücrətlə tutmasını tövsiyə etdi.
(O iki qızın) biri dedi: Atacan! Onu muzdla (çoban) tut, çünki bu 
güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!” 
(Qəsəs surəsi, 26)
 və əlavə etdi:
Bax bu xislətlər, bu şəxsdə mövcuddur. Çünki onun, böyük bir qayanı 
qucaqlayıb quyunun ağzına qoymaqla güclü olduğu; zümüzə də baxmayıb 
yolda önümüzdən yürüməsi ilə də əmin bir şəxs olduğu anlaşılmaqdadır!… 
(Bax: Heysəmi, Məcməuz-zəvaid, VII, 88)
Bu ayəti-kərimədə, vəzifə veriləcək  şəxsdə olması lazım gələn 
xüsusiyyətlər, nə qədər də gözəl yekunlaşdırılmışdır. Həmin xüsusiyyətlər 
isə bunlardır:
1. Ləyaqət: Bir işin necə ediləcəyini bilmək və bununla birlikdə o işi 
bacara biləcək gücə sahib olmaq.
2.  Əmanət: Özü, sözü doğru olmaq və etibar edilmək.
 
Əraisi-Məcalis kitabında fərasət sahibi olan və Həzrət Musa ilə əlaqəli 
düşüncələrində uyğun gələn iki qadından belə bəhs edilir:
Bunlardan biri, Fironun yoldaşı Asiyədir. Çünki o, Musa bir sandıq 
içində saraya gətirilincə, könlü ona meyl etmiş və alıb onu Firona apara-
raq: “Bu uşaq, mənim və sənin üçün göz nuru, göz aydınlığı olsun! Onu 
öldürmə!” –demişdi.

22
MN
Digəri isə  Həzrət  Şüeybin (əleyhissəlam) qızıdır. O da: “Atacan! 
Qoyunlarımızı otlatmaq üçün onu ücrətlə (muzd) tut! O, ücrətlə tutduğun 
kimsələrin ən xeyirlisidir. O, qüvvətli və əmin bir adamdır!” –demişdi.
Fərasət, ümmət arasında saleh möminlərdə meydana gələn bir sezgi 
və kəşf halıdır. Yəni ağıllılıq, zəka və sezmək deyilən fərasət, qəlbdə baş 
verən mənəvi dərk etmə qabiliyyətidir. Bu mənada Həzrət Osmanla əlaqəli 
anladılan bu hadisə olduqca diqqətəlayiqdir.
Həzrət Osman (radiyallahu ənh), gözü harama düşən bir şəxsi görmüş 
və ona:
–Gözünü haramdan qoru,-demişdi. O da:
–Ya xəlifə! Gözümün harama baxdığını sən haradan bildin? deyincə 
Həzrət Osman (radiyallahu ənh):
“Möminin fərasətindən qorxun! Çünki o, Allahın nuru ilə baxır!”  
(Tirmizi, Təfsir, 15) hədisini oxumuşdur. (Quşeyri, Risalə, 238).
Həzrət Xədicə anamız, malını və canını Rəsulullah (səllallahu əleyhi 
və  səlləm) uğrunda fəda etmişdir. Onu ilk təsdiq edən mömin qadın 
olmuşdur. Həzrət Aişə anamızda Rəsulullahı mükəmməl şəkildə dərk etmə 
qabiliyyətinə və peyğəmbər əxlaqını təmsil edən dərin sezmə qabiliyyəti 
və duyğularına sahib idi. Fatimə anamızda isə atasından gələn mərhəmət, 
şəfqət və  təqva halı mövcud idi. Onların hamısında müştərək vəsflər
olmasına baxmayaraq hər birində, özünəməxsus nadir hal təzahürləri də 
var idi.
Fərasət qazanmanın şərti, şəxsin halal loğma ilə bəslənməsi və qəlbi 
həyatını inkişaf etdirməsidir.
Həzrət Musanın Səfurə ilə evlənməsi
Şüeyb (əleyhissəlam), Həzrət Musanı çox bəyənmişdi. Onu yanında 
saxlamaq istədi. Bir çarə düşündü və qızı Səfurə ilə evlənməsini ona təklif 
etdi. Musa (əleyhissəlam):
“–Mənim malım yoxdur, necə evlənə bilərəm?” –deyincə,  Şüeyb 
(əleyhissəlam) Həzrət Musadan, verməsi lazım gələn mehr əvəzində 
səkkiz il qoyunlarına baxmasını tələb etdi. Ancaq qoyunlara on il baxarsa 
daha da yaxşı olacağını söylədi. Onun qayəsi Musanın, onun yanında 
daha çox qalmasını təmin etmək idi:

23
MN
(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) 
şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) 
tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). 
Mən (on il müddətinə şərt kəsməklə)  sənə əziyyət vermək istəmirəm. 
İnşallah, mənim saleh (əhdə  vəfa edən)  kəslərdən olduğumu 
görəcəksən!” 
(Qəsəs surəsi, 27)
(Musa)  dedi: “Bu (dediyin) mənimlə  sənin aranda (olan bir 
təəhhüddür, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə 
yetirməkdən mənə qarşı heç bir çətinlik ola bilməz. (İstəsəm səkkiz, 
istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın 
yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!” 
(Qəsəs surəsi, 28)
Bu ayəti-kərimədə  cəmiyyət həyatında çox qarşılaşılan bir cəhətə 
diqqət çəkilmişdir.  İnsanların  ən etibarlı  şəxsi olan iki peyğəmbər, bir iş 
mövzusunda anlaşarkən hər şeyi başdan açıqca danışıb qərara gəlmiş, 
qarşılaşa biləcəkləri ehtimallı  məsələləri də açıqlığa qovuşdurmuşlar. 
Müqavilələrinin sonunda isə Allaha təvəkkül edib, Onu öz sözlərinə şahid 
tutmuşdular.
 
Şüeyb (əleyhissəlam) çox ağlayardı. Bu səbəbdən iki dəfə kor 
olmuşdu. Haqq Təala soruşdu:
–Nə üçün ağlayırsan? Cənnət arzusundanmı, yoxsa cəhənnəm 
qorxusundanmı?
Həzrət Şüeyb:
–Həç biri deyil, ya Rəbbi! Mən sənə qovuşmağı arzu edirəm.
Bunun cavabında Haqq Təala:
–Əgər belə isə, mənə qovuşmağın sənə bərəkətli və mübarək olsun! 
Bunun üçün sənə Musanı da xidmətçi etdim, buyurdu.
Beləcə anlaşdıqları  şəkildə Musa (əleyhissəlam), Həzrət  Şüeybin 
(əleyhissəlam) sürülərini güdməklə xidmətə başladı.
Çobanlıq, demək olar bütün  peyğəmbərlərin məsləyi  olmuşdur. 
Beləcə Allah, onlara təbliğ  vəzifəsini vermədən  əvvəl, idarəçilikdə lazım 
olan bir sıra xüsusiyyətləri qazandırmışdır.
Allah (Cəllə  Cəlaluh), Həzrət Musaya (əleyhissəlam) qoyunları su-
lamaq istədikdə əsasını yerə vurmasının bəs olduğunu və beləcə oradan 

24
MN
su çıxacağını ilham etdi. Bu lütf sayəsində Həzrət Musa, qoyunlarını su-
lamaqda heç çətinlik çəkmirdi.
Nəhayət səkkiz il bitdikdə Şüeyb (əleyhissəlam), qoyunlarını kürəkəni 
və qızına hədiyyə etdi. Ancaq Musa (əleyhissəlam) xidmətini onuncu ilə 
qədər davam etdirdi. Hər kəsin məqbul saydığı xallı qoyun, daha əvvəlki 
illərdə az doğarkən, onuncu ildə  vəziyyət fərqli idi. Belə ki qoyunların 
hamısı əkiz və xallı doğmuşdu.
Buna Şüeyb (əleyhissəlam):
“–Bu, Musa ailəsinə Allahın bir ikramıdır.” –dedi.
Həzrət Musanın (əleyhissəlam) əsası
Qoyunlarını yırtıcı heyvanlardan qorumaq üçün Həzrət Musanın əlində 
bir əsa olurdu. Əsanın ucu sivri idi.
Bu  əsanın haradan gəldiyi haqqında müxtəlif rəvayətlər mövcud-
dur. Bir rəvayətə görə, Həzrət Adəmdən (əleyhissəlam) Həzrət  Şüeybə 
(əleyhissəlam) qədər gəlmişdir. Həzrət Şüeyb də (əleyhissəlam) qoyunlarını 
güdməsi üçün onu Həzrət Musaya vermişdi. Onların olduqları yerin sağ 
tərəfi dağlıq, sol tərəfi otlaq idi. Dağlıq tərəfdə vəhşi heyvanlar vardı və bun-
lar qoyunları parçalaya bilərdi. Bu səbəbdən Musa (əleyhissəlam), əsasını 
əlindən yerə qoymazdı. Həzrət Musa, əsası ilə  bir çox təcəllilərə  şahid 
oldu. Sanki bu təcəllilər,  əsa ilə meydana gələcək böyük bir möcüzəyə 
hazırlıq idi.
Mədyəndən Misirə dönüş və Tuva vadisi
Musa (əleyhissəlam), on illik müddətin bitməsi ilə  Həzrət Şüeybdən 
(əleyhissəlam) izn alaraq Səfurə ilə bərabər Misirə dönməyə qərar verdi. 
Qoyunlarını da qabaqlarına qataraq qış mövsümündə yola çıxdılar. Həzrət 
Musanın məqsədi, Harunu da yanına alıb onunla birlikdə İsrailoğullarını 
Misirdən çıxarmaq idi.
Yolda  şiddətli yağış yağdı. Bir qış axşamı idi. Hər yer qapqaranlıq 
idi. Onlar gecəni keçirmək üçün mübarək Tur Dağında bir mağaraya 
sığındılar. Həzrət Musanın yoldaşı hamilə idi; uşaqları dünyaya gəlmək 
ərəfəsində idi. Bu soyuq, qaranlıq və yağışlı gecədə onların, od və işığa 
ehtiyacları var idi. Həzrət Musa, çaxmaq çalır amma heç cür yanmırdı. O 

belə sıxıntılar içində ikən, uzaqda parlaq bir işıq gördü. Yoldaşına, oradan 
bir od alıb qayıdacağını, bu yerdən ayrılmamasını tapşırıb getdi. Əslində 
onun gördüyü od, onu peyğəmbərliyə hazırlamaq üçün ilahi bir işarə idi.  
Ayəti-kərimələrdə buyrulur:
“Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə 
tərəf)  yola çıxdığı zaman Tur da
ğı  tərəfdə bir od gördü. O, ailəsinə 
dedi: Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, 
gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!” 
(Qəsəs surəsi, 29)
“Musanın hekayəti sənə  gəlib çatdımı? (Yaxud Musanın  əhvalatı 
artıq sənə gəlib çatdı).”
 (Taha surəsi, 9)
(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək 
üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən 
Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq 
gecədə  işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda)  bir od 
görüb ailəsinə belə demişdi: Siz (yerinizdə) durun. Mənim gözümə bir 
od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında 
bir bələdçi tapdım!” 
(Taha surəsi, 10)
Musa (əleyhissəlam) işığa doğru getdi. Oraya çatanda, yaşıl bir ağac 
üzərində parlaq bir işıq sütunu ilə qarşılaşdı.
(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ  tərəfində olan
mübarək  (bərəkətli)  yerdəki ağacdan belə bir nida gəldi: Ya Musa! 
Aləmlərin Rəbbi olan Allah Mənəm!”
 (Qəsəs surəsi, 30)
“Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən 
müqəddəs vadidə – Tuvadasan!”  
(Taha surəsi, 12)
“Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!” 
(Taha 
surəsi, 13)
“Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. 
Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” 
(Taha surəsi, 14)
“O saat (qiyamət saatı)  mütləq gələcəkdir. Mənim onu az qala 
açmağım gəlir ki, hər kəs etdiyi əməlin  əvəzini  (mükafatını, yaxud 
cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm) 
(Taha 
surəsi, 15)
“Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs 
səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan! 
(Taha surəsi, 
16)
25
MN

26
MN
Müfəssirlər;
“Nəleynini çıxart!” ifadəsinə  fərqli izahlar gətirib işari mənalar
3  
vermişdilər. Bunlar, Quşeyrinin, “Lətaiful-İşarati”ndə  və  İsmail Həqqi 
Bursəvinin “Ruhul-Bəyan”nında bu şəkildə açıqlanır:
“iki nəley (papuc), dünya və axirəti təmsil edir.”
“Qəlbini, dünya və axirət ilə əlaqəli məşğuliyyətlərdən təmizlə! Haqq 
üçün hər şeydən sıyrıl və Allahın mərifət
4  
və müşahidəsində yox olmağa 
bax!…”
Digər bir ifadə ilə “İki nəleyni çıxar” əmri bu mənaya gəlir:
“Sən, təbiətindən və  nəfsindən sıyrıl. Nəfsini və ona bağlı  şeyləri 
düşünməyi burax, gəl!”
“Dəlilin təfəkküründən əl çək. Yəni Allahın sifətlərini müşahidə edib, 
hadisələri könül gözü ilə gördükdən sonra zahiri dəlilləri araşdırmağın bir 
faydası yoxdur!”
Bu səbəbdən  Şeyx  Şibli Həzrətlərinin, Allaha vasil olduqdan sonra 
kəlam və ləfzlərdən qurtulduğu və mərifət dəryasının ənginliklərində necə 
sirli mənalara çatmağın həzzini yaşadığı rəvayət edilir.
İki böyük möcüzə ilə verilən Nübüvvət
“Nəyleyini çıxart!” xitabından sonra Həzrət Musaya (əleyhissəlam), 
əsasını yerə atması əmr olundu. Əsa böyük bir ilan halına gəlincə Həzrət 
Musa qorxdu. Təhlükəsizlik içində olduğuna görə Ona qorxmamağı bildi-
rildi. Ayəti-kərimədə belə buyrulur:
“Ya Musa! Sağ əlindəki nədir?” 
 (Taha surəsi, 17)
Həzrət Musa da (əleyhissəlam):
“O mənim  əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl 
silkələyirəm. O, başqa işlərdə  də karıma gəlir!” 
(Taha surəsi, 18)
 deyə 
cavab verdi.
Bunun cavabında Allah (Cəllə Cəlaluh):
3.  İşari məna: Ayələrin zahiri mənalarını qorumaq şərti ilə, Kitab və Sünnə möhtəvasına 
bağlı qalaraq, bir sıra işarələrdən incə mənalar ortaya çıxarmaqdır.
4.  Haqq Təalanın qəlbən və məhəbbətlə bilinməsi.

27
MN
“Ya Musa! Onu (əsanı yerə) at!”  
(Taha surəsi, 19)
 buyurdu.
Həzrət Musa, dərhal əmri yerinə yetirdi:
(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sürətlə 
sürünməyə başladı.”  
(Taha surəsi, 20)
“…O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala 
da baxmadı…” 
(Qəsəs surəsi, 31)
(Allah)  buyurdu: Tut onu, qorxma. Biz onu qaytarıb  əvvəlki 
şəklinə salacağıq!” 
(Taha surəsi, 21)
Əbdülqadir Gilani (qüddisə sirruh), həmin ayələri “işari” olaraq bu 
şəkildə açıqlayır:
“Verilən bu möcüzələrlə, Fironun səltənəti, Həzrət Musanın 
(əleyhissəlam) gözünə böyük və qüdrətli görünməsin deyə Allah ona 
güc və qüvvətini göstərdi. Digər bir ilahi qayə də Firon və qövmü ilə hərb 
etməyi Həzrət Musaya (əleyhissəlam) öyrətmək idi. Beləcə Allah, onu Fi-
ron və əhalisi ilə döyüşməyə hazırladı və Həzrət Musanı (əleyhissəlam) 
xariqüladə şeylərə hakim qıldı. Çünki Musa (əleyhissəlam), əvvəllər qapalı 
idi. Sonra Allah, onun qəlbini genişlətdi. Ona elm, hikmət və peyğəmbərlik 
verdi.”
Bəzi müfəssirlər də, Həzrət Musaya (əleyhissəlam)  əsasının yerə 
atılması ilə  əlaqəli ayətin işari açıqlamasında, bunun Həzrət Musanın 
iç dünyasının irşad edilməsi, yəni mənəvi yöndən tərbiyə edilməsi üçün 
gerçəkləşdiyini bəyan etmişdilər.
Musa (əleyhissəlam),  əsasının özünü, faydalarını  və ona olan 
ehtiyacını zikr edincə, Allah (Cəllə Cəlaluh) əsası ilə birlikdə bunlardan əl 
çəkməsini əmr etdi. Nəfs və nəfsə bağlı olan şeylər, qoca bir ilan olaraq 
şəkillənmişdir. Beləcə  Həzrət Musaya (əleyhissəlam) nəfsin həqiqətinin 
pislikləri göstərildi. O da bunlardan qorxdu və qaçdı. Ona işarə olaraq de-
yildi ki:
“Ey Musa, bax bu ilan, Allahdan başqa  şeylərə bağlılıq vəsfinin ta
özüdür. Bu nəfsani vəsflər, şəkillənmiş bir surətdə sahibinə gəlincə, sahibi
ondan hürkər və qaçar.” 
Digər bir işari mənada: “əsanı at!” –deyə əmr olunması:
“Artıq sən Tövhid sifəti ilə sifətlənmişsən. Sənin bir əsaya dayanmağın, 
ondan kömək istəməyin, necə doğru və yerində ola bilər? Necə olur ki, 

28
MN
sən, “o əsa ilə belə edirəm və onda mənim üçün başqa faydalar da var”-
deyirsən? Ancaq Tövhid yolunda ilk addım, səbəbləri tərk edib yalnız Al-
laha dayanmaqdır. Yəni Allaha mütləq təvəkkül və təslimiyyətdir. Ona görə 
də hər cür tələb və istəkdən əl çək” şəklində izah edilir.
 
Həzrət Musaya (əleyhissəlam) ikinci bir möcüzə olaraq əlini qoynu-
na qoyması  əmr edildi. Musa bu ilahi əmri yerinə yetirincə  əli, hər cür 
xəstəliklərdən sağalmış; parlaq bir günəş kimi ağappaq hala gəlmişdi. 
Sanki projektor kimi olmuşdu. Musa (əleyhissəlam) çox təəccüblənincə 
ona:
“Əlinin belə parlaq olmasından əndişə edir və ya başqalarının bundan 
qorxacağını düşünürsənsə, əlini təkrar qoynuna qoy! Beləcə əlin, əvvəlki 
halına dönər!” buyruldu.
Ayəti-kərimədə əl (yədi-bəyza) möcüzəsi bu şəkildə açıqlanır:
“Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin 
həqiqiliyinə dəlalət edən) başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, 
ağappaq çıxsın (günəş şüası kimi göz qamaşdırıcı şəfəq saçsın)”.
(Taha 
surəsi, 22)
“Və Biz də (bununla) sənə  ən böyük möcüzələrimizdən (bir 
neçəsini) göstərək.” 
(Taha surəsi, 23)
“Əlini qoynuna qoy ki, əlin  (oradan)  eyibsiz-qüsursuz, ağappaq 
(parlaq bir nur kimi)  çıxsın.  Əlini (qanadını)  özünə  tərəf çək (yenidən 
qoynuna qoy) ki, (ilanın, yaxud əlinin parıltısının səni bürüdüyü) vahimə 
çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən 
olan iki möcüzədir. Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış) fasiq 
bir tayfadırlar!”
 (Qəsəs surəsi, 32)
Beləcə Allah Təala, Həzrət Musaya (əleyhissəlam), iki böyük möcüzə 
ilə birlikdə peyğəmbərlik vəzifəsi verdi və ona:
“Fironun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır”– 
(Taha surəsi, 24)
 deyərək əvvəlcə Fironun yanına gedib ona dini təbliğ etməsini 
əmr etdi.
Həzrət Musa:
“Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, 
onlar da məni öldürərlər.”  
(Qəsəs surəsi, 33)
 dedi və sonra:

29
MN
“Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq, Fironla 
danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək 
üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir; Dilimdəki düyünü aç 
(pəltəkliyimi götür) ki, sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən 
bir vəzir (köməkçi) ver – Qardaşım Harunu!” 
(Taha surəsi, 25-30)
 Çünki:
“Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir.” 
(Qəsəs 
surəsi, 34)
 dedi və arxasınca:
“Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da 
peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə  təriflər deyək və
Səni çox zikr edək (daim yada salıb şükür-səna edək). Sən, şübhəsiz 
ki, bizi görürsən!” 
(Taha surəsi, 31-35)
 şəklində niyaz etdi.
Daha sonra Haqq Təala, Həzrət Musaya (əleyhissəlam) ehsan etdiyi 
nemətləri xatırlatdı və ona, hər zaman ilahi mühafizə altında olduğunu bu
şəkildə bildirdi:
“Sənə  (bundan  əvvəl də)  bir dəfə nemət bəxş etmişdik. Anana 
vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.”  
(Taha surəsi, 37,38)
(O zaman ki, Mən anana buyurmuşdum:) (Musanı)  bir sandığa 
qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona 
da düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün. (Ya Musa!) 
Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən
(insanların ürəklərində)  sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim 
heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Firon özü, arvadı Asiyə və 
ətrafındakıların hamısı səni sevdi).” 
(Taha surəsi, 39)
“O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) ge-
dib (oradakılara) deyirdi: Sizə ona baxa biləcək (süd verəcək) birisini 
göstərimmi? (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamsat 
qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana 
qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə 
edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə 
qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik 
(cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). 
İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən 
olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa!” 
(Taha surəsi, 40)
Allah Təala, Həzrət Musaya (əleyhissəlam) istədiklərini vermiş 
(Bax: 
Taha surəsi, 36) 
və:

30
MN
“Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə  də  dəlil 
(möcüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir 
Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin